SASAN
SAVAY
OBASTAN VİKİ
Aşıq Savad
Aşıq Savad – azərbaycanlı şair və aşiq. == Həyatı == Aşıq Savad Axund Şəfi qızı Nəsibova, 1885-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Əmisi Molla Şabandan, atası Axund Şəfidən, qardaşları Hacı Rəhimdən və Molla Mehdidən ruhani təhsili almışdır. Tanıyıb sevmədiyi, Göyçə mahalının Sarıyaqub kənd sakini Temir adlı birisinə ərə verilmişdir. Temirdən saz havalarını çalmağı öyrənmiş və aşıqlıq etmişdir. Toylarda, el şənliklərində özünün və xüsusən də ustad aşıqların dillər əzbəri olan sözlərini çalıb-oxumuşdur. Aşıq Savad 1970-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində vəfat etmiş və orada da dəfn edilmişdir. Aşıq Savad haqqında bir neçə kitablarda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Aşıq Savadın qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh. 160–161). 2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında da qoşmaları və gəraylıları nəşr olunmuşdur (səh.
Aminata Savadoqo
Aminata Savadoqo (latış. Aminata Savadogo‎; d. 9 yanvar 1993, Riqa, Latviya) və ya sadəcə Aminata — Latviya müğənnisi, bəstəkarı, prodüseri və modeli. O, Latviyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 6-cı yeri qazandırmışdır. == Həyatı == Aminata Savadoqo 9 yanvar 1993-cü ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olmuşdur. Onun anası yarı latış, yarı rus, atası isə Burkina-Fasoludur. Aminata 13 yaşında oxumağa başlamışdır. O, Latviyada Bolderaja musiqi və incəsənət məktəbini bitirmişdir. Aminata erkən yaşlarında fleytada ifa etməyi də öyrənmişdir. 15 yaşında ikən gənc ifaçı Latviyanın Krodziņā pie Paula televiziya şousunda iştirak etmişdir.
Kentaro Savada
Kentaro Savada (d. 15 may 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kompüter savadlılığı
Kompüter savadlılığı (computer literacy) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil olmaqla, onlar haqqında biliklərin səviyyəsi. Bəzən (və tamamilə əsassız olaraq) kompüterlərə, dərin texniki biliklərin və ya riyaziyyat və elektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar. Əslində isə başqa fənnlər kimi, hesablama texnıkasında da müxtəlif səviyyəli səriştəlilik (kompetentlik) mümkündür. Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salınması ardıcıllığı, sadə tətbiqi proqramların çalışdırılması, istifadə olunması və işinin başa çatdırılması, informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur. Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur; məsələn, mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır. Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika, assembler dili kimi sahələrdə xüsusi biliklərin olmasını nəzərdə tutur. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil, yəni testləməni istər Microsoft proqram məhsulları (Windows 98, 2000, XP, Vista; Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” (OPEN SOURCE) tətbiqi proqramları (Linux (Unix), Open/Star Office) üzrə aparmağa imkan verir. ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir: 1. İnformasiya texnologiyalarının əsasları 2. Kompüterdə iş.
Maliyyə savadlılığı
Maliyyə savadlılığı - Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir . İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing. ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: “Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur”. Maliyyə savadlılığı anlayışı ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır. == Xarici keçidlər == Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı Maliyyə savadlılığı Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine Mərkəzi Bank “Maliyyə savadlılığı” layihəsi çərçivəsində tədbirlərini davam etdirir Maliyyə savadlılığı.Layihə haqqında Elmin İnkişafı Fondu ”Gənc alimlər və maliyyə savadlılığı” “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsi elan edilib Finansal okuryazarlık nedir? Finansal Okuryazarlık nedir ?
Savadkuh şəhristanı
Savadkuh şəhristanı- İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Polsefid şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,430 nəfər və 17,918 ailədən ibarət idi. Savadkuh, Pəhləvi sülaləsinin banisi Rza şah Pəhləviin doğulduğu yerdir.
Savadsızlıq
Savadsızlıq (ing. Illiteracy) — oxumağı bacarmamaq. Bir zamanlar adını yaza bilməyənlər savadsız hesab olunurdular. Lakin bu terminin dəqiqliyi o qədər genişlənmişdir ki, indi savad testləri insanların gündəlik tapşırıqları (məsələn: avtobusun vaxt cədvəlini oxuya bilmək bacarığı) yerinə yetirmək bacarığını ölçür.
Tindvende Savadoqo
Tindvende Tyeri Savadoqo (22 iyul 1995) — Burkina-Fasolu üzgüçü. Tindvende Savadoqo Burkina-Fasonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tindvende Savadoqo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.38 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.

Digər lüğətlərdə

автозапра́вка а́збучный вахла́к недоразви́тие неточёный отобража́ющий предбу́дущий прола́щиваться растра́вливать изреше́чиваться калёвка коня́га проплута́ть протруби́ть стря́хиваться суффикса́ция то́полевый polyimide posthypnotic shortening skier surmise tête-bêche бултыхать обратить