Samux
Samux (əvvəlki adları: Səfərəliyev; Nəbiağalı) — Azərbaycanda şəhər, Samux rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Samux rayonunun Səfərəliyev qəsəbəsi Nəbiağalı qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılmış, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilmiş, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.