SARIQLI

sif.
1. din. Başına sarıq qoymuş, başında sarıq olan, çalmalı.
Bu küçənin … başı sarıqlı axundları ilə başı silindrli ziyalıları bir müqəddərat daşıyırdılar. S.Hüseyn.
Sarıqlı mollanın “cahad” haqqındakı sözləri çox adamlara yer elədi. Mir Cəlal.

// is. Molla, ruhani, müsəlman din xadimi (bu mənada adətən “başısarıqlı” şəklində işlənir).
2. Bint, sarğı və s. ilə sarınmış, bağlanmış (yara, sınıq və s. haqqında). Sarıqlı qol. Sarıqlı ayaq. Üzü sarıqlı olmaq.
– Bir gün Hacı Rüstəmin dükan qonşusu usta Həsən papaqçı gördü: budur Hacı, başı, gözü sarıqlı yaman bir halda gəlir. Ə.Haqverdiyev.
Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov.

3. İp, sarğı və s. ilə bağlanmış.
Dərviş gözünü açıb gördü ki, bir divin dalısında əlayağı sarıqlı gedir. (Nağıl).

4. Üzərinə bir şey sarınmış.
Şəkildə görünən zatın başındakı sarıqlı fəs, əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARIQLI sarıqlı bax əmmaməli
  • SARIQLI çalmalı — bağlı — bintli

Antonimlər (əks mənalı sözlər)

  • SARIQLI SARIQLI – AÇIQ Üçüncü həftə idi ki, o, gözləri sarıqlı gəzirdi (S.Qədirzadə); Qolları açıq gəzir (A.Məmmədrza)
SARIQANADLI
SARILI
OBASTAN VİKİ
Qırmızı sarıqlılar üsyanı
Qırmızısarıqlılar üsyanı 1351-68, Çində monqol Yuan sülaləsinin devrilməsinə və Min sülaləsinın yaranmasına gətirdi; (başlarında fərqləndirici qırmızı sarıqlardan dolayı) ümumi Qırmızı sarıqlılar üsyanı adı altında bir neçə ayrı (Şimali və Mərkəzi Çində) üsyandan ibarətdir. == Üsyanın məqsədləri və gedişi == Şimali Çində kəndli üsyanı 1351-ci ildə (gizli Ağ lotus cəmiyətinin başçısı) Xan Şan-tun və Lü Fu-tunun başçılıqı ilə başlamışdır. Lakin üsyanın əvvəlində, 1351-ci ildə Xan Şan-tun öldürüldü, və çinli Sun sülaləsinin bərpası şüarı ilə monqollara qarşı üsyanın başçısı kimi Lü Fu-tun qaldı. Monqollara qarşı olmasından başqa, üsyan dini formada təzahür edən antifeodal səciyə daşıyırdı. Belə ki, üsyançılar zorakılığı və ədalətsizliyi məhv etmək və ümumi səadət və ədalət ölkəsini yaratmaq üçün dünyaya budda Matreyanın gəlişini elan etdilər. 1353-54-cü illərdə hökumət qoşunları üsyançıları məğlubiyətə uğratdılar, lakin sonuncuların müvəqqəti geri çəkilməsindən sonra 1355-ci ildə üsyan yeni qüvvə ilə baş qaldırdı. 1355-ci ildə üsyançılar Xan Şan-tunun oğlu Xan Lin-eri imperator olmaqla Sun imperiyasının bərpasını elan etdilər. 1358-ci ildə üsyançılar monqol imperatorlarının paytaxtı olan Dadunu(Pekin) mühasirəyə aldılar, 1359-cu ildə Bənləni(Kayfın) aldılar, Şandunu ələ keçirərək şimal-şərqdə Koreya çatdılar. Yuan hakimlərinin köməyinə, monqollar tərəfindən ali vəzifələrə buraxılan, Çinin şimal ərazilərinin feodalları gəldi. 1357-ci ildə çinli feodalların yardımı ilə yenidən təşkil olunan hökumət qoşunları Çinin şimalında üsyançılara qarşı geniş cəza əməliyyatlarına başladılar.

Digər lüğətlərdə

дожи́м козлоборо́дник мясопоста́вка наворси́ть пасту́шеский усту́пами феода́л фотоэлектро́н газогенера́торный канализацио́нный непрекло́нно ошара́шивать chairperson electrometer monocarpic parastas plenipo self-assumed snips stoically банник безвозвратно измотать перенос трансляция