Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cavahirli
Cavahirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd.Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kənd 1994-cü il aprelin 25-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponomiyası == Yaşayış məntəqəsinin adı Qarabağ xanı İbrahimxəlil xanın arvadı Cavahir xanımın adı ilə bağlıdır. "Cavahirli kəndinin əhalisi hələ xanlıqlar dövründə Cəfərbəy adlı birisinə mənsub olmuşdur. Qarabağ xanlığı Rusiyaya birləşdiriləndən sonra çar hökuməti orqanları həmin ailələri Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlamış və bundan sonra onlar "Cavahirxanımlı – tərəkəmə" adlanmışlar. Sonralar həmin maldar (tərəkəmə) ailələr məskunlaşaraq daimi yaşayış məntəqəsi yaratdıqda kənd sadəcə olaraq Cavahirli adlanmışdır. T.Əhmədov Cavahirli toponimini bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmiş adlar qrupuna daxil edir: "…Zərdab rayonundakı Əlibəyli kəndinin XIX əsrin ortalarında 11 evdən ibarət sahibkar kəndi kimi qeyd olunması, Ağdamdakı Cavahirli (keçmiş Cavahir Xanımlı (Üçüncü Tərəkəmə) kəndinin Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra Qarabağ xanı İbrahim xanın arvadı Cavahir xanıma bağışlanması kimi faktlar göstərir ki, bu qrupa daxil olan adlar bəy, xan və mülkədar adlarından yaranmış və sonralar etnonim səciyyə kəsb etmişlər". Cavahir (Cəvahir kimi də yazırlar) ərəb mənşəli sözdür. Ərəbcə "cohər sözünün cəmi cəvahir – "qiymətli daşlar (almaz, yaqut və s.)" deməkdir.
Cəvahir İsgəndərova
Cəvahir Allahverdi qızı İsgəndərova (3 mart 1914, Tiflis – 4 oktyabr 2003, Bakı) — Azərbaycanın teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1954). == Həyatı == Cəvahir İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub. O, Gənc Tamaşaçılar Teatrının yaradıcılarından olmuşdur. Bakıda qız məktəbində təhsil alan Cəvahir İsgəndərova kiçik yaşlarından dram dərnəyinin üzvü olmuşdur. 1927-ci ildə oynanılan Lətif Kərimlinin "Fırtına" əsərinin tamaşasında Anna rolunu ifa etmişdir. Elə həmin gündən onun karyerası Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur.Azərbaycan SSR xalq artisti, aktyor Əliağa Ağayevin həyat yoldaşı olmuşdur. Cəvahir İsgəndərova 4 oktyabr 2003-cü ildə Bakıda vəfat edib.
Cavanşir
Albaniyalı Cavanşir və yaxud Varaz Qriqor oğlu Cavanşir — Qafqaz Albaniyasının hökmdarlarından biri, həmçinin Mehranilər sülaləsinin ən parlaq nümayəndəsi olmuşdur. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir. == Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət == Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi. 623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan, Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur. Albaniyada möhkəmlənən xəzərlər Qəbələni özlərinin inzibati mərkəzlərinə çevirirlər.
Cağazir
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları.Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid.Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Navahi
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Cavanşir (ad)
Cavanşir — Azərbaycanda daha çox işlədilən kişi adı və təxəllüs. Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Cavanşir Quliyev — tanınmış Azərbaycan bəstəkarı. Cavanşir MəmmədovCavanşir Məmmədov (siyasətçi) Cavanşir Məmmədov (general) Cavanşir Məmmədov (rejissor)Cavanşir Zeynallı — Müğənni. Cazmen. Aktyor. Cavanşir Hadıyev — Azərbaycan aktyorları Cavanşir Axundov — Azərbaycanın İran İslam Respublikasındakı səfiri, Tarix elmləri namizədi. Cavanşir Nağıyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Cavanşir (dəqiqləşdirmə)
Filmlər Cavanşir (film, 2002) — Hərbi-vətənpərvərlik mövzusunda olan kinolentDigər Cavanşirlər — Azərbaycanın qədim soylarından biri Cavanşir qəzası — Yelizavetpol quberniyasının bölgələrindən biri Cavanşir gölü — Ağsu şəhərindən cənub-qərbdə yerləşən və Ağsuçaydan qidalanan göl. Cavanşir qalası — İsmayıllı rayonu Talıstan ərazisində yerləşən qala.
Cavanşir Axundov
Cavanşir Əşrəf oğlu Axundov (6 iyun 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İran İslam Respublikasında (2009–2016) və Latviya Respublikasında (2016–2021) fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb. 1995–1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib. 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi. O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub.Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.
Cavanşir Ağayev
Cavanşir Niyaməddin oğlu Ağayev (1 may 1999, Saatlı rayonu – 5 noyabr 2020) — Azərbaycanlı şəhid. == Həyatı == Cavanşir Ağayev 1 may 1999-cu ildə Saatlı rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cavanşir Ağayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cavanşir Ağayev 5 noyabr 2020-ci ildə döyüş əməliyyatları zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Ağayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavanşir Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavanşir Balayev
Cavanşir Musa oğlu Balayev (d. 25 fevral 1958; Şamaxı, Azərbaycan — ö. 12 iyun 1992; Ağdam, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Hərbi xidməti == Cavanşir Balayev 1958-ci il 25 fevralda Şamaxı şəhərində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və Naxçıvanlı, Tap Qaraqoyunlu, Gülablı qəsəbələri uğrunda döyüşlərə, həmçinin Xocalı rayonunun müdafiəsi uğrunda döyüşlərə qatılan Cavanşir Balayev, 1992-ci il 12 iyunda Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub. Cavanşir Balayev, Ağdam rayonunda dəfn olunub.
Cavanşir Cahangirov
Cavanşir Cahangirov (tam adı: Cavanşir Muradxan oğlu Cahangirov; 30 oktyabr 1955, Bakı – 4 fevral 2020, Bakı) — Əməkdar jurnalist, 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. == Həyatı == Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962–1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986–1992-ci illərdə "Gənclik" redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Vəfatından əvvəl isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının vəzifələrində çalışırdı.O, uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. == Maraqlı faktlar == Əməkdar jurnalist Cavanşir Canahgirov vaxtilə populyar olan "Çay dəstgahı" verilişinin müəllifi və aparıcısı kimi tanınıb.
Cavanşir Carçıyev
Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısıCarçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib. Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.
Cavanşir Cəfərov
Cavanşir Cəfərov (23 aprel 1953, Bakı) — məşhur azərbaycanlı dirijor, Azərbaycan Respublikasının xalq artisti(2005), əməkdar incəsənət xadimi,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,Bakı Musiqi Akademiyasının müəllimi,professor. == Həyatı == Ca­van­şir Cə­fə­rov 1953-cü il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. 1972-ci il­də Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi tex­ni­ku­mu­nu, 1977-ci il­də isə Rims­ki-Kor­sa­kov adı­na Sankt-Pe­ter­burq Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın di­ri­jor­luq fa­kül­tə­si­ni bi­tir­miş­dir. Hə­lə gənc yaş­la­rın­dan “ca­zi­bə­dar di­ri­jor çu­bu­ğu”, xo­ra və da­ha son­ra sim­fo­nik or­kest­rə rəh­bər­lik et­mə im­ka­nı Ca­van­şir Cə­fə­ro­vu da­im özü­nə çə­kir­di. Azər­bay­can res­pub­li­ka­sı­nın əmək­dar in­cə­sə­nət xa­di­mi, pro­fes­sor E.Nov­ru­zo­vun ye­tir­mə­si olan C.Cə­fə­rov di­ri­jor sə­nə­ti­ni da­ha da də­rin­dən öy­rən­mək üçün 1972-ci il­də Le­ninq­rad (in­di­ki Sankt-Pe­ter­burq) Döv­lət Kon­ser­va­to­ri­ya­sın­da xor di­ri­jor­lu­ğu ix­ti­sa­sı üz­rə pro­fes­sor A.İ.Ani­si­mo­vun sin­fin­də təh­si­li­ni da­vam et­dir­mə­yi qə­ra­ra alır. Bu­ra­da gör­kəm­li rus xor­meys­ter­lə­ri olan N.V.Şyol­kov, Ro­ma­novs­ki və K.A.Ol­xov da ona dərs de­miş­lər. 1979-cu il­də Ba­kı­ya qa­yıt­dan­dan son­ra Ca­van­şir Cə­fə­rov, Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın di­rek­to­ru Azər Rza­ye­vin də­və­ti­lə te­at­rın xor­meys­te­ri və­zi­fə­si­nə tə­yin olu­nur. Sim­fo­nik or­kest­rin di­ri­jo­ru ki­mi ilk də­fə Ca­van­şir Cə­fə­rov 1983-cü il­də Üze­yir Ha­cı­bəy­li­nin “Ko­roğ­lu” ope­ra­sın­dan üver­tü­ra­nın və “Çən­li­bel” xo­ru­nun ifa­sı ilə çı­xış et­miş­dir. 1985-ci il­də Ca­van­şir Cə­fə­rov Mu­si­qi­li Ko­me­di­ya Te­at­rı­nın di­ri­jo­ru və­zi­fə­si­nə tə­yin olu­nur və 1990-cı ilə qə­dər baş dirijor vəzifəsini ic­ra edir. C.Cə­fə­rov teatrın səhnəsində Le­qa­rın “Şən dul qa­dın”, Ştrau­sun “Ya­ra­sa”, R.Ha­cı­ye­vin “Yol ay­rı­cı”, “Mən ev­lə­ni­rəm, ana”, E.Sa­bi­toğ­lu­nun “Bir gün Bağ­dad­da” və di­gər ta­ma­şa­la­rı səh­nə­yə qo­yur.
Cavanşir Dadaşov
Cavanşir Əjdər oğlu Dadaşov (1956, Novxanı) — Azərbaycan rəssamı və heykəltaraşı. == Həyatı == Cavanşir Dadaşov 1956-cı ildə Novxanı kəndində anadan olub. O, 1973-1979-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almış, 1979-1985-ci illərdə Xarkov Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirmişdir. Cavanşir Dadaşov 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == İşləri == Xarkov şəhərində Nikolay Astrivskinin abidəsi, 2-ci dünya müharibəsində həlak olmuş tələbələrin abidəsi Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi Şamaxı şəhərində İmadəddin Nəsimin abidəsi, Yevlax şəhərində Səməd Vurğunun abidəsi, Bakı şəhərində "20 Yanvar" abidəsi, Koroğlu Rəhimovun büstü, Topçubaşovun memorialı Gədəbəy rayonunda Azərbaycanın milli qəhrəmanı Məzahir Rüstəmovun abidəsi. == Həmçinin bax == Məhəmməd Əmin Rəsulzadənin heykəli 20 Yanvar abidə-kompleksi == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Cavanşir Feyziyev
Cavanşir Əyyub oğlu Feyziyev (12 iyul 1963, Böyük Dəhnə, Nuxa rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı , Mədəniyyət komitəsinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cavanşir Feyziyev 1963-cü ildə Nuxa rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. 1970–1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində, 1977–1980-ci illərdə Turan qəsəbəsi riyaziyyat təmayüllü internat məktəbdə orta təhsil almışdır. 1983–1985 Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur. 1986–1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir. 1992–1994-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir. 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır. 1995–1998-ci illərdə ABŞ-nın Filip Morris ing. Philip Morris şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir. 1998–2002-ci illərdə ing.
Cavanşir Hadıyev
Cavanşir Rüfət oğlu Hadıyev — Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Cavanşir Hadıyev 18 aprel 1969-cu ildə anadan olmuşdur. ÜDKİ-ni bitirmişdir. == Fəaliyyəti == Cavanşir Hadıyev 20-yə yaxın filmdə maraqlı obrazlar yaradıb. == Mükafatları == 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Cavanşir Hüseynov
Cavanşir Təmraz oğlu Hüseynov (23 yanvar 1934, Qazax rayonu – 2 dekabr 1985) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri (1978–1985), Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini (1975–1978), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı. == Həyatı == Cavanşir Təmraz oğlu Hüseynov 1934-cü il yanvarın 23-də anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Bakı Baş Tikinti İdarəsinin tikinti idarələrində inşaatçı-texnik və tikinti ustası işləmişdir. 1958-ci ildən 1963-cü ilədək Azərbaycan Politexnik İnstitutunun müəllimi və aspirantı olmuşdur.1963–1968-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyi tikintinin təşkili və texnologiyası trestinin baş layihə mühəndisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifəsini icra edən, Baş Kolxozlararası Tikinti İdarəsi tikinti yardım bürosunun rəisi vəzifələrində işləmişdir. 1968-ci ildən "Sənayetikintimexanikləşdirmə" tresti müdirinin müavini, trestin baş mühəndisi işləmiş və 1971–1975-ci illərdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 4 nömrəli trestinin müdiri olmuşdur.Cavanşir Hüseynov 1975-ci ildən 1978-ci ilədək Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini işləmişdir. 1978-ci ildə o, Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsinin sədri təyin edilmişdir.Cavanşir Hüseynov 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.Cavanşir Hüseynov uzun sürən ağır xəstəlikdən sonra 1985-ci il dekabrın 2-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
Cavanşir Həmidli
Cavanşir Namiq oğlu Həmidli (20 oktyabr 1997-ci ildə doğulub) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavanşir Namiq oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. Ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinə qəbul olub. 2019-cu ildə universitetini bitirərək "Maliyyə" ixtisası ürə bakalavr dərəcəsi alıb. == Hərbi xidməti == 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun "N" saylı "Həmlə" Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılıb və Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Cavanşir Kazımov
Cavanşir Kazımov (Kazımov Cavanşir Kazım oğlu; d. 27 dekabr 1950, Gədəbəy rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Cavanşir Kazımov 1950-ci 27 dekabırda anadan olmuşdur. 1968-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1973-cü ildə universiteti bitirib. Universitetin Elmi Tədqiqat hesablama mərkəzində mühəndis-proqramçı, kicik elmi işçi, laboratoriya müdri və şöbə müdri vəzifəsində calışmışdır.1983-cü ildə BDU-nun Tətbiqi riyaziyyat kafedrasının baş müəllimi vəzifəsinə secilmişdir. 1984-cü ildə elmlər namizədi alimlik dərəcəsi almaq ücün müdafiə eləmişdir. Hazırda Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin "İnformasiya texnologiyaları və proqramlaşdırma" kafedrasında dosent, həmdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini vəzifəsində calışır. == Təhsili və elmi dərəcə və elmi adları == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirib. "Qursa və Trikomi məsələlərinin təqribi həlləri" mövzusunda, 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq ücün dissertasiya müdafiə eləmişdir. Fizika-riyaziyyat elmləri namizədi, dosent == Əmək fəaliyyəti == 1973–1983 cü illər Bakı Dövlət Universitetin Elmi Tədqiqat hesablama mərkəzində mühəndis-proqramçı, kicik elmi işçi, laboratoriya müdri və şöbə müdri vəzifəsində calışmışdır.
Cavanşir Məmmədov
Cavanşir Məmmədov (siyasətçi)
Cavanşir Nağıyev
Cavanşir Nağıyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Nağıyev Cavanşir İsmayıl oğlu 1960-cı ildə Laçın şəhərində anadan olmuşdur. Laçın şəhər 1№-li orta məktəbi bitirmiş və 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Bakı Sovet Ticarət Texnikumunu bitirmiş, 1983-cü ildən 27№-li Laçın şəhər ərzaq mağazasında müdir-satıcı işləmişdir. 1992-ci il may ayıda Laçın rayonunun işğalından sonra könüllü olaraq ordu sıralarına daxil olmuşdur. Rayonun cənub kəndləri uğrunda gedən döyeşlərdə iştirak etmişdir. 1992-ci il iyulun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olubdur. Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunubdur. Ailəli idi, bir övladı yadigar qalıb. == Mənbə == "Laçın yurdu" jurnalı,№6(2),2011,Bakı,"Nurlar",2011.
Cavanşir Novruzov
Cavanşir Novruzov - Azərbaycanlı futbolçu, məşqçi. == Həyatı == 29 avqust 1959-cu ildə Ağdamda anadan olmuşdur. == Karyera == Futbolçu karyerası: Avtomobilçi Mingəçevir, Neftçi Bakı, Kəpəz Gəncə, Qarabağ. Müxtəlif illərdə UEFA Çempionlar Liqası və UEFA Kubokunda iştirak edib. 1997–2002-ci illərdə Qarabağ klubunda məşqçi kimi fəaliyyət göstərib. 2007-ci ildən Qəbələdə çalışır.
Cavanşir Paşazadə
Cavanşir Hümmət oğlu Paşazadə (12 aprel 1953, Cil, Lənkəran rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış, IV çağırış, V çağırış və VI çağırışların deputatı. == Həyatı == 1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür.
Cavanşir Qafarov
Cavanşir Qafarağa oğlu Qafarov (10 fevral 1928, Gədəbəy, Gəncə qəzası – 6 yanvar 1994, Bakı) — vokalçı-aktyor, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Cavanşir Qafarov 10 fevral 1928-ci ildə Gədəbəydə anadan olmuşdur. Gur, cingiltili və bariton səsi olan aktyor 1948–1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb.Cavanşir Qafarov 6 yanvar 1994-cü ildə Bakıda vəfat edib. Gədəbəydə dəfn olunmuşdur.
Cavanşir Quliyev
Cavanşir Rəhim oğlu Quliyev (22 noyabr 1950, Nuxa) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). == Həyatı == Cavanşir Rəhim oğlu Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi Texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib. Diplom işi — böyük simfonik orkestr üçün "Birinci Simfoniya" olub. Hələ tələbə ikən, C. Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı "Birinci Kvartetdə", gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət "millilik və müasirlik" baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında (Moskva) səsləndirilmiş, və böyük maraq doğurmuşdur.
Canaxır
Canaxır və ya Aşağı Əlik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində kənd. == Adının mənası == Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan əliklilər "Canaxır" adlanan yerdə qoymuşdur. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır. Oykonim "əkin sahəsi üçün yararsız yer" mənasındadır. Belə ki, Azərbaycan dilinin əksər dialektlərində "cana" sözü "yararsız" və ya "pis", "xır" sözü isə "əkin sahəsi" mənalarında işlənir. == Tarixi == Bu ərazidə kəndin yaranması tarixi dəqiq məlum deyildir. Lakin əliklilərə məxsus bəzi ailələr bu əraziyə köçərək, burada daimi məskunlaşmışması nəticəsində bu ərazidə kənd salınması məlumdur. == Coğrafiyası və iqlimi == Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan əliklilər təşkil edir.
Gavahın
Gavahın (əvvəlki adı: Kavahan) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kavahan kəndi Kavahın kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kəndin adı 1992-ci ilədək Gavahan variantında qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi olmuşdur. Oykonim qədim türk dillərindəki gav (dağ yamacı, eniş, sürüşkən yer) və ahın/axun (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Çabahar
Çabahar — İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən şəhər. Bu şəhər İranın yeganə okean limanıdır ki, Hind okeanı və Umman körfəzi sahillərində yerləşib. == Əhalisi == Əhalinin əksəriyyəti bəluclardır. == Dil və məzhəb == Çabahar əhalisi Bəluc dilində danışır və əsasən sünni müsəlmandırlar.
Navahı
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.