SAMOVÁR

is. [ rus. ] İçi kömürlə doldurulan odluğu olan çay üçün su qaynadılan metal cihaz. Ağ samovar. Armudu samovar.
[Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm. E.Sultanov.
[Gülbacı:] Axşamdır, samovarı qaynat! T.Ş.Simurq.

Etimologiya

  • SAMOVAR Bizə rus dilindən keçib, özü (сам) və qaynayan (ворить) sözlərindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SAMODİLƏR
SAMOYEDLƏR
OBASTAN VİKİ
Samovar
Samovar (rus. Самова́р, köhn. azərb. سماوار Səmavar) — çay dəmləmək və dəmli çayın rənginin açılması üçün lazım olan isti suyun qaynatılmasında istifadə edilən və içərsində kömür yanan ocağı olan qab. Yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir.

Digər lüğətlərdə