Satın alınmış sövdələşmə

Bought deal Təkrar bazarda yenidən satmaq məqsədilə qiymətli kağızın bütün emissiyalarını almaq üçün sığorta edənlə və ya aparıcı menecerlə razılaşma. Bu metod tələb edilən qiymətə bütün emissiyaların satılmamasına görə riski emitentdən sığorta edənə keçirir.
Satıcı opsionu
Satış təklifi
OBASTAN VİKİ
Sövdələşmə qabiliyyəti
Sövdələşmə qabiliyyəti — mübahisəli situasiyada olan tərəflərin bir-birinə təsir göstərmək qabiliyyəti. Əgər hər iki tərəf debatda bərabər şəraitdə olarsa, o zaman onlar bərabər sövdələşmə qabiliyyətinə malik olarlar. Bu, tərəflərin ölçüsü və gücü, mövcud alternativlər və ünsiyyət kimi amillərdən asılıdır. Sövdələşmə qabiliyyəti əmək haqqı, qiymətlər və bazar strukturu kimi iqtisadi nəticələrə təsir göstərə bilər. Buna dövlət tənzimlənməsi və elmi-texniki tərəqqi kimi xarici amillər təsir edir. Sövdələşmə qabiliyyəti konsepsiyasının ardıcıl təhlil üçün mühüm əhəmiyyət kəsb etdiyi bir sıra sahələr var. Bunlara oyun nəzəriyyəsi, əmək iqtisadiyyatı, kollektiv sövdələşmələr, diplomatik danışıqlar, məhkəmə çəkişmələrinin həlli, sığortanın qiyməti və ümumilikdə istənilən danışıqlar daxildir. Sövdələşmə qabiliyyətinün bir neçə formulları hazırlanmışdır. Amerikalı iqtisadçı Nil Volverton Çemberlenə görə, A-nın sövdələşmə qabiliyyətinü B-nin A-nın şərtləri ilə razılaşmadığı halda yaranacaq xərclərin A-nın şərtləri ilə razılaşdığı halda yaranacaq xərclərə nisbəti kimi izah etmək mümkündür. A ilə fikir ayrılığının B üçün yaradacaq nisbətən yüksək həmcdəki xərci o deməkdir ki, A-nın sövdələşmə qabiliyyəti güclüdür.
Alyaskanın satın alınması
Alyaskanın satın alınması — ABŞ-nin Alyaska torpaqlarını Rusiya imperiyasından 1867-ci ildə 7.2 milyon dollara almasını verilən ad. Satın alınma prosesi zamanı aparılan danışıqlarda ABŞ tərəfindən ölkənin xarici işlər naziri Vilyam Sivard təmsil etmişdir. Alınan torpaqların ərazisi 1.518.800 km²'dir.
Alyaskanın satın alışı

Luiziananın satın alınması
Luiziananın satın alınması (ing. Louisiana Purchase) — Missisipi çayının qərbində yerləşən ərazilərin ABŞ tərəfindən Fransadan satın alınmasına verilən ad. Luiziananın satın alınması, ABŞ tarixində ən böyük ərazi genişləndirmək planı hesab olunur. Alınan ərazilərin sahəsi 2.100.000 km² olub. Ərazi üçün Fransaya 15 milyon dollar ödənib. Bununla da hər hektar əraziyə 7 sent düşürdü. Müqavilə 30 aprel 1803-cü ildə Robert Livinqston, Ceyms Monro və Barb Morbois arasında Paris şəhərində imzalanıb. == Nəticəsi == Luiziananın satın alınması nəticəsində ABŞ əraziləri iki dəfə genişləndi. Bununla da Amerikada qərbə axın daha da sürətlənmiş, ölkənin genişlənməsi onun siyasi və iqtisadi gücünün daha da artmasına bir başa təsir göstərmişdir. Sonrakı illərdə satın alınan ərazi müxtəlif ştatlara bölünmüşdür.
Xam sövdələşmə (film, 1986)
Xam sövdələşmə (ing. Raw Deal) — 1986-cı ildə Con İrvin tərəfindən çəkilmiş ABŞ filmidir. Xam sövdələşmə — Internet Movie Database saytında.
İblislə sövdələşmə (film, 2006)
İblislə sövdələşmə (ing. The Covenant) — ABŞ istehsalı olan fantastika, döyüş və qorxu janrlı film. Rejissor Renni Harlinin lentə aldığı bu film 2006-cı ildə işıq üzü görüb. Baş rollara Stiven Streyt, Sebastian Sten, Tobi Heminqvey və Laura Hemsey çəkiliblər. Film ABŞ və dünyada 8 sentyabr 2006-cı ildə təqdim olunub. 1692-ci ildə Massaçusets İpsviç kaloniyasında sirli qüvvələrə sahib 5 ailə sahib olduqları gücləri sirr tutacaqlarına dair and içmişdilər. Lakin aralarından bir ailənin bu sirri pozması nəticəsində digər ailələr tərəfindən aralarından uzaqlaşdırıldı, yalnız o günə qədər... Seçilmiş yaxşı məktəb olan Spencer Akademiyasının dört gənc tələbəsi əjdadlarından qalan bu güclərə sahibdirlər. Hər biri 1600-cü illərdə İpsviç Koloniyasında yaşayan ailələrin mirascısı olaraq həmin xüsusi qüvvələrlə birlikdə dünyaya gəliblər. Uşaqlıqdan bəri birlikdə böyüyüblər.
İlon Maskın Twitter-i satın alması
ABŞ sahibkarı İlon Mask əvvəlcədən Twitter-in səhmlərinin 9,1 %-ni 2,64 milyard ABŞ dolları qarşılığında satın aldıqdan sonra 14 aprel 2022-ci ildə şirkəti tamamilə satın almaq üçün 43 milyard ABŞ dolları təklif etdi. Twitter daha sonra Maskı idarə heyətinə qatılmağa dəvət etdi. Mask bu dəvəti əvvəlcə qəbul etsə də, sonradan fikrini dəyişdi. Şirkət nəhayət aprelin 25-də Maskın 44 milyardlıq təklifini qəbul etdi. Satış 2022-ci ilin may ayından etibarən səlahiyyətlilər və səhmdarlar tərəfindən təsdiq edilməyi gözləyir. Bəzi Twitter səhmdarları bunu "bazar manipulyasiyası" adlandıraraq Maskı məhkəməyə veriblər. İlon Mask bu mövzuda ilk tvitini 2010-cu ilin iyun ayında şəxsi Twitter hesabında paylaşmışdır. Bu 2017-ci ildə paylaşdığı tvitlə davam etdi. Mask 2022-ci ilin martın 24-ü paylaşdığı tvitində "söz azadlığı" mövzusuna toxundu. Bu tvit satınalmanın prosedurunun əsas mərhələsi idi.
İlon Maskın "Twitter"i satın alması

FİFA Dünya Kubokunda qeydə alınmış avtoqolların siyahısı
Bu siyahıda FİFA Dünya Kubokunda avtoqola imza atmış futbolçular göstərilmişdir (Seçmə mərhələlərində qeydə alınan avtoqollar nəzərə alınmamışdır). == Avtoqolların siyahısı == Cədvəldəki məlumatlar avtoqolların qeydə alındığı tarixə əsasən ardıcıl sıralanmışdır. Əgər futbolçu öz milli yığması ilə birlikdə medal mükafatçısı olmuşdursa, onda, onun adı komandanın tutduğu yerdən asılı olaraq qızılı, gümüşü və ya bürünc fonda göstərilmişdir. === Futbol üzrə dünya çempionatlarında avtoqollar === Yalnız 4 mundialda heç bir avtoqol vurulmamışdır. Bunlar 1934, 1958, 1962 və 1990-cı illərdə keçirilmiş turnirlərdir. Ən çox avtoqol 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında vurulmuşdur. Fransada keçirilmiş həmin futbol üzrə dünya çempionatında 6 avtoqola imza atılmışdır. Orta hesabla dünya çempionatı ərzində 2,05 avtoqol qeydə alınır. Son beş turnirlərdə qeydə alınan avtoqolların sayı ikidən az olmamışdır. == Statistika == İlk Avtoqol: Manuel Rosas, Meksika - Çili, 1930.
Disney-in 21st Century Fox-u satın alması
"Disney"in "21st Century Fox"u satın alması – 20 mart 2019-cu ildə "The Walt Disney Company" şirkətinin "21st Century Fox" şirkətini 71 milyard ABŞ dolları qarşılığında satın alması. "Disney"in "Fox"u almaq istədiyi ilk dəfə 14 dekabr 2017-ci ildə anons edilmişdi. Əvvəlcə müqavilənin 52 milyard ABŞ dollarını əhatə edəcəyi bildirilsə də, bu məbləğ "Comcast" ilə yaşanan rəqabətə görə 71,3 milyard ABŞ dollarına yüksəlmişdir. "Disney" "Fox"un təxminən 13.7 milyard dollarlıq borcunu da ödəmək məcburiyyətində olmuşdur. Satınalma "Twentieth Century Fox", "Fox Searchlight Pictures", "Fox 2000 Pictures", "Fox Family" və "Fox Animation", "Twentieth Century Fox Television", "FX Productions" və "Fox21", "FX Newtorks", "National Geographic Partners", "Fox Networks Group International" və "Star India"nın, eləcə də, "Fox"un "Hulu", "Tata Sky" və "Endemol Shine Group"dakı səhmlərini də əhatə etmişdir. Bununla yanaşı, "Simpsonlar", "İks-adamlar", "Avatar", "Fantastik dördlük", "Qriffinlər" kimi mediafranşizlər də "Disney"in ixtiyarına keçmişdir.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == Həmçinin bax == Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı == İstinadlar == == Ədəbiyyat == М. Гусейнов, А. К. Джафаров — Палеолит Азербайджана, Элм, 1986 М. Гусейнов – Древний палеолит Азербайджана, Баку, Элм, 1985 Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı Arxivləşdirilib 2012-10-28 at the Wayback Machine Baxşəliyev, Vəli. Azərbaycan arxeologiyası, I cild. Bakı: Azərbaycan Мilli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti. 2006.
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. == Siyahı == == İstinadlar == == Ədəbiyyat == Ашурбейли С. Б. История города Баку. Период средневековья. — Б.: Азернешр, 1992. — 408 с. — ISBN 5-552-00479-5. Бретаницкий Л. С. Зодчество Азербайджана XII–XV вв.
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli arxeoloji abidələrin siyahısı
== Siyahı ==
Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısı
== Siyahı ==
Futbol üzrə dünya çempionatında qeydə alınmış avtoqolların siyahısı
Bu siyahıda FİFA Dünya Kubokunda avtoqola imza atmış futbolçular göstərilmişdir (Seçmə mərhələlərində qeydə alınan avtoqollar nəzərə alınmamışdır). == Avtoqolların siyahısı == Cədvəldəki məlumatlar avtoqolların qeydə alındığı tarixə əsasən ardıcıl sıralanmışdır. Əgər futbolçu öz milli yığması ilə birlikdə medal mükafatçısı olmuşdursa, onda, onun adı komandanın tutduğu yerdən asılı olaraq qızılı, gümüşü və ya bürünc fonda göstərilmişdir. === Futbol üzrə dünya çempionatlarında avtoqollar === Yalnız 4 mundialda heç bir avtoqol vurulmamışdır. Bunlar 1934, 1958, 1962 və 1990-cı illərdə keçirilmiş turnirlərdir. Ən çox avtoqol 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında vurulmuşdur. Fransada keçirilmiş həmin futbol üzrə dünya çempionatında 6 avtoqola imza atılmışdır. Orta hesabla dünya çempionatı ərzində 2,05 avtoqol qeydə alınır. Son beş turnirlərdə qeydə alınan avtoqolların sayı ikidən az olmamışdır. == Statistika == İlk Avtoqol: Manuel Rosas, Meksika - Çili, 1930.
FİFA Dünya Kubokunda qeydə alınmış het-triklərin siyahısı
Bu siyahıya FİFA Dünya Kuboku finalları tarixində bir futbol matçında üç və ya daha çox qol vuran oyunçular daxil edilmişdir. (Dünya Kuboku seçmə matçları daxil deyil.) Bir Dünya Kuboku matçında het-trik (üç və ya daha çox qol vurmaq) nisbi olaraq olduqca nadirdir. 18 dəfə təşkil edilən Dünya Kubokunda oynanan 700-dən çox matçda idmançılar yalnız 48 dəfə bu performansı həyata keçirə bilmişlər. Futbolun və Dünya Kubokunun rəhbərliyində olan FİFAnın bir oyunçunun üç və ya daha çox qol atdığını rəsmi olaraq təsdiqləməsi ilə oyunçunun performansı het-trik olaraq qəbul edilir. Dünya kubokunda ilk het-trik etmə müvəffəqiyyətini ABŞ milli futbol komandasından Bert Patenaude adlı oyunçu Paraqvay milli futbol komandasına qarşı FİFA Dünya Kuboku 1930da reallaşdırdı. Ən son olaraq da FİFA Dünya Kuboku 2014-də Almaniya milli futbol komandasından Tomas Müller Portuqaliya milli futbol komandasına qarşı oyunda həyata keçirmişdir. Bu performansın heç bir futbolçu tərəfindən bacara bilmədiyi tək turnir Almaniyada təşkil edilən FİFA Dünya Kuboku 2006 olmuşdur. Ən çox het-trik isə 8 dəfə ilə İsveçrədə təşkil edilən FİFA Dünya Kuboku 1954-də qeydə alınmışdır. == Maraqlı faktlar == ABŞ-lı Bert Patenaude 17 İyul 1930-cu ildə Paraqvay milli futbol komandasına üç qol vuraraq bir Dünya Kuboku matçında het-trik edən ilk futbolçu olaraq tarixə keçmişdir. Ancaq 2006-cı ilə qədər FİFA rəsmi olaraq bu oyunçunu deyil, bu matçdan iki gün sonra oynanan matçdakı Argentinalı Gillermo Stabileni qəbul edirdi.
Futbol üzrə dünya çempionatında qeydə alınmış het-triklərin siyahısı

Значение слова в других словарях