Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Alabama
Alabama (ing. Alabama /ˌæləˈbæmə/ ) — ABŞ-nin cənub-şərq bölgəsində yerləşən ştat. Şimalda Tennessi, şərqdə Corciya, cənubda Florida və Meksika körfəzi, qərbdə Missisipi ilə həmsərhəddir. Alabama ərazisinə görə ən böyük 30-cu, əhalisinə görə 24-cü ABŞ ştatıdır.Alabama ştat quşunun şərəfinə Sarı ağacdələn ştatı ləqəbini almışdı. Alabama həmçinin "Diksinin qəlbi" və "Pambıq ştatı" adı ilə də tanınır. Ştat ağacı uzunyarpaq şam və ştat çiçəyi kameliyadır. Alabamanın paytaxtı Montqomeridir və əhalisinə və ərazisinə görə ən böyük şəhəri Hantsvilldir. Ən qədim şəhəri 1702-ci ildə fransız kolonistləri (Alabama kreolları) tərəfindən Fransız Luizianasının paytaxatı olaraq əsası qoyulmuş Mobildir. Böyük Birminqem Alabamanın ən böyük metropoliten ərazisi və onun iqtisadi mərkəzidir.Əvvəlcə bir çox yerli qəbilələrin yaşadığı indiki Alabama fransızlar XVIII əsrin əvvəllərində onu əldə edənə qədər XVI əsrdən başlayaraq İspan ərazisi idi. 1763-cü ildə İngilislər ABŞ İstiqlal müharibəsində onu itirənə qədər ərazini ələ keçirdilər.
Alazlama
Alazlama - türk və altay xalq mədəniyyətində od müalicəsi. Yalazlama (digər bəzi Türk dillərində Alaslama və ya Yalaslama) olaraq da bilinər. Xəstəlikləri odla müalicə etmək deməkdir. Albastı (Al/Hal kökü yəni "Atəş" mənası da nəzərə alınmaqla) və Alaz Xan ilə əlaqəli olduğu açıqdır. Bəlkə də Alaz Xanın köməyi istənilir. Mərasim başlarkən Alaz! deyə bağırılması bunun açıq bir göstəricisidir. Qırmızı bir bez parçası yandırılıb xəstənin ətrafında dolanacaqlar. Odun təmizləyici və yaxşılaşdırıcı bir varlıq olduğu inancının bir nəticəsidir bu vəziyyət. Alazlama əməliyyatı axşam qaranlığında yanan ilk işıqla birlikdə işə başlayır.
Amalaka
Amalaka (sanskr. आमलक) — Hindistanda orta əsr məbədi binalarının simvolik şəkildə şərh edilən memarlıq detalları. Sanskrit dilindən "lotus meyvəsi" kimi tərcümə olunur. Yastıladılmış nahamar disk formasına malikdir. Bu, Şimali Hindistanın məbədi qüllələrini – şikharaların baş hissələrində olurdu. Dərin mənasıya malik amalakanın kökü buddizmdən əvvəlki inanclara qədər gedib çıxır. Kainatın modelini simvollaşdırır. == İstinadlar == == Əlavə ədəbiyyat == Harle, J.C., The Art and Architecture of the Indian Subcontinent, 2nd edn.
Arakava
Arakava (荒川区, Arakava-ku) — Tokionun xüsusi rayonlarından biri. Adaçi, Kita, Bunkö, Tayto və Sumida rayonları ilə əhatə olunub. == Coğrafiyası == Arakava Tokionun şimal-şərq hissəsində yerləşir. Qərbdən şərq tərəfə uzanmış uzunsov formadadır. Sumida çayı şimali sərhədidir. == Tarixi == Edo dövründə əsasən aqrar sahə idi, Meydzi dövründə sənaye sahəsinə dönür. 1932-ci ildə Tokionun xüsusi rayonlarından biri olur. == Əsas məhəllələri == Arakava Maçiya Minami-sencü Nippori == Mənzərəli yerləri == Arakava parkı. == Hadisələr == Sada Abenin cinayəti Aum Sinrikyo təşkilatı ilə bağlı istintaqı aparan Milli polis başçısına qəsd.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Arapayma
Arapayma (Arapaima gigas) – arovanalar fəsiləsindən aravanokimilər dəstəsinin şirin su balığı. Uzunluğu 4,6 m-ədək, çəkisi 200 kq-adək olur. Bədənin ön hissəsi zeytunu-yaşıl, quyruğu tünd-qırmızıdır. Bel və anus üzgəclərinin quyruq üzgəcinə yaxın yerləşməsi, pulcuqlarının iri və bərk olması kimi qədim balıqlara xas əlamətlər saxlanmışdır.Üzmə qovuğu sıxdamarlı və göz-göz olur. Aprel–may aylarında düzəltdikləri yuvalarında kürüləyir. Tez böyüyür. Arapaymalar Amazon çayı hövzəsindəki ot basmış, oksigeni az olan sularda yaşadığı üçün hər 10–15 dəq-dən bir suyun səthinə qalxırlar. Yırtıcıdır. Əvvəllər ov əhəmiyyətli idi, indi isə mühafizə obyektidir. Yerli əhali pulcuqlarından kəmər və bəzək əşyaları düzəldir.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Agaloma angustifolia
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Agaloma marginata
Euphorbia marginata (lat. Euphorbia marginata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma marginata (Pursh) Á.Löve & D.Löve Dichrophyllum marginatum (Pursh) Klotzsch & Garcke Dichrophyllum variegatum (Sims) Klotzsch & Garcke Euphorbia bejariensis DC. Euphorbia leucoloma Raf. Euphorbia marginata var. uloleuca Engelm. & A.Gray Euphorbia variegata Sims Lepadena leucoloma (Raf.) Raf. Lepadena marginata (Pursh) Nieuwl. Tithymalus marginatus (Pursh) Cockerell Tithymalus marginatus f. inornata Daniels Tithymalus marginatus var. tetramerus Cockerell Tithymalus variegatus (Sims) Haw.
Alabama (dəqiqləşdirmə)
Alabama — Amerika Birləşmiş Ştatlarının cənubunda ştatdır. Alabamanın həmçinin aşağıdakı mənaları da var: == Təhsil == Alabama Universiteti — 1831-ci ildə Alabama ştatında qurulmuş ictimai universitet. == Coğrafiya == Alabama (Nyu-York) — ABŞ-də qəsəbə. Alabama çayı — Alabama, ABŞ. Alabama Ərazisi — 1817-1819-cu illərdə mövcud olmuş ərazi. Alabama, Fransız Luizianasının doqquz hərbi rayonundan biri. == Musiqi == Alabama (qrup) - kantri musiqi qrupu. Alabama (qrup, Kanada) - 1970-ci illərin əvvəllərində mövcud olmuş qrup. Alabama (ştat himni) - Alabama ştatının himni.
Alabama nərəsi
Sutkusi kürəkburunu (lat. Scaphirhynchus suttkusi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Birminqem (Alabama)
Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi. == Əhalisi == Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min. == Coğrafiyası == Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var. == Tarixi == 1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür.
Dotan (Alabama)
Dotan /ˈdoʊθən/ ABŞ-nin Alabama ştatının cənub-şərq küncündə, Corciya sərhəddindən 32 km qərbdə və Florida sərhəddindən 26 km şimalda yerləşən şəhər. Deyl və Henri qraflığına qədər uzanan şəhər Hyuston qraflığının inzibati mərkəzidir. Adı Yaradılış 37:17: "Dotana gedək." ifadəsindən götürülmüşdür. 2010-cu il əhalinin siyahıyaalma məlumatına əsasən şəhərin əhalisi 65,496 nəfərdir. == Xairici keçidlər == Official website Dothan Chamber of Commerce Historic photos Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Landmark ParkDotan Ceniva, Henri və Hyuston qraflıqlarını əhatə edən Dotan Metropoliten Statistik Sahəsinin əsas şəhəridir; Deyl qraflığına uzanan kiçik bir hissəsi isə Enterprays-Ozark Mikropolitan Sahəsinə aiddir. 2010-cu ildə Dotan metropoliten ərazisinin ümumi əhalisi 145,639 nəfər olmuşdur. The city serves as the main transportation and commercial hub for a significant part of southeastern Alabama, southwest Georgia, and nearby portions of the Florida Panhandle. Since approximately one-fourth of the U.S. peanut crop is produced nearby, with much of it being processed in the city, Dothan is sometimes referred to as "The Peanut Capital of the World". Dothan also hosts the annual National Peanut Festival at the dedicated "Peanut Festival Fairgrounds". == Tarixi == === İlk illər === İndiki Dotan ərazisində min illərlə yerli xalqların mədəniyyətləri mövcud olmuşdur.
Döyüşdə yaralanma
Döyüşdə yaralanma (ing. Wounded in action) — müharibə zamanı döyüş bölgəsində həlak olmayan, lakin yaralanan döyüşçülərin təsviri. Tipik olaraq bu, müvəqqəti və ya daimi olaraq silah gəzdirməyə və ya döyüşməyə davam edə bilməyəcəyinizə işarədir.ABŞ ordusu üçün WIA-ya qoşulmaq ümumiyyətlə bənövşəyi ürək təyin edilməsinə səbəb olur, çünki medalın məqsədi (ən yüksək mükafatlardan biri, ABŞ hökuməti tərəfindən rəsmi olaraq verilmiş hərbi və ya mülki şəxs) döyüşdə ölmüş, əlil və ya yaralananları tanımaqdır. == NATO-nun tərifləri == === Döyüşdə yaralı === Xarici bir agent və ya səbəb üzündən bir xəsarət alan zaman döyüşdə öldürüləndən xaric itki. Termin, hər hansı bir yara və digər yaralanmaları əhatə edir, bədənin bir deşmə olub olmadığını, nüfuz edən və ya deşilmiş bir yarada olduğu kimi, ya da kontuziya edilən yarada olduğu kimi; bütün qırıqlar, yanıqlar, partlayışlar, bioloji və kimyəvi müharibənin bütün təsiri, toionlaşdırıcı şüalanma və ya hər hansı digər dağıdıcı silah və ya agent təsiri. === Döyüşdə alınan yaralardan ölüm === Müalicə müəssisəsinə çatdıqdan sonra döyüşdə alınan yaralar və ya digər xəsarətlər nəticəsində ölən döyüş itkisi. ABŞ-də istifadə olunan qısaltma DOW, NATO isə DWRIA-dır.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Euphorbia arahaka
Euphorbia arahaka (lat. Euphorbia arahaka) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Hantsvill (Alabama)
Hantsvill — ABŞ-nin Alabama ştatının Medison qraflığında şəhər..
Hiromu Arakava
Hiromu Arakava (yap. 荒川 弘; əsl adı - Hiromi Arakava yap. 荒川弘美) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onun iki anime teleserial adaptasiyaları üçün tanınır. == Həyatı == Hiromu Arakava 1973-cü ilin mayın 8-də Yaponiya Hokkaydo prefekturanın Tokaçi subprefekturada anadan olub. Orada bir süd fermasında üç böyük bacısı və kiçik qardaşı ilə böyümüş. Arakava "balaca olduğundan bəri" fikirləşirdi ki, manqaka olacaq. O, öz dəftərlərdə tez-tez çəkirdi. Məktəbi qutarandan sonra o, ailənin fermasında işləyərkən yeddi il ərzində ayda bir dəfə yağlı boya rəssamlığı dərslərə gedirdi. Eyni vaxtda Arakava dostları ilə docinşi manqanı və bundan əlavə jurnal üçün yonkomaları yaradırdı.Arakava Tokioya 1999-cu ildə köçüb, orada Mahōjin Guru Guru manqanın müəllifi olan Hiroyuki Etonun assistenti kimi manqa sənayedə karyeranı başladı.