SARKÓMA

[ yun. sarkoma – ət törəməsi] tib. Adətən sümük toxumalarında əmələ gələn xətərli şiş. Sümük sarkoması.
SARKOFÁQ
SARQAC
OBASTAN VİKİ
Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Kapoşi sarkoması
Kapoşi sarkoması - Human herpes virus 8 (HHV8) və ya Kapoşi sarkoması ilə əlaqəli herpes virusun (KSHV) səbəb olduğu bir şiş tipidir.1980-cı illərdə QİÇS xəstələrində tez-tez görülməyə başlamasından sonra daha geniş tanınmışdır. İlk dəfə 1872-ci ildə Macar dermatoloq Moritz Kapoşi tərəfindən təsvir edilmişdir və onun adı ilə bağlı adlandırılmışdır. Xərçəngin bir növünə səbəb olan bu virusun DNT-si ilk dəfə 1994-cü ildə müəyyən olunmuşdur. Virusların səbəb olduğu bu xəstəliyə qarşı, KSHV/HHV-8 təhlükəsi altında olan insanlar arasında maarifsizlik mövcuddur. Kapoşi sarkoması dəri üzərində yaranan sistemli toxuma pozulmasıdır. Bu toxuma pozulması daxili orqanlarda da bəzi hallarda özünü göstərir. == Xüsusi risk qrupları == Kapoşi sarkomasının inkişaf riski əsasən aşağıdakı amillərlə bağlıdır: Etnik mənsubiyyət. Yəhudi və ya Aralıq dənizi mənşəli insanlarda, eləcə də ekvatorial afrikalılarda Kapoşi sarkomasının inkişaf riski daha yüksəkdir. Cins. Kişilərdə Kapoşi sarkoması inkişaf riski qadınlara nisbətən daha yüksəkdir.
Sarkomastiqaforlar
Sarkomastiqoforlar
Sarkomastiqoforlar və ya sarkoqamçıdaşıyıcılar (lat. Sarcomastigophora) protozoylara daxil olan tipdir. Bura sərbəst yaşayan və parazit həyat kecirən ibtidailər daxildir. Hərəkət orqanoidları sitoplazmanın çıxıntısı olan yalançı ayaqlar və ya qamçılardır. 18000-ə yaxın növü var. == Quruluşları == Birhüceyrəli sərbəstyaşayan və ya parazit, daha çox birnüvəli orqanizmlərdir. Elə formaları var ki, iki tip nüvələri olur- vegatativ və generativ. Nümayəndələrinin əksəriyyətində hüceyrənin xarici qatı möhkəmdir ki, bu da forma sabitliyini şərtləndirir. Elə qruplar var ki, onların xarici skeletini mineral maddələr təşkil edir. == Həyat tərzi == Növlərin çoxu bakteriofaqdır, üzvi maddələrlə qidalanan saprofitlər də vardır.

Digər lüğətlərdə

бактерици́д впя́литься вы́твориться ка́рповый ме́диа-образова́ние обра́тное парламентёрский пластово́й по́дмесь подми́гивать турне́ ви́лами на воде писано втори́чный негрито́ска психоге́нный чёрно-пе́гий oar feather ад лётчик-наблюдатель лилейные обеспамятеть почесть пудлингование рычаг силикат