SARSAQ

sif. Səfeh, gic, axmaq, abdal. Sarsaq köpək qaysavadan pay umar. ( Ata. sözü ).
// Mənasız, boş, ağılsız (söz, hərəkət, iş və s.).
[Cahangir ağa:] Ondan sarsaq iş baş verməz. Ə.Haqverdiyev.

// Zərf mənasında. Sarsaq danışmaq.
[Niyaz:] A kişi, sarsaq olma, gəl odunu şələlə dalına, itil cəhənnəmə. Ə.Haqverdiyev.

// İs. mənasında. Bəzən söyüş kimi işlənir.
[Hacı Bayram:] Sarsağın qızı, məni kim öldürəcək?! Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARSAQ səfeh — gic — axmaq — gicbəsər
  • SARSAQ sarsaq bax səfeh

Antonimlər (əks mənalı sözlər)

  • SARSAQ SARSAQ – AĞILLI Bu sarsaq fikirlərin; Cəlal bir əsiridir (S.Vurğun); Hər şeydən əvvəl kəndimizə müxtəlif peşə sahibi olan ağıllı adamlar lazımdır (Ə

Etimologiya

  • SARSAQ Farscadır, əsli sər saxte (saxta baş) kimi olub. Tərs adamlarla bağlı işlədilir. Sarsılmaq sözü ilə əlaqəsi haqqında fikir söyləyə bilmədim
SARPMAQ
SARSAQ-SARSAQ

Digər lüğətlərdə