Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almalıq
Almalıq (Kəlbəcər)
Alçalı
AzərbaycanAlçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.ErmənistanAlçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Şərəfsiz alçaqlar
"Şərəfsiz əclaflar" (ing. Inglourious Basterds) – Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, İkinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon USD çoxdur. Bu film Kriminal qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Filmin premyerası 2009-cu il mayın 20-də Fransanın Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin "Inglorious Bastards" (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib "Inglourious Basterds" və bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə də, bilərəkdən səhvlərlə tərcümə edilir. == Məzmun == Film beş hissədən ibarətdir: "Once Upon a Time in Nazi-occupied France" (tərc.: Nasistlərin zəbt etdiyi Fransada) – "Yəhudi ovçusu" SS-Standartenfürer Hans Landa bir fransız fermerinin öz evində yəhudi ailəsini gizlətdiyi haqda bilib, sərəncamında olan nasist-əsgərlərlə, həmin fermerin yanına baş çəkir. Fermeri hədələyib yəhudilərin gizləndikləri yeri öyrəndikdən sonra, əsgərlərinə onları elə gizləndikləri yerdəcə, yəni döşəmənin altında, güllələmək tapşırığı verir.
Almalıq (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Almalıq (Kəlbəcər)
Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur. == Toponimikası == Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır.
Alçalı (Göyçə)
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Alçalı (Hurand)
Alçalı (fars. الچالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (5 ailə).
Alçalı (Kəlbəcər)
Alçalı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir.
Alçalı (Salyan)
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Yuxarı Alçalı
Yuxarı Alçalı (Tikantəpə)
Aşağı Alçalı (Tikantəpə)
Aşağı Alçalı (fars. الوچلوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 487 nəfər yaşayır (94 ailə).
Yuxarı Alçalı (Göyçə)
Yuxarı Alçalı — İrəvan quberniyasının Novobayazid qəzasında (sonra Martuni r-nunda) kənd adı. Digər adı Qarsaqqal Mollalı. == Tarixi == 1728-ci ilə aid mənbədə Alçalı sonralar ondan Aşağı Alçalı məntəqəsi yarandıqdan sonra Yuxarı Alçalı adlandırılmışdır. Kənd öz adını oradan axan Alçalı çayından almışdır. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də yerləşdirilmişdir. XX əsrin 30-cu illərində Azərbaycanlı əhali sıxışdırılıb çıxarılmışdır. 1968-ci ildə kənd Atsvanist adlandırılmışdır.
Yuxarı Alçalı (Tikantəpə)
Yuxarı Alçalı (fars. الوچلوي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (20 ailə).
Sucaqlıq zəravəndi
Sucaqlıq zəravəndi (lat. Aristolochia contorta) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Alçağın üslubu (roman)
"Alçağın üslubu" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Əliağa Cəfərlidir. == Məzmun == İmkanlı bir iş adamı törətmədiyi qətl hadisəsində suçlandırılır. Hətta onun günahını isbata yetirəcək “əşyayi-dəlil” də mövcuddur. Bir çox qaranlıq işlərin kələfini açmış dünya şöhrətli ekspert-analitik Dronqo altıncı hissi ilə günahlandırılan şəxsin müqəssir olmadığını duyur. Lakin saxta “əşyayi-dəlil”də buraxılmış kiçicik və ilk baxışdan nəzərə çarpmayan detal Dronqonun gözündən yayınmır.