SAVADLI₁

sif. Yazıb-oxumağı bacaran.
Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib, Gəncədə də ki savadlı molla tapmaq mümkün deyildir. C.Məmmədquluzadə.

// Qrammatik cəhətdən çox düzgün yazan və danışan. Savadlı tələbə. Savadlı şagird.
– Katibliyə savadlı adam olmadığından bu iş şəhərdən gələnin boynunda qaldı. Mir Cəlal.

// məc. dan. Hər hansı bir sahədə yaxşı biliyi, məlumatı olan; bilikli. Savadlı həkim.
– Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. M.Hüseyn.
Qadirin fikrincə Veys savadlı, bilikli adam olsaydı, sözünü belə qurtarardı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAVADLI SAVADLI [Mirzə Polad:] Ona savadlı, kamallı xadimlər lazımdır (S.Rəhimov); BASƏVAD (köhn.) Amma hər kəs bu dillərin heç birinə basəvad deyil, yəqin ki
  • SAVADLI düzgün — səliqəli — qüsursuz (yazı)
  • SAVADLI bilikli — elmli

Antonimlər (əks mənalı sözlər)

  • SAVADLI SAVADLI – BİLİKSİZ Sənə bir savadlı adam lazımdır (Ə.Haqverdiyev); Biliksiz ömrün nə mənası var? (S.Rüstəm)
SAVADLANMAQ
SAVADLI₂
OBASTAN VİKİ
Kompüter savadlılığı
Kompüter savadlılığı (computer literacy) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil olmaqla, onlar haqqında biliklərin səviyyəsi. Bəzən (və tamamilə əsassız olaraq) kompüterlərə, dərin texniki biliklərin və ya riyaziyyat və elektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar. Əslində isə başqa fənnlər kimi, hesablama texnıkasında da müxtəlif səviyyəli səriştəlilik (kompetentlik) mümkündür. Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salınması ardıcıllığı, sadə tətbiqi proqramların çalışdırılması, istifadə olunması və işinin başa çatdırılması, informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur. Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur; məsələn, mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır. Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika, assembler dili kimi sahələrdə xüsusi biliklərin olmasını nəzərdə tutur. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil, yəni testləməni istər Microsoft proqram məhsulları (Windows 98, 2000, XP, Vista; Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” (OPEN SOURCE) tətbiqi proqramları (Linux (Unix), Open/Star Office) üzrə aparmağa imkan verir. ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir: 1. İnformasiya texnologiyalarının əsasları 2. Kompüterdə iş.
Maliyyə savadlılığı
Maliyyə savadlılığı - Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir . İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing. ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: “Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur”. Maliyyə savadlılığı anlayışı ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır. == Xarici keçidlər == Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı Maliyyə savadlılığı Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine Mərkəzi Bank “Maliyyə savadlılığı” layihəsi çərçivəsində tədbirlərini davam etdirir Maliyyə savadlılığı.Layihə haqqında Elmin İnkişafı Fondu ”Gənc alimlər və maliyyə savadlılığı” “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsi elan edilib Finansal okuryazarlık nedir? Finansal Okuryazarlık nedir ?

Digər lüğətlərdə

вя́зовые и́глица не́русь неусто́йка пришпо́ривать разнообра́зность са́хары хвастли́вый це́лостность генезис инсоля́ция незря́чая подража́тель розео́ла со́вестливый уголо́чек кукан паркет homer knurling navette Peking duck talk down wood tar пятисотлетие