Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balaca Abdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
Balaca Ayasofya
Balaca Ayasofya Məscidi, İstanbulun Kiçik Ayasofya ərazisində yerləşən məsciddir. Kilsə, Bizans (Şərqi Roma) İmparatoru I Yustinian və xanımı Theodora tərəfindən 527–536-cı illər arasında Aya Sergios və Bachos Kilsəsi (Müasir Yunan dili: Eκκλησία τῶν Άγίων Σεργίου καί Βάκχου ὲν τοῖς Ὸρμίσδου) adı ilə inşa etdirilmişdir. 1497-ci ildə II Bəyazidin Topqapı sarayındakı Darüssaadə Hüseyn Ağa dövründə məscidə çevrilmişdir. Bünövrədə 3 metrdən 1,8 metrə qədərlik blok daşlar istifadə edilmişdir. 8 guşəli əsas günbəzə malikdir. İstanbulun ən qədim Bizans Dövrü binası olaraq tanınır. Bağın cənub hissəsində 24 otaqlı böyük bir bağı və ortada fəvvarəsi olan Hüseyin Ağa Mədrəsəsi mövcuddur. Mədrəsə Yəsəvi Fondu tərəfindən bərpa edilmiş və türk el sənətinin xidmətinə verilmişdir. Yaxınlığında Kesikbaş Hüseyn Ağa türbəsi var. Bina 1836 və 1956-cı illərdə iki dəfə təmir edilmiş, müxtəlif qurğuşun və suvaqları yenilənmiş və tək minarəsi əsaslı şəkildə təmir edilmişdir.
Balaca Həmyə
Balaca Həmyə — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2500 nəfərdir. əsasən əhalisinin soyu kökü ərəb mənşəlidir nadir qulu əfşar zamanında Şamaxı şəhərindən köçürülmüşdür. Qeyd edək ki ulu əcdad qohumları Şamaxı şəhərinin Həmyə kənd camaahatıdır == Toponimikası == Oykonim "Kiçik Həmyə kəndi" deməkdir. Həmyə/həməyə tat və talış dillərində "düz yer", "hamar yer" mənasını ifadə edir. Keçən əsrdə kəndin adı Balaca Həmyə (1933,1979) variantında da qeydə alınmışdır. Ərəbcə isə müdafiə edən deməkdir keçmiş adı Ərəb həmyəsi olmuşdur nadir qulu əfşar zamanında Şamaxı şəhərindən köçürülmüşdür. == Yol == 2014-cü ildə iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.
Balaca bulaqotu
Balaca bulaqotu (lat. Veronica minuta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir.
Balaca qadınlar
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Balaca şahzadə
Balaca şahzadə (fr. Le Petit Prince) — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar. "Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır" – kitabın proloqu. == Məzmun == == Publikasiyaların tarixi == Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943 ildə “Reynal&Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi – Katerina Vuds. Ardınca fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946 ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunur.
Balaca Əbdürrəhmanov
Balaca Əbdürrəhmanov (Balaca İlyas oğlu Əbdürrəhmanov; 1922, İstibulaq – 22 yanvar 1977, Bakı) — sovet, azərbaycanlı alim-iqtisadçı, coğrafiyaçı; coğrafiya elmləri namizədi (1958), dosent; Azərbaycan SSR Elmlər Akademiyasının "Məhsuldar qüvvələrin yerləşdirilməsinin" şöbəsinin (1954) kiçik elmi sonra isə baş elmi işçisi (1961); Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Nəqliyyat-iqtisadi əlaqələr" şöbəsinin yaradıçısı və rəhbəri (1968); iqtisad elmləri doktoru (1971), professor. "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medal mükafatçısı (6 iyun 1945). "Doqquzuncu beşilliyin zərbəçisi" döş nişanı" ilə təltif olunmuşdur (29 aprel 1976). == Həyatı == Balaca Əbdürrəhmanov 1922-ci ildə Kəlbəcər rayonunun İstibulaq kəndində anadan olmuşdur. O, 1929-cu ildə Çaykənd də yerləşən 7 illik məktəbə daxil olmuşdur. 1941-ci ildə Kəlbəcər rayonun mədəni-maarif sahəsində bir sıra məsul vəzifələrdə çalışmışdır. Əvvəl Kəlbəcər rayonun mədəni-maarif şöbəsində inspektor, sonra isə mühasib. B. İ. Əbdürrəhmanov SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə mükafatlandırılmışdır (6 iyun 1945). B. Əbdürrəhmanov 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinə qəbul olmuşdur və 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Diplom işinin mövzusu: "Kəlbəcər rayonunun iqtisadi-coğrafi səciyyəsi" olmuşdur.
Balaca Albert təcrübəsi
Balaca Albert təcrübəsi (ing. Little Albert experiment) – 1920-ci ildə ABŞ psixoloqu Con Uotson və köməkçisi Rozali Reyner tərəfindən aparılmış təcrübə. Təcrübə 9 aylıq Albert təxəllüslü körpə üzərində aparılmışdır. Təcrübənin məqsədi qorxmanın doğuşdan olduğu, yoxsa sonradan əldə olunan refleks olduğunu müəyyənləşdirmək idi. == Arxaplan == Davranış psixologiyasının qurucusu Uotson və köməkçisi Rozali Reyner işə Con Hopkins bağçasının uşaqlarını müşahidə etməklə başladılar. Lakin təcrübələrin aparılmasını labüd hesab edirlər və onlar tədqiqat üçün icazə ala biləcək bir ailə axtarırlar. Nəticədə, 8 aylıq sağlam körpə olan Albert ilə təcrübə keçirmək qərarına gəlirlər. == Gedişat == Əvvəl balaca Albert üzərində bir neçə emosional test edilir. Balaca körpəyə ağ siçan, dovşan, kağız parçaları, parik və maska kimi ilk dəfə görəcəyi obyektləri və vəziyyətləri göstərirlər. Məqsəd Albertın bunlara qarşı qətiliklə əks reaksiya vermədiyini görməkdir.
Balaca Liaxve çayı
Balaca Liaxve çayı (oset. Чысыл Леуахи, gürc. პატარა ლიახვი) — Cənubi Osetiya ilə Gürcüstan ərazisində çay. == Coğrafi mövqeyi == Böyük Liaxvenin sol qoludur. Uzunluğu- 61,11 km-dir. Liaxve qoruğu ərazisindən axır. SSR zamanında Zonkarsk su anbarı bu çayın üzərində idi. == Etimologiyası == Lixve sözünün xüsusi etimologiyası mövcud deyiı. Belə ki, Li mövcud olan yer, gürcü dilində isə Xev- su və ya çay mənasını verir.
Balaca qadınlar (roman)
Balaca qadınlar — Luiza Mey Alkott tərəfindən yazılmış və 1868-1869-cu illərdə iki hissədə çap olunmuş romandır. Avtobioqrafik səciyyə daşıyan roman Alkott və onun üç bacısı Anna, Elizabet, və Abigeylin uşaqlıq və gəncliyindən bəhs edir. Burada dörd bacı: Meq, Co, Bet və Emi onların həyatı, başlarına gələn hadisələr təsvir olunub. Əsərin əsas qəhrəmanı Conun prototipi müəllifin özüdür. Romandakı hadisələr Alkottun sonralar yazdığı "Balaca kişilər" və "Conun oğlanları" adlı əsələrdə də davam etdirilir. Bu üç əsəri birlikdə "Març ailəsi haqqında trilogiya" da adlandırırlar. == Məzmun == Meq, Co, Bet, Emi Mister Marçın dörd qızıdır. Ataları hər şeyinin itirdikdən və vətəndaş müharibəsində köləliyə qarşı mübarizə aparmağa başladıqdan sonra qızlar analarının himayəsi altında yaşayırlar. Meq varlı bir ailənin dörd uşağının mürəbbisi olur. Co varlı və tündməcaz Març bibiyə kömək edir.
Balaca qara balıq
Balaca qara balıq — Kitabları bir çox dillərə tərcümə olunmuş İranda şah rejiminə qarşı müxalif olan və rejimin qurbanına çevrilən azərbaycanlı yazıçı Səməd Behrənginin ən məşhur əsəridir. == Haqqında == Yazıçı Səməd Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. Siyasi alleqoriya janrında olan "Balaca qara balıq" hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Kitab ilk dəfə 1967-ci ildə İmamverdi Samani tərəfindən Azərbaycan türkcəsinə çevrilərək şeir halında yayımlanıb.Sonradan isə Fərşid Mesğalinin illustrasiyaları ilə zənginləşdirilmiş kitab 1967-ci ildə farsca çap olunmuşdur. Fərşid Mesğalinin həmin illüstrasiyaları müxtəlif illərdə mükafatlarla təltif edilmiş, o cümlədən 1974-cü ildə Hans Xristian Andersen mükafatına layiq görülmüşdür. Səməd Behrənginin müəmmalı ölümündən sonra onun əsərləri və xüsusən də "Balaca qara balıq" əsəri daha da məşhurlaşır və mübarizənin, inqilabın rəmzinə çevrilir. Məhz buna görə də əsər Türkiyədə 12 sentyabr hərbi çevrilişi dövründə və İslam inqilabına qədərki İranda qadağan olunmuşdu. Əsər Adana Dövlət Teatrları Baş İdarəsi tərəfindən Mehmet Şekip Taşpınarın rəhbərliyi ilə 2008/2009-cu il teatr mövsümündə səhnələşdirilmişdir. == Məzmunu == Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür.
Balaca uşaqlar (film)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Balaca Şahağac bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balaca, xəstə Vakx (Karavacco)
Xəstə Vakx — Karavacconun 1593-1594 illərdə şərab, bərəkət və teatr tanrısı Vakxı (Dionis) rəsm etdiyi əsər. == Tarixi == Əsər Karavacconun Romaya köçdüyü ilk illərdə rəsm edilmişdir. Bu zaman Karavacco Sezarilərin atelyesində çalışırdı. Dövrün mənbələrinə görə rəssam bu illərdə yoluxucu bir xəstəliyə tutulmuş və 6 ay Romadakı Mariya Della Konsolazione xəstəxanasında qalmışdır. 2009-cu ildə nəşr edilən "yoluxucu kliniki xəstəliklər" məqaləsində Karavacconun güman ki, malyariya xəstəliyinə yoluxması və dəri rənginin sarıya dönməsi barədə məlumatlar əks olunmuşdu. Xəstə Vakx Karavacconun digər əsərləri ("Meyvə səbətli oğlan") ilə birlikdə 1607-ci ildə Kardinal Borgeze tərəfindən sifariş əsasında çəkilmişdir. Əsər hal-hazırda Borgeze qalereyasında saxlanılmaqdadır. == Təsviri == 1593-1594-cü illərdə ərsəyə gətirdiyi ilk "Xəstə Vakx" adlı əsərdə rəssam Vakxın dərisini sarı və yaşıl tonlarda rəsm etmişdir. Bu nüans Vakxın xəstəliyinə diqqət çəkmək üçün idi. Vakxsın dəri rəngi əlində tutduğu üzüm salxımı ilə eyni tonlardadır.
Balaca ev (film, 2012)
Balaca ev qısametrajlı cizgi filmi rejissor Aleksandra Şirinova tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. "Azanfilm" animasiya studiyasında istehsal edilmişdir. Köhnə bina-kitabxana ilə yeni tikililər arasında dialoq baş verir. Onlar bu köhnə binanı ələ salırlar, ona lağ edirlər. Lakin vaxt gəlir bu balaca ev bərpa olunur və yenidən insanların xidmətinə verilir. == Məzmun == Köhnə bina-kitabxana ilə yeni tikililər arasında dialoq baş verir. Onlar bu köhnə binanı ələ salırlar, ona lağ edirlər. Lakin vaxt gəlir bu balaca ev bərpa olunur və yenidən insanların xidmətinə verilir. == Film haqqında == Filmin ssenarisi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci ildə keçirilmiş uşaq cizgi filmləri üçün ssenari müsabiqəsində I yerin qalibi olub.
Balaca lord Fauntleroy (roman)
Balaca lord Fauntleroy (ing. Little Lord Fauntleroy; bəzi tərcümələrdə "Balaca lord") — ingilis-amerikan qadın yazıçısı və dramaturqu Frensis Eliza Börnetin ilk uşaq romanı. İlk dəfə hissələrlə 1885-ci ilin noyabrı və 1886-cı ilin oktyabrında "St.Nicolas" jurnalında çap olunmuşdur. Kitabın illustrasiyalarını isə Recinald Berç çəkmişdir. Kitab sonralar 20 dəfədən artıq nəşr olunmuşdur. == Süjeti == Kapitan Errolun oğlu olan 7 yaşlı Sedrik İngiltərədən Amerikaya yollanır, atasının ölümündən sonra anası ilə yaşayır. O çox vaxt çəkmə təmizləyən Dik və baqqal Hobbsla ünsiyyətdə olurdu. Amma bir dəfə qraf Dorinkortun vəkili olan cənab Heviş adlı birisi onların evinə gələrək bildirir ki, Sedrik 2 böyük qardaşının ölümündən sonra yeganə varisdir və o mütləq İngiltərəyə qayıdıb lord Fauntleroy olmalıdır. == Dəbə təsiri == Recinald Berç tərəfindən çəkilmiş Fauntleroyun kostyumu orta məktəb uşaqlarının rəsmi geyiminə böyük təsir göstərmişdir. Fauntleroyun kostyumu İngiltərədə yaradılsa da, Amerikada olduğu kimi heç yerdə bu qədər populyar deyildi.
Kouperin balaca Madonnası
Kouperin balaca Madonnası (it. Piccola Madonna Cowper) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505 -ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir. "Kouperin balaca Madonnası" əsəri hal-hazırda ABŞ-də, Vaşinqton şəhərində saxlanılır.
Balaca sürücü (film, 2017)
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Balaca uşaqlar (film, 2006)
Balaca uşaqlar ― 2006-cı ildə Todd Field tərəfindən Tom Perrotta tərəfindən yazılmış romana əsasən çəkilmiş Amerikan dram filmi.
Balaca çoban (film, 1985)
Balaca çoban qısametrajlı cizgi filmi rejissor Əsgər Məmmədov tərəfindən 1985-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. == Məzmun == Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. Evdəki passiv həyat uşağı daha da ruhdan salır, fiziki cəhətdən zəiflədir.Lüzumsuz qadağalar, həddən artıq hamilik uşağın normal inkişafına xələl gətirir. Nəhayət, uşaq babası ilə birgə yaylağa gedir. Dağlarda, saf yaylaq havasında o sərbəstlik əldə edir. Səmərəli və özü üçün maraqlı işlə məşğul olur: az bir müddət ərzində uşaq möhkəmləşir və gördüyü bütün işlərdən zövq alır.Nəticədə, valideynlərin öz övladlarını həddindən artıq himayə etməsinin əksinə olaraq, uşaqları daha sərbəst böyütmək fikri irəli sürülür. Belə olduqda uşaq daha ayıq baxışlı və sağlam böyümüş olar. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Dadaş Mehdi Rejissor: Əsgər Məmmədov Operator: Antonina Korotnitskaya Rəssam: Vaqif Məmmədov Bəstəkar: Vasif Adıgözəlov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Balaca cadugər Sabrina (film, 1996)
Balaca cadugər Sabrina (ing. Sabrina the Teenage Witch) — Archie Comics-in eyniadlı komiksinə əsaslanan 1996-cı il istehsalı ABŞ telefilmi. == Mövzu == Filmin baş rolunda xalaları ilə birlikdə yaşayan qız Sabrina Soyer yer alır. Sabrina 16 yaşında cadugər olduğunu öyrənir. == Rollarda == Melissa Coan Hart — Cadugər Sabrina Soyer Şerri Miller — Hilda xala Karlen Fernetz — Zelda xala Mişel Badon — Marni Littlfayld Rayan Reynolds — Set Tobas Mehler — Harvi Lalaynia Lindberq — Katya la Mor Lora Harris — Freddi == İstinadlar == == Xarici keçidlər == Sabrina the Teenage Witch — Internet Movie Database saytında.
Camal Balaca oğlu Mamedov
Camal Balaca oğlu Məmmədov (2 may 1918, Məscidli Görarxı, Borçalı qəzası – 9 iyul 1966, Məscidli Görarxı, Marneuli rayonu) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. == Həyatı == Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır.
Qışlaq-i Balaca (Pərsabad)
Qışlaq-i Balaca (fars. قشلاق بالاجا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (4 ailə).
Balaca qadınlar (film, 2019)
Balaca qadınlar (ing. Little Women) — Qreta Qerviqin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş film. Luiza Mey Alkottun 1868-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilib. Film 19-cu əsrdə Massaçusetsin Konkord şəhərində yaşayan Meq, Co, Bet və Emi bacılarının həyatından bəhs edir. Rollarda Sirşa Ronan, Emma Uotson, Florens Pyu, Eliza Skanlen, Lora Dern, Timoti Şalame, Meril Strip və başqaları çəkilib. == Rollarda == Saoirse Ronan — Josephine "Jo" March Emma Watson — Margaret "Meg" March Florens Pyu — Amy March Eliza Skanlen — Elizabeth "Beth" March Laura Dern — Marmee March Timoti Şalame — Theodore "Laurie" Laurence Meril Strip — Aunt March Tracy Letts — Mr. Dashwood Bob Odenkirk — Father March James Norton — John Brooke Louis Garrel — Friedrich Bhaer Chris Cooper — Mr. Laurence Jayne Houdyshell — Hannah Rafael Silva — Friedrich's friend Dash Barber — Fred Vaughn Hadley Robinson — Sallie Gardiner Moffat Abby Quinn — Annie Moffat Maryann Plunkett — Mrs. Kirke Edward Fletcher — Mr. Laurence's servant Sasha Frolova — Mrs.
Balaca günəş işığı (film, 2006)
Balaca günəş işığı (ing. Little Miss Sunshine) — 2006-cı il ABŞ istehsalı faciəvi komediya, yol fimi. Conatan Deyton və Valeri Faris birlikdə rejissorluğu ilə çəkilmiş filmdə, Qreq Kinnir, Stiv Kerell, Tonni Kollett, Pol Dano, Ebiqeyl Breslin və Alan Arkin rol alıb.Filmin premyerası 20 yanvar 2006-cı ildə Sandens Film Festivalında baş tutdu və onun paylama hüquqları festival tarixində edilən ən böyük sövdələşmələrdən biri üçün Fox Searchlight Pictures tərəfindən satın alındı. Filmin ABŞ-da 26 iyul 2006-cı ildə məhdud buraxılışı var idi və daha sonra avqustun 18-dən başlayaraq daha geniş buraxılışa qədər genişləndi. Balaca günəş işığı 101 milyon dollar qazanaraq kassa uğuru qazandı, əsasən aktyorluq, rejissorluq, ssenari və yumora görə tərifləndi. Film ən yaxşı film də daxil olmaqla dörd "Oskar" mükafatına namizəd olub. Arndt və Arkin müvafiq olaraq "Ən yaxşı orijinal ssenari" və "Ən yaxşı ikinci plan aktyoru" nominasiyalarını qazanıblar. Breslin ən yaxşı ikinci plan qadın roluna namizəd olub. O, həmçinin Ən Yaxşı Film üçün Müstəqil Ruh Mükafatını qazandı və bir çox başqa mükafatlar aldı. Film həmçinin Kino Filmində Aktyorlar Gildiyası Mükafatını qazandı.
Balaca uşaqların bədənini möhkəmləndirin (film, 1954)
Balaca uşaqların bədənini möhkəmləndirin qısametrajlı sənədli filmi 1954-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır. == Məzmun == Elmi-kütləvi filmdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır.
Balaca və Karlson (cizgi filmi, 1968)
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Balaca və damda yaşayan Karlson
Balaca və damda yaşayan Karlson (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır. Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. == Xarici keçidlər == Астрид Линдгрен.
Balacı (Urmiya)
Balacı (fars. بالاجی‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (52 ailə).
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balağa Ağayev
Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.
Balağa Bağırov
Balağa Bağırov (1929, Xəlifəkənd, Lerik rayonu – 26 mart 2012) — Azərbaycanlı alim, cərrah, əməkdar həkim, səhiyyə əlaçısı, tibb elmləri namizədi. == Həyatı == Balağa Rəzzaq oğlu Bağırov Lerik rayonunun Xəlifəkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Balağa Bağırova “Əməkdar həkim” fəxri adı verilmişdir.
Alaca (cins)
Alaca (lat. Zygaena) — Pulcuqluqanadlılar dəstəsinə aid Kəpənək fəsiləsi. == Təsviri == Orta ölçüyə malikdir. Ön qanadları iri və ləkəlidir. Göy və ya, yaşıl metal rəngində olurlar. Günün əsasən şəfəq saçarkən aktiv olurlar. Bəzi növləri isə gecə həyatı keçirir. Pupları qısa enlii formaya malik olurlar. == Sistematikası == == Ədəbiyyat == K. A. Efetov, W. G. Tremewan & G. M. Tarmann (eds). Proceedings of the 7th International Symposium on Zygaenidae.
Qoçhisar (Alaca)
Qoçhisar — Çorumun Alaca ilçəsinə aid kənd.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qalaça (Laçın)
Qalaça — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Mirik kənd Sovetindən Qalaça kəndi Bozlu kənd Soveti tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlanmışdır. Oykonim "kiçik qala" mənasındadır. Hazırda həmin qalaçanın yerləşdiyi təpə "Top qalaça" adlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Ağoğlan çayının sahilində, dağətəyi düzənlikdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Qalaça (Loru)
Qalaça — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Noemberyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şimalda yerləşir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır.Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala yanında olan kənd» mənasını verir. Kəndin cənub-şərqində XII-XIII əsrlərə aid qalanın xarabalıqları indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berdavan (Qala qəsəbəsi) adlandırılmışdır.
Qalaça (Təbriz)
Qalaça (fars. قلعه چه‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (55 ailə).
Qalaça (Şamilqala)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilirDairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Qalaça (Qax)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilirDairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Babacan
Babacan (Göyçə)
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Balase
Balase (fr. Balacet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09034. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 19 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 12 nəfər arasında (15-64 yaş) 7 nəfər iqtisadi fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 58,3%, 1999-cu ildə 54.5%). 7 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. 5 hərəkətsiz 0 nəfər arasında şagird və ya tələbə, 2 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.