SAĞLIQ

is.
1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. – Abır istəsən – çox demə; Sağlıq istəsən – çox yemə. ( Ata. sözü ).
□ Sağlıq olsa (olsun)1) salamatlıq arzusu bildirir; inşallah, Allah qoysa.
[Qonaqlar:] İnşallah, sağlıq olsa gələrik… ancaq bir az yolumuz uzaqdır. E.Sultanov.
[Sevil Balaşa:] Mən hər gün ürəyimi satacaq, beynimə yedirdəcəyəm, sağlıq olsun! C.Cabbarlı;

2) bəzən hədə mənasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir.
Sağlıq olsun, səhər gərək onlara bir oyun tutaq ki, atalarının toyu yadlarına düşsün. Ə.Vəliyev.

(Öz) sağlığında – yaşadığı zaman, yaşamaqda ikən, sağkən, diri ikən, diriliyində.
Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı).
Öz xələfin gərək gözləyə kişi; Sağlığında ola alışverişi. Q.Zakir.
[Əmiraslan baba:] Oğul gərək nəinki öz sağlığında, hətta özündən sonra da ad-san qoysun. S.Rəhimov.

2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost.
İdris onun sağlığına deyilən tostdan… xəbərsiz yatırdı. Ə.Məmmədxanlı.

□ Sağlıq demək – məclisdə badələri müəyyən münasibətdə içməyi təklif etmək.
Salman konyakın hamısını stəkana süzdü, sağlıq demədən başına çəkdi. M.İbrahimov.
Həsrət ayaq üstə dayanıb bəylə gəlinin şərəfinə sağlıq deyirdi. B.Bayramov.

3. Sağlığın(ız) şəklində – birindən haləhval soruşduqda müsbət mənada cavab kimi işlənir.
– Nə xəbər var, Məşədi? – Sağlığın! M.Ə.Sabir.

4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. Sağlığına, kefim kökdür.
[Bəbir bəy:] Bu saat, sağlığına, pristavın yanında bir sözüm iki deyil. Mir Cəlal.

◊ Sağlıqla qal(ın)! – bax sağ ol(un) 2-ci mənada (“sağ2”da).
Sağlıqla qal, əziz ana; Ölüm yoxdur qəhrəmana. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAĞLIQ sağlıq bax 1. sağlamlıq; 2. tost
  • SAĞLIQ səhhət — cansağlığı
  • SAĞLIQ həyat — varlıq — ömür — dirilik

Omonimlər

  • SAĞLIQ SAĞLIQ I is. Bədənin saz olması, sağlamlıq. Sənsiz sağlığıma yoxdu gümanım; Nə tablaşdı, nə dayandı ürəyim (Aşıq Qurbani)

Antonimlər (əks mənalı sözlər)

  • SAĞLIQ SAĞLIQ – XƏSTƏLİK Sağlıq böyük dövlətdir, qədrini bilmək gərək (Ata. sözü); Bu və ya başqa xəstəlik qana öz təsirini göstərə bilər (C
SAĞLAMLIQ
SAĞMA

Digər lüğətlərdə

вонза́ть высоко́нько мегре́лы по уполномо́чию аддити́вный афори́зм водоснабже́ние полнове́сно прога́линка сельдёвые томи́ться тюрба́н хан accrue bridging species bull's-eye membraneous old-fogy Pará cress parchment-skin unquestioning vestiarian грузовой причащать ряд