Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Qızıl darvaza boğazı
Qızıl darvaza boğazı (ing. Golden Gate) Qızıl darvaza boğazı San-Fransisko körfəzini Sakit okeanını birləşdirir. Boğazın uzunluğu 8 km , eni isə 1,5 – 3 km arasında dəyişir. Boğazın şimal hissəsinin sahili Martin bölgəsinə ,cənub hissəsi isə San Fransisko şəhərinin ərasisinə düşür. 1937-ci ildə boğazın üzərində <<Qızıl darvaza>> körpüsü tikilmişdir. Körpünün uzunluğu 1281 m təşkil edir. Bu boğazdan çox sayda gəmilər üzərək keçirlər. Belə ki, ABŞ-nin qərb sahillərində yerləşən ən əsas liman Oklend limanıdır. Boğazın ətrafında ilk məskunlaşmalar hindular tərəfindən həyata keçirilmişdir. Bura ilk ayaq basan avropalılar isə 1776-cı ildə ispanlar olmuşdur.
Brandenburq darvazası
Brandenburq qapısı (alm. Brandenburger Tor‎) — Almaniyaın Berlin şəhərində yerləşən 18-ci əsr aid olan abidədir. == Tarixi == Qapının qurulması Alman imperiyası dövrünə təsadüf edir. Qapının tikintisi 1788-ci ildə başlamışdır. 6 Avqust 1791-ci ildə təkcə kral ailəsinin istifadə etməsi məqsədilə açılmışdır. Qapının sütunları insanda heyranlıq hissi yaradan memarlıq xüsusiyyətlərə malikdir. Tikilişdə Karl Qottard Lanqans və Yohann Qottfrid Şadou iştirak edirdi. Əsas bina 12 sütün üzərində hazırlanmış qapılar arasında 5 aralıq vardır. Krallıq dövründə xalq yalnız ilk iki qapıdan keçmək hüququna malikdirlər. Mərkəz qapıdan isə yalnız kral ailəsi keçə bilər.
Famaqusta darvazası
Famaqusta darvazası (türk. Mağusa Kapısı) — Nikosiya şəhərində Venesiya dövründə tikilmiş üç darvazadan biri. == Tarixi == Darvaza 1567–1570-ci illərdə venesiyalı memar Culio Savornyano tərəfindən dizayn edilmişdir. Onun adından darvaza "Porta Culiana" adlandırılmışdır. Qapı şəhər istehkamlarında tunel yaradır, tağın mərkəzi hissəsindəki okulusla işıqlandırılır. Darvazanın hər iki tərəfində iki otaq var. 1981-ci ildə geniş restavrasiya işlərindən sonra darvaza mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir; burada sərgilər, debatlar və konsertlər təşkil olunur.
Murad darvazası
Murad darvazası — Şirvanşahlar saray kompleksinin orta həyətinin Şərq divarında yerləşən böyük portal. Murad darvazası Şirvanşahlar saray kompleksi ərazisində XVI əsrə aid olan yeganə tikilidir. Darvaza portalının yuxarı çərçivəsində olan iki medalyon arasındakı kitabədə onun "994-cü ildə (miladi 1585–1586) böyük və ədalətli Sultan III Muradın dövründə" memar Əmirşah Təbrizi tərəfindən inşa edilməsi göstərilib. Portal öz xarakteri etibarilə Divanxana və Şirvanşahlar türbəsinin portallarına oxşasa da, həm işlənmə keyfiyyəti, həm də bəzəyi baxımından onlardan geri qalır. == Tarixi == === Tarixi mühit === 1576-cı ildə I Şah Təhmasibin ölümündən sonra Səfəvi taxtına onun varisi II Şah İsmayıl keçir. II İsmayıl 1555-ci ildə bağlanmış Amasiya müqaviləsinin şərtlərinə əməl etməyərək Osmanlı əmirlərini öz tərəfinə çəkməyə çalışır. Buna görə də Osmanlı sultanı III Murad Van bəylərbəyinə bölgədə sabitliyin təmin edilməsini tapşırır. Səfəvilərin Luristan valisinin Osmanlılara sığınması ilə münasibətlər daha da gərginləşir. 1578-ci ildə gənc şah II İsmayılın zəhərlənərək öldürülməsindən sonra Səfəvilər sarayında taxt uğrunda mübarizə başlayır. Ölkənin belə mürəkkəb siyasi vəziyyətində Sultan III Murad Səfəvilərə qarşı müharibə elan edir.1578–1590-cı illəri əhatə edən müharibə Şimalda Qafqaz cəbhəsində, cənubda isə İraq cəbhəsində aparılır.
Olxon darvazası
Olxon darvazası boğazı (rus. Ольхонские Ворота) - Baykal gölü ərazisində Olxon adasını materikdən ayırır. Sahilləri dik və sıldırımlıdır. Burada körfəzlər və buxtalar vardır. Boğazda güclü axınlar baş verir. Dalğaların hündürlüyü 5 m-ə çatır. Qışda boğaz donur və burada çatlar əmələ gəlir. Saxyurt kəndindən adaya bərə fəaliyyət göstərir. 2005-ci ildə boğazın altı ilə yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Uzunluğu 8 km, eni dar yerdə 1 km təşkil edir.
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
İştar darvazası
İştar darvazası (ərəb. بوابة عشتار‎) —Babilistanda daxili şəhərin səkkizinci darvazası. == Quruluşu == İştar darvazası tərəflər üzrə nəhəng divarlarla məhdudlanmış və yarımdairəvi qövsü təşkil edir, hansı ki, divarlar boyu davam edir. Darvaza İştar ilahəsinə həsr olunmuş və kərpicdən tikilmişdir, açıq-mavi, sarı, ağ və qara şirlə örtülmüşdür. == Təsvirlər == Darvazanın divarlarında və Nümayiş Yollarında təbiiyə çox yaxın olan pozalarda heyvanları təsvir edən qeyri-adi gözəllik barelyeflərdə göstərilmişdir. Kənar divarlarda təxminən şirlərin 120-yə yaxın barelyefi mövcuddur. Qapıların divarları bir sıra sirruşey və öküz təsvirləri ilə örtülmüşdür. Qapılarda heyvanların təxminən 575 təsviri vardır. Darvazanın dam və qapıları sidr ağacından istehsal olunmuşdur. Yeni ilin bayram edildiyi gündə bu tağdan Allahların surəti olan heykəllər keçirilərək nümayiş etdirilirdi.
Kara darvazası (boğaz)
Kara Darvazası boğazı (rus. Карские Ворота) - Yeni Torpaq adasını Vayqaç adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 33 km, eni 50 km, dərinliyi 7 m-dən şərqdə isə 230 m arasında dəyişir. Boğazda temperatur yay ayları 13,5 S, orta illik isə 0,9 S təşkil edir. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bununla belə Qolstrim cərəyanının təsiri ilə bəzən qışda belə buzla örtülmür. Boğazın qərbində Peçora dənizinin cənub-şərqi ilə əhatələnir. Boğaz öz yerləşməsinə görə Yeni Torpaq arxipelaqının cənubunda yerləşir və Şimal Buzlu okeanından keçən Şimal dəniz yolunun bir qolunu təşkil edir.
Moskva Triumfal Darvazası
Moskva Triumfal Darvazası (rus. Московские Триумфальные ворота) – 1834-1838-ci illərdə V. P. Stasovun layihəsi əsasında Rusiya-Osmanlı müharibəsinin (1828-1829) qələbə ilə nəticələnməsi şərəfinə Sankt-Peterburqda inşa edilmiş triumfal arkadır. Abidə Moskovski və Liqovski prospektlərinin arasında yerləşən Moskva darvazası meydanında yerləşir. == Tarixi == 1936-cı ildə Moskva darvazası şəhər mərkəzinin cənuba, Hökumət Evi qarşısındakı Moskva meydanına köçürülməsi məqsədi ilə Moskva darvazasının demontaj olunmasına başlanmışdır. Bu layihə çərçivəsində Moskva darvazasının yerində planlaşdırılan parkın salınması nəzərdə tutulmuşdu.1959-1960-cı illərdə darvaza tarixi-memarlıq abidəsi kimi 1936-cı ilin layihəsi əsasında əvvəlki yerində bərpa olunmuşdur (memarlar E. N. Petrova və İ. Q. Kaptsyuq). 1965-ci ildə Moskva darvazası qarşısındakı meydana Moskva meydanı adı verilmişdir. 1968-ci ildə isə meydanın tarixi adı bərpa olunaraq Moskva darvazası meydanı adlandırılmışdır. 1961-ci ildə inşa edilmiş və vestibülü meydanda yerləşən metro stansiyası da “Moskva darvazası” adlanır. == İstinadlar == == Ədəbiyyat == Гусаров А.Ю. Памятники воинской славы Петербурга. — СПб, 2010.
Gəncə Darvazaları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Şəhər darvazası (Valetta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Şəhər darvazası (Valletta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Darvaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Darvaqs
Darvaqs (oset. Дæргъæвс) — Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda bir kənd. "Darvaqs kənd inzibati vahidinin" bələdiyyə idarəsinin inzibati mərkəzi. == Coğrafiya == Kənd Prigorodnı rayonunun cənub-qərb hissəsində, Gizeldon çayının sağ sahilində, dağlar arası hövzənin mərkəzində yerləşir. Vladiqafqaz şəhərindən 37 km cənub-qərbdə yerləşir. == Etimologiya == Kəndin adının mənşəyinin bir neçə izahı vardır - oset. дуаргæс ("dərənin qapıçısı və ya müdafiəçisi") və ya oset. даргъ ("uzun") + + фæз ("tala"). == Tarix == Kəndin yerləşdiyi ərazi Tunc dövründən bəri məskunlaşmışdır. Eramızdan əvvəl 1 -ci minilliyin sonlarına aid katakomba qəbrləri da daxil olmaqla burada çoxlu arxeoloji abidə aşkar edilmişdir.
Varvara
Varvara — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Xarvana
Xarvana — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,642 nəfər və 415 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan Türkcəsində danışırlar.
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Columba larvata
Columba larvata (lat. Columba larvata) — göyərçin cinsinə aid heyvan növü.
Varvara Corcadze
Varvara Corcadze (gürc. ბარბარე ჯორჯაძე; 1833, Kistauri[d], Kaxetiya, Rusiya imperiyası – 10 (22) aprel 1895, Qremi, Kaxetiya, Rusiya imperiyası) — ilk gürcü feminist, dramaturq, şairə, ictimai xadim, ilk feminist manifestinin və "Gürcü mətbəxi və ev təsərrüfatına dair məsləhətlər" adlı ilk yemək kitabının müəllifi. == Bioqrafiya == 1833-cü ildə Kistauridə David və Nino Eristavi ailəsində anadan olmuşdur. Varvara evdə yaxşı təhsil almışdır. 1845-ci ildə 12 yaşında, hərbi karyerası uğursuz olan hərbçi Zaxariya Corcadze ilə evlənir. Həmin vaxt gənc ailəyə Varvaranın qardaşı Rafael Eristavi böyük köməklik göstərib. Yeni evlənənlər Qremidəki Corcadzenin malikanəsində məskunlaşırlar. 1850-ci ildən o, ilk şeirlərini yazmağa başlayır. 1854-cü ildə "İveriya" qəzetində ləzgilərin Kaxetiyə basqınının faciəvi nəticələri haqqında geniş məqaləsi dərc olunur. Jurnalistika ilə paralel olaraq hekayələr və pyeslər yazmaqla məşğul olur.
Varvara Filiou
Varvara Filiou (29 dekabr 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Filiou 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Filiou həmdə 2013-cü ildə Aralıq dənizi Oyunlarının gümüş medalını qazandı. == Karyerası == Varvara Filiou 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.624 xal topladı və 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Varvara Maqnisali
Varvara Maqnisali (d. 10 iyul 1986; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Maqnisali 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Varvara Maqnisali 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Varvara bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bala Darbaz
Bala Darbaz (gür.: g.ə. პატარა დარბაზი, l.ə. patara darbazi) - Gürcüstanın Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Faxralı kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ტალავერის თემის საკრებულო, l.ə. talaveris temis sakrebulo) təşkil edir. Kənd şimali-şərqdə Faxralı, cənubda dağlarla (Sarvan bələdiyyəsi), şərqdə Qudro (Sarvan bələdiyyəsi), qərbdə Çatax, şimali-qərbdə Şəmşiöyü, İncəoğlu kəndləri, Bolnisi şəhəri, Xatissopeli və Mığırlı kəndləri ilə əhatələnib. Kəndə ən yaxın (5 km məsafədə) yaşayış məntəqəsi Faxralıdır. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 40 nəfər (22 nəfəri kişilər, 18 nəfəri qadınlar) əhali yaşayır.
Darbaz (Borçalı)
Darbaz (gürcücə: დარბაზი - Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. == Etimologiyası == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir. == Tarixi == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ümit Davala
Ümit Davala (30 iyul 1973, Manhaym, Baden-Vürtemberq) — Türkiyənin keçmiş milli futbolçusu və hazırkı məşqçisi. Davala 1996–2001-ci illər arasında "Qalatasaray"-da işlədiyi müddətdə 4 Super Liqa, 3 Türkiyə Kuboku, 1 UEFA Kuboku və 1 UEFA Super Kubokunun qalibi olub. Davala Türkiyə ilə beynəlxalq yarışlarda 41 oyun keçirib, 4 qol vurub. O, 2002-ci ildə FIFA Dünya Kubokunda bürünc medal qazanan Türkiyə yığmasının tərkibində yer alıb. == Həyatı == Ümit Davala 1973-cü ildə Almaniyanın Manheym şəhərində anadan olub. Türkiyədə "Gənclərbirliyi", "Diyarbəkirspor" kimi komandalarda oynadıqdan sonra 1995–1996-cı il mövsümündə "Qalatasaray"a keçib. O, "sarı-qırmızılar"ın heyətində 4 dəfə Türkiyə çempionu, UEFA kuboku və Superkubokun qalibi olub. Sağ cinah yarımmüdafiəçisi qısa müddət İtaliyada "Milan" və "İnter"də oynadıqdan sonra Almaniyanın "Verder" klubuna transfer olub. 2003-cü ildə "Verder"in heyətində Almaniya çempionluğunu qazanıb. Üç il sonra isə o, futbolçu karyerasına son qoyub.