Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alışanlı
Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 924 nəfərdir. == Din == Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Şirindil Alışanlı
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. Bəzi mənbələrdə onun mənşəcə kürd, digərlərində isə türk olduğu yazılmışdır. Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalış¬mış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir. == Elmi yaradıcılığı == 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunmuş birgə respublika konfransında məruzə etmiş, ədəbi-nəzəri fikrin ən aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxış etmişdir.
Amal Alişanlı
Amal Seyfəddin oğlu Alişanlı (11 fevral 2001, Qabaqdibi, Yardımlı rayonu – 8 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amal Alişanlı 2001-ci il fevralın 11-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amal Alişanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Alişanlı oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amal Alişanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.