Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur.Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər. Suda temperatur yüksəldikdə (25° C-dən artıq) və oksigenin miqdarı azaldıqda (1 litrdə 4 sm3-ə endikdə) alabalıqlar özünü pis hiss edir, böyümədən qalırlar.
Avadanlıq
Avadanlıq aşağıdakı mənalara gələ bilər: Şəbəkə avadanlıqları: Kompüter şəbəkəsinin elementləri arasında əlaqə yaratmaq üçün lazım olan qurğulardır. Kompüter avadanlığı: Kompüterdə olan fiziki vahidlər.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Varlıq
Varlıq — fəlsəfi kateqoriya olub,şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos,təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür.Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, “Varlıq” hərəkət etmir,dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki,varlıq bölünməz kiçicik hissəciklərdən - atomlardan və boşluqdan ibarətdir.
Alabalıq kababı
Alabalıq kababı – alabalıqdan izqarada, manqalda və ya duxovkada hazırlanan kabab növü. == Tərkibi == Alabalıq kababının hazırlanmasında alabalıqdan, sarımsaqdan, limondan, kəkotundan, maye yağdan, duzdan və istiotdan istifadə olunur. == Hazırlanması == Alabalıq kababını hazırlamaq üçün əvvəlcə alabalıq təmizlənir və yuyulur. Dərin bir qabda yağı, limon suyu, kəkotu, istiot, duz və əzilmiş sarımsaq qarışdırılır. Balıqlar bu qaba qoyulur və sous suyu qurudulmuş balıqlara yedirilir. Soyuducunun içərisində də balıqları arada çevirilir ki, sous canına yaxşı çəksin. Sonra alabalıq tavada, elektrikli izqarada və ya qızğın alovsuz manqalda bişirilir. Balıq bişərkən hər iki tərəfi də arada fırçayla yağlanır. Servis edilərkən salat və yaxud göyərti ilə bəzədilir.
Adətli (Aralıq)
Adətli — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 28 km, Aralıq ilçə mərkəzinə 17 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 108 kürd yaşayırdı.
Aralıq (anatomiya)
Aralıq — lat. perineum anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıq və oturaq sümüklərinin aşağı şaxələri, oma-qabar bağı və oturaq qabarları isə yan tərəflərini əhatə etmişdir. Aralıq nəzəri olaraq oturaq qabarlarından keçən köndələn xətt vasitəsilə iki üçbucağa bölünür. Öndəkinə sidik-cinsiyyət üçbucağı — lat. trigonum urogenitale, arxadakına isə anus üçbucağı — lat. trigonum anale deyilir. Sidik-cinsiyyət üçbucağında kişilərdə penis, qadınlarda isə cinsiyyət yarığı — lat. rima pudendi, anus üçbucağında isə adından məlum olduğu kimi anus yerləşmişdir.
Aralıq (İğdır)
Aralıq (türk. Aralık) — İğdır ilinin ilçələrindən biridir. == Tarix == Keçmişdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, daha sonra Azərbaycan Səfəvilər İmperiyasının tərkibində Azərbaycan əyalətinin (dörd xanlıq dövründə Çuxursəd xanlığının daxilində) tərkibində olmuşdur. 1 yanvar 1960-cı ildə yaradılıb. == Ərazi == İlçənin ərazisi 709.23 km²–dir. İlçə ərazisi şərqdə 49 km-lik sərhəd xətti ilə İranla, şimalda 11 km-lik sərhəd xətti ilə Azərbaycanla (Naxçıvan MR-nın Sədərək rayonu), qərbində elin mərkəzi ilçəsi (İğdır İlçəsi), 56 km-lik sərhəd xətti (Araz çayı boyu) ilə Ermənistanla, cənubda isə Ağrı ilinin Doğubəyazıd ilçəsi ilə həmsərhəddir. == Əhali == Aralıq ilçəsi 5 məhəllədən ibarət Aralıq şəhərini və 22 kənddən ibarət Mərkəz bucağını (bucaq: ilçədən kiçik ərazi bölgüsüdür, kəndləri əhatə edir.) əhatə edir. 31 dekabr 2011-ci il rəsmi təxmininə əsasən cəmi ilçə əhalisi 22.425 nəfərdir . Onların 6.775 nəfəri şəhərdə yaşamaqdadır. === Milli tərkib === Aralıq ilçəsi : əhalinin təxminən 60 %-i kürdlərdən, 40 %-i isə azərbaycanlılardan ibarətdir.
Aralıq (Şörəyel)
Aralıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz», «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors qoyulmuşdur. == Əhalisi == Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır. Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə 510 nəfər qarapapaqlar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.
Aralıq Kolanlı
Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim. == Haqqında == Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir. Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Aralıq dil
Aralıq dil (Intermediate language) – insanın proqramı yazdığı ilkin dil (adətən, yüksək səviyyəli dil) və amac dil (adətən, maşın kodu) arasında aralıq addım kimi istifadə olunan proqramlaşdırma dili. Yüksək səviyyəli kompilyatorların bir çoxu assembler dilini aralıq dil kimi istifadə edir. Aralıq dil yeni proqramlaşdırma dillərinin yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldır və müxtəlif prosessorlar üçün eyni bir kompilyatorlardan istifadəyə imkan verir. Aralıq dil P-CODE, PSEUDOCODE, PSEUDO LANGUAGE, yaxud BYTECODE da adlandırıla bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır. == Etimologiya == Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq kərtənkələsi
Aralıq kərtənkələsi (lat. Lacerta media) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Onların uzunluğu 170 mm, quyruğu isə 250 mm çox olur. Çəkisi 70 q təşkil edir. Bədəni boyunca 42-56 pulcuq vardır. Bədəni boyunca mavi nöqtələr vardır. Quyruğu və arxa hissəsi həmişə yaşıl olur. == Areal == Bu növə Türkiyənin şərqində, şimal-qərbi İran, Qafqazın Qara dəniz sahillərində yayılmışdır. Üstəlik onlara Azərbaycanın dağlıq rayonlarında da rast gəlinir. Rusiyada isə iki bir-birindən aralıda yerləşən arealı vardır.
Aralıq nahiyəsi
Aralıq nahiyəsi — XIV əsr inzibati-ərazi vahidi. İndiki dövürdə Aralıq (İğdır),Qəmərli rayonu,Şərur rayonu ərazisini əhatə edir. Elxanilər dövlətinin Çuxursəəd tüməninin Aralıq nahiyəsi 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Aralıq nahiyəsində aşağıdakı kəndlər mövcud idi: == 1590-cı il Kəndləri == Axura kəndi Ağbaş kəndi - Boralan kəndi s. 268 - Boralanbulaqbaşı kəndi. - Başqa adı Xeyrəddin qışlağıdır Cadqıran kəndi - [[Yenicə, Ayıbasan və Təndirli məzrə`ələri. - Ərəboğlu kəndi - Yenicəyi-islamiyyə kəndi - Yenicəyi-İsa Çələbi məzrə`əsi - Məsimli kəndi - Oğruviranı məzrə`əsi - Əliqızıl kəndi s. 269 - Novruzlu kəndi - Xudulu kəndi. Başqa adı İlicaqdır. - Kürdviranı məzrə`əsi. Başqa adı Güney Yörədir.
Aralıq sahib
Aralıq sahib - parazitin sürfə mərhələsi inkişaf edən sahib orqanizmlər - heyvanlar. Parazitin növündən asılı olaraq onun inkişafında bir və ya bir neçə aralıq sahib iştirak edir. Məsələn, malyariya plazmodisinin inkişafında bir aralıq sahib (insan), sorucu qurdların əksəriyyətində isə iki aralıq sahib iştirak edir. Aralıq sahib iki olduqda sürfənin birinci növbədə parazitlik etdiyi sahib birinci aralıq sahib, ikinci növbədə parazitlik etdiyi sahib isə ikinci aralıq sahib adlanır. Məsələn, sorucu qurdların birinci aralıq sahibi həmişə molyusklar, ikinci aralıq sahibi isə müxtəlif onurğasız heyvanlar (həşərat sürfələri), yaxud balıqlar, suda-quruda yaşayanlar və s. olur. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Aralıq seçim
Aralıq seçim nəzəriyyəsi — istehlakçı seçimini təsvir edərkən zaman amilinin açıq şəkildə nəzərə alınması lazım olduğu nəzəriyyəsi. Gəlirlərin bölüşdürülməsinə qərar verərkən istehlakçı yalnız mövcud dəyərini deyil, həyatı boyu alacağı bütün gəliri də nəzərə alır. Müvəqqəti seçim nəzəriyyəsində istehlakçı indi nə qədər istehlak edəcəyinə və daha sonra istehlak etmək üçün nə qədər qənaət edəcəyinə qərar verir. Onun qərarına gözlənilən gəlir və bazarda faiz dərəcələri təsir göstərir. Nəzəriyyə istehlakçı davranışını təsvir etmək üçün makroiqtisadi modellərdə istifadə olunur. Bənzər bir problem investisiya qərarları verərkən ortaya çıxır. İnvestorun fərqli investisiya variantları arasında seçim etməsi lazımdır. Layihələrin dəyərini müqayisə edərkən zaman amilinin nəzərə alınmasını tələb etdiyi üçün maliyyə riyaziyyatında ən yaxşı investor seçimi qaydaları nəzərə alınır. == Tarixi == Bu nəzəriyyə Irving Fisher tərəfindən irəli sürülmüş və sonradan makroiqtisadi modelləri əsaslandırmaq üçün istifadə edilmişdir. 20-ci əsrin ortalarında iqtisadiyyatda Keynes baxışları üstünlük təşkil etdiyi üçün o qədər də populyar deyildi.
Aşağı Aralıq
Aşağı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi keçmiş Aralıq Başkənd (indiki Yuxarı Aralıq) kəndindən çıxmış ailələr tərəfindən salınmış və Aşağı Aralıq Başkənd adlandırılmışdır. Sonralar toponimin tərkibindəki Başkənd komponenti ixtisara uğramış və indiki formada rəsmiləşdirilmişdir. Oykonim "aşağıda yerləşən Aralıq kəndi" deməkdir. 29 mart 2005-ci ildə Aşağı Aralıq kəndi Aralıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Aralıq kənd inzibati ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1077 nəfərdir. === Tanınmış şəxləri === Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.
Hel (varlıq)
Hel (q.skan. Hel) — german-skandinav mifologiyasında ölülər diyarının hakimi (Helheym), Loki və div Anqrbodanın qızı, üç xtonik varlıqdan biri. Hel Snorri Sturluson tərəfindən XII əsrdə ənənəvi mənbələr əsasında yazılmış "Böyük Edda" və "Kiçik Edda" əsərlərində təsvir olunmuşdur. Əlavə olaraq, IX əsrə aid "Yer dairəsi" əsərində və X əsrə aid "Egil saqası"nda onun adı çəkilir. XII əsrdə Sakson Qrammatik tərəfindən latın dilində yazılmış "Danların əməlləri" əsərində ona adətən "Hel" deyə xitab edilir. Hel Xalqların böyük köçü dövrünə aid bir çox brakteatda təsvir olunmuşdur. Hel "Böyük Edda", "Kiçik Edda" və "Yer dairəsi" əsərlərində Lokinin qızı hesab edilir. "Kiçik Edda" əsərinin bir parçası olan "Uzaqgörən Qülvi" kitabında Helin tanrı Odin tərəfindən Niflheymdə yerləşən Helheymə hakim təyin edilmiş olduğu qeyd edilmişdir. Həmin mənbədə onun xarici görünüşünün yarı-göy və yarı-dəri rəngli olduğu, eləcə də üzügülməz, pəjmürdə bir görünüşə malik olduğu yazılmışdır. "Böyük Edda" əsərində Helin ölülər diyarında ucsuz-bucaqsız mülklərə, çoxlu qulluqçuya hakimlik etdiyi və tanrı Baldrı diriltmə cəhdində böyük rolu olduğu yazılmışdır.
Mütləq varlıq
Mütləq — idealist fəlsəfədə anlayışdır. Mütləq "özü onun üçün kafi olan"digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfədə işlənir. Din üçün mütləq varlıq Allahdır, Fixtedə-"Mən" adlanır; Hegel fəlsəfəsində Mütləq rolunda dünya zəkası(mütləq ruh); Şopenhauerdə iradə, Berqsonda intuisiya çıxış edir.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Varlıq (dəqiqləşdirmə)
Varlıq
Varlıq (jurnal)
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. == Haqqında == "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan Professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular. == Mövzular == Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi. Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır.
Varlıq (qəzet)
"Varlıq" — həftəlik qəzet. == Tarixi == Varlıq qəzeti 1992-ci ildə Əli Hacı tərəfindən təsis edilmişdir. İlk dövrlərdə qəzetin baş redaktoru Əli Hacı Ağaevli olmuş sonradan Qardaşxan Əzizxanlı baş redaktor olmuşdur.. Varlıq qəzetinin redaktoru Məzahir Həsənov olmuşdur. == İlk sayı == Qəzetin ilk sayı 21 yanvar 1992 ildə çap olunmuşdur. Qəzet 4 səhifədən ibarət idi.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. == Haqqında == "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan Professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular. == Mövzular == Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi. Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır.