Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oyun alveri
Oyun alveri, bəzən oyun alqı-satqısı və ya danışılmış oyun kimi qeyd olunur — mütəşəkkil idman növlərində, oyun alveri tamamilə oyunun qaydalarını və tez-tez qanunları pozan və ya qismən öncədən müəyyən edilmiş bir nəticə ilə oynanır. Oyun alveri idman qaydalarının ciddi şəkildə pozulmasıdır və onların təşkilatı cinayət sayıla bilər. Eyni zamanda, oyun alverini sübut etmək çox çətindir. == Səbəbləri == Oyun alverinin arxasında əsas motivasiya qumar və komandaya gələcəkdə yaradılan üstünlük tutur. Jurnalist Deklan Hillin sözlərinə görə, oyun alveri həm də korrupsiya, zorakılıq və vergidən yayınma ilə əlaqələndirilir.
İnsan alveri
Traffikinq və ya insan alveri — istismar məqsədilə, insan alveri, o cümlədən insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur. Traffikinq məqsədləri müxtəlif ola bilər. Bu məqsədlərə qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin yaradılması və s. aid edilə bilər. İnsanlarla ticarət həm dövlət daxili həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-nin Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır. ABŞ-nin "İnsan alveri 2005" adlı hesabatında Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Türkmənistan və Tatarıstan kimi MDB ölkələri göstərilir.
Albaniyada insan alveri
Albaniya insan alveri, o cümlədən məcburi fahişəlik və məcburi əmək hallarının baş qaldırdığı ölkədir. Həmin qurbanlar Yunanıstan, İtaliya, Şimali Makedoniya, Kosovo və Qərbi Avropada istismara məruz qalırlar. İnsan alveri qurbanlarının yarısı fahişəliyə cəlb edilən qadınlar və uşaqlardır. Yunanıstanda və digər qonşu ölkələrdə alban kişilərinin kənd təsərrüfatı sektorunda məcburi əmək şəraitinə məruz qaldıqlarına dair sübutlar var.Albaniya hökuməti insan alveri ilə mübarizə üçün mühüm addımlar atır. Hökumət insan alveri qurbanlarının müdafiəsini və reinteqrasiyasını nəzarətə götürüb. 2009-cu ilin mart ayında hökumət yeni qanun layihəsini təsdiqlədi hansı ki, insan alveri qurbanlarına da Albaniyada digər risk qruplarında olan şəxlər qədər müavinət və sığınacaq verilməsini nəzərdə tutur. Hökumət rəsmiləri Albaniyada insan alveri ilə bağlıgeniş təbliğat aparır. Siyasi marağın olmaması və sistemdə korrupsiyanın olması cinayərkarların cəzasız qalmasına səbəb olur. 2013-cü ildən Albaniyada insan alverinə görə daha sərt cəzalar tətbiq edilməyə başlayıb, lakin çox az cinayətkar həbs olunub üç nəfər. ABŞ Dövlət Departamentinin məluamtın görə isə 2014-cü ildə yalnız 9 nəfər hakim qarşısına çıxarılıb.ABŞ Dövlət Departamentinin İnsan Alverinə Nəzarət və Mübarizə İdarəsi 2017-ci ildə Albaniyanı "2-ci dərəcə" (ing.
Alaverdi
Alaverdi — Ermənistan Respublikasının Loru mərzində şəhər. 1938–ci ildə şəhər statusu almışdır. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Akner kəndi ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yure) daimi əhalisi 13.343 nəfərdir.
Alaverdi kilsəsi
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Alaverdi monastırı
Alaverdi monastırı (gürc. ალავერდის მონასტერი), Alaverdi kafedral kilsəsi, Alaverdi kilsəsi – Şərqi Gürcüstanda, Kaxeti ölkəsindəki Axmeta şəhərindən 25 km məsafədə, Axmeta bələdiyyəsi ərazisində yerləşən və Gürcü pravoslav kilsəsinə aid olan gürcü monastır kompleksi. ХI əsrdə Kaxeti xorepiskopu III Kvirike(fr) (1010 – 1037/38-ci illərdə hakimiyyətdə olub) köhnə Müqəddəs Georgi kilsəsinin yerində tikdirmişdir. Bəzi hissələri VI əsrə aiddir. Kilsənin hündürlüyü 50 m-ə yaxındır, daxili məkanın hündürlüyü 42 m-dən yüksəkdir. Tbilisidəki Müqəddəs Üç Üqnum kilsəsinin(ru) tikilməsinə (1995-2004) qədər Gürcüstandakı ən hündür kilsə idi. Monastırda XV əsrə aid rəsimlər zamanəmizədək qorunub saxlanılıb. Alavedi kilsəsi UNESCO-nun "Beynəlxalq İrs" siyahısına daxil eidlmək üçün təqdim edilib. Monastırın əsası nə vaxtsa Antioxiyadan gəlmiş və o vaxtlar Ay məbədində ibadət edən bütpərəslərin dini mərkəzi olmuş kiçik Alaverdi kəndində məskunlaşmış suriyalı rahib İosif (Yoseb, Amba) Alaverdeli tərəfindən qoyulub. Müasir dövrdə monastır Gürcüstanda ildə bir dəfə keçirilən dini “Alaverdoba” bayramındındə, diqqət mərkəzinə çevrilir.
Mentha alberti
Çəmən yarpızı (lat. Mentha arvensis) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid növ. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonim == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Rafael Alberti
Rafael Alberti (d.16.12.1902, Kadis əyalətinin Puerto-de-Santa-Mariya k. — ö.29.10.1999, Madrid) — XX əsrin ispan şairi və dramaturqu. == Həyatı və yaradıcılığı == Rafael Alberti yaradıcılığa rəssam kimi başlamış, sonra isə poeziyaya yönəlmişdir. Onun "Dənizçi quruda" adlı ilk şeirlər kitabı 1925-ci ildə çap olunub. Həmin ildə gənc şair ədəbiyyat üzrə "Milli" mükafata layiq görülmüşdür. Bu illərdə Rafael sürrealist və avanqard ruha yaxın olan əsərlər yaradır. Avanqardizmin təsirilə yazdığı şeirləri "Möhkəm hörgü" (1927), "Mələklər haqqında" (1930) və s. kimi kitablarında toplanmışdır. Yaradıcılığının erkən dövründə folklordan bəhrələnmişdir: "Dənizçi quruda" (1925), "Məşuqə" (1926) topluları və s. göstərmək olar.
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. == Həyatı == XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.
Aversi (Urmiya)
Aversi (fars. اورسي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (127 ailə).
Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Senecio alberti-smithii
Senecio alberti-smithii (lat. Senecio alberti-smithii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Betti Alver
Betti Alver (est. Betti Alver 23 noyabr 1906[…], Yıgeva – 19 iyun 1989[…], Tartu) — Estoniya şairəsi, nəsr yazıçısı, tərcüməçi. Aleksandr Puşkinin Yevgeni Onegin romanını eston dilinə tərcümə etmişdir. Estoniya SSR-nin əməkdar yazıçısı (1966). Estoniya SSR xalq yazıçısı (1981). == Bioqrafiyası == Elizabet Alver 23 noyabr 1906-cı ildə Yıgevada anadan olmuşdu. 1924-cü ildə Tartudakı gimnaziyanı bitirir. 1924-1927-ci illərdə Tartu Universitetində eston dili və ədəbiyyatını öyrənir. 1927-ci ildə "Küləyin sevgilisi" romanı nəşr olunur. Betti Alverin ilk kitabı "Toz və atəş" 1936-cı ildə çap edilir.