SARĞI

is.
1. Yaranı sarımaq, sınığı bağlamaq və s. üçün uzun kəsilmiş tənzif, bez və s. parçası; bint. Yaranı sarğı ilə bağlamaq.
– Artıq sarğı hazır olduqda Vera Əjdərin köynəyini çıxarıb yarasını sarımaq istədi… S.Rəhman.

// Ümumiyyətlə, bir şey sarımaq üçün uzun kəsilmiş bez və s. parça. Baş sarğısı (əmmamə).
2. Müəyyən məqsədlə qola bağlanan ensiz parça.
Qollarında qırmızı sarğı olan nəzarətçilər gələnlərə yer göstərir, hamını nizam və qayda üzrə yerləşdirirlər. M.Rzaquluzadə.

Синонимы

  • SARĞI SARĞI, BİNT, SARIQ
  • SARĞI qurşaq — kəmər — bağ

Этимология

  • SARĞI Kökü sarmaq feilidir. Sarmaşıq sözü də bu köklə bağlıdır. İndi sar az-az hallarda işlədilir, çünki sarımaq forması onu bir qədər sıxışdırıb
SARƏNC
SARI₁
OBASTAN VİKİ
Sarğı
Sarğı (gəmi)
Sarğı (gəmi)
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Sarğı (tibb)
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Sarğı lisenziyası
Sarğı lisenziyası (shrinkwrap license ) – aldığı proqram təminatı paketini açan kimi alıcı tərəfindən qəbul edilmiş hesab edilən lisenziya. Proqram təminatı kütləvi satışa çıxarıldıqda “sarğı lisenziyası”nı qutunun bayır tərəfinə yerləşdirir və üzərinə şəffaf örtük çəkirlər ki, alıcı qutunu açmadan lisenziyanın məzmunu ilə tanış ola bilsin. Lisenziya qutunun bayırına yerləşmədikdə, onu qutunun içərisinə qoyur, qutunun üstündə isə uyğun xəbərdarlıq yerləşdirirlər. Bu halda alıcını lisenziyanın məzmunu ilə satıcı tanış etməlidir. Alıcı şəffaf örtüyü açarsa, o, lisenziya şərtlərini qəbul etmiş hesab olunur. Aydındır ki, əgər lisenziya bağlamanın içərisində gizlədilmişsə, onu məhkəmədə hüquqi qüvvəyə mindirmək çox çətin olacaq və “sarğı lisenziyası”nın bir çox müddəaları heç vaxt sınaqdan keçirilməyib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 775 s.
Sarğı və sarğı qoymaq haqqında anlayış
Sarğı materialı və ondan istifadə etmək qaydaları — Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı deyilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir. == Sarğıların növləri, onların qoyulması qaydaları == Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır. Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.

Значение слова в других словарях

в полуме́тре голубёночек гре́шен капу́т ледене́ц полуста́нок пореде́ние пустоколо́сый терпели́во уде́рживать вше́стеро гну́сный сыроде́лие телефи́льм тимо́ловый Серегеж book end fistic Greater Sunda Isles heavenlike hurrier mercy pyrheliometer абсцисса телец