Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turizm sahəsində reklam
Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilir: a) Dövlət və ya makrosəviyyədə b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə == Makrosəviyyəli reklam == Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir. Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır. == Mikrosəviyyəli reklam == Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir. Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
"Gəmiçilik sahəsində xidmətlərə görə" medalı
"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1049-VQD nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edilənlər == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər. == Təltif edən orqan == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təltif edilir. == Taxılma qaydası == "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === "Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq, hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca "GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir.
"Ədliyyə sahəsində fərqlənməyə görə" medalı
"Ədliyyə sahəsində fərqlənməyə görə" medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə təsis edilən dövlət təltifi (medal).
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı
"Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 30 may 2023-cü ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsis edilmişdir."Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər: Minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə; Minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə; Minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər. "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsviri Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Minatəmizləmə sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı hissədə qövs boyunca "Minatəmizləmə sahəsində xidmətlərə görə" sözləri yazılmışdır. Aşağı hissənin mərkəzində, yazıların arasında üç səkkizguşəli ulduz həkk olunmuşdur. Ulduzların və ulduzlarla yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir edilmişdir. Daxili çevrənin içərisindəki dairənin üzərində minatəmizləmə vasitəsilə minatəmizləyən əməkdaşın relyefindən, minalardan təmizlənən sahədən və dağlardan ibarət kompozisiya təsvir olunmuşdur.
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı
"Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Medalı haqqında əsasnamə == "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər. "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Sərhəddə fərqlənməyə görə" medalından sonra taxılır. == Təsviri == "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir. Qalxandan yuxarıda çevrə boyunca "Azərbaycan Respublikası", ulduzun ortasında "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır. Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir. Arxa tərəfi hamar səthlidir. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı
"Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı — Azərbaycan Respublikasının prezidentinin qərarı ilə, Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş dövlət təltifi. "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. == Təltif edilən şəxslər == "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı ilə müdafiə sənayesi sahəsində səmərəli əməkdaşlığa, mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka, habelə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər. == Təltif edən orqan == “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təltif edilir. == Taxılma qaydası == “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Medalın təsviri == === Medalın ümumi təsviri === “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı qızılı rəngli, hamar şüalı və səkkizguşəli ulduz formalı, diametri 38 mm olan metal lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Daxili çevrənin xaricində zeytun rəngli minalı fonda yuxarı qövs boyunca AZƏRBAYCAN RESPUBLİKASI sözləri, aşağı qövs boyunca MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin sol və sağ tərəfində səkkizguşəli ulduz təsvir olunmuşdur. Yazılar və ulduzlar qızılı rəngdədir. Daxili çevrənin üzərində qızılı rəngli fonda üç sətrə bölünməklə MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA GÖRƏ sözləri yazılmış və sözlərin altında snayper tüfəngi təsvir edilmişdir.
Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada (film, 1961)
Bakı Hava Hücumundan Müdafiə Dairəsində spartakiada qısametrajlı sənədli filmi 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı Hava Hücumundan Müdafiə zabitlərinin idman yarışları haqqındadır. == Məzmun == Film Bakı Hava Hücumundan Müdafiə zabitlərinin idman yarışları haqqındadır.