1. Kölgə.
Sən bir ağacsan ki, ömründə heç kəs; Nə sayə görübdür, nə səmər səndən.
[Dərviş:] Ruqiyyə əvəzində duman arasında sayə görürdüm…
□ Sayə salmaq – kölgə salmaq, kölgələmək.
Qaşın qabağında sığallı birçək; Sayə salmış üzə şölə mübarək.
2. məc. Himayə, mühafizə, qoruma.
[Pərvizxan:] Mərhəmətiniz artıq, lütfünüz ziyadə, sayəniz kəm olmasın.
□ Sayə salmaq – himayə etmək, mühafizə etmək, kömək etmək, himayəsi altına almaq.
Şahlar şahı sayə salsın üstümə; Ələsgərtək bəxtiqara dolansın.
3. Sayəsində şəklində – “nəticəsində”, “səbəbilə”, “köməyilə” mənalarında.
Müəllimlərin səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ günə çıxıblar…
◊ Bu (o) sayədə – bunun (onun) nəticəsində, səbəbilə, üzündən.
Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun.