SAVADSIZLIQ

is.
1. Savadsız olma, yazıboxumağı bacarmama; avamlıq, cəhalət.
[Mehribanın] nöqsanı yalnız savadsızlığı idi. S.Hüseyn.
“Kəşkül” də “Əkinçi” kimi savadsızlıq və cəhalət əleyhinə çıxaraq, elm və mədəniyyətin yayılması uğrunda çarpışırdı. M.İbrahimov.
Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev.

2. məc. Bacarıqsızlıq, qabiliyyətsizlik, biliksizlik, naşılıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAVADSIZLIQ SAVADSIZLIQ, BİSAVADLIQ
  • SAVADSIZLIQ biliksizlik — təcrübəsizlik — məlumatsızlıq
  • SAVADSIZLIQ bacarıqsızlıq — kütlük
SAVADSIZ
SAVÁNNA
OBASTAN VİKİ
Savadsızlıq
Savadsızlıq (ing. Illiteracy) — oxumağı bacarmamaq. Bir zamanlar adını yaza bilməyənlər savadsız hesab olunurdular. Lakin bu terminin dəqiqliyi o qədər genişlənmişdir ki, indi savad testləri insanların gündəlik tapşırıqları (məsələn: avtobusun vaxt cədvəlini oxuya bilmək bacarığı) yerinə yetirmək bacarığını ölçür.

Digər lüğətlərdə

за́просто маркёрство отмока́ть регуляцио́нный флебогра́мма ча́душко безбума́жный говори́ться мизи́нец надса́живаться обряжа́ться па́рковый полузакрыва́ться разреши́тельный физиономи́стика весёлый совет штепсель gas-burner kithe port-wine red-pencil weak-brained окулирование празднование