Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xur və Biyabanək şəhristanı
Xur və Biyabanək şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 17,488 nəfər və 4,924 ailədən ibarət idi.
Xiyaban
Xiyaban – park, bağ və başqa yerlərdə hər iki tərəfi ağac və bitki örtüyü ilə düzülmüş yol. Xiyaban tipləri (düz, əyrixətli və başqa formalarda ola bilər) və onların quruluşu (ikicərgəli və çoxcərgəli, biryaruslu və çoxyaruslu, ağaclardan və kollardan ibarət sıx çəpərli) memarlıq planına əsasən müəyyənləşdirilir. Bir çox şərq ölkəsində şəhərlərin böyük küçələri (prospektlər) xiyaban adlanır. Bəzən fəxri dəfn yerlərinə də xiyaban deyilir (məs. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı).
Fəxri Xiyaban
I Fəxri Xiyaban — Bakı şəhərində Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu kütləvi məzarlıq. Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Hazırda Bakıda I və II fəxri xiyabanlar mövcuddur. == Tarixi == Birinci Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci il avqustun 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı qərarı qəbul etmişdir: Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur), Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın. Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxitektura İşləri İdarəsinə təklif edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq, Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla, Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın. Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşlarının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar, 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax rayon icraiyyə komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı rayon icraiyyə komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın. Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin. Nazirlər Sovetinin sərəncamına əsasən 1948-49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlığında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri Xiyabanda yenidən torpağa tapşırılmışdır.
Birinci Fəxri Xiyaban

II Fəxri Xiyaban
II Fəxri Xiyaban — 1960-cı illərin sonlarında salınan və Azərbaycan xalqına xidmətdə xüsusi fərqlənən insanların bir qisminin dəfn olunduğu məzarlıqdır. == Tarixi == 1960-cı illərin sonlarında salınıb. II Fəxri Xiyaban I Fəxri Xiyabandan aralıda salınıb. == 2020-ci ildə salınan hissə == II Fəxri Xiyabanın yeni hissəsi Yasamal rayonunun ərazisində, Maşın Bazarı və Yasamal qəbiristanlığının "Qurd Qapısı" adlandırılan hissəsinin arasında yerləşir. 2019-cu ilin avqust ayında sosial mediada şəhər ərazisində yeni qəbiristanlığın salındığına dair video yayıldı. Videoda özünü qəbiristanlıq işçisi olaraq təqdim edən bir nəfər buranın növbəti illərdə baş verməsi gözlənilən müharibə zamanı şəhid olanların dəfn olunacağı Şəhidlər Xiyabanının olacağını bildirdi. Xiyaban üç bölmədən ibarətdir və ümumi olaraq 630 qəbir var. Uzun müddət ərzində həmin ərazi barədə ictimaiyyətə rəsmi məlumat verilmədi. 2020-ci ilin 12–16 iyulunda Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8-i zabit olmaqla 12 hərbçisi şəhid oldu. Şəhid olanlardan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda dəfn olundu.
I Fəxri Xiyaban

İkinci Fəxri Xiyaban

Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Bilağan
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Xiyavan
Xiyavan - Təbriz şəhərinin məhəllələrindən Xiyavan (həmçinin Xiyaban, Farsça: خیابان) Təbrizin ən əhəmmiyətli və tarixi məhəllələrindəndir və Təbrizin mərkəzindədir. Xiyavan məhəlləsi, Mydan çay, Maralan məhəlləsi və Azadlıq bulvarının arasındadır. İranın Məşrutə inqilabı zamanında, Xiyavan, Bağır Xanın muqavimət noqtasıymış və məşrutənin qazanmasında boyuk rolu olmuşdur.
Ziyaran
Ziyaran — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,749 nəfər yaşayır (1,251 ailə). === Milli tərkibi === Əhalisi tatlardan ibarətdir və tat dilində danışırlar.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).
Balaban (dəqiqləşdirmə)
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir Balaban (film, 1987) — qısametrajlı sənədli film. Balaban (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Balaban (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Balaban bəy
Balaban bəy, Balabancik (XIII -XIV yüzil)- də deyilir, Osman qazinin sərkərdələrindən. == Həyatı == Bursa mühasirəsində (1314 -1326) Osman qazinin apardığı həvalə deyilən üç kiçik qalaçadan birinə başçılıq edərək şəhərin alınmasında təsirli bir rol oynadı. Hisara sonradan Balabancık adı verildi.
Bicabad (Üşnəviyyə)
Bicabad (fars. بيژاباد‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 391 nəfər yaşayır (65 ailə).
Ciyavan (Ərdəbil)
Ciyavan (fars. جياوان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Mərkəzi bölgəsinin Hir kəndistanında, Ərdəbil şəhərindən 20 km cənub-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 226 nəfər yaşayır (47 ailə).
Köçdü balaban
Köçdü balaban — Azərbaycan xalq rəqsi. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranıb. Bu rəqs ona görə belə adlanır ki, çox vaxt balaban və dümbək, ya da zurna və dümbək sədası altında ifa olunur. Yallının orijinallığı orasındadır ki, rəqs başlayandan 5-6 nəfər çiyin-çiyinə dairə şəklində bərk tutub dururlar. Bir bu qədər adam da onların çiyninə çıxır. Belə bir ana "Qazı-qazı" yallısında da təsadüf edilir. Lakin orada bu hərəkət ayrıca element təşkil edir. "Köçdü balaban"da isə rəqs belə başlanır. Aşağıda duranlar çox sadə hərəkətlər edirlər, sağ ayaqla sağa addım atır, sol ayağı sağ ayağın yanına qoyurlar. Beləcə dairə üzrə hərəkət edirlər.
Köşki balaban
Köşki balaban — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bir müddət bundan əvvəl bayramqabağı günlərdə, şənliklərdə, yığıncaqlarda Azərbaycanın çox yerlərində, xüsusən Araz çayı qıraqlarında böyük yaşlı uşaqlar və cavanlar dəstə-dəstə toplanıb köşki balaban oyununu oynayardılar. == Oyunun qaydaları == Onlardan qüvvətliləri 5–7 nəfər birinci cərgəni düzəldib əllərini bir-birilərinin çiyninə qoyub durardılar. İkinci cərgə 3–5 nəfər olub birincilərin çiyninə çıxıbdurardılar. Üçüncü cərgə isə 2–3 nəfərdən ibarət olub ikinci cərgənin çiyni üstə çıxırdılar. Sonra bir yerdə köşki balaban mahnısını oxuyub dolanardılar. Bu oyunda oyunu bacarmayanlar oyundan kənarlaşdırılırdı. Qalan oyunçular oyunun sonunadək oynayır. Oyunda qələbə qazanmaq, eləcə də uduzmaq kimi qaydalar yoxdur. == Mənbə == Novruz bayramı ensklopediyası.
Məhəmməd Xiyabani
Şeyx Məhəmməd Xiyabani (azərb. شئیخ محممد خیابانی‎) — Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi. == Həyatı == Şeyx Məhəmməd Xiyabani 1880-ci ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam — islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn — rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur. == Siyasi fəaliyyəti == Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır.
Nina Balaban
Nina Balaban (2 noyabr 1995) — Makedoniyalı atıcı. Nina Balaban Makedoniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nina Balaban birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 407.7 xal toplayaraq 42-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Siyavan (Salmas)
Siyavan (fars. سياوان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 214 nəfər yaşayır (36 ailə).
Siyavan (Üşnəviyyə)
Siyavan (fars. سياوان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 506 nəfər yaşayır (91 ailə).
İlqar Bizəban