Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amirani
Amirani ing. Amirani— Amirani və ya Amiran (gürcü: ამირანი), klassik Prometeyi xatırladan gürcü eposunun mədəniyyət qəhrəmanının adıdır. Mifin müxtəlif versiyaları, mifin zamanla necə çevrildiyini ortaya qoyur, ancaq əfsanənin özü eramızdan əvvəl təxminən 3000-2000-ci illər arasında ilk Dəmir dövrünün əvvəllərində izlənilə bilər, mifdə olduğu kimi Demiurq Amirani insanlığı təmsil edərək Tanrıya meydan oxuyur. Prometey kimi lənətlənmiş iti Kurşskiy ilə birlikdə Qafqazda cəzalandırılır və daha sonra da zəncirlənir. Prometey mifi kimi qey olunmuşdur ki, Amirani qartal qaraciyərini gündüz yeyir, gecələr də özünü sağaldırmış. == Tarixi == Amirani, Qafqaz ovu ilahəsi Dalinin oğlu idi, ancaq vaxtından əvvəl anasının qarnından çıxarıldı və ovçu Sulkalmaks və həyat yoldaşı Darejanın himayəsində onlarında iki oğlu olan Badri və Yusup ilə birlikdə böyüdüldü. Bərabər böyüyən bu igidlər pis ruhlarla mübarizə aparmağa başladılar və başları ilana çevrilən üç başlı nəhəngi məğlub etdilər. Amirani əjdahalarla mübarizə aparan zaman Qara Əjdaha tərəfindən udulur. Daha sonra Amirani əjdahanın qarnını kəsib çıxır.Gəlin axtarışında digər pis ruhlarla mübarizə apararkən, iki ölümcül qardaşı öldürüldü və Amirani intihar etmək istədi, amma dəhşət içində həyata qayıtdığını anladı. Bundan sonra, Amirani gəlin axtarışından əl çəkdi və uca Tanrı Qmerti (Tanrı üçün gürcü sözü) tərəfindən gücləndirilərək başqa bir nəhəngi, sonra da Qmerti (və ya Tanrı) özünə aldı.
Amiran
Amiran Qamğrelidze – gürcü həkim. Cehel Amiran (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Cehel Amiran (Cəng Almaz) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Amiran Babayev
Amiran Qamğrelidze
Amiran Qamğrelidze (gürc. ამირან გამყრელიძე; 24 yanvar 1951, Tbilisi) – gürcü həkim, 29 dekabr 2001-ci ildən 2003-cü ilin noyabr ayının 27-dək Gürcüstanın səhiyyə naziri. Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru. Tibb elmləri doktoru, Gürcüstan Universitetinin tam professoru. Avropa Allergiya və Tədqiqat İmmunologiya Akademiyasının üzvü, Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstandakı proqram koordinatoru. == Bioqrafiyası == Amiran Qamğrelidze 1951-ci ilin 24 yanvar tarixində Tbilisidə anadan olub. Tbilisi 4 nömrəli ictimai məktəbini bitirib. 1974-cü ildə Tbilisi Dövlət Tibb İnstitutunu bitirib. 1978-ci ildə həmin institutun Allerqologiya şöbəsinin baş laborantı təyin edilib; 1991-1996-cı illərdə Tibb Universitetinin Tədqiqat və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası şöbəsinin müdiri, 1988-1996-cı illərdə Tbilisi Dövlət Tibb Universitetinin Kliniki və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası departamentinin başçısı olmuşdur. 1995-1997-ci illərdə Səhiyyə İdarəetmə Milli Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
Cehel Amiran (Bicar)
Cehel Amiran (fars. چهل اميران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Cehel Amiran (Cəng Almaz)
Cehel Amiran (fars. ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 120 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Amarant
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Arirang
"Arirang" (아리랑; [a.ɾi.ɾaŋ]) Koreyanın xalq mahnısıdır. Mahnının 60 fərqli versiyasında təxminən 3,600-a yaxın variasiyası var və bunların hər birində "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)" nəqarəti mövcuddur. "Arirang" iki dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Cənubi Koreya mahnını 2012-ci ildə UNESCO siyahısına daxil etmək üçün təqdim etmişdir. Şimali Koreya isə mahnını 2014-cü ildə təqdim etmişdir. 2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi mahnını qeyri-maddi mədəni sərvətlət siyahısına daxil etdi.Mahnı bu gün həm Şimali, həm də Cənubi Koreyada Koreya müharibəsindən sonra bölünmüş bir ölkədə birlik rəmzi olaraq səslənir. == Tarixi == === Mənşəyi === "Arirang" ın Gangvon əyalətində, Congsonda meydana gəldiyi düşünülür. Bir əfsanəyə görə mahnının adı Auracinin sahilində kameliya çiçəklərini yığarkən aşiq olan gənc oğlan və qızın hekayəsindən əldə edilmişdir. Bu hekayənin iki versiyası var. Birinci versiyaya görə gənc oğlan qızla görüşmək üçün Auracini keçmək istəsə də su çox yüksək olduğundan bunu bacarmır və buna görə onlar kədərlərini ifadə etmək üçün mahnı oxuyurlar.
Ariranq
"Arirang" (아리랑; [a.ɾi.ɾaŋ]) Koreyanın xalq mahnısıdır. Mahnının 60 fərqli versiyasında təxminən 3,600-a yaxın variasiyası var və bunların hər birində "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)" nəqarəti mövcuddur. "Arirang" iki dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Cənubi Koreya mahnını 2012-ci ildə UNESCO siyahısına daxil etmək üçün təqdim etmişdir. Şimali Koreya isə mahnını 2014-cü ildə təqdim etmişdir. 2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi mahnını qeyri-maddi mədəni sərvətlət siyahısına daxil etdi.Mahnı bu gün həm Şimali, həm də Cənubi Koreyada Koreya müharibəsindən sonra bölünmüş bir ölkədə birlik rəmzi olaraq səslənir. == Tarixi == === Mənşəyi === "Arirang" ın Gangvon əyalətində, Congsonda meydana gəldiyi düşünülür. Bir əfsanəyə görə mahnının adı Auracinin sahilində kameliya çiçəklərini yığarkən aşiq olan gənc oğlan və qızın hekayəsindən əldə edilmişdir. Bu hekayənin iki versiyası var. Birinci versiyaya görə gənc oğlan qızla görüşmək üçün Auracini keçmək istəsə də su çox yüksək olduğundan bunu bacarmır və buna görə onlar kədərlərini ifadə etmək üçün mahnı oxuyurlar.
Miyanə
Miyanə (yerli əhali arasında həmçinin Miyana və Miyanıc olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Nazik Amiryan
Nazik Amiryan (tam adı: Nazik Hovanessi Amiryan, erm. Նազիկ Հովհաննեսի Ամիրյան; 14 mart 1967, İrəvan) — Qarabağ müharibəsi iştirakçısı, Ermənistan Silahlı Qüvvələri polkovniki (1999), Ermənistan Arxivləşdirmə Federasiyanın Prezidenti (1999-cu ildən). O, Manvel Qriqoryanın həyat yoldaşıdır. == Bioqrafiya == Nazir Hovanessi Amiryan 14 mart 1967-ci ildə SSRİ-nin Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1988-ci ildə Ermənistan Dövlət İqtisad Universitetindən məzun olmuşdur. Amiryan 1988–1989-cu illərdə ticarətçilik üçün nəzərdə tutulmuş Oğuz təlim kollecində müəllim kimi işləmişdir. O, 1999–2000-ci illərdə Təbiət Mühafizə Nazirliyinin Respublika Dövlət Ekoloji Ekspertizasının sədri olmuşdur. 1990–1994-cü illərdə Hadrut, Ağdərə və Füzuli cəbhələrində 5-ci Üçkilsə könüllü briqadasının Üçkilsə könüllü batalyonununda hərbi həkim olaraq fəaliyyət göstərmişdir. Hadturdakı döyüşlərdə əsir götürülən Amiryan bir neçə döyüşçü ilə Şuşadakı həbsxanaya göndərilmişdir. Onlar Şuşanın erməni qüvvələri tərəfindən işğal edilməsindən sonra sərbəst buraxılmışdılar.
Alancarıq (Miyanə)
Alancarıq (fars. النجارق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (82 ailə).
Allahdad (Miyanə)
Allahdad (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (19 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 31 km cənub-qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Aqıl (Miyanə)
Aqıl (fars. عاقل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 35 km cənub-qərbdədir.
Astancin (Miyanə)
Astancin (fars. استانجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Astancin dəniz səviyyəsindən 1,563 metr yüksəklikdə yerləşir. Burada Aralıq dənizi iqlimi hakimdir. Astancin Tehrandan 452 kilometr, Qəzvindən 300 kilometr, Zəncandan 125 kilometr, Təbrizdən 263 kilometr, Miyanadan isə 75 kilometr aralı yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (106 ailə). Əhalinin bir çox hissəsi qışda əmək üçün Tehran kimi böyük şəhərlərə gedir. Hazırda əhalinin çoxu Tehranın 16-cı bölgəsində yaşayırlar. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Əhali daha çox əkiçilik, qoyunçuluq və maldarlıqla məşğuldur.
Aydəmir (Miyanə)
Aydəmir (fars. آيدمير‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə).
Ağtövrəğ (Miyanə)
Ağtövrəğ (fars. اغ طورق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 147 nəfər yaşayır (25 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 27 km qərbdə, Bostanabad qəsəbəsinə gedən qədim yolun üstündədir.
Ağverən (Miyanə)
Ağverən (fars. اغ ورن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (17 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 21 km cənub-şərqdə, Təbriz-Miyanə avtomobil yolunun 9 kilometrliyindədir.
Ağçadərbənd (Miyanə)
Ağçadərbənd (fars. اغچه دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (11 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Miyanə şəhərindən 18 km qərbdə, Bostanabad qəsəbəsinə gedən köhnə yolun üstündədir.
Ballıca (Miyanə)
Ballıca (fars. اللوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 210 nəfər yaşayır (52 ailə).
Batlaq (Miyanə)
Batlaq (fars. باطلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (17 ailə).
Ababin (Miyanə)
Ababin (fars. ابابين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (29 ailə). == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Kağızkonan qəsəbəsindən 21 km şimalda, Xalxal-Miyanə avtomobil yolunun 19 kilometrliyindədir.
Başbulaq (Miyanə)
Başbulaq (fars. باش بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (8 ailə).
Başmaq (Miyanə)
Başmaq (fars. اشماق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 988 nəfər yaşayır (214 ailə).
Ambrone
Ambrone (fr. Ambronay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01007. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 2362 nəfər təşkil edirdi.
Zmiyane
Zmiyane (serb. Змијање, bosn. Zmijanje) — Bosniya və Herseqovinanın ərazisinə daxil olan vilayət. Serb Respublikasının bir parçası. Manyaça dağı ətrafı ərazilərdə yerləşir. Keçmiş Zmiyane nahiyəsinin ərazisini əhatə edir. Nahiyə Osmanlı imperiyası dönəmində mövcud olmuşdur. Zmiyane naxışı 2014-cü ildə YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahıları daxil edilmişdir == Yaşayış məntəqələri == Zmiyane vilayətində banya-Luka və Ribnik icmaları yerləşir. Yaşayış məmntəqələri: Striçiçi, Strajese, Sitnisa, Lokvari, Luyakovski, Lusiçi, Sokolovo, Qorne-Ratkivo və Done-Ratkovo. Zmiyane vilayətinin vahi hisəində yerləşən yaşayış məntəqləri: Dobrnya, Şlivno, Zelensi, Radmaniçi və Vilusi.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.