Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çox ailəli yaşayış binası
Çox ailəli yaşayış binası — bir bina və ya kompleks daxilindəki bir neçə binada sakinlər üçün bir-birindən ayrı yaşayış məntəqələrinin yerləşdiyi mənzillərin təsnifatı. Binalar bir-birinin yanında (yan-yana) və ya bir-birinin üstündə ola bilər (mərtəbəli). Ümumi forma yaşayış binasıdır. Əksər kommunalar çox ailəli yaşayış yerlərini, misal üçün birgə yaşayış binalarını (ing. cohousing) birləşdirir. Bəzən çoxmənzilli yaşayış binasındakı mənzillər kondominiumlar olur, buradakı mənzillər binanın sahibindən icarəyə götürülməkdənsə, adətən fərdi mülkiyyətdə olur. Sənaye inqilabından əvvəl belə nümunələr nadir idi, yalnız tarixi şəhər mərkəzlərində mövcud idi. Qədim Romada bunlara insula, Şibamda göydələnlər, Madriddə casas a la malicia və Əlcəzair Kasbahında kasbah deyilir.
Bir ailəlik bağ evi (film, 1978)
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Bir ailəlik bağ evi

Anemas ailəsi
Anemalar (yun. Ἀνεμᾶς) — IX–XV əsrlərdə mövcud olmuş Bizans aristokrat ailəsi.Adın mənşəyi və etimologiyası qeyri-müəyyəndir. Adın "anemos", yəni "külək" sözü ilə əlaqəli olması güman edilir, lakin filoloq Fedon Kukules "kələfçə" mənasını verən "anem"dən törəməsi ehtimalını da təqdim etmişdir. Fransua Şalandon kimi digər alimlər ailənin xristianlığı qəbul edərək Bizans ordusuna qoşulan sonuncu Krit əmirinin oğlu Anemasın nəslindən gəldiyini irəli sürmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Kacan, Aleksandr, redaktorThe Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. 1991. ISBN 0-19-504652-8. == Əlavə ədəbiyyat == Comnena, Anna, The Alexiad, Sewter, E. R. A. tərəfindən tərcümə olunub, Penguin Classics, 1969 [Written around 1148] Trapp, Erich; Beyer, Hans-Veit; Walther, Rainer; Sturm-Schnabl, Katja; Kislinger, Ewald; Leontiadis, Ioannis; Kaplaneres, Sokrates (1976–1996). Prosopographisches Lexikon der Palaiologenzeit (in German).
Batori ailəsi
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. == Mənşəyi == Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Bayden ailəsi
Bayden ailəsi (ing. Biden family) — ABŞ-nin siyasətçi ailələrindən biri. Bayden ailəsinin ən məşhur üzvləri bunlardır: Co Bayden (d. 1942) — ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 47-ci vitse-prezidenti. Bo Bayden (1969-2015) — Co Baydenin oğlu. Hanter Bayden (d. 1970) — Co Baydenin oğlu. Cil Bayden (d. 1951) — Co Baydenin həyat yoldaşı, ABŞ-nin ikinci xanımı.
Borciya ailəsi
Borgia ailəsi - İntibah dövründə mövcud olan İspan əsilli ailədir. Borgia ailəsi XV əsrin dini və siyasi həyatında mühüm rol oynamışdır. Bu illərdə ailədən iki nəfər Papa seçilmişdir. Alfonso Borgia 1455-1458 tarixlərində Papa III Kallikst adıyla, Rodrigo Borgia isə 1492-1503 tarixlərində Papa VI Aleksandr adıyla taxta çıxmışdır. Xüsusilə Papa VI Aleksandrın adı korrupsiya, cinayət və oğurluq, təcavüz və ensest münasibətlərdə çəkilmişdir. Hakimiyyətdə qalmaq naminə bir çox adlı-sanlı ailələrlə ittifaqa girən Borgia ailəsi, bununla yanaşı Medici, Sforza və Savanarola kimi önəmli ailələrlə də düşmən oldu. == Ailə üzvləri == === Alfonso de Borgia (d. 31 dekabr 1378 – ö. 6 avqust 1458) === Borgia ailəsi İspaniyadakı Araqon Krallığına bağlı Valensiya bölgəsindəndir. Sonralar III Kallikst adıyla Papa seçilən Alfonso de Borgia La Torretada dünyaya gəlmiş və Valensiyada böyümüşdür.
Borgia ailəsi

Bəhməni ailəsi
Bəhməni və ya Bəhməni Qacar ailəsi — Qacar sülaləsinə mənsub olan zadəgan ailələrindən biri. Qacarlar sülaləsi 1784-1925-ci illərdə İranı idarə etmişdir. Məhəmməd şah Qacarın kiçik qardaşı olan Bəhmən Mirzə Qacar (1810-1884) 1841-1848-ci illərdə İran Azərbaycanının canişini, şahzadə naibi olmuşdur.XIX əsrin son rübündə ailə Rusiya və İran qollarına ayrıldı. Ailənin Rusiya qolu 1886-cı ildə rəsmən çarın əmri ilə zadəgan ailəsi olaraq qeydiyyata alındı. İranda qalmış qol isə Şahın sarayında xidmət edirdi və ənənəvi şahzadə titulu daşıyırdı. Bəhmən Mirzə adətən özü və yetkinlik yaşına çatmış oğlanları üçün Nəvvab ünvanından istifadə edirdi. bu sözün mənası alihəzrətləri deməkdir. Bəhmən Mirzənin oğlanları İmperial Rusiya və AXC Milli Ordusunda yüksək rütbəli zabitlər kimi xidmət etmişdirlər. Onlar Oktyabr inqilabına kimi Çara, ondan sonra isə AXC-ə xidmət etmişdirlər. Azərbaycanın sovetlər tərəfindən işğalından sonra Bəhmən Mirzənin övladları ya edam edilmiş, ya da İrana qaçmışdırlar.
Cekson ailəsi
Cekson musiqi ailəsi — ritm-n-blyuz, soul, rok, Pop musiqi, disko stilində musiqi ifa edən musiqiçilər ailəsi. Musiqi qrupu kimi Cekson 5, tək, solo ifaçılar kimi — Maykl Cekson və Canet Cekson tanınırlar.
Ceksonlar ailəsi

Diləli Müskanlı
Diləli Müskənli, Diləli Müskanlı (və ya Aşağı Müskanlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Diləli Müskanlı kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidə yerləşir. Ərazidəki iki Müskanlı kəndini fərqləndirmək üçün biri Aşağı Müskanlı (Diləli Müskanlı), o biri Yuxarı Müskanlı (Teymur MÜskanlı) adlandırılmışdır. Müskan sözü isə yerli əhalinin yozumu ilə "mis olan yer" kimi izah olunur. Orta əsrlərdə indiki Özbəkistan ərazisində Müskan adlı şəhər və əyalət olmuşdur. Güman ki, XIII əsrdə monqol işğalları zamanı Müskan əhalisinin bir qismi Azərbaycana köçərək burada məskunlaşmışdır. Müskanlı sözü "Müskandan olanlar", "müskənlilər" mənasını daşıyır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 62 evdə 236 türk yaşayırdı == Həmçinin bax == Teymur Müskanlı == İstinadlar == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Diləli Müskənli

Hatoyama ailəsi
Hatoyama ailəsi — Yaponiyanın siyasi ailələrindən biridir. Yaponiyada "Yapon Kennedi ailəsi" olaraq da adlandırılır. Ailənin iki üzvü İchiro Hatoyama 1954–1956 və Yukio Hatoyama 2009–2010 Yaponiyanın Baş Nazirləri olmuşdular.
Kavalalı ailəsi
Kavalalı ailəsi və ya Məhəmməd Əli sülaləsi (türk. Kavalalılar Hanedanı; ing. Muhammad Ali dynasty) — İlk illər Osmanlı imperiyasının tərkibində, daha sonra isə müstəqil şəkildə 1805–1953-cü illərdə Misir və Sudanda hakimiyyəti əlində saxlayan ailə. 1805–1867-ci illərdə vali, 1867–1914-cü illərdə xədiv, 1914–1922-ci illərdə sultan, 1922–1953-cü illərdə isə kral ünvanıyla bölgəni idarə edən bu türk mənşəli ailənin banisi 1805-ci ildə buraya vali təyin edilən Mehmed Əli Paşadır. == Sülalənin mənşəyi == Sülalənin banisi hesab edilən Mehmed Əli Paşa 4 mart 1769-cu ildə Rumeli əyalətinə bağlı Kavalada dünyaya gəldi. Ailənin mənşəyi haqqında fərqli məlumatlar var. Bəzi tarixçilər onun əslən alban olduğunu qeyd etsə də, oğlu İbrahim Paşa tərəfindən yazılan bir sənəddə Mehmed Əlinin atası İbrahim ağa və babası Osman ağanın qan davası səbəbilə Konyadan Kavalaya köç etməsi açıq şəkildə ifadə edilmişdir. Ailənin daha sonrakı hakimiyyət illərində türk dilini mənimsəməsi və Osmanlı-türk irsini davam etdirməsi də onların mənşəyi ilə bağlı yetərli məlumatı verir. == Ailənin nəsil ağacı == == Mənbə == Baten, Jörg (2016). A History of the Global Economy.
Kennedi ailəsi
Kennedi ailəsi — bir çox nümayəndəsi məşhur siyasətçi olan və ABŞ-nin rəhbər orqanlarında yüksək vəzifələr tutan İrlandiyalı mənşəli məşhur Amerikan sülaləsi. Kennedilər Katolik, Demokratikdir və Massaçusets ştatındandılar. Ailənin patriarxı Patrik Cozef Kennedi və ən məşhur nümayəndələri nəvələri, 35-ci ABŞ prezidenti Con Fitzcerald Kennedi, 64-cü ABŞ Baş prokuroru Robert Frensis Kennedi və senator Edvard Mur Kennedidir. Kennedi ailəsi nəsillər boyu Con və Robert sui-qəsdləri və dörd təyyarə qəzası da daxil olmaqla faciəvi qəzalar yaşadı. Jurnalistlər bu hadisələr zəncirini "Kennedi lənəti" adlandırdılar . Ailənin qalan üzvləri çox yaşayan (orta yaş — 90 yaş) olublar. == Ailə ağacı == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Kennedi ailəsi ilə əlaqəli mediafayllar var.
Keçəçi ailəsi
Keçəçi ailəsi — Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Kürilər ailəsi
Parisdəki Sorbonna universitetinin teləbəsi Mariya Sklodovskaya ilk dəfə Pyer Küriyə rast gələndə Pyer artıq tanınmış fizik idi. Elmə olan həvəs onları yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə bir-birlərinin ən yaxın məsləhətçisi oldular. Pyer və Mariya varlı deyildilər. Onlar çox sadə yaşayırdılar. Laboratoroya almağa pulları yox idi. Onlar taxtadan tikilmiş köhnə bir daxmada elmi tədqiqatla məşğul olurdular. Daxmaya şüşəli damdan işıq düşürdü. Yayda bura şitillikdəki kimi çox isti olurdu, qışda isə paslı bacası olan çuqun soba otağı güclə qızdırırdı. Lakin bu daxmada Pyer ilə Mariya çox böyük kəşflər etmişdilər.
Malkoçoğlu ailəsi
Malkoçoğulları — adı Malkoç bəy olan və I Murad dövründən etibarən xüsusilə Balkan ölkələrinə edilən axınlarda iştirak etmiş, Türk mənşəli axıncı bəynin soyundan gələn ailə üzvlərinə verilən addır. Malkoçoğulları XIV, XV və XVI əsrlərdə fəal olmuş və apardıqları uğurlu axınlarla tanınmışdılar. Malkoçoğlu axıncıları Silistrə yaxın ərazidə yaşayırdılar. Məlum olan Malkoçoğlu bəyləri qohumluq bağlılıqlarına görə bu şəkildədir: == Ailənin soyağacı == == Malkoç bəy == Sultan I Murad və İldırım Bəyazid zamanının komandanlarındandır. 1389-cu ildə I Kosovo müharibəsində sağ cinah oxatan komandiri kimi vuruşmuş, bu müharibədə oğlu Mustafa bəy də sol cinah oxatan komandiri kimi döyüşdə iştirak etmişdir. Tarix səhifələrində bu müharibədə adı Həmidoğlu Malkoç olaraq geçmişdir. 1396-cı ildə Niğbolu müharibəsində Osmanlı ordusunun sol qanadında komandir olaraq iştirak etmişdir. Malkoç bəyin türbəsi hazırda Bolqarıstan sərhədləri içərisində yerləşən Buryadadır (keçmiş adı Malkoçova). Malkoç bəyin Malkoçoğlu Mustafa bəy və Malkoçoğlu Mehmet bəy adlarında bilinən iki oğlu var. == Malkoçoğlu Mustafa bəy == Malkoç bəyin oğludur.
Malqoçoğlu ailəsi

Mazepa ailəsi
Mazepa (pol. Mazepa, ukr. Мазе́па) — Reç Pospolita və Ukraynada zadagən nəsli. Şlyaxta zümrəsinə aid olan Mazepaların tarixi 1544-cü ilə aid edilir. == Mənbə == Малороссийский гербовник, с. 104 Gajl T. Polish Armorial Middle Ages to 20th Century. — Gdańsk: L&L, 2007. — ISBN 978-83-60597-10-1.
Mediçi ailəsi
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.
Nikkinin ailəsi
Nikkinin ailəsi (çex. Nickyho rodina) — 2011-ci ildə rejissor Matey Minas tərəfindən sənədli dram janrında çəkilmiş Çexiya sənədli filmidir. Filmdə İkinci dünya müharibəsi ərəfəsində 669 nəfər yəhudi əsilli uşağı Hitler qoşunları tərəfindən işğal olunmuş Praqadan Böyük Britaniyaya göndərərək xilas etmiş britaniyalı Nikolas Uinton haqqında danışılır. == Rollarda == Ben Abeles — özü rolunda Dalay-lama — özü rolunda Klara İszova — ana rolunda Co Şlezinqer — özü rolunda Mihal Slen — Nikolas Uinton rolunda Nikolas Uinton — özü rolunda == İstinadlar == == Xarici keçidlər == Nikkinin ailəsi — Internet Movie Database saytında.
Orsini ailəsi
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub == Mənşəyi == == Orsini ailəsinin nümayəndələri == === Roma Papaları === III Selestina (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). === Kardinallar === Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); == Orsinilər ədəbiyyatda == Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. == Məşhur binalar, saraylar, qəsrlər == Castello Orsini-Colonna di Avezzano; Castello Orsini-Odescalchi di Bracciano; Castello ducale Orsini di Fiano Romano; Castello degli Orsini di Morlupo; Castello Orsini di Nerola; Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri; Castello Orsini di Soriano nel Cimino; Palazzo Ducale di Tagliacozzo; Palazzo Orsini di Bomarzo; Palazzo Orsini di Ghedi; Palazzo Orsini di Gravina; Palazzo Orsini di Licenza; Palazzo Orsini di Milano; Palazzo Orsini di Monterotondo; Palazzo Orsini di Mugnano in Teverina; Palazzo Orsini di Napoli; Palazzo Orsini di Pitigliano; Palazzo Orsini di Sorano.
Rotşild ailəsi
Rotşild ailəsi — Son araşdırmalara əsasən dünyanın ən zəngin ailəsi. Rotşild ailəsi hazırda dünyada fəaliyyət göstərən 10 ən böyük bankdan 3-nün sahibidir. Forbes jurnalının hesablamalarına görə 10–15 trilyon arası bir sərvətə sahib olduqları bildirilir. == Soyun tarixi == Rotşild nəslinin ən önəmli şüarı belə idi: "Məlumata sahib olan dünyaya sahibdir". Bu şüarı gerçəkləşdirmək üçün Rotşildlər bütün Avropada ən sürətli kuryer şəbəkəsini yaratmışdı. Onların kuryerləri məlumatı, hətta dövlət kuryerlərindən belə tez çatdırırdılar. 1815-ci ildə Napoleon Vaterloda öz sonuncu döyüşünü keçirir. O, döyüşdə məğlub olaraq İngiltərəni Avropanın birinci ölkəsinə Rotşildləri isə Avropanın bir nömrəli bankirlərinə çevirir. Napoleonun məğlubiyyəti İngiltərə istiqrazlarının qiymətini görülməyən məbləğə çatdıracaqdı. Onun döyüşdə qalibiyyəti isə əksinə — dövlət istiqrazlarının qiymətlərini aşağı salacaqdı.
Safra ailəsi
Safra ailəsi (port. Família Safra) — Braziliyanın ən varlı ailələrindən biri. Əsas fəaliyyətləri bank sahəsindədir. Safra ailəsinin ən məşhur üzvləri bunlardır: Yakob Safra (d. 1891 – ö. 1963) Edmond Safra (d. 1932 – ö. 1999) Moise Safra (d. 1935 – ö. 2014) Cozef Safra (d.
Tletseruk ailəsi
Tletseruk soyu — şimal-qərbi Qafqazın yerli xalqlarından olan adıgeylərin Şapsığ qoluna mənsub çərkəz ailə soyudur. Böyük köçdən əvvəl Krasnodar əyalətinin Tuapse bölgəsi və Soçinin Lazarevski bölgəsində yaşayırdılar. Bu gün isə əsasən, Rusiyaya bağlı Adıgey Respublikasının Pseytuk kəndi də daxil olmaqla, Türkiyənin Aydın, Afyon, İzmir, Çanaqqala, Adabazarı, Çorum, Yozqat, Samsun, Balıkesir və Düzcə vilayətlərində yaşamaqdadırlar. == Tarixi == Tletseruklar 1552-ci ildə Qara dəniz sahillərini gəzən genuyalı səyyah Georg İnteriano və 1820-ci illərdə yenə buraları gəzən fransız Leonti Yakovleviç Lyulyenin xatirələrinə görə, Goaiye qəbiləsi içində məskunlaşan böyük bir ailə idi. Goaiyelər daha sonralar Natuhaj qəbiləsinə daxil oldular. Natuhajlar Prezüye, digər adı ilə Psezüape vadisinin üst hissələrində, Tağaps vadisində yaşayırdılar. Adlarındakı fərqlilik nəzərə alındığında Natuhajlarla Şapsığlar fərqli etnoslar kimi görünə bilər, lakin eyni xalqdırlar. Çünki ikisi də Adıgey kökənlidirlər, eyni dildə danışırlar və ortaq olaraq özlərini Aquçips adlandırırlar. Bu adın xüsusi bir mənası yoxdur, lakin qarşılaşdıqlarında onlar üçün bir növ xitab funksiyasını yerinə yetirir. Daha sonralar Natuhaj və Şapsığların bütün qolları öz aralarında qarışdılar.
Çandarlı ailəsi
Çandarlı ailəsi — XIV əsrin birinci yarısında Osmanlı sülaləsi ilə birlikdə tarix səhnəsinə çıxan və Osmanlı dövlətinin böyüməsində önəmli rol oynayan türk əsilli ailə. == Haqqında == I Orxan dövründən başlayaraq II Səlimin taxta çıxışının ilk illərinə qədər üləma və siyasətçi zümrəsinə nüfuzlu şəxslər yetişdirmiş ailədir. Hal-hazırda əldə olan şəcərə sənədlərinə görə, bu ailənin bəzi nümayəndələri günümüzdə İznik bölgəsində yaşayır. Çandarlı ailəsinin banisi olan Qara Xəlil Əfəndi ilk Osmanlı padşahı Osman Qazinin qaynatası Şeyx Ədəbalı ilə bacanaq idi və Osmanlı dövlətinin qurulmasında önəmli rol oynamışdı. Qara Xəlil Əfəndidən sonra gələn oğulları və nəvələrindən Əli Paşa, İbrahim Paşa, Xəlil Paşa və II İbrahim Paşa sədrəzəmliyə qədər yüksəlmiş dövlət adamlarıdır. Xəlil Xeyrəddin Paşanın 3 oğlundan ikincisi olan İlyas Paşa isə atası və qardaşları kimi elm sahəsinə yönəlməmiş, bəylərbəyliyinə qədər yüksələrək İldırım Bəyazid dövründə vəfat etmişdir. Məzarının harada olduğu bilinmir. Ailənin Serez kəndində yaşayan qolu İlyas Paşanın nəslindən irəliləyərək günümüzə qədər gəlmişdir. İlyas Paşanın İznikdə bəzi əsərləri və vəqf torpaqları olmuşdur. Onun 1482-ci ilin noyabrında vəfat edən oğlu Davud Çələbi İznikdə babası Xeyrəddin Paşanın türbəsində dəfn edilib.