SATLIQ

sif. Satılmaq üçün olan, satılmalı olan, satılan. Satlıq taxıl. Satlıq kartof. – Sağmal inək bizdə, satlıq yağ sizdə. ( Ata. sözü ).
[Xortdan:] Bir yanda çuval-çuval buğda qoyulub, … bir yanda satlıq qoyun və qaramal. Ə.Haqverdiyev.

□ Satlığa qoymaq – satmaq üçün ayırmaq, satmaq üçün qoymaq.
[Məsumə Muxtara:] Kaş borcun çıxaydı, ananın paltarını satlığa qoyaydın, ancaq başımıza bu oyunu gətirməyəydin. B.Bayramov.

Etimologiya

  • SATLIQ Satlıq mal ifadəsi mövcuddur. Sat feilidir və o, -lıq şəkilçisini qəbul etməməlidir (qırxlıq, əmlik, udlaq kimi sözlərdə də bu qanun pozulub)
SATQINLIQ
SATMA

Digər lüğətlərdə