Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Su bəndləri
Su bəndləri ― müxtəlif su axarlarının qabağını kəsərək onların səviyyəsinin qaldırılması, tikilən qurğu yaxınlığında suyun təzyiqinin artırılması və su anbarlarının yaradılması üçün istifadə edilən hidrotexniki qurğu. Bəzi ölkələrdə bu cür bəndlədən dəniz və okeanlar hesabına yeni ərazilərin əldə edilməsi üçün istifadə olunur. == Növləri == Su bəndləri iki cür olur: Yalnız su axınının qarşısını kəsən qapalı bəndlər Çaylarda artıq suyu axıtmaq üçün suburaxıcıları olan bəndlər. Əsas materialına görə torpaq, daş, beton, dəmir-beton və ağac bəndlər mövcuddur. Su bəndlərinin dağılması böyük fəlakətlərə səbəb olur, çay ətrafında məskunlaşmış şəhərlərə və digər yaşayış məntəqələrinə və təsərrüfatlara böyük ziyan vurur. Su bəndlərinin dağılmasının əsas səbəblərindən layihəsiz torpaq bəndlərinin tikilməsini, təmir işlərinin vaxtında aparılmamasını və təxribatları göstərmək olar. 1997-ci ilin yayında Azərbaycanın Goranboy və İsmayıllı rayonlarında leysan yağışlarının uzun müddət yağması və dolu düşməsi nəticəsində orada layihəsiz tikilmiş kiçik su anbarlarının bəndlərində tıxac əmələ gəlmi və su kütləsinə davam gətirməyən torpaq bənd dağılmışdır. Bir sıra kəndlərə Goranboy şəhərinə, Yuxarı Qarabağ kanalına böyük zərər dəymişdir.
İşıqla rəngləmə
İşıq qrafikası (ing. light graphic) və ya işıqla rəngləmə (ing. light painting) — fotoqrafiya üslubu(texnikası) olub işıqla çəkmək(rəngləmək) texnikasıdır. == Ümumi məlumat == Tam qaranlıq şəraitində fotoaparat ştativ üzərində yerləşdirilir. Kamerada uzun davametmə quraşdırılır və kamera qarşısında fənər və ya xüsusi cihazlarla naxış, ornament və ya obyektlər çəkilir. İşıqlandırma üçün məişət fənərləri (işıqdiodlu və ya halogen lampalı)istifadə olunur. Fotoçəkiliş zamanı multiekspozisiya rejimi istifadə olunur. İşıq qrafikasının iki əsas metodu mövcuddur – statik və dinamik.
Yeniləmə
Yeniləmə (ing. Refresh) dəyişdirilmiş informasiyanı göstərmək üçün pəncərənin içərisinin yenilənməsi; ekranın yenidən çəkilməsi . Veb səhifənin kontentinin yerləşdiyi maşından yenidən yüklənməsi. Kompüter displeylərində sabit görüntünü təmin etmək üçün ekranda görüntünün tez-tez yenidən yaradılması. Dinamik operativ yaddaşda (DRAM) olan verilənləri saxlamaq üçün onun mikrosxeminin yenidən yüklənməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeniləmə sürəti
Yeniləmə sürəti (ing. Refresh rate) — videoaparaturada: sabit, titrəməyən “şəkil” halında bütün ekranın görüntüsünün yenidən çəkilməsi tezliyi. Televiziya ekranlarında və rastr displeylərində ekranın iç üzündəki fosfor örtüyünü işıqlandıran elektron şüası ekranın bütün sahələrini təxminən 60 Hs (saniyədə 60 dəfə) sürətlə yeniləyir. Sətirləri növbələnən (INTERLACING) displeylərdə qonşu sətirlər bir sətirdən bir yenidən çəkilir, yəni əslində hər bir ayrıca sətir saniyədə yalnız 30 dəfə yenilənir, ancaq effektli yeniləmə sürəti (saniyədə 60 dəfə) saxlanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti
Iran Helicopter Support and Renewal Company (IHSRC) (fars. پشتیبانی و نوسازی هلیکوپترهای ایران‎, qısaca پنها, PANHA) - İran vertolyot istehsalçısıdır. == Tarix == İranın bəzi İtalyan helikopterlərini Agusta şirkətindən almasından sonra bu helikopterlərə dəstək və təmir zavodu yaratmaq vacib oldu. Bu zavod İran Birgə Helikopter Sənayesi adını aldı. Daha sonra Belldən çox sayda helikopter alındıqdan sonra yeni aviasiya donanmasının dəstəklənməsi üçün bu zavodun genişləndirilməsi planlaşdırıldı. Bu genişlənmənin bir hissəsi olaraq üç böyük bölmənin yaradılması nəzərdə tutulurdu. 1. (NMP) Təmir və Saxlanma Mərkəzi 2. (HDMC) Əsas Donanma Təmir Mərkəzi 3. (NICP) Nəqliyyat və Dəstək Mərkəzi 1979-cu ildə İran inqilabından, ABŞ-nin İrana tətbiq etdiyi embarqodan və İran-İraq müharibəsinin başlamasından sonra PANHA helikopterləri müharibədə dəstəkləmək və saxlamaq məqsədi ilə fəaliyyətə başladı.