Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhməd Ayıq
Əhməd Ayıq (türk. Ahmet Ayık d. 31 mart 1938; Sivas, Türkiyə) — türk güləşçi. Dünya və Olimpiya çempionu olan Əhməd Ayıq, Türkiyənin sərbəst güləş üzrə ən uğurlu idmançılarından biridir. Sultan Əbdüləziz pəhləvanlarından Qaraoğlanın nəvəsidir. Köhnəkənddə ilk dəfə qaraqucaq güləşi ilə məşğul oldu. Əsgərliyi əsnasında döşəyə çıxdı. 1961-ci ildə milli güləş komandasına seçildi. Sərbəst güləş ilə məşğul oldu. Adriatik Kubokunda qazandığı ikincilik onun beynəlxalq sahədə əhəmiyyətli dərəcəsi oldu (1962).
Adi ayıqulağı
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Ayıqulaq sığırquyruğu
Ayıqulaq sığırquyruğu (lat. Verbascum thapsus) - sığırquyruğu cinsinə aid bitki növü.
Ayıqulağı
Ayıqulağı (lat. Arctostaphylos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Şam işığı ayıqlığı
Şam işığı ayıqlığı — insanların xüsusi səbəb üçün dəstək göstərmək məqsədi ilə günbatımından sonra şamlarla çöldə yığışmasıdır.Belə hadisələr daha çox cəmiyyətdəki müxtəlif qrupların çəkdiyi əzablara etiraz etmək üçün və ya xəstəlik, fəlakət, qırğın və ya başqa tragediyalarda həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilir. Həyatını itirənlərini xatirəsini yad etmək üçün həyata keçirilən mərasimlər şam işığı memorialı da adlandırılır. Şam işığı ayıqlığının adətən dəvətli spikerləri olur və mərasim yerli medya tərəfindən işıqlandırılır. Spiker mərasimin başlığında mərasimin niyə keçirildiyini və nəyi təmsil etdiyini izah edən nitq söyləyir. Bu mərasimlərin dini mənası da ola bilər. Milad bayramında bir çıx kilsələr Şam işığı ayıqlığı keçirirlər Bu mərasimlər iştirak edənləri birləşdirmək və dəstəkləməklə bərabər zor göstərmədən məlumatlandırmağı və dəyişikliyə motivasiya etməyi də mümkün edir.
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standard xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir.
Açıq
Açıq sistemlər — ətraf mühitlə daimi əlaqə ilə xarakterizə olunur. Bu cür sistem özü özünü təmin edən deyil (əslində bu cür sistemlərin mövcudluğu mümkün deyil) və kənardan da-xil olan enerji, material və informasiyadan asılıdır. Bununla belə, açıq sistem ətraf mühitdə baş verən dəyişikliklərə uy-ğunlaşa bilər və bunu öz fəaliyyətini davam etdirmək üçün etməlidir. Açıq sistemlər istifadəçinin dünyagörüşünə görə dəyişilir. Birlikdə işlənəbilərlik və daşınabilərlik xüsusiyyətləri olan və ya müəllif hüquqlarından asılı olan müstəqil sistemlər mənasını verir. Sistemlərin iki tipi mövcuddur: qapalı və açıq sistemlər. Qapalı sistem sərt, müəyyən edilmiş sərhədlərə malikdir və onun fəaliyyəti ətraf mühitdən nisbətən asılı deyil. Qapalı sistemin tipik misalı saatdır. Termini əsasən, xüsusilə o vaxt istifadə daha bazarda yer edinmiş mainframe'lerinde və minicomputers fərqli olaraq, Unix əsasında sistemi təsvir etmək üçün, erkən 1980-ci illərdə təbliğ edilmişdir. Older mövcud sistemi fərqli olaraq, Unix sistemlərinin, yeni nəsil standart proqramlaşdırma interfeys və periferik qarşılıqlı nümayiş; avadanlıq və proqram təminatı üçüncü tərəf inkişafı təşviq edilmiş, belə Amdahl və Hitachi kimi şirkətlər məhkəmə gedən gördüm ki, vaxt norması, bir əhəmiyyətli gediş sistemləri və IBM mainframe'lerinde uyğun olduğunu periferikler satmaq hüququ.
Aşıq
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Ayığ Xan
Ayığ Xan - türk, altay və yakut mifologiyalarında səma ilahı. Ayıh Xan olaraq da deyilər. İlk insanı o yaratmışdır. Dünyanı idarə edər. Yaradıcı ruhların ən böyüklərindəndir. İnsanlara qabiliyyətlərini və bacarıqlarını o verir. İlham qaynağıdır. Torpağın məhsuldar olmasını təmin edər. Qısaca yaradıcılıqla bağlı bütün ünsürlərin qaynağıdır. Bərəkət və heyvanların çoxalması onun istəyiylə olar.
Ayı
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Adıq dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Arıq (Məlikan)
Arıq (fars. اروق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,566 nəfər yaşayır (902 ailə).
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219 — 1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Ayaq barmağı
Ayaq barmağı — hərəkət sisteminin əsas hərəkət aparatı. Ayaqlardakı barmaqlar dabanla birlikdə ayağı hərəkətə gətirir və insanın ağırlıq mərkəzi dəyişən zaman tarazlığı saxlamağa kömək edir. == Maraqlı faktlar == Masanın arxasında oturub sağ ayağınızı yerdən qaldırın və saat istiqamətində ayağınızı dairəvi olaraq hərəkətə gətirin. İndi isə bunu edə-edə sağ əlinizi havada "6" rəqəmini yazırmış kimi edin. Sizin ayağınızın istiqaməti avtomatik olaraq dəyişəcək və bunu düzəldə bilməyəcəksiniz.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. == Tarixi == XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır.XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır.IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir. Bu iki nümunədən başqa XVII əsrdə çağırılan digər ayaq divanları əsgərin yaxud əhalinin tələbi ilə baş tutmuşdur. Hadisələrin bu qədər sərtləşməsində isə əsas səbəb ya dövlət adamlarının yeritdiyi yanlış siyasətlər, ya da maliyyə vəziyyətinin pisləşməsi olmuşdur.
Ayaq fetişizmi
Ayaq fetişizmi — ayaq və ayaq barmaqlarının boyu, topuqlar və dabanı, uzun dırnaq, təmizliyi və ya kirliliyi, ayaqqabılı və corablı geyinmiş halda və ya qoxusundan cinsi zövq alınması. Qarşı cinsə və ya öz cinsləri arasında tətbiq edilə bilər. Ayaqsevərlər həzz duyduqları ayaqları öpməkdən, yalamaqdan, oxşamaqdan, qoxlamaqdan zövq alırlar. Ayaq fetişizminin kişilər arasında ən məşhur fetişizm növü olduğu bildirilmişdir.Fetişizm, bir obyektə olan həddindən artıq bağlılıq olaraq müəyyən edilə, corab, ayaq və s. şeylər ola bilər. Fetişizm deyilincə ilk ağla gələn ayaq, corab və ayaqqabıdır, ancaq fetişizm göbək, qulaq, əl, uniforma və s. qarşı hiss oluna bilər. Google axtarış statistikalarına görə kişilərin 16%-i ayaq fetişistidir. Həmçinin 2017-ci ildə Belçikada aparılan bir araşdırmaya görə kişilərin 17%-ində və qadınların 4%-ində ayaq fetişi aşkarlanmışdır.
Ayaq göbələyi
Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. == Xəstəliyin əlamətləri == Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. == Yaranma səbəbləri == Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır. == Müalicəsi == Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar.
Ayaq zərbələri
Ayaq zərbələri və ya təpik - ayaq ilə vurulan ələ nisbətən sərt zərbələrdir. Əl zərbələrində olduğu kimi ayaqla vurulan zərbələr müxtəlif səviyyələrə, müxtəlif trayektoriyalar üzrə həyata keçirilir. Ayaqla zərbələr pəncənin üst, alt, qabaq, daban, iç və çöl hissəsi ilə baldır və dizlə icra edilir. == Ayaq zərbələri == Bir çox döyüş növlərində, o cümlədən, Taekvondo döyüş sənətində, əsasən, təpik zərbələrindən istifadə edilir.
Ayın fazaları
Ayın fazaları — Günəşin Ayı işıqlandırmasının periodik olaraq dəyişməsi vəziyyətləri. Ayın fazaları, Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün, Ayın tam görünən səthinə nisbətini göstərir. Ay Yer kimi, özü işıq şüalandırmır. Səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı qalan səthi isə qaranlıq görünür. Ay, Hilal, Aypara və Bədirlənmiş ay formasında görünür ki, bunlara Ayın fazaları deyilir. Ayın görünən üzünün bütöv şəkildə işıqlanması-Bədirlənmiş Ay adlanır, bu faza Ayın Yerə baxan üzünün Günəşin qarşısında gəldiyi vaxtda baş verir. Ay Günəşlə Yer arasında olduqda Ayın görünən üzü tamamilə işıqsız qalır və Yerdən görünmür bu hala Yeni Ay fazası deyilir. Təqribən 2 həftədən sonra Ay tədricən Bədirlənmiş Ay fazasına gəlir. İlk Yeni aydan 29,5 gün sonra Ay təkrar Yerlə Günəş arasındakı yerinə qayıdır və təkrar Yeni Ay müşahidə olunur.
Ayın kolonizasiyası
Ayın kolonizasiyası insanlar tərəfindən Ayın hipotetik məskunlaşmasıdır. Ayda yaşayış bazalarının qurulması üçün mövcud planlar bəzən məskunlaşmanın ilkin mərhələsi hesab olunur, lakin insanın Ayda daimi və avtonom qalması daha çətin məsələdir və bir çox problemlərin həllini tələb edir. Bununla belə, nəzərə alsaq ki, ötən əsrin elmi-fantastik ideyalarının əksəriyyəti indiki dövrdə gerçəkləşdirilib, texnologiyanın müasir sürətli inkişafı dövründə tikinti və 3D çapın robotlaşdırılması o qədər də fantastik deyil. 21-ci əsrin mövcud elmin vəziyyəti, bir sıra konstruktor və texnoloji işlərin yerinə yetirilməsi şərtilə, artıq uğurlu müstəmləkəçilik üçün yaxşı şanslar təklif edir. Ayın kolonizasiyası həmçinin çoxdandır ki, elmi-fantastik əsərlərin mövzusudur. == Ayın mənimsənilməsi planları == 1970-ci illərdən sonra kosmik texnologiyanın ləng inkişafı bizə kosmik kolonizasiyanın asanlıqla əldə edilə bilən və bütün hallarda özünü doğrultmuş məqsəd olduğunu düşünməyə imkan vermir. Yerə yaxınlığına (üç günlük uçuş) və landşaft haqqında kifayət qədər yaxşı biliyə görə Ay uzun müddətdir ki, insan koloniyasının yaradılması üçün namizəd yerlərdən biri hesab olunurdu. Sovet və Amerikanın Ayın tədqiqi proqramları Aya getməyin mümkünlüyünü nümayiş etdirsə də (çox bahalı layihələr olsa da), onlar eyni zamanda ay koloniyasının yaradılması həvəsini soyutdular. Bu, astronavtların gətirdiyi toz nümunələrinin təhlili onun tərkibində həyatın təmin edilməsi üçün zəruri olan yüngül elementlərin çox az olduğunu göstərməsindən irəli gəlirdi. Buna baxmayaraq, astronavtikanın inkişafı və kosmik uçuşların qiymətinin azalması ilə, Ay bazanın yaradılması üçün əsas obyekt kimi baxılır.
Ayın parçalanması
Ayın parçalanması və ya Şəqqül-qəmər (ərəb. انشقاق القمر‎) — İslam peyğəmbəri Məhəmmədə aid edilən möcüzə. == Ədəbiyyatda == Bu rəvayət bir çox İslam şairinə, xüsusilə hindistanlılara ilham qaynağı olmuşdur. Poetik dildə Məhəmməd bəzən Günəşlə və ya gün işığı ilə bərabər tutulur. XII əsr fars təsəvvüf şairi Sənainin şeirində günəşin ayı ikiyə ayırmasından bəhs edilir. Fars dilində yazıb-yaratmış şair və mistik Cəlaləddin Rumi şeirlərinin birində ifadə edir ki, Məhəmmədin barmağı ilə parçalanmaq aşağı dərəcəli ayın ümid eləyəcəyi ən böyük səadətdir. Başqa bir yerdə də Rumi Məhəmmədin iki möcüzəsinə ayın parçalanması (bu təbiətə elmi yanaşmanın səmərəsizliyini göstərir) və onun oxuyub-yazmağı bilməməsinə işarə edir. İran klassik şairi və mistiki Əbdürrəhman Cami isə ərəb rəqəmləri ilə qarışıq şəkildə oynayır. Cami deyir ki, tam ay 40 rəqəmini ifadə edən dairəvi m ərəb rəqəminə oxşayır. Məhəmməd ayı ikiyə böləndə ay iki aypara şəkilli n ərəb rəqəmi kimi oldu, hansı ki, qiyməti 50-ə bərabərdir.
Açıq bucaq
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Açıq bənövşəyi
Açıq bənövşəyi — Bənövşəyi rəngin açıq çaları.
Açıq devalvasiya
Açıq dərs
Açıq dərs — başqa müəllimlərin də iştirak etdiyi dərs. Açıq dərsi təcrübəli müəllim aparır. Məqsəd bu və ya digər fənnin düzgün təlim üsulunu nümayiş etdirməkdir. Açıq dərs pedaqoji təcrübə mübadiləsi və təkmilləşdirmənin mühüm vasitələrindəndir.
Açıq elm
Açıq elm — elmi tədqiqatı (publikasiyalar, məlumatlar, fiziki nümunələr və proqram təminatı daxil olmaqla) və onun yayılmasını cəmiyyətin bütün səviyyələri, həvəskar və ya peşəkarlar üçün əlçatan etmək məqsədini daşıyan hərəkat. Açıq elm əməkdaşlıq şəbəkələri vasitəsilə paylaşılan və inkişaf etdirilən şəffaf bilikdir. Burada açıq tədqiqatların nəşri, açıq çıxış üçün kampaniyanın aparılması, alimləri açıq qeyd dəftəri elmi ilə məşğul olmağa həvəsləndirmək, elmi bilikləri daha geniş şəkildə yaymaq və məşğul olmaq, ümumilikdə elmi nəşrləri əldə etmək və ünsiyyəti asanlaşdırmaq kimi təcrübələr mövcuddur. Termindən istifadə fənlər arasında əhəmiyyətli dərəcədə dəyişir. Bu, elm, texnologiya, mühəndislik və riyaziyyat fənlərində nəzərəçarpacaq dərəcədə üstünlük təşkil edir. Açıq tədqiqat tez-tez "elm" ifadəsinin incəsənət, humanitar və sosial elmlərin daxil edilməsi ilə bağlı ola biləcəyi boşluğu aradan qaldırmaq üçün kvazisinonim olaraq istifadə olunur. Bütün fənləri birləşdirən əsas diqqət yeni texnologiyaların və vasitələrin geniş şəkildə mənimsənilməsi, istehsalın əsas ekologiyası, tədqiqata əsaslanan nöqteyi-nəzərdən biliklərin yayılması və qəbuludur.Tennant və digərləri (2020) öz əsərlərində qeyd etmişdir ki, açıq elm "dolayısı ilə yalnız 'elmi' fənlərə aid olduğu görünür, açıq təqaüd isə incəsənət və humanitar Elmlər üzrə tədqiqatları, eləcə də tədqiqat icmalarından kənarda tədqiqatçıların pedaqoqlar və kommunikatorlar kimi yerinə yetirdikləri müxtəlif rol və təcrübələri və bilik mübadiləsinin əsas açıq fəlsəfəsini əhatə edir.Açıq elm XVII əsrdə akademik jurnalın meydana çıxması ilə başlayan təcrübələrin davamı kimi müşahidə olunur. Bu dövrdə elmi biliklərə çıxış üçün ictimai tələbat o həddə çatmışdı ki, alimlər qruplarının bir-biri ilə resursları bölüşməsi zərurəti yaranmışdır. Müasir dövrdə elmi məlumatların nə dərəcədə paylaşılması ilə bağlı mübahisələr gedir. Açıq elm hərəkatına səbəb olan ziddiyyət elm adamlarının ortaq resurslara çıxış əldə etmək istəyi ilə ayrı-ayrı qurumların digər qurumlar öz resurslarından istifadə etdikdə mənfəət əldə etmək istəyi arasındadır.
Açıq kod
== Tarixçə == İlk dəfə olaraq açıq-kod anlayışı Riçard Stolman tərəfindən irəli sürülmüşdür. Riçard Stolman həmçinin GNU layihəsinin və GPL lisenziyasının müəllifidir. GNU/Linux layihəsi istismara buraxılandan sonra açıq-kod ənənəsi bütün dünyaya sürətlə yayılmağa başladı və bir çox proqram təminatı mühəndisləri və proqramçılar açıq-kodlar şəklində öz proqram təminatlarını yaymağa başladılar. == Mövcud açıq-kodlu sistemlər == Hal-hazırda bir çox ciddi sistemlər açıq-kodlar şəklindədirlər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar: Linux ƏS-in kerneli [1] Java [2] NetBeans – proqramlaşdırma mühiti Eclipse – proqramlaşdırma mühiti Blender – 3D modelləşdirmə üçün proqram təminatı OpenOffice – ofis proqramları paketi Mozilla Firefox – veb brauzer və s. == Açıq-kodlu sistemlərin üstün cəhətləri == Açıq kodlu proqram təminatı adından göründüyü kimi kodları açıq olur və bütün dünyadan hər bir kəs onun kodlarını əldə edə bilər və istismara verildiyi lisenziya şərtlərinə uyğun olaraq hər bir kəs həmin kodlardan öz məqsədləri üçün istifadə edə bilər. Açıq-kodlu proqram təminatının kodlarını hər kəs gördüyü üçün o bir növ sınanmış olur və hər hansı bir problem, bug, nasazlıq müşahidə olunarsa onlar tez bir zamanda aradan qaldırılır.
Şayiq
Şayiq (fars. شايق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (190 ailə).
AYİ
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Afiq Həsənov
Afiq Rəşid oğlu Həsənov (7 may 1951, Fərzalı, Gədəbəy rayonu) — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Afiq Həsənov 07 may 1951-ci ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunun Fərzalı kəndində anadan olmuşdur. 1958÷1968-ci illərdə həmin rayonun İsalı kənd orta məktəbində oxumuş, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1972-ci ildən təhsilini prof. Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitutunda davam etdirmiş və 1974-cü ildə həmin İnstitu bitirib. «Start» və «Pluq» tipli Havada Hərəkətin İdarə Edilməsi Avtomatlaşdırılmış Sistemlərinin işlənməsində iştirak edib. 1993-cü ildə namizədlik (PhD), 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmış və eyni zamanda Azərbaycan Texniki Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Siqnalların işlənməsi üçün yeni tipli akustooptik metodların və vasitələrin yaradılması problemləri üzərində çalışır. Bir çox elmi tədqiqat və təcrübi konstruktor işlərinin elmi rəhbəri olmuşdur. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən texnika elmləri üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının həmsədridir.
Alığ Han
Alığ Xan
Ayin qətli
Ayin qətli — bir növ qurbanlıq: ən yüksək dəyər - insanın həyatı - tanrıya qurban (hədiyyə) olaraq təqdim olunan qurban. Müasir hüquq sistemlərində insan qurbanlığı cinayət sayılır və xüsusi bir qətl növü - ritual qətl kimi qəbul edilir . Ayin qətlinin kult funksiyası mədəniyyətdən mədəniyyətə görə fərqlənir - Tanrıya yaxınlaşma vasitəsi, günahların kəffarəsi üsulu, hərbi qələbələrə görə minnətdarlıq (son halda hərbi əsirlər çox vaxt qurban olurdu). == Yaranması == İnsan qurbanlığı praktikasının ortaya çıxması qanın müqəddəsliyinin insan həyat gücünün təcəssümü kimi tanınması ilə əlaqələndirilir. Bu səbəbdən ölümə səbəb olan qansız formalar (boğulma, asfiksiya) nadir hallarda dini və kult bir məzmunda istifadə olunurdu. İnsan qurbanları torpaq məhsuldarlığı kultu ilə əlaqələndirilir və buna görə də ovçular və köçərilərdən daha çox əkinçilik xalqları üçün tipikdir. Ən qədim insan qurbanı Anadolu Çayönüda qeyd olunur. İbtidai əkinçilik cəmiyyətlərində qurban yerin bitki gücünü təcəssüm etdirən və məhsuldarlıq tanrısı ilə eyniləşdirilən kral rahib idi. Bəzən qurban vermədən əvvəl onun yerinə bir adi adam əkilirdi və müəyyən bir müddətdən sonra həqiqi kral kimi qurban verirdilər. Amerikalı tədqiqatçı Barbara Erenreyx, insanları qurban vermək adətinin on minilliklər yaşı olduğunu və təbiət baxımından praktik olduğunu düşünür.