Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. == Kitabların siyahısı == == Mükafatlandırma == Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi"Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi"Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi;Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Çiştilik
Çiştiyyə-sufi yönümlü islam təriqəti == Yaranması == Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət “Kəşful-məhcub”un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236). Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir.