Samux

coğ. Samoukh

samovar
samur
OBASTAN VİKİ
Samux
Samux (əvvəlki adları: Səfərəliyev; Nəbiağalı) — Azərbaycanda şəhər, Samux rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Samux rayonunun Səfərəliyev qəsəbəsi Nəbiağalı qəsəbəsi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılmış, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilmiş, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.
Füzuli (Samux)
Füzuli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Füzuli kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Füzuli kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1464 nəfərdir.
Hacıalılı (Samux)
Hacıalılı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Hacılılı kəndi Lək kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılılı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqələri hacıllı/hacıalılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1151 nəfərdir.
Kolayır (Samux)
Kolayır — Azərbaycan Respublikasının Samux rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 644-IIIQ saylı Qərarı ilə Samux rayonunun Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilmiş, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Kəsəmən (Samux)
Kəsəmən — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Samux rayonunun Poylu inzibati ərazi vahidində kənd. Qabırrıçayın sahilində, düzənlikdədir. Oykonim kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub Azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü. == Əhalisi == Əhalisinin sayı 456 nəfərdir.
Lüksemburq (Samux)
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Lək (Samux)
Lək — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1314 nəfərdir. == Toponimikası == Tədqiqat­çılar bu oykonimi Qafqaz Albaniyasında ya­şamış qədim leq/lək tayfasının adı ilə əlaqələn­dirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 28 km. şimal-şərqdə, Gəncə-Qazax düzənliyində yerləşir.
Poylu (Samux)
Poylu — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qabırrıçayın sahilində, dağ­ətəyi ərazidədir. Keçmiş adı Eldar olmuşdur. Kənddə Ağstafa rayonunun Poylu kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün belə adlandındırılmışdır. Əhalisinin sayı 1715 nəfərdir.
Qarabağlar (Samux)
Qarabağlar — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvan və Qarabağdan köçürdüyü insanların məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə qarabağlar tayfasının Gəncə qəzasında yaşaması haqqında məlumat vardır. Əhalisinin sayı 1595 nəfərdir.
Qarabağlı (Samux)
Qarabağlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 667 nəfərdir. Yaşayış məntəqəsi Qarabağdan köçüb gəlmiş ailələrin məskun­laşması nəticəsində yaranmışdır. Oykonimlər "Qarabağdan olanlar, Qarabağdan gələnlər" mənasındadır. Kənd dağətəyi ərazidə yerləşir.
Qiyaslı (Samux)
Qiyaslı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 495 nəfərdir. Oykonim kənddə məskun­laşmış qiyaslı nəslinin adından yaranmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qırmızı Samux
Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir.
Qədili (Samux)
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Salahlı (Samux)
Salahlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Salahlı kəndi Poylu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Salahlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yaşayış məntə­qəsi qazaxların salahlı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. Kənd Qabırrıçayın sahi­lində, dağətəyi ərazidə yerləşir. Əhalisinin sayı 758 nəfərdir.
Samux (Bərdə)
Samuxlu (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Leninabad kəndi Samuxlu kəndi adlandırılmışdır.
Samux (rəqs)
Samux — Azərbaycanın milli rəqsi. Samux rəqs Mingəçevir yaxınlığındakı Samux kəndində (kənd camaatı Mingəçevir su anbarı tikilərkən köçürülüb) meydana çıxıb. Son illerdə çox az ifa edilir. Aram templi bu rəqsi həm qadınlar, həm də kişilər ifa edə bilərlər.
Samux bələdiyyələri
Samux bələdiyyələri — Samux rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Samux bələdiyyəsi
Samux bələdiyyələri — Samux rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Samux mahalı
Samux mahalı — Gəncə xanlığının mahallarından biri. Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini əhatə edirdi. Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Samux kəndi Sərhədləri — Bir sıra tədqiqatçıların mülahizələrinə görə “Samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” kimi tərcümə edilir. Tarix elmləri namizədi Arif Məmmədovun “Samux mahalının tarixi-arxeoloci tədqiqinə dair” kitabında qeyd edildiyi kimi, Samux mahalının adı xarabalıqları qalın Samux meşələrində qalmaqda olan Samux şəhərinin adındandır. R.Yüzbaşov “Samux” sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirir. “Azərbaycan dilinin onomastikası” adlı əsərdə Samux adının-zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatlarda isə adın birinci hissəsinin “Sam”-öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını, Samux sözünün isə belə ağacların çox bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir. Gəncə xanlığının alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi.Gəncə xanlığının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə götürdü.
Samux rayonu
Samux rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Samux şəhəridir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcudur. Daha geniş qəbul olunmuş fikirlərə görə "Samux" adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, "meşəlik", "ağaclıq" mənasını verir. Gəncə şəhərində bitişik olan Samux rayonu şimaldan Gürcüstanla həmsərhəddir. Vaxtilə bu rayonun ərazisi Qafqaz Albaniya dövlətinin tərkibində olmuşdur. "Samux" sözü qədim alban dilində "ov üçün meşəlik yer" kimi tərcümə edilə bilər. XVIII əsrdə Samux Gəncə xanlığının dörd vilayətindən biri olmuşdur. O vaxtlar Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini tuturdu.
Samux rəqsi
Samux — Azərbaycanın milli rəqsi. Samux rəqs Mingəçevir yaxınlığındakı Samux kəndində (kənd camaatı Mingəçevir su anbarı tikilərkən köçürülüb) meydana çıxıb. Son illerdə çox az ifa edilir. Aram templi bu rəqsi həm qadınlar, həm də kişilər ifa edə bilərlər.
Samux xalçaları
Samux xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindəb 35 km şimalda yerləşən Samux yaşayış məntəqəsinin adından almışdır. Samux xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. Samux xalçaları Gəncə qrupunda ən qədim və ən məşhur xalçalar hesab olunur. Samux xalçaları adını Gəncədən 35 km şimalda yerləşən Samux yaşayış məntəqəsinin adından götürülmüşdür. Belə xalçalar Samux rayonunun şimal — qərb hissəsindəki xalçaçılıq məntəqələrində — Kəsəmən, Salahlı, Poylu, Qazaxlı və başqa kəndlərdə də istehsal olunur. Bəzi sənətşünaslar səhvən xalçaya adı çəkilən kəndlərin adlarını verirlər. Samux xalçaları Gəncə qrupunda ən qədim və ən məşhur xalçalar hesab olunur. Xalçanın sadə, lakin orijinal kompozisiyası Gəncə qrupundan olan digər xalçaların kompozisiyasından fərqlənir. Ara sahənin mərkəzində kvadrat formada göl yerləşir.
Sarıqamış (Samux)
Sarıqamış — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Sarıqamış kəndi Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıqamış kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yerli əhalinin bir qismi Mingəçevir SES-nin tikintisi ilə əlaqədar keçmiş Samux rayonunun Köbər kəndindən köçüb gələnlərdən ibarət olduğu üçün kənd bəzən qeyri-rəsmi olaraq Köbərlilər də adla­nır. Kənd sarı qamış bitən ərazidə salındı­ğından belə adlandırılmışdır. Ukraynanın Zaparojye şəhərinin adı da 1770-ci ilə qədər Sarıqamış olmuşdur. Kənd Qoşqarçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyində yerləşir. Əhalisinin sayı 634 nəfərdir.
Sarıqaya (Samux)
Sarıqaya (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Lək kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi adlandırılmışdır. Kənd keçmiş adı Əhmədbəyli olmuşdur. Yaşayış məntəqəsini XX əsrin 20-ci illərində Cənubi Azərbaycandan köçüb gəlmiş ailələr salmışlar. İnqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır; Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Kənddə müalicəvi isti su yerləşir. Gəncəçay da bu kənddən axır. Əhalisinin sayı 1100 nəfərdir. Kənd əhalisi əsasən Cənubi Azərbaycandan gəlmə yerli əhali və sonradan gəlib məskunlaşmış məhsəti türklərindən ibarətdir.
Seyidlər (Samux)
Seyidlər — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Samuxlu
Samuxlu (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bərdə rayonunun Leninabad kəndi Samuxlu kəndi adlandırılmışdır.
Samuxlu bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə