Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Catatia
Catatia (lat. Catatia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Cırnatma
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Mahatma
Mahatma (sanskritcə-mahatma) — 1)hind mifologiyası və teosofiyasında dünya ruhu;"ilahi və fövqəladə insan"; 2)Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
Qanaxma
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. == Qanaxmanın növləri == Arterial Venoz Kapilyar === Kapilyar qanaxmalar === Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür. === Venoz qanaxmalar === Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər: Qan yaradan sakit axır. Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.
Manama
Manama(Ərəbcə المنامة Al-Manāmah) — Bəhreynin paytaxtıdır. == Tarixi == Şəhərin adına 1345-ci il ərəb xronikalarında rast gəlinir. İkinci dünya müharibəsində Manama şəhəri İngiltərənin Fars körfəzindəki rəsmi rezidensiyası olub. == Coğrafiyası == Paytaxt Fars körfəzində Bəhreyn adasının şimal-şərq hissəsində yerləşir. Həm də ölkənin baş dəniz limanı hesab edilir. == Əhalisi == Şəhərdə təqribən 200 min əhali yaşayır (2005). == İqtisadiyyatı == Şəhərin cənubunda neft-emalı və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar sənətkarlığın mühüm mərkəzidir. Şəhərdə böyük gəmi tərsanələri var. Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və sədəf əldə edilir.
Panama
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada ölkə. Qərbdə Kosta-Rika, şərqdə Kolumbiya ilə sərhəddir. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir. == Əsas məlumatlar == Panama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir. Dövlət quruluşu - Demokratik Respublika. Dövlət və hakimiyyət başçısı - Prezident. Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər. Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir.Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Canetta Səlimova
Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı. == Həyatı == 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır. == Quruluş verdiyi əsas tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı: "Aydın" — (C.Cabbarlı) "Şeyx Sənan" — (H.Cavid) "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009) "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə) "Cəsur qurbağa balası" — (L.Ustinov) "Axırıncı qatar, yaxud itlər" — (O.Kazımi, İ.Fəhmi) "Ezop" — (G.Fiqeyredo) "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M.F.Axundzadə) "Mənim ağ göyərçinim" — (T.Vəliyeva) "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı) "Mən səni sevirəm –M.S.S" — (Ə.Əmirli) "Romeo və Cülyetta" — (U.Şekspir) "Buzovna kəndinin əhvalatları" — (Elçin) "Don Rafaello Tranbomçu" — (F.Peppino) "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M.F.Axundzadə) "Əlincə qalası" — (Dilsuz) "İtalyansayağı xoşbəxtlik" — (D.Fo, P.Filippo) "III Riçard" — (U.Şekspir) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Dəli Yığıncağı" — (C.Məmmədquluzadə)Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı: "Fərhad və Şirin" — (S.Vurğun)Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı: "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli) "Sevil" — (F.Əmirov) "Traviata" — (C.Verdi) "Məsxərəçilər" — (C.Leonkovallo) "Bohema" — (C.Puççini)Azərbaycan Dövlət Musiqili Komediya Teatrı: "Silva" — (İ.Kalman) "Bayadera" — (İ.Kalman) "Maritsa" — (İ.Kalman) "İddialı qaraçı" — (İ.Kalman) "Şən dul qadın" — (F.Leqar) "O olmasın, bu olsun" (Ü.Hacıbəyov) "Baladadaşın toy hamamı" — (Elçin) "Balaca şahzadə" — (A.S.Ekzüperi) "Utancaq qız" — (F.Dostoyevski)Azərbaycan Dövlət Rus Dram Teatrı: "Vanya dayı" — (A.P.Çexov) "İdiot" — (F.M.Dostoyevski) "Kuraj ana və onun uşaqları" — (B.Brext) "İvanov" — (A.P.Çexov) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Beluginin evlənməsi" — (A.Ostrovski)Bakı Kamera Teatrı: "Qodo həsrətində" — (S.Bekket) "Qodo həsrətində" — (S.Bekket) "Ezop" — (G.Fiqeyredo) "İtlər" — O.Kazımi, İ.Fəhmi) "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov) == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978 "Şərəf nişanı" ordeni "Azərbaycan Respublikası xalq artisti" fəxri adı — 24 may 1998 "Şöhrət" ordeni — 17 yanvar 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Şərəf" ordeni — 17 yanvar 2020 == Filmoqrafiya == Zəlimxan dastanı (film, 2007) Dünən qəfildən gəldi (film, 2009) Allahın Lütfü (film, 2019) == İstinadlar == == Mənbə == "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)".
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Nauli Canaşia
Nauli Canaşia (gürc. ნაული ჯანაშია; d. 1 mart 1947, – ö. 17 mart 2015, Tbilisi, Gürcüstan) — Gürcüstan parlamentinin müxalifət fraksiyasını təmsilçisi, "Vahid Milli Hərəkat" partiyasının üzvü. == Həyatı == 1 mart 1947-ci ildə anadan olmuşdur. == Fəaliyyəti == 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə keçirilən seçkilərdə Sameqrelo-Zemo Svaneti bölgəsinin Martvili rayonundan mojaritar qaydada deputat seçilmişdir. Parlamentdə fraksiya katibi, həmçinin beynəlxalq işlər və aqrar məsələləri üzrə komitələrin, Moldova, Belarus və Qazaxıstan dostluq qruplarının üzvü olmuşdur.17 mart 2015-ci ildə Tbilisidə vəfat etmişdir.
Serinus canaria
Serinus canaria (lat. Serinus canaria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin serinus cinsinə aid heyvan növü.
Simon Canaşia
Simon Canaşia (gürc. სიმონ ჯანაშია; 26 iyul 1900 – 5 noyabr 1947, Tbilisi) — gürcü tarixçisi və ictimai xadimi. Tarix professoru və Gürcüstan Milli Elmlər Akademiyasının qurucularından biri idi. Canaşia, 1900-cü ildə, Gürcüstanın cənub-qərbindəki Quriya əyalətindəki Makvanetidə anadan olmuşdur. Atası Nikoloz Canaşia (1872–1918), Abxaziyada anadan olmuş, pedaqoq, etnoqraf idi. 1922-ci ildə Simon Canaşia Tbilisi Dövlət Universitetini bitirdi. 1924–1977-ci illərdə orada müəllim (1924–1930), dosent (1930–1935) və professor (1935–1947) vəzifələrində çalışmışdır. 1941-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) yaradıcılarından biri, 1941–1977-ci illərdə akademiyanın vitse-prezidenti və GMEA Tarix İnstitutunun direktoru olmuşdur. 1943-cü ildə Canaşia Sovet İttifaqı Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) üzvü seçildi. 1940-cı illərdə Gürcüstanın şərqindəki Msxeta və Armazidə arxeoloji qazıntılar təşkil etdi.
Sistemli yanaşma
Sistemli yanaşma – mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur. Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
Subaraxnoidal qanaxma
Subaraxnoidal qanaxma - Subaraxnoidal qanaxma dedikdə subaraxnoidal sahədə qanın müəyyən edilməsidir. - bir sıra səbəblərdən irəli gələn sindromdur, lakin əksər hallarda bu termindən istifadə edərkən məhz anevrizmanın partlaması (ədətən qeyri-travmatik səbəblərdən) düşünülür. == Klinik mənzərəsi == Əsas əlaməti baş ağrısıdır.. Baş ağrısının əsas xüsusiyyətləri - - adətən çox kəskin ("həyatımda ən pis ağrı") baş ağrısı ilə başlayır və bir neçə saniyə ərzində ağrının kəskinliyi daha da artmış olur. - bu cür baş ağrısından müayinə edilən xəstələrdə SAQ (subaraxnoid qanaxma) ehtimalı cəmisi 10% olur (əgər digər simptomlar, məsələn, huşun itirilməsi və ya fokal nevroloji tapıntılar varsa, ehtimal dərəcəsi xeyli artır). - xəstələrin təxminən yarısı bir neçə saniyədən bir neçə dəqiqəyədək yavaş-yavaş artan baş ağrısı ilə müraciət edir - bəzi xəstələrdə çox kiçik qanaxma olduqda isə ağrı daha az davam edir və ağrı günlər və həftələr ərzində artır - bir çox hallarda başlanğıcda keçib gedən zəiflik və ya huşun itkisi müşahidə edilir (beyindaxili təzyiqin artması səbəbindən) - digər xəstələr keyləşmiş və ya dizoriyentasiyalı olur başlanğıcda. - əgər ağrı daha çox boyundadırsa və ya kürək sümükləri (inter-scpular) arasındadırsa, bu zaman onurğa beyin (spinal) AVM (arterio-venoz malformasiya) və ya fistula barəsində düşünmək lazımdır. Baş ağrısı ilə yanaşı qıcolmalar, ürək bulanma və qusma, fokal nevroloji defisit müşahidə oluna bilər. == Diaqnostika == Aşağıdakı əlamətlər və ya simptomlarla müraciət etmiş xəstədə SAQ daim nəzərdən keçirilməli və araşdırılmalıdır: - həddən artıq kəskin baş ağrısı - yenicə yaranmış və ya əvvəlki baş ağrılarından fərqlənən baş ağrısı - huşun itirilməsi və ya dərhal sonra davamlı və güclü baş ağrısı ilə müşahidə edilən ilk qıcolma. - 3-cü Kəllə Sinirinin iflici ilə əlaqəli bəbəklərin iflici pupillary-involving CN III palsy of recent onset (suggests compressive lesion).
Achillea lanata
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Aechmea lanata
Aechmea lanata (lat. Aechmea lanata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Banksia lanata
Banksia lanata (lat. Banksia lanata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Brickellia lanata
Brickellia lanata (lat. Brickellia lanata) — mürəkkəbçiçəklilər fəsiləsinin brickellia cinsinə aid biki növü.
Callicarpa lanata
Callicarpa lanata (lat. Callicarpa lanata) — dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Canağa (Qoşaçay)
Canağa (fars. جان اقا‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Açırlı kəndistanında, Marağa şəhərindən 61 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 273 nəfər yaşayır (66 ailə).
Capsella cavata
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Digitalis lanata
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür. Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.
Çanakya
Çanakya (sanskrit चाणक्य Cāṇakya; e.ə. 375 – e.ə. 283, Patna, Mauriya İmperiyası) başqa adları Kautilia, Vişnugupta, Vatsiayana — Hindistan tarixində məşhur brahman. == Həyatı == E.ə. 317-ci ildə Maqadxa padşahlığında Nanda sülaləsinin devrilməsində və taxta Çandraqutanın gəlməsində (E.ə. 321-ci il) böyük rol oynamışdır. Hindistan tarixçılərı Çanakyanı dərin biliklərinə görə, məharətli siyasətçiliyinə görə Makiavelli ilə bərabər tutullar. Çanakya siyasət və əxlaq mövzularında traktatlar yazmışdır. "Fayda haqqında elm" (Artxaşastra) siyasi traktatın müəllıfidir. Bu kitab dünya tarixində xüsusi xidmət orqanlarınin iş üslublarına həsr olunan ilk dərslik hesab olunur.
Çaxnaşma
Çaxnaşma, bir affekt növü, doğru ya da yalan təhlükə ilə birgə gələn dəhşət duyğusudru. Çaxnaşmaya düşdüyü zaman insan keçirdiyi böyük qorxu nəticəsində özünü düşüncəli kontrol edə bilmir.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.