Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağrıdağ
Ağrıdağ - Ordubad rayonu ərazisində dağ (hünd. 1851,5 m). Zəngəzur silsiləsinin cənub-şərq qurtaracağında yerləşən Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Sərkidağ qolunun suayırıcısında zirvə. Nüsnüs kəndindən 2 km şimal-qərbdədir. Şərqi Ordubad dərinlik qırılmasının nəzarət etdiyi Alt Eosen yaşlı diorit və dioritli porfirit tərkibə malik eyniadlı intruziv kütlənin hüdudlarında günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının tağ hissəsində yerləşir.
Ağqıraq
Ağqıraq, Astğadzor — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Ağqıraq kəndi rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı, Əliqraq kəndi kimi sabitləşmişdir. XX əsrin ortalarında kənd Əliqoıx adlandırılmışdır. Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir. 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır. Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-1930-cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş azərbaycanlılar deportasiya olunmuşdur. Kəndin ərazisində türklərlə bağlı VIII-IX əsrlərə aid tarixi abidələr vardır.
Ağyumaq (İğdır)
Ağyumaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901 və 1928 illərdəki mənbələrdə Qızılzakir olarak qeyd olunur. Adı 1960-cı ildə "Ağyumaq" olarak dəyişdirilmişdir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 184 erməni və 300 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 5 km uzaqlıqdadır.
Benal Nevzat İstar Arıman
Benal Nevzat İstar Arıman (1903, İzmir, Aydın vilayəti – 20 iyul 1990, İstanbul) — ilk Türk qadın millətvəkillərindən biri. == Həyatı == Türkiyədə qadınlara millət vəkili seçmə və seçilmə haqqı (dekabr 1934-cü il) verildikdən sonra qadınlar ilk olaraq 1935-vi ildə fevral ayının 8-də millət vəkili seçkisinə qatılıblar. Mustafa Kamal Atatürkün 1919-cu ilin may ayının 19-da başlatdığı mübarizəyə qadınlar bölgələrdə yığıncaqlar və mitinqlər keçirərək dəstək verdilər. Müəllimlər Cəmiyyətinin rəhbəri Naki Elgün xanım 1920-ci il yanvar ayının 13-də, soyuq bir qış günündə Sultanəhmet Meydanında keçirilən mitinqdə belə deyirdi: "Qarşımızda açıq iki yol var: Biri tariximizlə və şanımızla davam etmək; digəri, yadlara tariximizi həvalə edib əbədiyyata aparmaqdır". Qadınların bu mübarizələri, Qurtuluş Döyüşü 1923-cü ilin 9 sentyabr tarixinə kimi – İzmirdə zəfərlə bitənə qədər sürdü. Mustafa Kamal Atatürk, bu qəhrəman türk qadınlarına layiq olduqları hüquqların hamısını təslim etdi. Bu hüquqlara mədəniyyət, təhsil, geyim inqilabı, seçmə və seçilmə haqqı daxil idi. Nəhayət 1934-cü il dekabrın 5-də Parlamentin qapısı qadınlara açıldı. Türk Qadınlar Birliyi seçmə və seçilmə haqqının qazanılmasını qeyd etmək üçün Sultanəhmet Meydanında mitinq keçirdi və Bəyazitdən Taksimə kimi yürüş etdi. Qadınların ilk dəfə səs vermələri 1935-ci ilin 8 fevralında reallaşdı.
Aqreman
Aqrement (fr. agrément - təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq. == Normativ baza == Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir. == Ümumi qaydaları == Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir.
Qrimas
Qrimas (fr. grimace) — müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 23.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Haruo Arima
Haruo Arima — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ko Arima
Ko Arima (22 avqust 1917, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Salón, Lágrimas y Deseo
Salón, Lágrimas y Deseo — Lila Daunsnın öz-adına adlanırılmış və birinci studiya albomu. 26 may 2017-ci ildə RCA Records/Sony Music Latin tərəfindən nəşr olundu. == Treklər == == Mənbə == Salón, Lágrimas y Deseo - AllMusic.