Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar.Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə,bir sıra hüceyrələr , o cümlədən ,stromal hüceyrələr,makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O,qeyri aktiv formada sintez olunur,proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır.O,hemopoez prosesinə,iltihab sitokinlərinin sintezinə,limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir.Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini,yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir.Onun differensisasiya təbiətli təsiri də məlumdur.Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.Onun geninin söndürülməsi əsasında autoimmun reaksiyaları duran və bədənin bütün ahələrini əhatə edən fatal iltihab patologiyası yaranır,yəni β tansformasiyaedici böyümə faktoru orqanizmdə autoimmun proseslərinin qarşısını alan bir faktor kimi də fəaliyyət göstərir.
Bitkilərin böyümə və inkişafı
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.
Birbaşa köçürmə
Birbaşa köçürmə - mətnin Copy-paste (və ya buna oxşar) əmri vasitəsi ilə köçürülməsidir. Bu köçürmədə yeni mətnlə mənbə tamamilə üst-üstə düşür. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Götürmə (şahmat)
Götürmə — Şahmat termini. Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.
Meyoz bölünmə
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır. Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur. Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir.
Mitoz bölünmə
Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir. Fasiləsiz surətdə davam edən bu prosesin öyrənilməsini asanlaşdırmaq üçün onu şərti olaraq 4 hissəyə ayırırlar: Profaza, Metafaza, Anafaza, Telofaza. Mitoz bölünmə prosesi İnterfazadan sonra başlayır. == Profaza == Mitozun birinci fazasıdır. Bu fazada hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda daha aydın görünür. Bu zaman ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir.
Paralel köçürmə
Paralel köçürmə Müstəvinin (eləcə də fəzanın) bütün nöqtələrini eyni istiqamətdə və məsafədə saxlamaqla özü-özünə inikas etdirən çevirmədir.
Xristianlıqda bölünmə
Xristianlıqda bölünmə yaxud xristian kilsəsinin parçalanması kilsədə əqidə ixtilafı nəticəsində baş verən hadisədir. Xristian kilsəsi ərslər boyunca dəfələrlə bölünmüşdür. Lakin qlobal miqysada bölünmə üç dəfə baş vermişdir. Birinci dəfə 451-ci ildə Xalkedon Kilsə Məclisində monofizitliyin rədd edilməsi ilə bir sıra şərqi kilsələr ortodoksal kilsədən ayrılmışdır. 1054-cü ildə ortodoksal kilsə parçalanaraq, pravoslav kilsəsi və katolik kilsəsi olmaq üzrə ikiyə bölünmüşdür. Axırda üçüncü dəfə, 1517-ci ildə başlanan Reformasiyanın nəticəsində katolik kilsəsindən ayrılan islahat hərəkatı zamanla protestant məzhəbinin yaranmasına səbəb olmuşdur. == Xalkedon parçalanması (monofizit-diafizit) == 451-ci ildə Xalkedonda (hal-hazırda Türkiyədə, İstanbulun Kadıköy bölgəsi) keçirilən IV Ümumdünya Kilsə Məclisində Konstantinopol arximandriti Evtixiyin təlimi rədd edilmişdir. Belə ki, Evtixiy Nestorun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiyə görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir.
Hibrid ötürmə
Hibrid ötürmə müxtəlf enerji mənbələri ilə işləyən iki mühərrikin bir məqsəd üçün birləşdirilməsidiir. Avtomobilqayırmada benzin və elektriklə işləyən mühərriklərin inteqrasiyası, velosipedlərdə elektrik mühərrikinin əzələ ilə işləyən mexanizmlə birləşməsini buna misal göstərmək olar. Hibrid mühərrikləri ilə işləyən avtomobillərin yaranması yanacağa qənaət etmək məqsədi daşıyır. Bu yolla qalıq (fosil) yanacaqlardan asılılığı azaltmağa çalışırlar. Digər aspekt ətraf mühitə vurulan ziyanın azaldılmasıdır. Hibrid güc ötürməsində mühərriklər ya parallel, ya da gücdən asılı olaraq birləşmə prinsipi ilə işə qoşulurlar. İkinci halda ötürmə daxili yanma mühərriki ilə bərabər iki elektrik mühərrikindən (generator və mühərrik) ibarət elektrik ötürmə sisteminə malikdir. Daxili yanma mühərrrikinin yaratdığı gücün bir hissəsi maşınların transmissiyasına bir başa, digər hissəsi isə mühərrik-generator-ötürməsi üzərindən ötürülür. Yəni iş zamanı elektrik ötürməsində mexaniki enerji elektrik enerjisinə çevrilir və batareyada yığılır. Kombinasiya olunmuş hibrid ötürməsində mühərriklər muftalar vasitəsilə ayrılaraq paralel və ya fərdi tətbiq oluna bilirlər.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Ötürmə sistemləri
Ötürmə sistemi — maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır: Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında), Elektro-hidravlik (məs. elektrik karalar), Dizel-mexaniki (məs. ekskavatorlarda) , Benzin-hidravlik (məs. yük maşınlarında), Dizel-elektrik (məs. dəmir yol kranlarında).Ötürmənin seçilməsi istismar şəraitindən və üsulundan asılı olaraq aparılır.
Bank Köçürmə Günü
Bank Köçürmə Günü — 5 noyabr 2011-ci ilə qədər kommersiya banklarından qeyri-kommersiya kredit ittifaqlarına könüllü keçidi tələb edən istehlakçı fəallığı təşəbbüsü idi. 15 oktyabr 2011-ci il tarixinə bu cəhdə həsr olunmuş Facebook səhifəsi 54.900-dən çox "like" toplamışdır. Bank of America-dan ayda 5 ABŞ dolları məbləğində debet kartı haqları 5 noyabr tarixi ilə Bank Köçürmə Günü etirazına aparan addımlar sırasındadır. Occupy Wall Street iştirakçıları hadisələrin bir-biri ilə əlaqəli olmamasına baxmayaraq səyi dəstəkləyirlər. Təhqir edənlər arasında Los Ancelesi işğal et iştirakçıları da var idi: Bank Köçürmə Günü tədbirinin yaradıcısı Siqurd Olin Kristian bildirdi ki, “Occupy Los Angeles təşkilatçıları tərəfindən ona qarşı təhdidlər edilib və hətta anti-kredit ittifaqı tərəfdarı olduğu üçün hədələyici telefon zəngləri də alıb." Los-Ancelesdə (Kaliforniya) sənət qalereyasının sahibi Kristian Bank of America-nın "gülünc ödənişləri və zəif müştəri xidmətlərindən" narazı olduğunu söylədi. O, Facebook-da "Bank Transfer Günü" adlı tədbir yaratdı və dostlarını bağlanmağa dəvət etdi. 5 noyabr 2011-ci il tarixinə qədər böyük mənfəət banklarında hesablarını açıb pullarını kredit ittifaqlarına köçürür. Böyük Britaniya, lakin 1605-ci ildə həmin tarixdə ələ keçirildi. Bu, davamlı bir ayin olmuşdur. == Ümumi baxış == Bank köçürmələri günü bank müştərilərini böyük banklardan nağd pullarını kredit ittifaqlarına köçürməyə təşviq edir.
Fransada övladlığa götürmə
Fransada övladlığa götürmə Fransa Mülki Məcəlləsində iki formada müəyyən edilmişdir: adi övladlığa götürmə və plenar övladlığa götürmə. == Adi övladlığa götürmə == Övladlığa götürmənin bu növündə övladlığa götürülən şəxslə onun bioloji ailəsi arasında müəyyən hüquqi münasibətlərin qalmasına icazə verilir. Bu müddəa Fransa Mülki Məcəlləsinin 343-cü maddəsində müəyyən edilmişdir. Plenar övladlığa götürmədən fərqli olaraq, adi övladlığa götürmənin tələbləri daha az məhdudlaşdırıcı və daha az radikaldır. === Tələblər === Yaşı 28 və daha yuxarı olan bir şəxs (iki şəxs eyni zamanda övladlığa götürən ola bilməz) övladlığa götürən ola bilər. Övladlığa götürülən övladlığa götürən şəxsin arvadının (ərinin) uşağı deyilsə, onunla övladlığa götürən arasında yaş fərqi 15-dən az olmamalıdır. Birinci halda isə yaş fərqi 10-dan az olmamalıdır. Əgər övladlığa götürən nikahdadırsa, onun arvadının (ərinin) razılığı tələb olunur. (Mülki Məcəllə, Maddə 361) === Hüquqi nəticələri === Övladlığa götürmə övladlığa götürülən uşaq üçün valideynlərinə münasibətdə mövcud olan hüquq və vəzifələr yaradır. Ona görə də, məsələn, övladlığa götürülən uşağın əvvəlki soyadı dəyişdirilərək övladlığa götürənlərin soyadı verilir.
Keçiddə götürmə (şahmat)
Keçiddə vurma — Şahmat termini Başlanğıc mövqedən birdən-birə iki xana hərəkət edərək, rəqibin piyadası ilə üfüqi vəziyyətdə duran piyadanı götürmək deməkdir. Keçiddə vurma (bəzi ədəbiyyatlarda "keçiddə götürmə") yalnız müvafiq gedişdən sonra ola bilər. == Debütdə tətbiqi == Rus görüşü (şahmat): 1.e4 e5 2.Af3 Af6 3.d4 ed 4.e5 Ae4 5.V:d4 d5 (diaqrama bax) 6.ed.
Verilənlərin ötürmə mühitləri
Fiziki qatın məqsədi bitləri bir maşından digərinə daşımaqdır. Real daşımalar üçün müxtəlif fiziki mediadan istifadə edilə bilər. Hər biri ötürmə sürəti, gecikmə, xərc və quraşdırma və baxım asanlığı baxımından özünə məxsus oyuqları var. Media kobud şəkildə mis naqillər və fiber optik kimi yönləndirilmiş media, yerüstü simsiz, peyk və lazerlər kimi hava ilə ötürülən yönləndirilməmiş mediyaya bölünür. == Magnetik media == Verilənləri bir kompüterdən digərinə ötürmək üçün ən çox istifadə olunan yollardandır. Verilənləri magnetik lent və ya silinəbilən media (məs: yazılabilən DVD-lər) üzərinə yazaraq diski və ya lenti fiziki olaraq hədəf olunan maşına daşınır və verilənlər yenidən oxunur. Bu üsul geostasionar əlaqə peyki istifadə etmək qədər mürəkkəb olmasa da, özəlliklə yüksək ötürmə sürəti və ya bit başına daşınan xərcin əsas faktor olduğu programlar üçün daha xərcli olur. Bu dediyimiz fikrin daha aydın olması üçün bunu bir misal ilə aydınladaq. Sənaye standartlı Ultrium lent 800 gb saxlaya bilir. 60X60X60 sm olan bir qutuda hardasa bu lentlərdən 1000 ədəd var və bunun ümumi ölçüsü 800 terabayt və ya 6400 terabit (6.4 petabit).
Belarusun qaz ötürmə sistemi
Belarusun qaz ötürmə sistemi (belar. Газатранспартная сістэма Беларусі) — Belarus ərazisində məişət və istehsalat sahələrində istifadə üçün istehlakçılara təbii qazın verilməsinin geniş sistemi. Bu mərkəzi boru qaz kəmərlərindən, bir xəttli qaz boru kəmərlərindən (diametri 100 ilə 1400 mm arasında), aşağı təzyiqli paylayıcı şəbəkələrdən, eləcə də bir sıra qazpaylayıcı stansiyalardan və qaz anbarlarından ibarətdir. 2017-ci ilin sonuna görə Belarus Respublikasında qaz kəmərlərinin uzunluğu 7901 km-dir. == Qısa tarix == BSSR-in qazlaşdırılması 1960-cı ildə Daşava-İvatseviçi-Minsk qaz kəmərinin, eləcə də Daşava-Kiyev-Moskva qaz kəmərindən Qomelə bir filialın inşası başa çatdıqdan sonra başlayır. 1961-1965-ci illərdə Brest, Baranoviçi, Qrodno, Slonim, Volkovysk, Lida və başqa şəhərlər, eləcə də bir çox kəndlər qazla təmin edilir. Qaz sənayesinin inkişafında yeni bir mərhələ 1974-cü ildə güclü Torjok - Minsk - İvatseviçi qaz ötürücü sisteminin istismara verilməsi ilə əlaqələndirilir: Qərbi Sibir və Komi MSSR-nin böyük yataqlarından təbii qaz BSSR ərazisinə axmağa başlayır. Qaz istehlakı kəskin şəkildə 1975-ci ildə 3.5 milyard m³-dən 1980-ci ildə 14.8 milyard m³-ə yüksəlir. Elektrik stansiyaları, rayon və sənaye qazanxanaları təbii qaz tədarükünün ümumi həcminin 2/3 hissəsini istehlak edərək qaza çevrildi. Sənayedə və məişət sektorunda texnoloji ehtiyaclar üçün bir xammal kimi qaz istehlakı artdı.
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
Samuel Bourne
Samuel Bourne, (30 oktyabr 1834[…] – 24 aprel 1912, Nottinqem, Nottinqemşir[d]) İngilis sərbəst təbiət fotoqrafı. == Həyatı == Samuel Bourne 1834-cü ildə Arbor Fermasında (Mucklestone, Shropshire) köhnə bir əkinçi ailəsində anadan olub. Fairburn yaxınlığındakı bir keşişdən təhsil aldıqdan sonra Moore və Robinson bankında bir işə düzəlmişdir. Bankda işə başlayan kimi həvəskar fotoqrafiya fəaliyyətini sürətləndirdi və məqalələri ilə fotoqrafiya jurnallarına töhfələrini vermişdir.
Emil Byurle fondunun kolleksiyası
Emile Byurle fondunun kolleksiyası ( alm. Stiftung Sammlung E. G. Bührle‎ ) - Sürixdə yerləşən şəxsi incəsənət muzeyidir. == Kolleksiya == Sürixli sənayeçi Emil Georq Byurlenin (1890-1956) geniş sənət əsərləri kolleksiyası, 1960-cı ildə fonda çevrilmişdi. Həmin andan bəri kolleksiya, Byurlenin Sürixdə, Tsollikerştrasse (alm. Zollikerstrasse‎) küçəsindəki köhnə evinin yanında yerləşən villada sərgilənir. Sərgi çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri saat 14.00-17.00 arasında ziyarətçilər üçün açıqdır. Ekspozisiyaya aşağıdakılar daxildir: antik eksponatlar; orta əsrə aid heykəllər; qədim sənətkarların rəsmləri: Tintoretto, El Qreko, Rubens, Van Deyk, Rembrandt, Frans Hals, Tyepolo, Kanaletto, Qoyya, Enqr, Koro; impressionistlərin rəsmləri: Mane, Deqa, Renuar, Mone, Pissarro, Sisley, Tuluz-Lotrek, Syora, Sezan, Van Qoq, Qogen; modernistlərin rəsmləri: Bonnar, Vyuyar, Vlamink, Raul Dyufi, Modilyani, Utrillo, Şaqal, Korint, Matiss, Qris, Brak, Pikasso .1941-ci ildən bu yana Byurle kolleksiyasında olan Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası" tablosunun yayımlanmasından sonra onun əldə edilməsinin şəffaflığı ilə bağlı şübhələr ortaya çıxmışdı: 1940-1941-ci illərdə bu tablo, Emil Byurle ilə Cənubi Amerikaya mühacirət edən yəhudi tacir Maks Emden arasında şübhəli ticarətlə əlaqəli ola bilərdi. == Oğurluq == 10 Fevral 2008-ci il tarixində silahlı bir soyğun nəticəsində, ümumi dəyəri 180 milyon İsveçrə frankı olan dörd rəsm əsəri oğurlandı. Kurator Lukas Qloorun sözlərinə əsasən, söhbət Pol Sezanın "Qırmızı jiletli oğlan", Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası", Vinsent Van Qoqun "Çiçəklənən şabalıd budaqları" və Edqar Deqanın "Qraf Lepikin qızları ilə portreti" əsərlərindən gedirdi. Cinayət baş verən zaman binada 15 nəfər var idi, heç kim zərər görməmişdi.