sarı-qızılı

sarı-qızılı
sarı-qırmızı
sarı-samanı
OBASTAN VİKİ
Qızılı-sarı yosunlar
Qızılı yosunlar (lat. Chrysophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzər dənizində iki növü məlumdur; Dinobryon baltikum koloniya halında yaşayır. Dinobryon sertularia koloniyası kolşəkilli olur və dənizin müxtəlif yerlərində yaşayır.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Qızılı alabayquş
Qızılı alabayquş (lat. Tyto aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Qızılı balıqcıq
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Qızılı batbat
Qızılı batbat (lat. Hyoscyamus aureus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Qızılı böcək
Qızılı donbalankök
Qızılı donbalankök (lat. Bongardia chrysogonum) — çoxillik bitki. Çoxillik, hündürlüyü 10-35 sm, gövdəsi budaqlı, yarpaqsız olan, kökyumrulu bitkidir. Kök yumruları kürəvari, diametri 3,5 sm, torpaqda dərin yerləşir. Yarpaqları yalnız kökyanı, oturaq, lələkvari, əsasından pazvaridir, bir qayda olaraq qarşılıqlıdır. Ləçəkləri təxminən 10 mm uzunluqda, tərsyumurtavari, parlaq sarı rəngdədir. Meyvəsi ellipsvari və ya uzunsov, hər iki tərəfdən daralan qutucuqdur. BQ Quba sahəsi, Xəzər sahili ovalığı, Qobustan, Abşeronın rayonlarında arandan aşağı dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, əkin sahələrində, yataq torpaqlarda bitir.
Qızılı doqquzdon
Qızılı doqquzdon (lat. Lonicera chrysantha) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Şərqi Sibirdə, Uzaq Şərqdə, Çində yayılmışdır. Hündürlüyü 2-4 m-dək olan, şaxələnmiş, möhkəm çətirli, tünd-boz qabıqlı gözəl koldur. Yarpaqların uzunluğu 12 sm-dək, uzunsov-yumurtavari, ucu biz, dərili, tünd-yaşıl, qısa saplaqlıdır. Bir çox növlərdən fərqli olaraq bu növün çiçəkləri qızılı-sarı, bal qoxuludur. 5-6 yaşından hər il çiçəkləyir və bol meyvə verir. Meyvələri qırmızı, şarşəkilli, bünövrəsi ilə bitişikdir. Toxumlarla və qələmlərlə çoxalır, kök atması 100 %-ə çatır. Torpağa tələbkar deyil.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. Qızılı kefal sırf dəniz balığıdır.
Qızılı mabuya
Qızılı mabuya (lat. Trachylepis aurata) — Afrika mabuyaları cinsinə aid növ. рода Orta ölçüyə malik olan kərtənkələ olaraq 10,5 sm uzunluğa və 21 q çəkiyə malikdir. Quyruğu çox qısadır. Dərisi inçə və hamardır. Yuxarı hissəsi qəhvəyi-boz və ya brünc rəngdə olur. Aşağı hissəsi isə sarıya çalan ağ və sarı rəngdə olur. Quyruğu isə mavi-sarı rəngə çalır. Əsasən dağlıq ərazilərdə yayılmışdır. Onlar qayalıqlar və daşlıqlarda məskən salır.
Qızılı palıd
Qafqazda, Dağıstanda, Şərqi Zaqafqaziyada yayılmışdır. Hündürlüyü 30 m-dək olan ağacdır. Quercus iberica növünə yaxındır və ondan daha nazik, uzun, ensiz, oval yarpaqları ilə fərqlənir. Yarpaqların uzunluğu 10-18 sm, eni 5-8 sm, alt tərəfi sarımtıl-qızılı, ucları ulduzvari tükcüklü, qısa(5-7), enli qanadlı, hər tərəfdən az miqdarda yan qanadlı və kütdür. Kölgəli ərazilərdə, qarışıq meşələrdə bitir. Talış zonasında, Qubada, Yalamada rast gəlinir. Tək əkinlərdə, meşəsalmada, kölgəli ərazilərin yaşıllaşdırılmasında istifadəsi məqsədyönlüdür. Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov Флoрa Aзeрбaйджaнa. т.5.
Qızılı pişik
Qızılı pişik (lat. Profelis aurata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin profelis cinsinə aid heyvan növü.
Qızılı qarağat
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir. Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir.
Qızılı qonurqanad
Qızılı qonurqanad (lat. Pluvialis apricaria) — çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Qızılı qızlarquşu
Qızılı qızlarquşu (lat. Merops apiaster) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin qızlarquşular fəsiləsinin qızlarquşu cinsinə aid heyvan növü. Yayılma arealı Cənubi Avropa, Şimali Afrika və Qərbi Asiyadır.
Qızılı rododendron
Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır. Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır.
Qızılı stafilokokk
Qızılı stafilokokk (lat. Staphylococcus aureus) kürə şəkilli, fakultativ anaerob, qrammüsbət kokklara aid bakteriya. Stafilokokklar hərəkətsizdir və spor əmələ gətirmirlər. Əsasən üzüm giləsini xatırladan bakteriyaların ölçüsü 0.8 1.2 mikrondur. lat. Staphylococcus aureus təbiətdə hər yerdə yayılmış, belə ki, 25–30% insanlarda heç bir simptom büruzə vermədən, dəri örtüyündə əsasən qasıq nahiyyəsində və tənəffüs yollarında xüsusən ağız-burun boşluğunda aşkar edilirlər. Bu halı təbabətdə klinik əlamətlərsiz patogen mikrobların kolonizasiyası ya işğalı adlandırırlar. Qızılı stafilakokk əksər insanın vücudunda kalonizasiya yaradaraq əlverişli şəraiti — immun sisteminin zəifləməsini gözləyir. Bu zaman lat. Staphylococcus aureus həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir.
Qızılı topalaq
Qızılı xoruzgülü
Qızılı xoruzgülü (lat. Adonis chrysocyatha) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Qızılı yosunlar
Qızılı yosunlar (lat. Chrysophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzər dənizində iki növü məlumdur; Dinobryon baltikum koloniya halında yaşayır. Dinobryon sertularia koloniyası kolşəkilli olur və dənizin müxtəlif yerlərində yaşayır.
Qızılı öküzboğan
Qızılı öküzboğan (lat. Bupleurum aureum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Qızılı karabid
Qızılı karabid (lat. Carabus auratus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü.
Konfederasiya qızılı
Konfederasiya qızılı — ABŞ-də vətəndaş müharibəsindən sonra gizli itirilmiş qızılın anbarları. Müharibədən sonra milyonlarla dollar dəyərində qızıl itmiş və ya yoxa çıxmışdır. Onun potensial yeri bir çox tarixçilərin və xəzinə ovçularının fərziyyələrinin mənbəyi olmuşdur. İddialara görə, Konfederasiya xəzinəsinin bir hissəsi cənub ştatlarının yenidən yüksəlişini gözləmək və başqa vaxtlarda sadəcə olaraq İttifaqın ona sahib çıxmaması üçün gizlədilmişdir. == Mənşəyi == İttifaq qoşunları Nyu-Orleanı işğal etmək ərəfəsində olan zaman Konfederasiya səlahiyyətliləri sürətlə milyonlarla dollarlıq qızılı "daha təhlükəsiz" bir yerə, Corciya ştatının Kolumbus şəhərinə aparmışdılar. Qızıl müvəqqəti olaraq Vilyam H. Yanq tərəfindən "Iron Bank"da saxlanılırdı. 11 oktyabr 1862-ci ildə general Pyer Qustav Tutan Boregar Kolumbusdakı bankdan qızılların götürülməsini tapşırmışdı. Yanq onu çıxarmaqdan imtina etmişdi, lakin zorla bunu etməyə məcbur olmuşdur. Boregarın bioqrafiyasında qeyd edilmişdir ki, "o qızıla nə olduğu sirr olmuşdur".

Значение слова в других словарях