SAQ

ə. 1) ayağın dizlə topuq arasındakı hissəsi; baldır; 2) ağacın və b. bitkilərin yerdən budaqlara qədər olan düz hissəsi; gövdə.

SAKİTANƏ
SAQİ
OBASTAN VİKİ
Karl Saqan
Karl Edvard Saqan (ing. Carl Edward Sagan; 9 noyabr 1934[…], Bruklin, Nyu-York ştatı – 20 dekabr 1996[…], Sietl, Vaşinqton) — amerikalı аstronоm, astrofizik və görkəmli elm təbliğatçısı. Saqan astrobiologiya sahəsində ilk mütəxəssislərdəndir. Onun Yerdənkənar Şüurun Axtarışı (SETI) layihəsinin irəliləməsində böyük xidmətləri olmuşdur. Saqan özünün elmi-populyar kitabı və televiziya mini-serialı olan "Cоsmos"dan sonra məşhurlaşdı. O, həmçinin "Kontakt" romanının və 1997-ci ildə çəkilmiş eyniadlı filmin müəllifidir. == Təhsili və elmi karyerası == Karl Saqan Bruklində yəhudi ailəsində doğulmuşdur. Atası Sem Saqan dərzi, anası Raşi Molli Qruber evdar qadın idi. Saqan 1955-ci ildə Çikaqo Universitetinin məzunu olur. O, 1956-cı ildə fizika sahəsində magistr, 1960-cı ildə isə astronomiya və astrofizika üzrə doktorluq dərəcəsi alır.
Kaşima (Saqa)
Kaşima (鹿島, Kashima) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 30.159 nəfərdir, hər km² ərazidə 270 nəfər yaşayır. Şəhərin sahəsi 112,1 km²-dir. == Tarix == 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna 6 qəsəbə daxil idi: Minami-Kaşima, Kita-Kaşima, Haçihonqi, Fureda, Noqomi və Nanaura. 1954-cü ildə şəhər ərazisinə Hama şəhəri, Kaşima qəsəbəsi, Furueda qəsəbəsi, Noqomi qəsəbəsi daxil edilmişdir. 1955-ci ildə isə Nanaura Kaşimaya qatılmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasında yerləşir. Saqa şəhərinin 60 kilometrlik cənub qərbindədir. Dağlar: Kyoqa, Codo, Kotoci, Qibi. Çaylar: Şiota, Kaşima, Hama, Naka.
Kok-saqqız
Kok-saqqız (lat. Taraxacum kok-saghyz) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum brevicorniculatum Korol.
Krım-saqqız
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum pobedimoviae Schischk.
Kurmanqazı Saqırbayulı
Kurmanqazı Saqırbayulı (qaz. Құрманғазы Сағырбайұлы, 1823, Bökey Orda rayonu[d], Qərbi Qazaxıstan əyaləti – 1896, Həştərxan) — Qazaxıstan xalq musiqiçisi, bəstəkarı, dombraçı, küy (dombra üçün pyeslər) müəllifi. Qazax musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. == Həyatı == 1818 və ya 1823-cü illərdə Bökey Ordasında (indiki Qərbi Qazaxıstan vilayətinin Bökeyorda rayonu) kasıb Saqırbayın ailəsində anadan olmuşdur. Kiçik juzun Bayulı nəslinin Qızılqurt adlı altqəbiləsindən idi. Uşaqlıq yaşlarından dombra çalmağa başlamışdır. Oğlanın erkən yaşlarında musiqiyə yaranan sevgisi atası tərəfindən birmənalı qarşılanmadı. Parlaq şəxsiyyət və güclü iradə sahibi olan anası isə əksinə oğlunun musiqiyə olan sevgisini başa düşürdü və ona dəstək olurdu. 6 yaşında, ağır yoxsulluğun təzyiqi altında Kurmanqazı çobanlıq peşəsinə başladı. Doğma aulda Kurmanqazı oraya səfər edən küyşiləri həvəslə dinləyirdi, onlar içərisində küyşi Uzak seçilirdi və məhz o, cavan Kurmanqazıda musiqiyə xüsusi marağa fikir verdi və onun gələcəkdə parlaq karyeraya sahib olacağını bildirdi.
Kütyarpaq saqqızağacı
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. == Ümumi yayılması: == Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. == Azərbaycanda yayılması: == Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda təbii ehtiyatı çox deyildir. == Bioloji xüsusiyyətləri: == Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Madonna saqqalsız Müqəddəs Cozeflə (Rafael)
Madonna saqqalsız Müqəddəs Cozeflə (it. Sacra Famiglia con san Giuseppe imberbe) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-cı ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna saqqalsız Müqəddəs Cozeflə" əsəri hal-hazırda Rusiyada, Sankt-Peterburq şəhərində, Ermitajda saxlanılır.
Mavi saqqal
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl. == Mövzu == Mavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır. Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür.
Oleq Saqan-ool
Oleq Saqan-ool (tuvaca:Олег Карламович Саган-оол, d. 1 yanvar 1913 - 7 aprel 1971) — tuvalı şair, nasir, yazıçı və dramaturq. == Həyatı == Tuvanın Daa bölgəsində (indiki Çöön Hemçik) Hemçik Şemi kəndində anadan olmuşdur. 1928-ci ildə monqol dilini öyrədən Ulaştır məktəbini bitirmişdir. 1930-1935-ci illərdə Ulan-Udedə Monqol Fəhlə fakültəsində təhsil almış, İrkutsk Müəllim İnistitutunu, Sİ Kommunist Partiyası Tuva Bölməsinin Ali Partiya Məktəbini bitirmişdir. Qızıl şəhərində müəllimik etmişdir. Tuva radio komitəsini yaratmış, bölgə istehsalı ilə bağlı çalışmışdır. 1946-1947-ci illərdə Tuvanın Yazıçılar Birliyinə üzv olmuşdur. == Əsərləri == Yazıçılığa 1937-ci ildə başlamışdır. 1937-ci ilin ilk şer kitabı "Bizim ana yurdumuz" nəşr edilmişdir.
Qara Saqqal
Edvard Tiç (ing. Edward Teach) ləqəbi Qarasaqqal (ing. Blackbeard ; 1680, Bristol, İngiltərə - 22, о. Окракок, Şimali Karolina ) - Vest-Hinddə və Böyük Britaniyanın Şimali Amerika koloniyalarının şərq sahillərində fəaliyyət göstərən ingilis piratı. Onun erkən həyatı haqqında çox az şey məlumdur, lakin o, Bahamanın Nyu Providence adasında məskunlaşmazdan əvvəl Kraliça Anna müharibəsi zamanı matros olub. Kapitan Benjamin Hornigqld Nyu Providens adasında yerləşirdi və Tiç 1716-cı ildə onun komandasına qoşuldu. Horniqold onu ələ keçirdiyi gəmiyə komandir təyin etdi və onlar çoxsaylı pirat fəaliyyətlərinə birlikdə iştirak etdilər. Onların donanmasına daha iki gəmi əlavə edildi, onlardan birinə Stid Bonnet komandanlıq etdi, lakin 1717-ci ilin sonunda Horniqold özü ilə iki gəmi götürərək piratçılıqdan uzaqlaşdı. Tiç Fransız kölə gəmisi olan "Koncord"-u ələ keçirdi, və onun adını "Kraliça Annanın qisası" qoydu. Onu 40 topla təchiz etdi və 300-dən çox adamdan ibarət heyəti idarə etdi.
Qırmızı-Saqallar
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib.
Qırmızı-Saqqallar
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib.
Qırmızı Saqqallar
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib.
Qırmızımtıl-sarı saqqallı
Qırmızımtıl-sarı saqqallı (lat. Trachyphonus erythrocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin afrika saqqallıları fəsiləsinin trachyphonus cinsinə aid heyvan növü.
Samquk saqi
Samquk saqi — Koreya Ədəbiyyatında əhəmiyyətli yerə sahib olan iki kitabdan biri məhs Samquk saqidir. Hər iki kitabda Üç Koreya krallığı olan Bekçe, Silla və Qoquryeo haqqında tarixi məlumatların topladığı kitablardır. Digər kitab isə Samquqyusadır. Kitablar arasında bir sıra fərqlər, fikr ayrılıqları vardır. == Əsası == 삼국사기 Samquk saqi: Samquk saqi Koreyanın ən qədim tarixi kitabı olaraq bilinməkdədir. Yazıçısı Kim Bu Şik olmuşdur. Kim Bu Şik Samquk saqi-ni Koryo kralı Injong (1122–1146)-un əmri ilə yazmışdır. Həmin vaxta qədər yazılan tarix materiallar tam əhatələnmədiyinə görə onları oxuyan təbəqələrin tarix biliyi kifayət qədər yaxşı deyildi. Çin tarixi kitablarında Koreya millətinin tarixi ilə bağlı məlumatlar verilsədə bunlar qısa olduğu üçün yetəri bilikləri əldə etməkdə çətinlik çəkilirdi. Bu səbəbdəndə tarixin daha ətraflı yazıldığı kitaba ehtiyac var idi.
Saqa
Saqa — orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir. == Alt qruplar == Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı. == Bədii cəhətdən == İslandca "danışmaq" mənasını verən "seqja" sözündən törəyən "saqa" sözünün lüğəvi mənası "deyilən, söylənmiş" deməkdir.
Saqa (şəhər)
Saqa (yap. 佐賀市) — Yaponiyanın Kyuşu regionunda (Kyuşu adası) yerləşən Saqa prefekturasının eyniadlı paytaxtı.
Saqa Prefektural Muzeyi
Saga Prefektural Muzeyi (佐賀県立博物館, Saga Kenritsu Hakubutsukan) — 1970-ci ildə Yaponiyanın Saqa şəhərinin Saqa qalasının sannomaru ərazisində açılmış muzeydir. Muzey prefektura tərəfindən dəstəklənən Yaponiyanın bir çox muzeylərindən biridir. Muzey təbii tarix, Saqa Prefekturasının arxeologiya, tarix, incəsənət, sənətkarlıq və folkloru ilə bağlı materialları özündə əks etdirir. 1983-cü ildə Saqa Prefekturasının yaranmasının yubileyi ilə bağlı Saqa Prefektural Muzeyinin ətrafında Saqa Prefektural İncəsənət Muzeyi]] (佐賀県立美術館) yaradılmışdır.
Saqa prefekturası
Saqa prefekturası (yap. 佐賀県 Saga ken) — Yaponiyanın Kyuşu adasında yerləşən Kyuşu regionunda prefektura.
Saqakat kilsəsi
Saqakat məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Üçkilsə (12. 03. 1945 – ci ildən Eçmiədzin) rayonu ərazisində, Üçkilsə kilsəsindən şimal – şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşən ərmən – türk xristian məbədi. == Tarixi == III əsrin sonlarında Ərməniyyəyə qaçan bakirə Ripsime öz rəfiqələri və dayəsi Qayana ilə Ərməniyyənin paytaxtı Vağarşabaddakı şərab anbarında gizlənmişlər. Lakin onlar Ərməniyyə çarı Trdat tərəfindən tapılıb qətlə yetirildikdən sonra Maarifçi Qriqorinin təşəbbüsü ilə Ərməniyyədə tikilən ilk üç sovmədən biri də məhz həmin anbarın yanında ucaldılmışdır. 483 – cü ildə həmin sovmə daş kilsə ilə əvəzlənmiş, sonrakı yüzillərdə dəfələrlə bərpa olunaraq, ona yeni tikililər əlavə edilmişdir. === Adın etimologiyası === Məbədin Saqakat (Saq + ak // ağ + at, yəni Ağ saqalar) adı onun, Qərbi Azərbaycanın ən qədim sakinlərindən olan və Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış saklara məxsus olduğunu birmənalı olaraq sübut edir. Məbədin ətrafında tarix boyu türk tayfaları yaşamış, bu ərazilərə ermənilərin ilk gəlişi XV əsrin ortalarında baş vermişdir. == Memarlıq xüsusiyyətləri == === İlkin tikililər === Bu günkü Saqakat məbədi VI – VII əsrlərdə inşa edilmiş məbədin bərpa edilmiş hissəsidir. Mütəxəssislər bu məbəd binasının daha qədim binanın özülləri üstündə inşa edilməsini düşünürlər.
Saqalassos
Saqalassos (yun. Σαγαλασσός), həmçinin Selqessos (yun. Σελγησσός) və Saqallesos (yun. Σαγαλλησός) kimi də tanınır — cənub-qərb Anadolunun antik şəhəri və əhəmiyyətli arxeoloji məkanı, onun xarabalıqları Antalya şəhərindən təxminən 100 km şimalda və Ağlasun şəhərinin yaxınlığında yerləşir. Pisidiya tarixi bölgəsinin şəhərlərindən biri idi. Tavr dağlarının qərb yamacında yerləşir. == Tarixi == E.ə. 333-cü ildə şəhəri Makedoniyalı İsgəndər fəth etdi. E.ə. 25-ci ildə şəhər Qalatiya adlı Roma əyalətinin paytaxtı oldu.
Saqrada Familia
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi == Tarixi == İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Saqreş
Saqreş (port. Sagres) — Portuqaliyanın Faro rayonunun bir hissəsi olan şəhər və rayon. Vila du Bişpu bələdiyyəsinin tərkib hissəsidir. Köhnə inzibati bölgüyə görə, Alqarve (bölgə) əyalətinin bir hissəsi idi. Alqarvenin bir hissəsi olan Alqarve iqtisadi-statistik alt regionuna daxildir. 2001-ci ildə əhalinin sayı 1939 nəfərdir. 34,28 km² ərazini tutur. Bu şəhərin ərazisində (daha doğrusu, koordinatları 37°02′ şm. e. 8°55′ q.
Saquaro
Saquaro (lat. Carnegiea) — Kaktuskimilər fəsiləsinə aid monotip cins. Cinsə daxil olan yeganə növ Nəhəng Karneliya (lat. Carnegiea gigantea), və ya Karneliya (lat. Carnegiea) kimi tanınır. Ağac ölçülərinə malik olan kaktus növü əsasən Meksika, Kaliforniya və Arizona ərazilərində yayılmışdır. Cins amerikan sahibkarı, milyonçusu və filantropu Endryu Karneqinin (1835–1919) şərəfinə adlandırılmışdır. == Yayılması == Sonora səhrası və onun ətraf əraziləri: Kaliforniyanın cənub-şərqi, Arizonanın cənubu və Meksikanın Kaliforniya körfəzi sahillərində yayılmışdır. == Biologiyası == Bu kaktuslar uzun ömürə malikdir. Onlar ortalama olaraq 75 il, maksimal olaraq isə 150 il yaşayır.
Saqçudak adası
Saqçudak adası (ing. Chugul Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == Atka adasından cənub sahilindən 1,5 km məsafədə yerləşir. Adanın uzunluğu 2,3 km, eni 1 km-dir. Maksimal hündürlüyü 27 metrdir. Adanın hazır ki adı 1852-ci ildə vitse admiral Mixail Tebenkov tərəfindən salınmışdır.

Digər lüğətlərdə