Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cırlaşma
Cırlaşma – кvant mexanikasında verilmiş sistemi (atom, molekul və s.) xarakterizə edən hər hansı fiziki kəmiyyət L sistemin mцxtəlif halları цчцn eyni qiymətə malikdir. L-in eyni qiymətinə cavab verən belə mцxtəlif halların sayı verilmiş kəmiyyətin cırlaşma tərtibi adlanır. Kvant mexanikasında sistemin enerji səviyyələrinin cırlaşması əsas rol oynayır. Belə ki, sistem müəyyən enerjiyə malik olub, müxtəlif hallarda ola bilər. Məsələn: Sərbəst zərrrəcik üçün enerjinin sonsuz cırlaşması mövcuddur. Zərrəciyin enerjisi ancaq impulsun ədədi qiyməti ilə müəyyən edilir, impulsun istiqamяti isə istənilən ola bilər(yəni, sonsuz sayda üsullarla seçilə bilər). Bu misalda əyani surətdə cırlaşma ilə sistemin fiziki simmetriyası arasında əlaqə aşkar olur; bu simmetriya fəzada bütün istiqamяtlərin bərabər hüquqluluğu deməkdir. Xarici sahədə zərrəciyin hərəkəti zamanı cırlaşma bu sahənin quruluşu – onun hansı simmetriyaya malik olması ilə əhəmiyyətli surətdə əlaqədardır. Əgər sahə sferik simmetriyaya malikdirsə, yəni onda istiqamətlərin eyni hцquqluluğu saxlanılırsa, onda zərrəciyin (məs: atomda elektronun) hərəkət miqdarının orbital momentinin, maqnit momentinin və spinin istiqaməti onun (atomun) enerjisinin qiymətinə təsir edə bilməz. Deməli, burada da enerji səviyyələrinin cırlaşması mövcuddur.
Tramp: razılaşma incəsənəti (kitab)
"Tramp: razılaşma incəsənəti" — Biznes maqnat, milyarder, ABŞ-nin 45-ci prezidenti Donald Tramp və jurnalist Toni Şvartz tərəfindən yazılmış biznes, ticarət haqqında kitab. Yarı xatirələr və yarı biznes məsləhətləri təqdim edən kitab, 'The New York Times' siyahısında 13 həftə ardıcıl olmaqla ümumilikdə 48 həftə bestseller olub. Donald Trampın yazdığı ilk kitabdır.Kitab 2016-cı ildə baş tutmuş ABŞ Prezident Seçkiləri Kompaniyasında yenidən diqqət mərkəzinə düşdü. Belə ki, Tramp çıxışlarının birində qeyd etmişdir ki, bu kitab onun ən böyük uğurlarından biridir və Bibliyadan sonra ən sevimli kitabıdır.Svartz bəyan etdi ki, özünün və Trampın birlikdə işindən peşmandır. Nəşriyyatçı Hovard Kaminski də öz növbəsində qeyd etmişdir ki, əslində Trampın kitabın yazılması ilə əlaqəsi yoxdur. Bu səbəbdən kitabın müəllifliyi ilə bağlı bəzi mübahisələr yaranmışdır. == Haqqında == Kitab ilk başlarda Trampın Kuinsdəki uşaqlığından bəhs edir. Növbəti səhifələrdə Manhettenə köçməmişdən öncə Bruklində ilk çalışdığı vaxtlar haqqında məlumat yer alır. Kitabda onun Manhettendə bir otaqlı bina evindən 'The Trump Organisation'-ın qurulması təsvir edilir. Daha sonra isə onun müxtəlif layihələr haqqında fikirləri və həmin layihələrin necə həyata keçirilməsi göstərilir.
İtaliya ilə Albaniya arasında dəniz sərhədi haqqında razılaşma
İtaliya ilə Albaniya arasında dəniz sərhədi haqqında razılaşma — iki dövlət arasında beynəlxalq dəniz sərhədini quran İtaliya Respublikası ilə Albaniya Respublikası arasında 1992-ci ildə bağlanmış beynəlxalq müqavilə. Müqavilə 18 dekabr 1992-ci ildə Tiranada imzalanmışdır . Müqavilənin mətni Otranto Boğazında, 17 ayrı koordinat nöqtəsi ilə təyin olunmuş 16 düz xəttli dəniz hissəsindən ibarət sərhədi müəyyənləşdirir. Sərhəd, İtaliya ilə Albaniya arasındakı təxmini bərabərlik xəttidir. Sərhədin ən şimal nöqtəsi Çernoqoriya ilə sərhəd qovşağını təşkil edir; və ən cənub nöqtəsi Yunanıstanla qovşağı təşkil edir . Bu müqavilə, dəniz sərhədlərinə dair müqavilələr arasında unikaldır, çünki hər iki ölkənin sərhədlə bağlı hər hansı bir mübahisəni dörd ay ərzində diplomatik yolla həll etmədiyi təqdirdə Beynəlxalq Ədalət Məhkəməsinə göndərməsinə imkan verir . Sazişin tam adı Albaniya Respublikası ilə İtaliya Respublikası arasında, hər iki dövlətin dəniz sərhədlərinin müəyyənləşdirilməsinə dair Dəniz Sərhədləri haqqında Müqavilədir.
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma — 1987-ci ildə imzalanmış və Dominika ilə Fransız adaları Qvadelupa və Martinik arasındakı dəniz sərhədini təyin etmişdir. BMT-nin Dəniz hüququ haqqında Konvensiyanın prinsiplərinə əsaslanan Mərkəzi Amerika / Qərbi Hindistan bölgəsindəki ilk beynəlxalq dəniz hüququ müqaviləsi idi. == Tarixi == Saziş 7 sentyabr 1987-ci ildə Parisdə imzalanmışdır. Razılaşmanın mətni iki sərhəd qoyur. Birinci sərhəd Dominikanı şimaldakı Qvadelupadan ayırır, uzunluğu 298 dəniz milidir (552 km) və Dominika boğazından təxminən şərq-qərbə uzanan sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Səkkiz ayrı məlumat nöqtəsi ilə təyin olunmuş yeddi düz dəniz hissəsindən ibarətdir. Daha cənub sərhəd Dominikanı cənubdakı Martinik ilə ayırır. Sərhəd 294 dəniz mili (544 km) uzunluğundadır və Martinik boğazından təxminən şərq-qərbdən keçən və ilk sərhədyə təxminən paralel keçən sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Altı ayrı koordinat nöqtəsi ilə təyin olunan beş sətir seqmentindən ibarətdir. == İstinadlar == == Xarici keçidlər == Anderson, Ewan W. (2003).
Əgər sabah açılsa (novella)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) — Sidni Şeldonun 1985-ci ildə yazdığı romandır.
Əgər sabah açılsa (serial)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes- 3 seriyadan ibarət mini-serialdır.1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyni adlı romanı əsasında çəkilmişdir. == Məzmun == Treysi Vitni bank işçisidir. Nişanlısı isə varlı insandır. Onların xoşbəxt olması uzun çəkmir. Treysi mafiyanın və nişanlısının hesabına günahkar sayılaraq həbsxanaya düşür. Həbsxanadan qaçdıqdan sonra oğruluq edərək pul əldə edir. Pul əldə etdikdən sonra İngiltərəyə qaçır. Lakin onun pul oğurlaması Avropa ölkələrinə də çatır. İngiltərəyə çatdıqdan sonra onun izinə polislər düşür… == Rollarda == Medolin Smit-Osborn — Treysi Vitni Tom Berencer — Cef Stivens Liam Nilson — Andre Trenyan Devid Kit — Deniel Kuper == Sloqan == O ödəniş verməyə hazırlaşırdı…O fikirləşirdi.
Əgər sabah açılsa (miniserial, 1986)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir. Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə Emmi mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir.
Əgər sabah açılsa (mini-serial, 1986)
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir. Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə Emmi mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir.