Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azaliya
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
AzAtaM
Azərbaycanda Atatürk Mərkəzi və ya qısaca AzAtaM — Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir. Mərkəzin müdiri Nizami Cəfərovdur. == Tarixi == Azərbaycanda Atatürk Mərkəzi türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir.2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin bir sıra xarici qonaqlar – Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural, türkdilli ölkələrin Bakıdakı səfirləri həmin mərasimdə iştirak etmişdir. == Fəaliyyəti == Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.Mərkəz Azərbaycan Respublikasının elmi-mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. == Əsas vəzifələri və funksiyaları == Mərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafındakı rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.Mərkəz ona həvalə olunmuş əsas vəzifəsinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: Mustafa Kamal Atatürk irsini tədqiq və təbliğ etmək məqsədilə bu işlə məşğul ola bilən elm və mədəniyyət xadimlərini müvafiq mövzuların işlənilməsinə cəlb edir və onların elmi fəaliyyətlərinə lazımi şərait yaradır; Atatürk irsinin elm, təhsil, mədəniyyət və s. sahələrdə qorunması və inkişaf etdirilməsini təmin etmək üçün tədqiqatlar aparır; Türkdilli xalqların ictimai fikir tarixində və mədəni inkişafında Atatürk irsinin rolunun müəyyənləşdirilməsi üçün tədbirlər həyata keçirir; Aparılan tədqiqatların nəticələrini yaymaq və təbliğ etmək məqsədilə elmi əsərlər, məcmuələr və s. nəşr edir; Atatürk şəxsiyyəti və irsinin tədqiqinə həsr olunmuş görkəmli əsərlərə görə mükafatlar verir; Atatürk irsinə aid sənədlərin vahid arxivini və fondunu yaradır; Türkdilli dövlətlərin həyatının müxtəlif sahələrinə həsr edilmiş tədbirlər keçirir; Respublika daxilində və respublikadan kənarda türkdilli dövlətlərin elmi və mədəniyyəti ilə əlaqədar tədqiqatlar aparan digər qurumlarla münasibətlərini qurur və onların fəaliyyəti ilə öz fəaliyyətini əlaqələndirmək üçün konfrans və müşavirələr keçirir; Türkdilli dövlətlərin və digər xarici dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir; Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasını təmsil edir və belə tədbirlərin Azərbaycan Respublikasında keçirilməsini təmin edir.
Azalea
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Agaloma angustifolia
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Agaloma marginata
Euphorbia marginata (lat. Euphorbia marginata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma marginata (Pursh) Á.Löve & D.Löve Dichrophyllum marginatum (Pursh) Klotzsch & Garcke Dichrophyllum variegatum (Sims) Klotzsch & Garcke Euphorbia bejariensis DC. Euphorbia leucoloma Raf. Euphorbia marginata var. uloleuca Engelm. & A.Gray Euphorbia variegata Sims Lepadena leucoloma (Raf.) Raf. Lepadena marginata (Pursh) Nieuwl. Tithymalus marginatus (Pursh) Cockerell Tithymalus marginatus f. inornata Daniels Tithymalus marginatus var. tetramerus Cockerell Tithymalus variegatus (Sims) Haw.
Azaliya Benks
Azaliya Amanda Benks (ing. Azealia Amanda Banks; 31 may 1991, Harlem[d], Nyu-York ştatı) — amerikalı müğənni.
İqqi Azaliya
Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990, Sidney[…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin YouTube platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı. Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu. "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır.
İggi Azalea
Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990, Sidney[…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin YouTube platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı. Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu. "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır.
Azalea alabamensis
Azalea alabamensis (lat. Azalea alabamensis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin azaliya cinsinə aid bitki növü.
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Intel High Definition Audio(Azalia) audio standartı
Intel High Definition Audio (HD Audio və ya Azalia da adlanır) — fərdi kompüterlərin səs alt sistemi üçün bir xüsusiyyətidir. Bu onların AC'97 PC səs standartının varisi olaraq 2004-cü ildə Intel tərəfindən bazara çıxarıldı. İnkişaf əsnasında kod adı " Azalia " idi. == Əməliyyat sistemi dəstəyi == Microsoft, Windows XP SP3 və sonrakı Windows versiyaları HD Audio səs cihazları dəstəkləyən bir Universal Səs Arxitekturası (UAA) sinifi sürücüsü daxildir . Windows 2000 və Windows XP SP2 üçün UAA sürücüləri də vardır. OS X'in öz AppleHDA sürücüsü ilə tam dəstəyi vardır. OpenSolaris, FreeBSD, NetBSD'i OpenBSD əməliyyat sistemləri kimi Linux da, HD Audio kontrollarını dəstəkləyir. == Ana kompüter nəzarətçisi == AC'97 kimi, HD Audio PCI məlumat yolu üzərindəki kontrolları tərəfindən və əlaqənin digər hissəsində kodek tərəfindən istifadə memarlığını, əlaqə çərçivə formasını və proqramlaşdırma interfeysi təyin edən bir xüsusiyyətdir . Ana kompüter nəzarətçi tətbiqləri, ən azından Intel, Nvidia, AMD ilə əldə edilə bilər. Bu cür nəzarətçiləri ilə istifadə edilən Codec əvvəllər Realtek , (SIGMATEL alınan) (Analog Devices " SoundMAX hissəsi çölə aldım) Conexant , İnteqrasiya Cihaz Texnologiyası (IDT) , VIA , Wolfson Mikroelektronik və daxil olmaqla bir çox şirkət əldə edə bilər.