Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Xüsusi Təyinatlı Bölük
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus xüsusi təyinatlı hərbi birləşmə. == Tarixi == Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. === Döyüşlər və müharibələr === İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
9-cu bölük (film, 2005)
9-cu bölük (rus. 9 рота) — rejissor Fyodor Bondarçukun 2005-ci ildə çəkdiyi bədii film. == Məzmunu == Əfqanıstan müharibəsi haqqında olan filmdəki hadisələr 1988-ci ildə cərəyan edir. Müharibədə iştirak edən SSRİ ordusu 9-cu bölüyünün sıraviləri döyüşlərdə həlak olurlar, bölükdən yalnız sıravi Lyutayev (Artur Smolyaninov) sağ qalır. == Film haqqında == Filmin çəkilişi Krım, Moskva və Özbəkistan ərazilərində 25 may 2004-cü ildən 12 oktyabr 2004-cü ilə qədər davam etmiş və film 29 sentyabr 2005-ci ildə ilk dəfə yayımlanmışdır. Film bir neçə sahədə "Qızıl qoç" mükafatına layiq görülüb.
Bölükabad (Marağa)
Bölükabad (fars. ‎‎‎بلوك اباد‎) və ya Bilgəova — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 901 nəfər yaşayır (209 ailə).
Bölükan (Miyanə)
Bölükan (fars. بلوكان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 537 nəfər yaşayır (117 ailə).
Bölükət mahalı
Bölükət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi. == Əhalisi == 1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqal (Kürdəmir) (Qarasaqqallı), Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı. == İqtisadiyyatı == Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Osmanlı Aviasiya bölükləri
Osmanlı Aviasiya bölükləri (türk. Osmanlı tayyare bölükleri) və ya Osmanlı Hava Qüvvələri — Osmanlı ordusu və Osmanlı Donanmasının hərbi aviasiya birləşmələri idi. Osmanlı hərbi aviasiya tarixi 1909-cu ilin iyununda və ya 1911-ci ilin iyulunda başlayır. Təşkilata bəzən Osmanlı Hava Qüvvələri də deyilir. Hava qüvvələrinin böyüklüyü 1916-cı ilin dekabrında, Osmanlı aviasiya bölüklərinin 90 təyyarəsi olduğu zaman zirvəsinə çatmışdır. Aviasiya dəstələri 29 iyul 1918-ci ildə Hava Qüvvələri Baş Müfəttişliyi (türk. Kuva-yı Havaiye Müfettiş-i Umumiliği ) olaraq yenidən təşkil edildi. 30 oktyabr 1918-ci ildə Mudros Barışığının imzalanması ilə Osmanlı hərbi aviasiya qüvvələri faktiki olaraq ləğv edildi. Atəşkəs dövründə Osmanlı hərbi aviasiya qüvvələri 100-ə yaxın pilota sahib idi; 17 quru təyyarə bölüyü (hər biri 4 təyyarə); və 3 dəniz təyyarəsi bölüyü (hər biri 4 təyyarə) olmaqla, cəmi 80 təyyarəyə sahib idi. == Tarixi == 2 dekabr 1909-cu ildə Lui Blerio və Belçika pilotu baron Pyer de Katers Osmanlı imperiyasında ilk təyyarə uçuşunu nümayiş etdirdilər.
Böyük-Muğanlı
Böyük Muğanlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Böyük Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 35 ailə yaşayırdı.
Böyük Admiral
Böyük admiral və ya flot admiralı — bəzi ölkələrdə marşalın dəniz qüvvələrindəki bərabər rütbəsi olan donanma zabitlərinin ən yüksək admiral rütbəsidir. Böyük admiral, Türkiyənin dəniz qüvvələrində ən yüksək hərbi rütbədir. NATO kodu OF-10-dur. Quru qoşunlarında onun ekvivalenti marşaldır. Bu rütbə ən yüksək hərbi rütbə olsa da, bu rütbənin digər rütbələrdən əsas fərqi onun zamanla qazanılmamasındadır. Bu rütbə qanunla müharibədə üstün faydalılığının olduğu görülən və ən azı admiral və ya dörd ulduzlu general rütbəsinə sahib olan zabitlərə Türkiyə Böyük Millət Məclisi tərəfindən verilir. == Türkiyədə böyük admiral rütbəsi == Türkiyə Respublikası tarixində böyük admiral rütbəsini hələ heç kim qazanmamışdır. 1538-ci il Preveze dəniz döyüşündə qazandığı müvəffəqiyyət səbəbiylə Osmanlı dəniz kapitanlarından böyük admiral rütbəsi, Möhtəşəm Süleyman tərəfindən Barbaros Xeyrəddin Paşaya verilmişdir.
Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir. == Tarixi == Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır. == Haqqında == Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir.Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir. Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür. Bunlardan ən böyüyü Qurbağalı və Azad çaydır.
Böyük Alatəmir
Böyük Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarix == Böyük Alatəmir Qax rayonunun Qaxingiloy inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qaxingiloy kəndindən çıxmış ailələr vaxtilə Alatəmir adlı şəxsə məxsus torpaq sahəsindəki binə yerində saldığına görə belə adlanmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 263 təsərrüfatda hər iki cinsdən toplam 718 nəfər əhali yaşayır.
Böyük Alfred
Böyük Alfred (849[…], Vantedj[d], Uesseks krallığı[d] – təq. 26 oktyabr 899, Uinçester, Uesseks krallığı[d]) — 871–899-cu illər arasında Uesseks kralı. == Həyatı == Alfred vikinqlərə qarşı mübarizə aparmışdır. O, "Böyük" ləqəbi ilə ünvanlandırılan tək ingilis kralıdır. Hakimiyyəti dövründə təhsilə təşviq etmişdir və krallığın hüquq sistemini inkişaf etdirmişdir.
Böyük Andaman
Böyük Andaman (ing. Great Andaman) — Andaman adalarına daxil olan adalar qrupu. Qrupa 5 ada daxildir. Arxipelaqın sahəsi - 4606,5Şimaldan cənuba: Şimali Andaman — 1376 km²; Orta Andaman — 1535,5 km²; Bratanq — 238 km²; Cənubi Andaman — 1347,7 km²; Rutland — 109,3 km².3 ada qrupun ən iri adaları sayılır. İnzibati baxımdan Hindistanın Andaman və Nikobar adaları ərazisinə daxildir. Arxipelaqın inzibati mərkəzi Cənubi Andaman adasının cənub-şərqində yerləşən Port Bler şəhəridir. Böyük Andaman Kiçik Andaman adalarından cənubda yerləşir. Qrplar bir-birindən Dunkan boğazı ilə ayrılır.
Böyük Aral
Böyük Aral gölü — Göl Aral dənizinin quruması nəticəsində 1989-cu ildə meydana gəlmişdir. 2003-cü ildə Böyük Aral dənizi öz növbəsində iki hissəyə bölünmüşdür. Şərqi və qərbi adlandırılan hissələr Uzun-Aral boğazı ilə birləşirdi. Göl dəniz səviyyəsindən 29 metr yüksəklikdə yerləşirdi. Bu tip yerləşmə sayəsində hissələr arasında aktiv əlaqə mövcud idi. 2005-ci ildə isə Kiçik Aral gölü Böyük Araldan Kokoral bəndi inşa edilmişdir. Artıq isə 2009-cu ildə Şərqi Aral tamamən qurumuşdur. 2010-cu ildə göl Amudəryadan gələn suyun hesabına yenidən dolmuşdur. Bununla belə göl yenidən dörd il sonra tamamən quyumuşdur. Qərbi Aral isə qrunt suları ilə dolduğundan quruması gecikir.
Böyük Arıxvəli
Böyük Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim tayfa (arıx) və şəxs (Vəli) adlarından törəmişdir. «Arıxlar tayfasından olan Vəliyə mənsub yaşayış yeri» deməkdir. Toponimin əvvəlindəki «böyük»fərqləndirici əlamət bildirir ki, bu da Azərbaycan toponimiyası üçün xarakterikdir. Arıx etnonimi mənbələrdə arıxlı formasında öz əksini tapır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medz Mantaş qoyulmuşdur.
Böyük Ayaks
Ayaks (Ayant, Eant) Telamonid (q.yun. Αἴᾱς Τελαμώνιος) və ya Böyük Ayaks (q.yun. Αἴᾱς Μέγας) — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər. Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır.
Böyük Ayrım
Böyük Ayrım — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-şərqdə, İrəvan-Tiflis dəmiryolunun sol tərəfində yerləşir. == Tarixi == Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən böyük sözü ilə oğuzların eymur (eymir, imir) tayfa adının fonetik variantı olan ayrım etnoniminin əsasında əmələ gəlmişdir. M.Vəlili (Baharlı) ayrım tayfasını səlcu'qların bir qolu hesab edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 171, 1897-ci ildə 223, 1908-ci ildə 390, 1914 - cü ildə 381 nəfər azərbaycanlı yaşamışdır. 1918-20-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. Burada 1922-ci ildə 454, 1926-cı ildə 282, 1931-ci ildə 391, 1939 - cu ildə 530 nəfər, 1959 - cu ildə 550 nəfər, 1970-ci ildə 815 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Böyük Azərbaycan
Bu məqalədə Azərbaycan adlı tarixi ərazinin müxtəlif dövrlərdən olan tarixi sənədlərdə təsvir edilən hüdudları qeyd olunmuşdur. Azərbaycan bir inzibati, coğrafi və etnik vahidə çevrilmə yolunda müxtəlif proseslərdən keçmişdir. Keçmiş tarixçilər bu mövzuda müxtəlif fikirlər bildirmişdir. Bu məsələ alimlər və tarixçilər arasında fikir ayrılığına gətirib çıxarıb və hazırkı dövrdə milli, etnik və bəzi siyasi məsələlərə görə bu elmi və tarixi məsələylə bağlı müzakirələr siyasi bir mahiyyət qazanmışdır. Bəzi qrupların iddiasına görə, Araz çayının şimal hissəsi heç vaxt Azərbaycan adını daşımayıb və daima "Arran" adını daşımışdır, və "Azərbaycan" adı bu bölgəyə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurulanda Azərbaycanın milli hökuməti tərəfindən "siyasi məqsədlərlə", sanki İrana təcavüz etmək məqsədilə verilmişdir. Bir qrup tədqiqatçıların fikrincə, 1920-ci ildə AXC-nin bolşeviklərin əlinə düşməsindən sonra da, bu ad həmin siyasi məqsədlərlə saxlanılmışdır. Digər tədqiqatçılar isə öz elmi əsərlərində bu cür fikirləri təkzib etmişdir. == Azərbaycanın islamaqədərki tarixi-siyasi coğrafiyası == Tarixi Azərbaycan ərazisində e.ə. 1-ci minillikdə artıq Manna və Matiyen kimi dövlət qurumları mövcud olmuş, kuti, lullubi, kaspi tayfaları, həmçinin uti, qarqar, leq, lupen (lpin), silv (çilb), gel, savdey və s. alban tayfaları yaşamışdır.
Böyük Ağayev
Böyük Məmməd oğlu Ağayev (10 dekabr 1907, Şuşa – 18 oktyabr 1965, Bakı) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR səhiyyə naziri (1958–1963), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru (1963–1965). == Həyatı == Böyük Məmməd oğlu Ağayev 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 14 yaşında olarkən Şuşa Müəllimlər Seminariyasına daxil olmuş və beş ildən sonra Şamaxı qəzasının kənd məktəblərindən birində müəllimliyə başlamışdır. Sonralar o, Şirvan dairə xalq maarif şöbəsinin müfəttişi, Qutqaşen rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində işləmişdir. Elə həmin illərdə qiyabi şəkildə ali pedaqoji təhsil alaraq 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu, 1942-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutununun Müalicə-profilaktika fakültəsini bitirmişdir.Təhsilini bitirdikdən sonra Böyük Ağayev Göyçay sanatoriya-epidemioloji stansiyasında həkim-malyarioloq vəzifəsində işləmiş, Kürdəmirdə tropik stansiyanın müdiri olmuşdur. 1948–1953-cü illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyinin baş nəzarətçisi, 1953-cü ilin aprel ayından Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1958-ci ilin yanvar ayından isə Azərbaycan SSR səhiyyə naziri vəzifələrində işləmişdir. 1963-cü ilin may ayından həyatının sonunadək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur.1942-ci ildən ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilən Böyük Ağayev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur. O, 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin, eləcə də Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni (1961) və SSRİ medalları ilə təltif edilmişdir.Böyük Ağayev 1965-ci ildə Bakıda vəfat etmişdir. == İstinadlar == == Xarici keçidlər == "Агаев Беюк Мамед оглы" (rus).
Böyük Bahama
Böyük Bahama (ing. Grand Bahama) — Baham adalarının ən şimal adalarından biri. Florida sahillərindən cəmi 90 kilometr (56 mil) məsafədə yerləşən Böyük Bahama ABŞ-yə yaxın ən böyük adadır. Sahəsi 1373 km2, əhalisi — 51,756 nəfərdir. == Tarixi == Adanın bilinən ən qədim sakinləri daş dövrünə aid ovçu-yığıcı siboneylərdir. Onlardan dekorativ qabıqlar və ya zərgərlik kimi artefaktlardan başqa çox az şey qalmışdır. Bu ibtidai xalq öz yerini Cənubi Amerikadan olan aravaklara vermişdir. Onlar Karib dənizinin çox hissəsində məskunlaşmışdılar. Güman edilir ki, Böyük Bahama adasındakı aravak icmaları lukayanlar adı ilə tanınmağa başlamışdır. Hesablamalara görə, 1492-ci ildə İspaniya konkistadorlarının Böyük Bahamaya gəlişi zamanı burada təqribən 4 min nəfər var idi.
Böyük Bandunq
Böyük Bandunq metropol sahəsi (ind. Kawasan metropolitan Bandung Raya) — Bandunq və Qərbi Yavanı əhatə edən metropol. 2014-cü ildə əhali 8,5 milyon idi və Niderland Ost-Hindi dövründə Mərkəzi Prianda Rezidenturası rəhbərliyinin əvvəlki hissələrindən və şəhərlərindən ibarət idi. Bandunqun Kertacati Beynəlxalq Hava Limanı, Aerotropol ( infrastruktur və iqtisadiyyatın multimodal "hava limanı şəhəri" ticarət nüvəsi kimi xidmət edən hər hansı hava limanında mərkəzləşmiş bir metropol subregionudur.) və Patimban Beynəlxalq Dəniz Portu arasında şəhər ərazilərində davamlı inkişaf səbəbiylə Qərbi Yava əyalət hökuməti və Regional Planlaşdırma İdarəsi yeni təyin olunmuş ümumi sahəsi 5500 km2 -dən çox olan və 11 milyondan çox əhalisi olan Bandunq Metropol sahəsi üçün bir plan hazırlayıb yayımladı.Yeni metropol sahəsinə Subanq inzibati ərazisi və Macalenqka inzibati ərazisinin hissələriylə bütün Sumedanq inzibati ərazisi daxildir və Cirebon metropolitan sahəsini əhatə edir. Birlikdə iki metro sahəsi 14 milyondan çox insanı əhatə edir. == Məkan == Bandunq Qərbi Yava əyalətinin mərkəzi-qərb hissəsində dağlıq plato ərazisində yerləşir və İndoneziyada metropollar içində üçüncü ən yüksək əhalisinə malikdir. == Qərbi Yava şəhər dəhlizi == Bandunq metropol sahəsi Ciancur şəhəri yaxınlığında Böyük Cakarta ("Cabodetabek") metropolunun şərq kənarından 20 km-dən az olan məsafədən başlayır Cakartanın genişləndirilmiş metropolunun Purvakarta inzibati ərazisi ilə şimal sərhədində yerləşən Cabodetabekcur-Ciranqkarta məntəqəsi ilə bitişikdir.Bantendəki Seranq inzibati ərazisindən Böyük Bandunqa metropoluna uzanan şəhər dəhlizi 44 milyondan çox insana ev sahibliyi edir. == Təyinat == Bandunq Metropol sahəsi rəsmi Bandunq inzibati ərazisi və Qərbi Bandunq inzibati ərazisi (2007-ci ilədək Bandunq inzibati ərazisinin tərkibində olmuşdur), Bandunq və Cimahi şəhərlərini əhatə edən metropol olaraq müəyyən edilib.
Böyük Belt
Böyük Belt (dan. Storebælt) şərq tərəfdən Lollan və Zelandiya, qərb tərəfdən Lanqelann və Fyun adaları arasında yerləşən boğaz. Böyük Kəmər Kattegat və Baltik dənizi birləşdirən üç ən böyük Danimarka boğazlarından biridir (o biri ikisi:Öresund və Kiçik Kəmər). Boğazın üzərindən 20 m. dərinliyində gəmi farvateri keçir və Baltik dənizinə vacib yollardan biri sayılır. Boğazda İsveç və Danimarkanı bağlayan bərə keçidi fəaliyyət göstərir Kil borusu tikiləndən sonra (1895) skandinaviya boğazları Atlantik okeana yeganə yol kimi artıq sayılmırdı və indi ancaq yerli üzgüçülük üçün istifadə olunur. Şərq küləklərinə görə qışda buzla donur. Burada yerləşən Sproqo adası boğazı şərq və qərb borusuna bölür. Onların üstündən iki hissədən ibarət olan Böyük Kəmər körpüsü tikilib. Həm də şərq borusunun altından dəmir yol tuneli keçir.
Böyük Beqiçev
Böyük Beqiçev — ada Xatanqa körfəzinin Laptevlər dənizinə çıxış nöqtəsində qərarlaşır. İnzibati cəhətdən Yakutiyanın Anabar rayonu ərazisində yerləşir. Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adadan qərbdə 7 km enə malik Pioner boğazı ilə ayrılmış Kiçik Beqiçev adası yerləşir. 14 km şimalda isə Preobrajeniya adası yerləşir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır.
Böyük Bermamıt
Böyük Bermamıt (устар. Бермамыт, Бермамут, карач. — Уллу-Бурмабут) — Böyük Qafqaz sisteminin (Şimali Qafqaz bölgəsi) şimal yamacındakı Qayalı silsiləsində dağ zirvəsi. Qaraçay-Çərkəz Respublikasının, Maloqaraçayevsk rayonunda, Xasaut kəndindən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 2592.3 m yüksəklikdədir. == Adı == XIX əsrin sonlarında Rusiya imperiyasının cənubunun ətraflı xəritələrindən birində -"Qafqaz bölgəsinin beş verstli xəritəsin"də, həmçinin D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." (1913) əsərində, dağın adı "Böyük" və ya "Kiçik" izah edilmədən yalnız Bermamıt kimi göstərilmişdir. Aleksandr Selivanovun Böyük Sovet Ensiklopediyasındakı "Terek vilayəti" (1903) məqaləsində oronim başqa cür - Bermamut olaraq göstərilmişdir. Burmabut qaraçayca "bükülmüş uçurum" mənasını verir. == Ümumi məlumat == Böyük Bermamıt, Kuma və Malka çayı hövzələrinin yuxarı su hövzəsində yerləşən Qayalı silsiləsinin dağlarından biridir. Böyük Bermamıt dağının dəniz səviyyəsindən hündürlüyü, 1983-cü il ölçülərinə görə 2592,3 m-dir.
Böyük Bolqarıstan
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Böyük Britaniya
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Böyük Budda
Tyantan Budda və ya daha çox məşhur olan Böyük Budda (çin dilində 天壇大佛) — böyük brünc rəngdə olan Buddanın statuyasıdır. Lantau adasında Po Lin monastrı yaxınlığında Honkonqda yerləşən bu statuya buddistlərin əsas sitayiş yeri olduğundan bu dinə sitayiş edən xalqların nümayəndələri bura daha çox gəlir. Böyük Budda insan və təbiət arasındakı əlaqəni, hormoniyanı simvolizə edir. Buddistlərin əsas dini mərkəzi olan Honkonqda yerləşir. Gözəl və qeyri-adi arxitekturaya malik olan Böyük Budda dünya turistlərin də diqqətini cəlb edib və bu səbəbdən ilbəil buraya gələn turistləri sayı artır. == Ümumi məlumat == Statuetin hündürlüyü 34 m, çəkisi isə 250 tondur. Ən hündür budda olan Böyük Budda 2007-ci ildə brüncdən hazırlanmışdır (ən hündürü Tayvanda Qaoskyunededi). Ən hündür hissəsinə qalxmaq üçün gələnlər 268 pilləkan qalxmalıdılar. Bununla yanaşı avtomobil yoluda vardır. Böyük Budda şimala, digərləri isə cənuba baxır.
Böyük Bulaq
Böyük Bulaq (Qoşaçay) Böyükbulaq (Marağa) Böyük bulaq — Laçın rayonunda bulaq.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Böyük Bəhmənli
Böyük Bəhmənli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Böyük Bəhmənli Füzüli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Quruçayın (Arazın qolu) sahilində, düzənlikdədir. 1917-ci ildə Böyük Bəyimanlı Şəklində qeydə alınmışdır. Etnotoponimdir. Bəhmənlilər Qarabağ xanlığının həyatında muhum rol oynamış Cavanşirlərin bir qoludur. Böyük sözü kəndin adına onu eyniadlı oykonimdən fərqləndirmək üçün əlavə edilmişdir. == Tarixi == Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur. Ötən əsrin ortalarında kolxozlaşmanın vüsət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb.
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Bolus Kəpənəkçisi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Boluz (Tikantəpə)
Boluz (fars. بلوز‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (30 ailə).
Ən böyük ortaq bölən
Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur. ƏBOB (a;b)-ni tapmaq üçün: a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b == Nümunə == ƏBOB (75, 45)=15 75=3×5×545=3×3×5 3×5=15 == Xüsusi hallar == Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir. Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1 Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1 Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir.
Böyük üçlük
Big Three – "Böyük üçlük" 1980-ci illərin əvvəllərində bu üçlüyə VisiCorp şirkəti (VisiCalc elektron cədvəl proqramının istehsalçısı), MicroPro şirkəti (WordStar proqramının yaradıcısı) və Ashton-Tate daxil idi Ashton-Tate- dBASE proqramlar seriyasını hazırlamış şirkətdir. Bir vaxtlar bu şirkət proqram təminatı gəlişdiricilərinin "Böyük Üçlüyünə" (BIG THREE) daxil idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Böyük Almatı gölü
Böyük Almatı gölü (qaz. Үлкен Алматы көлі) — Almatı şəhərindən 15 kilometr cənubda, dəniz səviyyəsindən 2510 metr yüksəklikdə olan Zailiyski Alatau silsiləsinin alp hövzəsində yerləşən göl. == Haqqında == Gölün hövzəsi tektonik mənşəlidir, mürəkkəb formada, şimala doğru ümumi meyllidir. Gölün uzunluğu 1,6 km, eni 0,75 - 1 km-dir. Sahil xəttinin uzunluğu 3 km, dərinliyi 30-40 m, səthinin sahəsi 0,9 kvadrat kilometr, su kütləsinin həcmi 14 milyon m³-dir. Maksimum suyun səviyyəsi avqust ayında, minimumu fevral ayında müşahidə edilir. Səviyyə dalğalanmaları 20 m-ə çatır, gölün sahilləri sıldırımlı və dikdir. Böyük Almatı çayı cənubdan gölə tökülür. İle-Alatau Milli Parkının bir hissəsidir. == Təsvir == Tyan-Şan göllərinin böyük əksəriyyəti kimi, zəlzələ nəticəsində meydana gəlmişdir.
Böyük Ayı gölü
Böyük Ayı gölü (ing. Great Bear Lake, fr. Grand lac de l'Ours, sleyvi dilli Sahtú) — Kanadanın böyük daxili gölü, böyüklüyünə görə Şimali Amerikada dördüncü, dünyada isə səkkizincidir. Göl 65 və 67 şimal eninin və 118 və 123 qərb uzunluğunun dərəcələrin arasında və şimal qütb dairəsində yerləşir. Səviyyəsi dəniz səviyyəsindən 156 metr yüksəkdədir. == Coğrafiyası == Gölün sahəsi 31.153 km² və həcmi 2.236 km³ bərabərdi. Orta dərinliyi 71.7 m, ən dərin yeri isə 446 m. Sahil uzunluğu 2.719 m, su tutumu 11.717 km². Böyük Ayı Gölü noyabırın sonundan iyula qədər buzla örtülür.Göl gəmiçiliyə yararlıdır. Əsas limanları: Radium Limanı və Delayn.
Böyük Kölə gölü
Böyük Kölə gölü (ing. Great Slave Lake, fr. Grand Lac des Esclaves) — buzlaq-tektonik məhşəlli göl. Sahəsinə görə Kanadanın Şimal-Qərb ərazilərinin ikinci (Böyük Ayı gölündən sonra), Şimali Amerikanın beşinci, dünyanın isə onuncu böyük gölüdü, həmçinin Şimali Amerikanın ən dərin gölüdü (dərinliyi 614 m) == Adı == Qreyt-Sleyv-Leyk (ing. Great Slave Lake) adını gölə onun ilk açılışını edən avropalı səyyah Samuel Hirn vermişdir. Bu ad gölün ətrafında yaşayan və Atabask məşəli olan hindu xalqı Sleyvinin adından əmələ gəlib.Gölün adı Sleyv etnik qrupunun adının ingilscə ing. slave (kölə) sözü ilə səhv salma nəticəsində meydana gəlmişdir, buna görə də gölün adı dünyanın müxtəlif dillərinə "Kölə" kimi tərcümə olunur. Əslində isə Sleyvlər xüsusiyyət baxımından döyüşkən xalqdır. Kanada ərazisində sayları 10000 nəfərdir (XXI əsrin başlığında), və Kanadanın bir çox digər hindu xalqları ilə müqayisədə yaşayış sahələri nisbətən daha böyükdü. Analoji qarışıqlıq Kölə çayı və Kiçik Kölə gölü ilə də mövcuddur.
Böyük Şor gölü
Böyük Şor gölü — Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göldür. Böyük Şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Bakı Olimpiya Stadionu Böyükşor gölünün şərq sahilində yerləşir. == Haqqında == Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40–3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50–1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5–2,0 km-dir. Göl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük Şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir. Böyük-şor gölünə şəhərin Binəqədi, Sabunçu və Nərimanov rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır.
Böyük üçlük (Klivlend Kavalers)
Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron Ceyms və Kevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər. Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi. Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.