Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abel cəmi
λ = {λ0, λ1, λ2, …} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 olduğunda, əgər λn = n şərti ödənərsə, Abel cəmi metodu əldə edilə bilir. Burada f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − n x ) = ∑ n = 0 ∞ a n z n , {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-nx)=\sum _{n=0}^{\infty }a_{n}z^{n},} Burada z = exp(−x) bərabərliyi mövcud olur. Beləliklə, x müsbət həqiqi ədədlərdən 0-a yaxınlaşdığında ƒ(x)-in limiti z 1-ə aşağıdan yaxınlaşdığında ƒ(z)-nin limitinə bərabər olur. Bu halda Abel cəmi A(s)s A ( s ) = lim z → 1 − ∑ n = 0 ∞ a n z n {\displaystyle A(s)=\lim _{z\rightarrow 1^{-}}\sum _{n=0}^{\infty }a_{n}z^{n}} şəklində təyin edilir. Abel cəmi Sezaro cəmi ilə uyumludur, ancaq ondan daha qüvvətli üsul hesab olunur. Ck(s)-nin təyin edildiyi bütün nöqtələrdə A(s) = Ck(s) bərabərliyi mövcud olur.
Borel cəmi
Borel cəmi — ardıcıllıqların toplanması üçün bir ümumiləşdirilmədir. Bu anlayış hər hansı bir cəm dəyəri olmayan dağılan ardıcıllıqlar üçün belə bir böyüklük dəyəri təyin edə bilir. y = ∑ k = 0 ∞ y k z − k {\displaystyle y=\sum _{k=0}^{\infty }y_{k}z^{-k}} z-də bir baza ardıcıllığı olsun və y {\displaystyle y} -nin Borel çevrilməsi B y {\displaystyle {\mathcal {B}}y} aşağıdakı şəkildə təyin edilsin. ∑ k = 0 ∞ y k + 1 k ! t k {\displaystyle \sum _{k=0}^{\infty }{\frac {y_{k+1}}{k!}}t^{k}} B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin sıfırdan fərqli bir yığılma radiusu olduğu, B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} kimi bir funksiyaya bütün müsbət həqiqi ədədlər üçün davam etdirilə bilindiyi, y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin həqiqi ədədlər çoxluğunda eksponensial sürətlə böyüdüyüqəbul edilsin. Bu halda y-in Borel cəmi y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin Laplas çevrilməsinə bərabər olur.
Eyler cəmi
Eyler cəmi — yığılan və dağılan ardıcıllıqlar üçün istifadə olunan bir cəm metodu. Bir Σan ardıcıllığının Eyler çevrilməsi bir qiymətə yaxınlaşırsa bu qiymət Eyler cəmi olaraq adlandırılır. q ≥ 0 olmaq şərtiylə Eyler cəmi (E, q) olaraq göstərilən ümumi üsullar çoxluğu içində sayıla bilər. (E, 0) mümkün (yığılan) cəmi ifadə etdiyi halda, (E, 1) mümkün Eyler cəmini ifadə edir. Bu üsulların hamısı Borel cəmindən gücsüz olmasına baxmayaraq, q > 0 halında Abel cəmiylə müqayisə edilə bilməzlər. Eyler cəmi alternativ ardıcıllıqların yığılmasını sürətləndirmək məqsədi ilə istifadə edilir. Bu üsulla dağılan toplananların da hesablanması mümkün ola bilir. E y ∑ j = 0 ∞ a j := ∑ i = 0 ∞ 1 ( 1 + y ) i + 1 ∑ j = 0 i ( i j ) y j + 1 a j = lim n → ∞ ∑ j = 0 n a j ⋅ y j + 1 ∑ i = j n ( i j ) ( 1 + y ) i + 1 {\displaystyle _{E_{y}}\,\sum _{j=0}^{\infty }a_{j}:=\sum _{i=0}^{\infty }{\frac {1}{(1+y)^{i+1}}}\sum _{j=0}^{i}{i \choose j}y^{j+1}a_{j}=\lim _{n\to \infty }\sum _{j=0}^{n}a_{j}\cdot y^{j+1}\sum _{i=j}^{n}{\frac {i \choose j}{(1+y)^{i+1}}}} Bu üsul təkrarlama yoluyla tətbiq edilə bilmir. Bunun səbəbi isə E y 1 ∑ E y 2 ∑ = E y 1 y 2 1 + y 1 + y 2 ∑ {\displaystyle _{E_{y_{1}}}\sum \,_{E_{y_{2}}}\sum =\,_{E_{\frac {y_{1}y_{2}}{1+y_{1}+y_{2}}}}\sum } bərabərliyinin mövcudluğudur.
Nəzarət cəmi
Nəzarət cəmi (Checksum) – tamlığa nəzarət mexanizmidir, əsasən verilənlərin saxlanması və şəbəkə protokollarında istifadə edilir. Nəzarət cəmi müəyyən alqoritmlə hesablanır, verilənlərə əlavə edilir və yadda saxlanır. Nəzarət cəmini bilən şəxs həmin verilənlər üçün nəzarət cəmini hesablayıb müqayisə etməklə məlumatın dəyişdirilmədiyinə əmin ola bilər. Bəzi səhvlər – məlumatda baytların yenidən nizamlanması, sıfırlardan ibarət baytların daxil edilməsi və ya çıxarılması, nəzarət cəmini əks istiqamətlərdə artıran və azaldan səhvlər – nəzarət cəmində aşkarlana bilmir. Bu problemdən yaxa qurtarmaq üçün kriptoqrafik nəzarət cəmləri – kriptoqrafik heş funksiyalar daxil edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
Qırxlar cəmi
Qırxlar cəmi (türk. Kırklar Cemi) və ya Qırxlar məclisi (türk. Kırklar Meclisi) — Ələvilik və Bəktaşilikdə toplu ibadət. Ənənəyə görə, Məhəmməd 621-ci ildə Meracdan qayıtdıqdan sonra "qırx müqəddəs"i ziyarət etmiş və onlarla bu ibadəti yerinə yetirmişdir.Bu toplu ibadət məsciddə yox, cəm evində yerinə yetirilir.
Sezaro cəmi
Sezaro cəmi — riyazi analizdə sonsuz ardıcıllığa cəm dəyəri vermənin xüsusi bir yolu {an} bir silsilə olması şərtilə s k = a 1 + ⋯ + a k {\displaystyle s_{k}=a_{1}+\cdots +a_{k}} ifadəsinin ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} ardıcıllığının k-cı qismi cəmi olduğu güman edilərsə, lim n → ∞ s 1 + ⋯ s n n = lim n → ∞ n a 1 + ( n − 1 ) a 2 + ⋯ 1 a n n = A {\displaystyle \lim _{n\to \infty }{\frac {s_{1}+\cdots s_{n}}{n}}=\lim _{n\to \infty }{\frac {na_{1}+(n-1)a_{2}+\cdots 1a_{n}}{n}}=A} bərabərliyi ödənirsə {an} ardıcıllığının Sezaro cəmi A olur.
Cəmi ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
Yalanların cəmi (film, 2008)
Yalanların cəmi (ing. Body of Lies) — 2008 filmi. Devid Iqnatiyus-un eyni adlı romanından kinoya uyğunlaşdırmışdır. Filmin ssenarisini Vilyam Monahan yazmış və filmə Ridley Skot rəhbərlik etmişdir. Baş rollarda Leonardo DiKaprio və Rassel Krou oynayıb. 10 oktyabr 2008-də ekrana olacağı çatdırılmışdır. == Məzmun == Rocer Feris İraq zabitidir. O, terror adlı Əl-Səlimi izləyir. O, Şimali Amerikada informasiya təklif etməyə hazır olan terror təşkilatının üzvü ilə görüşüb. O, Boss, Ed Hofman etirazlarına baxmayaraq, o nizar işini görməyə razıdır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Azərsu Açıq Səhmdar Cəmiyyəti və ya qısaldılmış halda Azərsu ASC — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
"Filma" Səhmdar Cəmiyyəti
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Amur çayı cəmiyyəti
Qara əjdaha cəmiyyəti (kyucitay; 黑龍會; şincitay: 黒竜会, kokuryukay) və ya Amur çayı cəmiyyəti – 1901-45-ci illərdə Yaponiyada mövcud olmuş ultramillətçi təşkilat. Cəmiyyətin əsas məqsədi Yaponiyanın Asiyadakı maraqlarını müdafiə etmək və Asiya qitəsindəki genişlənməsini yaymaq idi. == Tarixi == Təşkilat 1901-ci ildə ultramillətçi təşkilat olan Qenyoşanın xələfi kimi Ryohey Uçida tərəfindən qurulmuşdur. Təşkilatın ilk məqsədi Rusiyanı Şərqi Asiyadan – Amur çayının cənubundan uzaqlaşdırmaq idi. Uçida və bir çox yapon millətçiyə görə Amur çayı Yaponiyanın şimal-şərqi Asiyadakı milli müdafiə parametri idi. Təşkilat "Kokuryu" (daha sonra "Ajia jiron") adlı jurnal nəşr etdirmiş, Rusiyanın Sibir və Mancuriyadakı fəaliyyətlərini izləmək üçün casuslar yetişdirmiş və sərt xarici siyasət qəbul etməsi üçün hökumətə təzyiqlər etmişdir. Panasiyaçılıq idealogiyasını mənimsəyən təşkilat 1900-cü illərin əvvəllərində Sun Yatsen və Emilio Aqinaldo kimi inqilabçıları dəstəkləmişdir.Rus-yapon müharibəsi, Koreyanın ilhaqı və Yaponiyanın Sibirə müdaxiləsi zamanı təşkilat gizli siyasi fəaliyyətlər üçün öz üzvlərini göndərmişdir. 1920-ci və 1930-cu illərdə təşkilat diqqətini daxili məsələlərə yönəltmiş, solçu və liberal fiqurlara hücum etmiş və milli rekonstruksiya tələb etmişdir. Əsasən Kyuşudan olan keçmiş samuraylardan ibarət olan təşkilatın üzvləri heç vaxt çox olmamış və dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdır. Lakin təşkilatın Toyama Mitsuru kimi bəzi əsas üzvlərinin yüksək rütbəli şəxslərlə, hökumət nazirləri ilə və güclü biznesmenlərlə yaxın əlaqələri olduğu üçün Qara əjdaha cəmiyyəti Yaponiyadakı digər ultramillətçi təşkilatlara nisbətən daha çox təsirə malik idi.Yaponiyanın İkinci dünya müharibəsindəki məğlubiyyətindən sonra 1945-ci ildə ABŞ hökuməti təşkilatı ləğv etmişdir.
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir.Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti.Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Argentina Qırmızı Xaç Cəmiyyəti
Argentina Qırmızı Xaç Cəmiyyəti (ing. Argentine Red Cross) — 1950-ci ildə təsis edilib və qərargahı Buenos-Ayresdə yerləşir.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Avstraliya Qırmızı Xaç Cəmiyyəti
Avstraliya Qırmızı Xaç Cəmiyyəti (ing. Australian Red Cross) — Avstraliyada qabaqcıl humanitar yardım edən təşkilat. 1914-cü ildə təsis edilən və 1941-ci ildə kral nizamnaməsinə daxil olan Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Avstraliya milli cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsiplərinə əsasən dünyəvi, neytral, qərəzsiz və müstəqil humanitar təşkilatdır. Avstraliya Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə Asiya-Sakit Okean bölgəsində beynəlxalq yardım, beynəlxalq humanitar hüquq müdafiəçiliyi, miqrasiya dəstəyi, fövqəladə hallarda yardım, Avstraliya Qırmızı Xaç Qan Xidməti vasitəsilə qan köçürmələri və Avstraliya aborigenləri, gənclər, ailələr, yaşlılar və əlil şəxslər üçün icma xidmətləri kimi bir sıra xidmət və proqramlar daxildir. Zati-aliləri Avstraliya Respublikasının Qubernatoru, general-leytenant Piter Kosqrov Avstraliya Qırmızı Xaç Cəmiyyətinin patronu və Milli Şuranın qeyri-səsverməli üzvüdür. Milli Şura ən yüksək idarəetmə qərarı qəbul edən orqandır və prezident və Milli Şuranın da daxil olduğu 53 üzvdən ibarətdir. Milli Şura Milli Şuranın nümayəndələrinə və CEO-ya əməliyyat və idarəetmə qərarları və digər məsuliyyətlərini təqdim edir. == Tarixi == Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı 1914-cü ildə Avstraliyada, I Dünya Müharibəsi başladıqdan doqquz gün sonra, Xanım Helen Munro Ferquson tərəfindən yaradılmışdır. Britaniya Qırmızı Xaç Cəmiyyəti Avstraliya filialının adını Avstraliya Qırmızı Xaç Cəmiyyəti kimi dəyişdi və 1941-ci il iyun ayının 28-də kral nizamnaməsi ilə təsis edildi.
Avstriya Coğrafiya Cəmiyyəti
Avstriya Coğrafiya Cəmiyyəti (alm. Österreichische Geographische Gesellschaft‎) — Avstriyanın coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Vyana şəhərində yerləşir. Prezidenti 2015-ci ildən Helmut Volfşlaqdır. == Tarixi == Cəmiyyətin əsası 1856-cı ildə Avstriyanın Vyana şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyət müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvlər üçün öz nəşrləri çap olunur. == Üzvləri == 1902-ci ildə burada 2065 üzv var idi. Avstriya Coğrafiya Cəmiyyəti Avstriyadakı ən böyük elmi birləşmələrdən biridir və təxminən fiziki şəxslərdən və elmi qurumlardan ibarət 1300 üzvü var.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878-1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı.1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salındı.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mülki Aviasiya Muzeyi
Azərbaycan Mülki Aviasiya Muzeyi — Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur. == Strukturu == Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir. === Fond şöbəsi === Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Haqqında == Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. == Fəaliyyəti == "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir.Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.
Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (آذربایجان شاعر و ادیبلر جمعیتی) — İranda ədəbi təşkilat. == Tarixi == Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti (başq. Башҡортостан Республикаһының Башҡорт ҡатын-ҡыҙҙары йәмғиәте) - cəmiyyətdə qadınların vəziyyətini yaxşılaşdırmaq, respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qadınların rolunu artırmaq, ailəni möhkəmləndirmək, onların mədəniyyəti və dilini, xalq ənənələri və sənətkarlıqlarını qorumaq və inkişaf etdirmək üçün yaradılmış ictimai təşkilatdır. Baş qərargah Başqırdıstanda Ufa şəhərində yerləşir. == Ümumi xarakteristikası == 1990-cı il noyabrın 17-də, Ufa şəhərində təsis qurultayında, Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti yaradılmışdır. 2007-ci ildən etibarən Başqırd Qadın Cəmiyyəti Şurasında 30 nəfər var idi.Təşkilat rayon və şəhərlərin xüsusi günlərində, milli bayramlar, müsabiqələr, elmi və praktik konfranslar, uşaq evlərinə xeyirxahlıq, səmərəli həyat tərzinin təşviqi və s. kimi müxtəlif sosial tədbirlərdə fəal iştirak edir.Başqırd Qadınlar Cəmiyyəti Respublika ("Nümunəvi Gənc Ailə", "Xıllıca", "Başqırd Milli Kostyumu" və s.) və rayon üzrə (Başqırd Seseni, "Ən Yaxşı Ana", "Salam, həmkəndlilər", "Jejere" və s.) tədbir və müasbiqələrin təşkilatçısıdır.Təşkilat, Sermenevski uşaq evinə, Verxni Avzyan kəndində xüsusi internat məktəbinə və Beloretsk rayonunun Uzyan kəndində bir uşaq evinə maliyyə yardımı göstərir. Müxtəlif xeyriyyə tədbirləri keçirir. 2013-cü ildə Abzelilovski rayonundakı təbii fəlakət qurbanlarına yardım etmək üçün xeyriyyə tədbirini təşkil etmişdir.Başqırd Qadınlar Cəmiyyəti İxlas məscidi ilə birgə müxtəlif tədbirlər təşkil edir (elmi-praktiki konfrans "İslam və Qadın"). 2006-cı ildə təşkilatın təmsilçiləri Moskva və Yekaterinburq şəhərində çoxmillətli məkanda ailələrin problemlərinə həsr olunmuş konfranslarda iştirak etmişlər.Təşkilatın köməyi ilə 2006-cı ildə Tatarıstan Respublikası Naberezhnye Çelnı şəhərində Başqırd məktəbi açmışdır. Başqırd Qadın Cəmiyyəti, Başqırdıstan Qadınlar İttifaqının və Dünya Başqırd Qurultayı üzvüdür.
Berlin Coğrafiya Cəmiyyəti
Berlin Coğrafiya Cəmiyyəti (alm. Gesellschaft für Erdkunde zu Berlin‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Dünyada ən qədim ikinci coğrafiya cəmiyyətidir. Mərkəzi ofisi Berlin şəhərinin Şteglits rayonunda yerləşir. == Tarixi == Cəmiyyətin əsası 20 aprel 1828-ci ildə Almaniyanın Berlin şəhərində qoyulmuşdur. Yaradıcıları Karl Ritter, Aleksandr fon Humboldt və başqaları idi. Cəmiyyətin ilk toplantısında, 7 iyun 1828-ci ildə 27 nəfər qatılmışdır. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Gənc alimlərə sponsorluq edir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Cami
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Cimi
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mirzəyev — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974-1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyasiyası daşıyan hərbi gəmi.
Əcəmi
Əcəmi (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əcəmi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Cemi Aleksandr
Cemi Aleksandr (14 mart 1984 və ya 1984) Amerikalı aktrisadır. O, daha çox Kyle XY adlı serial və Thor, Thor: The Dark World (Tor: Qaranlıq dünya) filmlərindəki rolları ilə tanınır. Jaimie Alexander Cənubi Karolina ştatının Greenville şəhərində anadan olub, lakin dörd yaşında ikən ailəsi ilə birlikdə Texas ştatının Grapevine şəhərinə köçüb. İbtidai sinifdə hobbi kimi teatr dərsləri almış, lakin orta məktəbdə mahnı oxuya bilmədiyi üçün məktəbdən qovulmuş və bunun əvəzinə idmanla məşğul olmuşdur. 17 yaşında olarkən skautinq agentliyi ilə görüşdə dostunun yerini tutmuş və ona bəzi ssenarilər göndərən meneceri Rendi Ceymslə tanış olmuşdur. Orta məktəbi bitirdikdən sonra aktyorluq fəaliyyətini davam etdirmək üçün Los-Ancelesə, Kaliforniyaya köçmüşdür. Onun karyerası 2003-cü ildə mükafat qazanan aşağı büdcəli film olan The Other Side (2006) filmində Hanna Tompson rolunu oynaması ilə başlamışdır. DVD şərhinə görə, o, əvvəlcə kişi aktyorlara qarşı çıxaraq kömək etmək üçün seçimlərdən keçmişdir, lakin rejissor Gregg Bishop onun replikaları ifa etdiyini eşitdikdən sonra onu baş rola çəkmək qərarına gəlmişdir. Onun ikinci rolu 2004-cü ildə Saranın köməkçi baş rolda çəkildiyi “Squirrel Trap” (2004) filmində olub. Bir il sonra o, ABC Ailəsi serialı Kyle XY (2006) serialında Jessi XX rolunu oynamış və burada laboratoriya təcrübəsi olaraq alimlər tərəfindən yaradılmış fövqəlbəşər varlıq rolunu oynamışdır.
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Azərbaycan (gəmi)
Azərbaycan — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Azərbaycan" gəmisinə həsr olunmuşdur.
Balinaovlayan gəmi
Balinaovlayan gəmi — xüsusi olaraq balina ovunu həyata keçirmək məqsədi ilə inşa edilən gəmi. == Xüsusiyyətləri == Balinaovlayan gəmi 65 m uzunluğa, 9,5 m enə malik olur. Bu tip gəmilər 916 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmilər əsasən ilk əvvəllər buxar mühərrikləri sonradan isə dizel mühərrikləri ilə təhciz edilirlər. Bu mühərriklər 3870 kVt güçə sahibdirlər (5260 at güçü). 18-20 uzel sürətə və əla manevr qabiliyyətinə malikdir. Gəmi müvafiq olaraq qarpun silahı, kompressor, naviqasiya cihazları, kanat və axtarış cihazlarına sahibdir.
Cami Baykut
Əbdülqədir Cami Baykurt (1 yanvar 1877, Konstantinopol – 5 noyabr 1949 və ya 4 noyabr 1949, Ankara) — türk əsgəri və siyasətçisi. 1-ci çağırış parlament deputatı olan və Mustafa Kamal Paşanın rəhbərlik etdiyi İcraiyyə Komitəsinin I. müavinlərinin ilk iki ayında Daxili İşlər üzrə vəkillik etmiş bir siyasətçidir. Bu mənada Türkiyənin ilk daxili işlər naziridir. İslami sosializm ilə bağlı fikirləri ilə tanınmışdır. Cümhuriyyətdən əvvəl, Osmanlı İmperatorluğunun Tripoli vilayətində əsgər kimi xidmət etmiş və orada xatirələrini yazaraq Osmanlı Afrikası mövzusunda əhəmiyyətli bir əsər buraxmışdır. Beşiktaş Gimnastika Klubunun qurucu üzvüdür. == Həyatı == 1876-cı ildə anadan olub. Onun doğulduğu yer müxtəlif mənbələrdə İstanbul kimi göstərilir, ancaq TBMM-nin arxivindəki bir sənəddə Bağdad kimi göstərilir. Atası Hacı Mehmet Münir Paşa, anası Ayşe Hanımdır. Ailəsinin verdiyi ad "Əbdülqadir" idi.
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Cimi Hendriks
Cimi Hendriks (ing. Jimi Hendrix; tam adı Ceyms Marşall Hendriks ing. James Marshall Hendrix, doğum adı Conni Allen Hendriks, ing. Johnny Allen Hendrix; 27 noyabr 1942[…], Sietl, ABŞ – 18 sentyabr 1970[…], Kensinqton) — məşhur Amerika gitaraçısı və müğənnisi. Psixodelik rok, blüz rok, hard rok, eysid rok və heavy metal janrlarında ifa etmişdir.
Cəbi Bəhramov
Cəbi Əmirvar oğlu Bəhramov (16 iyul 1959, Qafan) — tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimi. == Həyatı == Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur. 1966–1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S. Vurğun adına orta məktəbdə təhsil alıb. 1977-ci ildə Ümummilli lider H. Ə. Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə № 33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib. == Elmi fəaliyyəti == 1984-cü ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1982–1987-ci illərdə İnstitutda baş laborant, 1998–2000-ci illərdə kiçik elmi işçi, 2000–2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003–2010-cu illərdə ictimai əsaslarla İnstitutun "Azərbaycan Respublikası tarixi" şöbəsinə rəhbərlik etmişdir. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990–1993-cü illərdə ATU və Aİ və MU-də "Azərbaycan tarixi" fənnindən mühazirələr oxuyub.
Cəbi Quliyev
Cəbi Hüseyn oğlu Quliyev (30 avqust 1990, Ağbulaq, Naxçıvan Muxtar Respublikası) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Cəbi Quliyev 1990-cı il avqustun 30-da Şahbuz rayonunun indiki Ağbulaq kəndində anadan olub. 2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2013–2015-ci illərdə isə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər tarixi üzrə magistr təhsili alıb. === Ailəsi === Cəbi Quliyev ailəlidir. 1 övladı var. == Fəaliyyəti == Cəbi Quliyev 2013–2014-cü illərdə Naxçıvan Universitetində Humanitar elmlər kafedrasında baş laborant, 2014–2018-ci illərdə isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatın da aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışıb. 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin müəllimi olan Cəbi Quliyev, 2017-ci ildən həmin universitetin dissertantıdır. 2017-ci ilin fevral-mart aylarında Erasmus+ k104 layihəsi çərçivəsində Türkiyə Respublikasının Çankırı Universitetində Pedaqoji təcrübə keçmişdir.
Cəmil Qurbanzadə
Cəmil Anar oğlu Qurbanzadə (27 aprel 2003; Astara şəhəri, Azərbaycan – 13 sentyabr 2022; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Cəmil Qurbanzadə 27 aprel 2003-cü ildə Astara şəhərində anadan olmuşdur. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == Cəmil Qurbanzadə tərxis olmağına 18 gün qalmışdı. Ailədə 2 bacının tək qardaşı olub. Subay idi. 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022) zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya başa çatdığı Astara şəhərinə gətirilib böyük bir izdihamla Astara şəhər qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin qohum və yaxınları, rayon rəhbərliyi və sakinlər iştirak ediblər.
Cəmil Səlimov
Cəmil Oqtay oğlu Səlimov (15 yanvar 1991, Əzizbəyov rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Çəki
Cyprinus (lat. Cyprinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Cinsə daxil olan növlərin böyük əksəriyyəti Çinin cənubu və Cənub-Şərqi Asiyada yayılmışdır. Cinsə daxil olan iki növ xüsusi ilə seçilir. Onlardan birincisi Adi çəki və ya karp olaraq adlandırılır. Onların arealı iki hissədən ibarətdir:Qara, Xəzər və Aral dənizləri və Uzaq Şərq regionları. Bu növ Şimali Amerika, Avstraliya və Avrasiyanın müxtəlif ərazilərinə köçürülmüşdür. İkincisi isə gümüşü karp 1970-ci illərdə Balxaş gölündən ABŞ və Kanadaya aparılmışdır. Sümüklərin bolluğu səbəbiylə amerikalılar onu yemirlər və təbii düşmənləri də az olduğundan sayları sürətlə çoxalır. Böyük Göllərdəki gümüşü karplar yerli balıqları məhv etməsi təhlükəsi törətdiyindən çaylarda elektrikli sədlər qoyuluir.
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. == İstinadlar == The principles of jelly-making, by N.E. Goldthwaite ...
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Adi çəki
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
Ceci Chuh
Ceci Schmitz-Chuh (1991, Almaniya Federativ Respublikası) — Alman aktrisa. Ulduzu The Unpolished ilə parlayan aktrisa, 2007-ci ildə istehsal etdiyi Die Unerzogenen filmində Alman aktyor Birol Ünel ilə gənc yaşda güclü bir aktyor idi. == Filmoqrafiyası == 2007: Die Unerzogenen 2008: Hilfe, meine Schwester kommt! 2009: Wenn die Welt uns gehört 2010: Verre Vrienden/Ferne Freunde 2011: Der Heiland 2012: Escape 2013: Der allerletzte Gast 2013: Wer glaubt denn noch an Märchen 2013: Love, Yesterday 2014: Sommerfreundin 2014: Sin & Illy still alive 2014: Umsonst 2014: Von Mädchen und Pferden 2015: Tod eines Rappers 2015: Boy 7 2015: Allein unter Irren 2015: Bube Stur 2015: Die Illuminaten 2016: Letzte Spur Berlin == İstinadlar == == Xarici keçidlər == Ceci Chuh — IMDb sayfası.
Cedi Osman
Cedi Osman, (d. 8 aprel, 1995, Oxrid, Makedoniya), NBA müntəzəm çempionatının Şərq Konfransında mübarizə aparan Klivlend Kavalers forması geyən türk peşəkar basketbolçu. Boyu 2.03 m olan basketbolçu əsasən yaxın hücumçu mövqeyində oynayır. 2015-ci ildə NBA seçmələrində Minnesota Timbervulvz tərəfindən 2-ci mərhələdə, birinci sırada seçildi. Daha sonra seçmələrin gerçəkləşdiyi 25 iyun günü, eyni gecə baş tutan mübadilə ilə Klivlend Kavalers komandasına keçdi. == Həyatı == Atası türk, anası bosniyalı olan Cedi, 1995-ci ildə Makedoniyanın Oxrid şəhərində dünyaya gəldi. 1999-cu ildə ailəsi ilə birlikdə Bosniya və Herseqovinanın Sarayevo şəhərinə köçdü. Hərəkətli və hiperaktiv bir uşaq olan Cedini ailəsi altı yaşındaykən "KK Bosniya" klubuna yazdı. Sarayevoda bir gün klubda basketbol oynarkən, Avroliqa komandası Anadolu Efesinin skoutları tərəfindən seyr edilərək kəşf edildi və 13 yaşındaykən ailəsi ilə birlikdə İstanbula gətirildi. Türkiyəyə köçən və Türkiyə vətəndaşı olan Cedi, 2007-ci ildən etibarən Anadolu Efesin alt yaş qrupunda forma geyməyə başladı.