San-Marino
San Marino (it. San Marino) və ya rəsmi adı ilə San Marino Respublikası (it. Repubblica di San Marino) — Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur. Paytaxtı San Marino, ən böyük şəhəri Doqana, ümumi sahəsi 61.2 kvadrat kilometr, əhalisinin sayı 33.000 (2018) nəfərdir. Dövlət quruluşu parlamentli respublika, dövlət dili italyan dili, pul vahidi avrodur. Burada əsasən kimya sənayesi, xammal, şərab növləri, maşınqayırma və s. inkişaf etmişdir.
San Marino ordusu dünyanın ən kiçik ordularından biridir və cəmi 225 əsgəri vardır. Ordunun vəzifəsi sərhədlərin patrul keşiyini çəkmək, hökumət binalarını qorumaq, cinayətkarları tutmaqda polisə kömək etmək və ölkəni müdafiə etməkdir.