san
sancılanmaq
OBASTAN VİKİ
Sancı daşı
Sancı daşı — Kəngərli rayonunun Xıncab qəbiristanlığında sənduqə tipli qəbirüstü abidə. Dördkünc, düzbucaqlı formada yonulmuşdur. Bir tərəfində, mərkəzi hissədə bir-birinin arxasında duran şir və öküz təsviri, onun yuxarı tərəfindəki frizdə isə ərəb əlifbasında yazı vardır. Təsvir dörd tərəfdən zəncirvari ornamentlə əhatələnmişdir. Təsvirin əks tərəfindəki üzündə ərəb qrafikası ilə verilən yazı daşın üzərini mamır basdığından oxunmur. Qəbir daşının baş və ayaq tərəfində fantastik təsvirlər vardır. Bu tip sənduqə tipli qəbir daşları Orta əsrlər üçün xarakterikdir. Xalq arasında bu qəbir daşı ilə bağlı olan rəvayətə görə müəyyən xəstəliyi, yaxud istəyi olan insanlar bu daşı ziyarət edir, arzularının yerinə yetirilməsi üçün dilək tuturlar. Nadir sənət əsəri olan bu qəbirüstü sənduqəni XVI–XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası.

Значение слова в других словарях