seçki (referendum) şikayəti

Seçkilərlə (referendumla) əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət

seçki (referendum) komissiyası
seçkiqabağı təşviqat
OBASTAN VİKİ
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir.Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. == Azərbaycan Respublikasında seçki hüququ == Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarma seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
E-seçki
Elektron seçki — seçicilərin səslərinin elektron qaydada bildirmələri nəticəsində sürətli səs sayma imkanına malik olan bir sistemdir. Bu, həm elektron səsvermə vasitələrini (e-demokratiya), həm də səslərin sayılmasının texniki elektron vasitələrini əhatə edir. Elektron səsvermənin növləri internet seçkiləri və telesəsvermə telefon xidmətidir. İnkişaf edən texnologiyalarla birlikdə 1990-cı ildən başlayaraq artıq müxtəlif ölkələrdə elektron səsvermə sisteminin tətbiqinə başlanılmışdır. Elektron səsvermə- səsvermə prosesinin elektron mühitdə aparılması prosesidir. Elektron seçki sistemi iki əsas hissəyə ayrılır. Birincisi, yerində səsvermə, yəni seçkinin seçki prosesi keçirilən məkanda aparılması ilə həyata keçirilən elektron seçki sistemidir. İkincisi, səsvermənin seçki prosesi keçirilən məkandan kənarda və İnternet vasitəsilə həyata keçirilən elektron seçki sistemidir.Elektron seçkinin faydalılığı Elektron seçkinin faydalılığını (üstünlüklərini) qısaca olaraq aşağıdakı kimi xarakterizə etmək olar: Seçicilərin iştirak sayının yüksək olması. Səsvermə prosesində və səslərin sayılması zamanı xətaların aradan qalxması. Seçkiyə inamın artması.
Elektron seçki

Majoritar seçki
Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir. Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır.Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. "deputatus" — "göndərilmiş") namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. == Giriş == Majoritar Seçki Sistemi, həmçinin First-Past-the-Post (FPTP) və ya Qalib Hamısını Alır sistemi kimi də tanınır, bütün dünyada demokratik ölkələrdə nümayəndələrin seçilməsi üçün geniş istifadə olunan üsuldur. Bu seçki sistemi sadəliyi və siyasi partiyalara deyil, ayrı-ayrı namizədlərə önəm verilməsi ilə xarakterizə olunur. Majoritar sistemdə ümumi səslərin faizindən asılı olmayaraq konkret coğrafi dairədə ən çox səs toplayan namizəd qalib gəlir. == Əsas Xüsusiyyətlər == === Bir üzvlü rayonlar === - Majoritar seçki sisteminin müəyyənedici xüsusiyyətlərindən biri də ölkənin birmandatlı dairələrə və ya dairələrə bölünməsidir.
Nümayişi seçki
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. == Mənbə == What Are Sham Elections?
Proporsional seçki
Proporsional seçki sistemi — səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. İlk dəfə olaraq 1889-cu ildə Belçikada tətbiq olunub.
Seçki bloku
Seçki bloku — dövlət seçkili orqanlarına seçki dövründə bir neçə siyasi partiyaların ümumi proqramla vahid namizədlərin irəli sürülməsi üçün yaratdığı birlik.
Seçki bülleteni
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.
Seçki hüququ
Seçki hüququ — iki əsas mənası olan hüquqi anlayış: Obyektiv seçki hüququ — vətəndaşlara seçkilərdə iştirak etmək hüququnun verilməsi qaydasını və seçkili hakimiyyət orqanlarının formalaşdırılmasını tənzimləyən hüquq normalarından, qanunla təsdiq edilmiş qaydalardan və praktikada müəyyən edilmiş adətlərdən ibarət konstitusiya hüququnun alt sahəsi. Buna yanaşmada əsas baxış bucağı onun konstitusiya hüququnun bir alt qolu kimi başa düşülməsidir. Subyektiv seçki hüququ — dövlət vətəndaşlarının seçmək (aktiv seçki hüququ) və seçilmək hüququ (passiv seçki hüququ).Hüquqi şəxslərin idarəetmə və nəzarət-təftiş orqanlarının formalaşdırılması qaydası seçki hüququ normaları ilə tənzimlənmir, korporativ hüququn normativ aktlarına daxil edilir.
Seçki sistemi
Seçki sistemi seçkilərin və referendumların necə keçirildiyini və onların nəticələrinin necə müəyyən edildiyini özündə ehtiva edən qanunlar toplusudur. Siyasi seçki sistemləri hökumətlər tərəfindən müəyyən edilsə də, biznesdə, qeyri-hökumət təşkilatlarında və rəsmi olmayan təşkilatlarda da müəyyən seçki sisteminə əsaslanan seçkilər təşkil edilə bilər. Seçki sistemləri seçki prosesinin bütün yönlərini özündə ehtiva edir: nə zaman seçkilər keçirilir, kimlər səs verə bilər, kimlər namizəd ola bilər, bülletenlər necə işarələnir və necə hesablanır, seçki kompaniyasi xərcləmələrinin limiti nə qədər olur və s. Seçki sistemləri konstitutsiyalar və ya seçki qanunları ilə müəyyən edilir və çox zaman müəyən seçki komissiyaları vasitəsilə həyata keçirilir. Müxtəlif məqsədlər üçün müxtəlif seçki sistemlərindən istifadə oluna bilər. Bəzi seçki sistemləri prezident, baş nazir, qubernator kimi yalnız 1 qalibi müəyyən edir, bəziləri isə parlament üzvləri, direktor şurası üzvləri kimi birdən çox qalibi müəyyən edir. Xeyli sayda seçki sistemləri mövcud olsa da, daha çox bunlardan istifadə olunur: Nisbi əksəriyyət sistemi, iki mərhələli sistem, proporsional seçki sistemi və öncəlikli seçki sistemi. Bəzi seçki sistemləri isə qarışıqdır. Məsələn qarışıq seçki sistemi qeyri-proporsional və proporsional seçki sistemlərinin üstünlüklərini birləşdirmək üçün yaradılmışdır. Rəsmən tanımlanmış seçki sistemlərinin çalışmasına sosial seçim nəzəriyyəsi və ya seçki nəzəriyyəsi deyilir.
Seçki vərəqəsi
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. == İstinadlar == == Əlavə ədəbiyyat == Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.
Seçki dairəsi
Seçki dairəsi — dövlətin nümayəndəli orqanlarına seçkilər keçirmək üçün yaradılan ərazi vahidi. SSRİ-də seçki dairəsi bərabər sayda əhali hesabı ilə, yaxud eyni adlı milli dövlət-ərazi birlətmələri olan millətlərin və xalqların bərabər numayəndəlik prinsipi üzrə yaradılır. Hər dairədən 1 deputat seçilir. Bu prinsip bərabər seçki hüququnu, bütün seçicilərin seçkilərdə bərabər əsaslarla iştirakını təmin edir. SSRİ Ali Sovetinin Millətlər Sovetinə seckilərdə hər müttəfiq respublika əhalisinin sayından asılı olmayaraq 32 deputat irəli sürülürdü.
Seçki məntəqəsi
Seçki məntəqəsi — seçki dairəsinin bir hissəsi. Seçki məntəqəsi hərbi hissələrdə, sərnişin qatarlarında, səfərdə olan gəmilərdə, xəstəxanalarda, sanatoriyalarda, doğum evlərində də yaradılır.SSRİ-də Xalq Deputatları Sovetlərinin və xalq hakimlərinin seçkisi zamanı seçki keçirilməsi, seçki bülletenlərinin verilməsi, qəbulu və səslərin hesablanması üçün yaradılır. Seçki məntəqəsini müvafiq Xalq Deputatları Sovetinin icraiyyə komitəsi ərazi prinsipi üzrə, yəni seçicilərin yaşayış yerləri üzrə (100–300 min nəfərə bir seçki məntəqəsi hesabı ilə) təşkil edir.
Seçki senzi
Seçki senzi — seçki hüququndan istifadə etmək üçün konstitusiya və ya seçki qanunu ilə müəyyən olunmuş şərtlər. Senzlər hələ XVIII–XIX əsrlərdə tətbiq edilmişdir. Ən çox yayılmış seçki senzi aşaqıdakılar idi: Əmlak senzi — seçici müəyyən əmlaka sahib olmalıdır. Təhsil senzi — seçkilərdə iştirak etmək ucun müəyyən təhsil tələb olunurdu. Oturaqlıq senzi — bir ölkədə, yaxud şəhərdə müəyyən müddət yaşamaq tələbi. Vətəndaşlıq senzi — seçki hüququ yalnız müəyyən müddət ərzində bir dövlətin vətəndaşı olan şəxslərə verilirdi.Bir çox ölkədə cins senzi, yüksək yaş senzi və s. də tətbiq olunurdu. Zəhmətkeşlərin mübarizəsi nəticəsində müasir burjua dövlətlərində ümumi seçki huququ elan olunmuş, seçki senzinin çoxu ləğv edilmişdir. Buna baxmayaraq, seçkilərdə iştirak etmək üçün müxtəlif maneələr saxlanılmaqdadır.
Seçki siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı —adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Abşeron seçki dairəsi
Aktiv Seçki Hüququ
Seçki hüququ — iki əsas mənası olan hüquqi anlayış: Obyektiv seçki hüququ — vətəndaşlara seçkilərdə iştirak etmək hüququnun verilməsi qaydasını və seçkili hakimiyyət orqanlarının formalaşdırılmasını tənzimləyən hüquq normalarından, qanunla təsdiq edilmiş qaydalardan və praktikada müəyyən edilmiş adətlərdən ibarət konstitusiya hüququnun alt sahəsi. Buna yanaşmada əsas baxış bucağı onun konstitusiya hüququnun bir alt qolu kimi başa düşülməsidir. Subyektiv seçki hüququ — dövlət vətəndaşlarının seçmək (aktiv seçki hüququ) və seçilmək hüququ (passiv seçki hüququ).Hüquqi şəxslərin idarəetmə və nəzarət-təftiş orqanlarının formalaşdırılması qaydası seçki hüququ normaları ilə tənzimlənmir, korporativ hüququn normativ aktlarına daxil edilir.
Astara seçki dairəsi
Azərbaycan seçki dairələri
Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezidet, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var. == Siyahı == === 1995–2002-ci illərdə === Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir. === 2002–2023-cü illərdə === === 2023-cü ildən === Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.
Azərbaycanda seçki baryeri
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Azərbaycanda seçki blokları
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSSRİ dönəmində seçki blokları yaranmışdır. 1991-ci il Azərbaycan SSR Ali Sovetinin XII çağırışı üçün Azərbaycan Xalq Cəbhəsi və müstəqillik tərəfdarları Demokratiya Bloku şəklində seçkilərə qoşulmaq istəsə də mümkün olmamışdır. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 1998 Azərbaycan prezident seçkiləri === Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat və ya SİDSUH 1998-ci ilin prezident seçkisi ərəfəsində, 26 oktyabr 1998-ci il tarixində Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyasının patronajlığı, başqa müxtəlif siyasi və ictimai təşkilatların iştirakı ilə yaradılıb, lakin Cəbhə və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədilər, nəticədə qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur. === 2003 Azərbaycan prezident seçkiləri === ==== Bizim Azərbaycan ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk öncə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Azərbaycanda seçki həddi
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Ağcabədi seçki dairəsi
Ağstafa seçki dairəsi
Balakən seçki dairəsi
баркенти́на вы́морозка набе́гом наигостеприи́мнейший озву́чение перецыга́нить пото́чность приторцо́вываться распоте́шиться заса́дный на краю света надстра́иваться непозволи́тельность отклони́ться периоди́чность сели́тра caravan lactation mess-up outmost визига любопытствовать поспешный прелиминарный соавторство