Saxa

coğ. Sakha f

sahmanlı
Saxalin
OBASTAN VİKİ
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Saxa Respublikası
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Saxa Vikipediya
Yakutca Vikipediya — Vikipediyanın yakut dilində olan bölməsidir.
Saxa atı
Saxa atı (saxa сылгы və ya саха ата) — Saxa ərazisində formalaşan at. Cins xalq seleksuyası sayəsində yerli şəraitı uyğunlaşaq formalaşmışdır. Saxa cinsi şaxtaya davamlı olmaqla yanaşı qalın dəriyə və uzunluğu 8-15 sm olan xəzə malikdir. Bu ad hətta qışın sərt vaxtı qırnaqları ilə qarı eşərək onun altınfa yerləşən otlarla qidalana bilir. Bu atlar il boyu açıq səma altında yaşayırlar. Yayda +40°, qışda isə -60° S temoeratur şəraitində yaşaya bilir. Onlar sərbəst şəkildə qida aşkarlaya bilirlər. 1988-ci ildə tundra ərazisinə 160 km² əraziyə bir sürü saxa atıları buraxılmışdır. Hədəf isə bölgənin ekosistemini bərpa etmək olmuşdur. Bu atlara nisbətən yaxın cins Monqol atlarıdır.
Saxa dili
Saxa (Yakut) dili — saxaların xalq dili. Rusiya Federasiyasının Saxa Respublikasının rəsmi dövlət dilidir. Türk dillərinə daxildir.
P.A.Oyunski adına Saxa Akademik Teatrı
P.A.Oyunski adına Saxa Akademik Teatrı (saxa П. А. Ойуунускай аатынан Саха академическай театр) — saxa dilində dramatik tamaşalar qoyulan Saxa Respublikasının (Yakutiya) əsas teatrı. 1920-ci ildə teatrın yaradılması zamanı Yakutiyada iki truppa: rus və yakutiya truppaları təşkil olundu. 1925-ci ildə truppa ayrıca teatr oldu. Yarandığı gün ilk premyeranın günü hesab olunur - Yakut fantastika janrının qurucularından biri Neustroyev Nikolay Denisoviçin "Kuhakan tyyn" (Şər Ruhu) komediyasının - 17 oktyabr tarixində səhnələşdirildiyi gündür. Teatrın ilk direktoru şair və dramaturq Anempodist Sofronov-Alampa idi. Vilyui həvəskar teatrının təşkilatçısı rejissor Dmitri Dmitriyeviç Bolşev olmuşdur. Teatrın ilk peşəkar rejissoru 1933-1958-ci illərdə işləyən Rusiya Teatr Sənəti İnstitututundan məzun olan Spiridon Alekseyeviç Qriqoryev idi. Saxa Akademik Teatrı həmişə tamaşaçıları maraqlı səhnə əsərləri ilə sevindirmişdir. Böyük Vətən müharibəsi illərində qəhrəmanlıq-vətənpərvərlik mövzusu tamaşalarda canlı şəkildə əks olunurdu. Konstantin Simonovun "Rus xalqı" və "Məni gözlə", L.Leonovun "İstilası", A.Kronanın "Filo Zabiti", İ.Baxterev və A. Razumovskinin "Komandir Suvorov", N.Korneiçukun "Cəbhə", A.Qladkovun "Çoxdan əvvəl" əsərləri teatr tərəfindən səhnəyə qoyulmuşdur.
Saxa ədəbiyyatı
Saxa ədəbiyyatı — Saxa türklərinin ana dilində yaratdığı ədəbiyyat. 1632-ci ildə Saha türklərinin ruslar tərəfindən işğalına qədər, onların yazılı ədəbiyyatı yox idi, lakin çox zəngin bir xalq ədəbiyyatı var idi. Bu xalq ədəbiyyatı materiallarından biri də Olonho dastanı və ona bağlı xalq ədəbiyyatı örnəkləridir. Bu örnəklər unikal bir ənənəyə malikdir və bir çox fərqli hekayədən ibarətdir. Hekayələrin hər biri öz qəhrəmanının adı ilə çağırılır və onların olonhohut adlı xüsusi rəvayətçiləri var. Olonhohutlar tarixi ənənəyə riayət edərək qəhrəmanları və hadisələri ətraflı təsvir edir, rəvayətləri zəngin məcaz və metafor ilə bəzəyir, Altay alliteasiyasını uğurla tətbiq edirlər. Olonhohutların söylədiyi bu hekayələr bir zəncir meydana gətirir və Olonhonun həlqəsində yığılır. İndiyə qədər tərtib edilə bilən ən əhəmiyyətli olonholar bunlardır: Er Soğotoh, Ürüng Uolan, Nurgun Bootor, Kulun Kulustuur, Bahımmı Baatır, Erbextey Bergen, Mülcü Böğö, Sün Caahın. Digər xalq ədəbiyyatı örnəkləri içərisində sehen (əfsanə), kepseen (xalq hekayəsi), uge (nağıl), ostuoruya (nağıl) qavrayış (alqış, ilahi), iria (nəğmə, xalq mahnısı), xohoon (qoşma), kırııstar (bəddua), bilgelər (inanclar), ös xohoonnoro (atalar sözləri), taabirinnar (tapmacalar) diqqəti çəkir. Bu zəngin xalq ədəbiyyatı nümunələrinin yazıya alınması yalnız 1819-cu ildə kiril əlifbasına əsaslanan xüsusi əlifbaya keçid ilə mümkün olmuşdur.
Polyarnaya zvezda (jurnal, Saxa)
Polyarnaya zvezda (Saxa dilində: Хотугу сулус) — rus dilində Saxa Respublikasında (Yakutiya) yayınlanan ədəbi-bədii və ictimai-siyasi dərgi. Təsisçisi — Saxa Respublikası hökuməti. Redaksiya Yakutsk, st. Orconikidze, 31, Mətbuat evi, otaq. 321, 322. Rəsmi olaraq "Polyarnaya Zvezda" jurnalı 1956-cı ildə "Xotuqu Sulus" (1926-cı ildə "Çolbon" adı ilə yaradılmış) bədii almanaxı əsasında nəşr olunmağa başladı, amma ilk dəfə olaraq rus dilində "Xotuqu sulus" jurnalının bəzi nömrələri "Polyarnaya zvezda" ("Qütb ulduzu") adı ilə hələ 1954-cü ildə işıq üzü görmüşdür. Sovet dövründə — SSRİ Yazıçılar İttifaqının mətbuat orqanlarından biri olmuşdur. 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində ədəbi jurnal ildə altı dəfə: dörd dəfə "Xotuqu sulus" adı ilə Saxa dilində, iki dəfə "Polyarnaya zvezda" adı ilə rus dilində nəşr olunurdu. 1964-cü ildən "Xotuqu sulus" və "Polyarnaya zvezda" jurnalları ayrı-ayrılıqda, lakin eyni tirajla nəşr olunmağa başladı. 1956-cı ildə "Polyarnaya zvezda"nın ilk nömrəsinin buraxılması "Xotuqu sulus"un beşinci nömrəsi ilə üst-üstə düşdü, buna görə də, faktiki olaraq, jurnalın ilk nömrəsi 5-ci nömrə olaraq təyin edilmişdir.
Erigeron saxatilis
Erigeron saxatilis (lat. Erigeron saxatilis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eucalyptus saxatilis
Eucalyptus saxatilis (lat. Eucalyptus saxatilis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Gagea saxatilis
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Galium saxatile
Galium saxatile (lat. Galium saxatile) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium helveticum Weigel Galium pumilum subsp. saxatile (L.) Dostál == Yarımnövləri == Galium saxatile var. saxatile Galium saxatile var. vivianum (Kliphuis) Ortega Oliv.
Juniperus saxatilis
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Linaria saxatilis
Linaria saxatilis (lat. Linaria saxatilis) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
Morone saxatilis
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Odontarrhena saxatilis
Alyssum alpestre (lat. Alyssum alpestre) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü. Alyssum gerardi Rouy & Foucaud Odontarrhena saxatilis Jord. & Fourr. Odontarrhena pyrenaica Jord. & Fourr. Odontarrhena murcica Jord. & Fourr. Odontarrhena microphylla C.A.Mey. in Ledeb.
Qornozavodsk (Saxalin vilayəti)
Qornozavodsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Qərbi Saxara
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Qərbi Saxara döyüşləri (2020)
Qərbi Saxara döyüşləri - 2020-ci il 13 noyabrda başlamış, və hal-hazırda Mərakeş və Qərbi Saxara dövlətləri arasında davam edən döyüşdür. Rusiya - Rusiya Mərakeşi qınayaraq hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib Mavritaniya - Mavritaniya Qərbi Saxara ilə olan sərhədini bağlayıb. Qətər - Qətər Mərakeşi tam dəstəklədiyini bildirib.
Qərbi Saxarada referendum üzrə BMT missiyası
Qərbi Saxarada referendum üzrə BMT missiyası (ərəb. بعثة الأمم المتحدة لتنظيم استفتاء في الصحراء الغربية‎; fr. Mission des Nations Unies pour l'Organisation d'un Référendum au Sahara Occidental; isp. Misión de las Naciones Unidas para la Organización de un Referéndum en el Sáhara Occidental; MINURSO) — Mərakeş ilə Polisario Cəbhəsi arasındakı qarşıdurmada atəşkəsin yolunu açan Qəsəbə Planının bir hissəsi olaraq 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 690 saylı Qərarına uyğun olaraq 1991-ci ildə qurulmuş, Qərbi Sahardakı Birləşmiş Millətlər Təşkilatının sülhməramlı bir missiyadır. Sahra Ərəb Demokratik Respublikası) mübahisəli Qərbi Sahara ərazisi üzərində (əvvəllər İspaniya Səhrası). MINURSO-nun missiyası atəşkəsi izləmək və Qərbi Sahara xalqının Mərakeşlə inteqrasiya və müstəqillik arasında seçim etməsinə imkan verəcək Qəsəbə Planına uyğun olaraq referendum təşkil etmək və keçirmək idi. Bu, Səhravilər üçün öz müqəddəratını təyin etmək və beləliklə Qərbi Səhranın hələ bitməmiş dekolonizasiya prosesini başa çatdırmaq məqsədi daşıyırdı (Qərbi Səhra, BMT-nin müstəsna ərazilər siyahısında qalan son böyük ərazidir). Birləşmiş Millətlər Təşkilatına görə, MINURSO "əvvəlcə həll planına əsasən səlahiyyət almışdı: atəşkəsə nəzarət etmək; ərazidə Mərakeş əsgərlərinin azaldılmasını yoxlamaq; Mərakeş qoşunlarının və Polisario Cəbhəsi qoşunlarının təyin olunmuş yerlərdə saxlanmasına nəzarət etmək; bütün Qərbi Sahara siyasi məhbuslarının və ya məhbusların sərbəst buraxılmasını təmin etmək üçün tərəflərlə addımlar atmaq; Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən hərbi əsir mübadiləsinə nəzarət etmək; Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) tərəfindən götürüləsi bir vəzifə olan Qərbi Sahra qaçqınlarını geri qaytarmaq; ixtisaslı seçiciləri müəyyənləşdirmək və qeyd etmək; azad və ədalətli referendumu təşkil edir və təmin edir və nəticələrini elan edir; partlamamış hərbi sursat və mina təhlükəsini azaltmaq. Bir müstəqillik referendumu əvvəlcə 1992-ci ilə planlaşdırılırdı, lakin səsvermə hüququ ziddiyyətləri səbəbindən keçirilmədi. Hər iki tərəf bir-birini prosesi təxirə salmaqda günahlandırdı.
Radio Saxalin
Radio Saxalin — İlk Saxalin radiosu olub "Saxalin" Dövlət Televiziya və Radio Yayımları Şirkətinə aiddir. 1946-cı ildə sınaq yayımına başladı.1960-cı ildə Yuzhno-Saxal telekanalının açılışı başladı. 1989-cu ildə video istehsalında videonun tətbiqi başladı. 1992-ci ildə Televiziya və Radio Yayımları Komitəsi Sakhalin Dövlət Teleradio Şirkətinə dəyişdirildi. 2004-cü ildə Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin filialına çevrildi.
Rubus saxatilis
Daş-böyürtkən (lat. Rubus saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Saxara Ərəb Demokratik Respublikası
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Saxaravi
Saxaravi - Qərbi Saxara mübahisəli ərazisində yaşayan əhalinin işlətdiyi ərəb dilinin dialektidir . Saxaravilər ərəblərin, bərbərlərin və zəncilərin qarışığıdır. Onlar Saxara səhrasının qərb hissəsində, indiki Mavritaniyada, Mərakeşin cənubunda və Əlcəzairin cənub-qərbində yaşayırlar. Qarışığı olduğu xalqların mədəniyyətinin qarışığıdır. Hodges, Tony (1983), Western Sahara: The Roots of a Desert War, Lawrence Hill Books (ISBN 0-88208-152-7) Jensen, Erik (2005), Western Sahara: Anatomy of a Stalemate, International Peace Studies (ISBN 1-58826-305-3) Mercer, John (1976), Spanish Sahara, George Allen & Unwid Ltd (ISBN 0-04-966013-6) Norris, H.T. (1986), The Arab Conquest of the Western Sahara, Longman Publishing Group (ISBN 0-582-75643-X) Pazzanita, Anthony G. and Hodge, Tony (1994), Historical Dictionary of Western Sahara, Scarecrow Press (ISBN 0-8108-2661-5) Shelley, Toby (2004), Endgame in the Western Sahara: What Future for Africa's Last Colony?, Zed Books (ISBN 1-84277-341-0) Thobhani, Akbarali (2002), Western Sahara Since 1975 Under Moroccan Administration: Social, Economic, and Political Transformation, Edwin Mellen Press (ISBN 0-7734-7173-1) Thompson, Virginia and Adloff, Richard (1980), The Western Saharans.
Saxarnaya Qalava
Saxarnaya Qalava — Şantar adaları qrupuna daxil olan kiçik ada. Feklistov adasından 7,5 km qərbdə yerləşir. Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Saxarov mükafatı
Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı (daha çox "Saxarov" mükafatı kimi tanınır) — həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxsləri və ya bir qrup insanı mükafatlandırmaq üçün təqdim olunur. SSRİ vətəndaşı alim və insan hüquqları müvəkkili Andrey Saxarovun adını daşıyan bu mükafat 1988-ci ildə Avropa Parlamenti tərəfindən təsis edilmişdir. Namizədlərin son siyahısı hər il Avropa Parlamentinin Xarici İşlər Komitəsi və İnkişaf Komitəsi tərəfindən hazırlanır. Bu komitələrin tərkibindəki Avropa Parlamenti üzvləri sentyabrda son siyahını hazırlayır. Daha sonra son qərar Avropa Parlamentinin Prezidentlər Konfransı (Prezident və siyasi qrup liderləri) tərəfindən verilir və laureatın adı oktyabrın sonunda elan olunur. Mükafat dekabr ayının sonunda Parlamentin Strasburqdakı mərkəzində təşkil edilən mərasimdə verilir. Mükafata 50000 avro məbləğində pul mükafatı da daxildir. Mükafat ilk dəfə Cənubi Afrikadan olan Nelson Mandela və rus Anatoli Marçenkoya eyni zamanda verilmişdir. 1990-cı ildəki mükafat isə Anq San Su Kiyə təqdim olunmuşdur, lakin o, Birmada siyasi məhbus olduğuna görə mükafatı 2013-cü ilə qədər əldə etməyə müvəffəq olmamışdır. Mükafat, həmçinin təşkilatlara da verilə bilir.
Saxaroza
Saxaroza (C12H22O11), disaxaridlərin ən mühüm və ən çox yayılmış nümayəndəsi olub əsasən, şəkər çuğundurunun (12–20%) və şəkər qamışının (14–26%) tərkibində olur. Ona görə də onu şəkər çuğundururu və ya qamış şəkəri adlandırırlar. Saxaroza, həmçinin, bir çox meyvə və tərəvəzlərin tərkibinə daxildir. Saxarozanın molekulu α-qlükoza və β-fruktozanın qalıqlarından ibarətdir. Saxarozanın əmələ gəlməsində hər iki monosaxaridin qlikozid-OH qrupları iştirak edir və nəticədə qlükoza və fruktoza bir molekul su ayıraraq bir-birilə oksigen atomu vasitəsilə birləşir. Sənayedə saxaroza şəkər qamışından və şəkər çuğundurundan ayrılır. Bunun üçün çuğundur xüsusi maşında xırda doğranılır və üzərinə qaynar su əlavə edilib qarışdırılır. Bu zaman çuğundurun tərkibindəki saxaroza həll olaraq məhlula keçir. Kənar qatışıqları çökdürmək üçün məhlul əhəng südü ilə işlənilir. Bu prosesdə saxaraza kalsium — hidroksidlə C12H22O11•CaO•2H2O tərkibli kalsium-saxarat əmələ gətirir.
D.K.Sivçev adına Saxa Opera və Balet teatrı
D.K.Sivçev (Suorun Omollon) adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı — (saxa Д.К. Сивцев - Суорун Омоллоон аатынан Саха Өрөспүүбүлүкэтин Ил Опера уонна Балет театра) — Saxa Respublikasının Dövlət Opera və Balet Teatrı (Yakutiya). Yakutskda yerləşir. == Ümumi məlumat == D.K.Sivçev adına Saxa Respublikası (Yakutiya) Dövlət Opera və Balet Teatrı - Suorun Omollon SSRİ-də xüsusi olaraq tikilmiş binalardandır. Teatr binası 1982-ci ildə tikilib, son yenidənqurma 2000-ci ildə aparılıb. Teatrın tamaşa salonu 643 yer üçün nəzərdə tutulub. == Tarixi == === Yakutsk operasının mənşəyi === 1940-cı ildə balet truppası, musiqi və vokal qrupu Yakutiya dövlət xorunun bazasında fəaliyyət göstərməyə başladı. Truppa Yakutiya musiqi mədəniyyətinin banisi M.N.Jirkov tərəfindən təşkil edilmişdir. Yeni yaradılan trupanın üzvləri - xormeyster V.P.Popov, ümumi rəhbər T.P.Mestnikov, xoreoqraflar S.V. Vladimirov-Klimov və İ.A.Karenin, müşayiətçilər P.K.Rozinskaya və vokal müəllimi A. Kostin, həmçinin S. Djanqvaladze, G. Krivoşapko idi. Bu qrupun məşhur müğənniləri arasında A. Novqorodova, T. P. Mestnikov, M. N. Jirkov, A. Eqorova, E. Zaxarova, N. Karitonov, Q. M. Kokşarski olmuşdur. 1944-1948-ci illərdə ilk müstəqil Yakutiya musiqili teatr-studiyası fəaliyyət göstərmişdir.

Значение слова в других словарях