Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deyişmə
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır.Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Yerdəyişmə, yerini dəyişmə (ing. move, ru. перемещение) - informasiyanın bir yerdən başqa bir yerə verilməsi. Əməliyyatdan asılı olaraq yerdəyişmə kompüterin yaddaşında yerləşmiş verilənlərə, yaxud verilənlər faylında olan mətnə və ya görüntüyə aid ola bilər. Məsələn, proqramlaşdırmada move deyimi tək qiyməti bir yaddaş sahəsindən başqasına verə bilər. Digər tərəfdən, tətbiqi proqramlarda yerdəyişmə komandası mətnin bir hissəsini sənədin bir yerindən başqa bir yerinə köçürə bilər. İnformasiyanı təkrarlayan köçürmə – kopiyalama (COPY) prosedurundan fərqli olaraq, yerdəyişmə zamanı informasiya ilkin yerindən uzaqlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
IF deyimi (şərt deyimi)
IF deyimi (şərt deyimi)-( en. - IF statement - ru. условный оператор ~ tr.koşul deyimi)– Bul ifadəsi doğru olduqda proqramın müəyyən blokunun yerinə yetirildiyi idarəedici deyim. Şərt deyimi çox zaman aşağıdakı formada olur: IF <şərt> THEN <operand>, burada <şərt> – Bul ifadəsi, <operand> isə <şərt> doğru olduqda yerinə yetirilən operanddır. Proqramlaşdırma dillərinin əksəriyyətində vacib olmayan ELSE açar sözü var ki, o da yalnız <şərt> yalan olduqda yerinə yetirilən operandı təyin edir. Aşağıda Java dilində IF deyiminə sadə bir nümunə verilib: if (price == 0) { System.out.println (“Price can’t be equal to zero!”); } Bu misal isə daha praktikdir: if (hours <= 40) { pay = hours * wage; System.out.println(“No overtime hours”); } else { overtime = hours – 40; pay = wage*40 + 1.5*wage*overtime; System.out.println(“Overtime paid”); } C, C++, Java və C# dillərində tez-tez if (x == 5) əvəzinə if (x = 5) kimi, yaxud buna bənzər yanlış yazılışlara rast gəlinir. Burada x = 5 yazılışı x dəyişəninə 5 qiymətinin mənimsədilməsini göstərir. Doğrudur, bəzi kompilyatorlar IF deyiminin içərisinə komanda qoyulmasına “etirazını bildirəcək”, ancaq bu, C dilində qaydalara uyğundur (və əgər mənimsədilən qiymət sıfır deyilsə, şərt həmişə doğru olacaq). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Oha deyirəm
Oha deyirəm, (türk. Oha Diyorum) Ərsan Özərin rejissoru və ssenaristi olduğu, 2017-ci il Türkiyə istehsalı komediya filmi. Filmin aktyorları həmdə YouTubedə var olan "Oha deyirəm" kanalının qrupudur. == Məzmun == Filmdə Fıratın maşını və qızının şəkilləri olduğu sərt disk oğurlanır. Alpər, Fırat və Məlihdə onlara lazım olan sərt diski qurtarmağa çalışırlar.
REM deyimi
REM (REMark) statement ~ оператор REM ~ REM değimi ~ REM deyimi – BASIC proqramlaşdırma dilində, eləcə də MS-DOS və OS/2 əməliyyat sistemlərinin paket fayllarında (BATCH FILES) açıqlama vermək üçün deyim. REM sözüylə başlanan istənilən deyim interpretator, kompilyator, yaxud komanda prosessoru tərəfindən nəzərə alınmır. Bax: COMMENT. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. == Məzmun == “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? == Nəşr == Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib. == İstinadlar == == Xarici keçidlər == "Ləpirçi: Mən Yeməli Deyiləm" ( (az.)). qedimqala.az.
Oha deyirəm (film, 2017)
Oha deyirəm, (türk. Oha Diyorum) Ərsan Özərin rejissoru və ssenaristi olduğu, 2017-ci il Türkiyə istehsalı komediya filmi. Filmin aktyorları həmdə YouTubedə var olan "Oha deyirəm" kanalının qrupudur. == Məzmun == Filmdə Fıratın maşını və qızının şəkilləri olduğu sərt disk oğurlanır. Alpər, Fırat və Məlihdə onlara lazım olan sərt diski qurtarmağa çalışırlar.
Mən robot deyiləm (teleserial 2018)
I'm Not a Robot (Korean: 로봇이 아니야; RR: Robosi Aniya) Yu Sunho, Çe Su-bin və Om Ki-cun-un rol aldığı Cənubi Koreya serialıdır. Kim Sunmi tərəfindən yazılıb, rejissoru Cun Deyun(Jung Dae-yoon)dur. MBC üçün serialın istehsalçısı May Queen Pictures -dir. MBC -də 6 dekabr 2017-ci ildən 25 yanvar 2018-ci ilədək çərşənbə və cümə axşamı günləri 21: 55 -də (KST) 32 bölüm üçün yayımlandı.(hər bölüm 35 dəqiqə)Serial 22.09.2019–10.11.2019 tarixləri arasında hər həftəsonu — 17.00-da olmaqla (Azərb.saatı) Azərbaycan kanalı Dalğa TV-də yayımlanmışdır. == Süjet == Kim Minqyu (Kim Min-kyu) (Yu Sunho), digər insanlarla fiziki təmasa şiddətli alerjisi səbəbiylə lüks, lakin təcrid olunmuş bir həyat yaşayır. Hər hansı bir dəri ilə təmasda olduqda bədəninə sürətlə yayılan həddindən artıq həyati təhlükəli döküntülər əmələ gəlir. Ço Cia (Cho Ji-a) (Çe Su-bin) ixtiralarına əsaslanaraq biznes qurmağa çalışır. (xüsusən də iki şəbəkəli ürək şəkilli lampa). Minqyu, KM Financial-ın sədri və ən böyük səhmdarıdır. Səhmlərini 15 il əvvəl avtomobil qəzasında dünyasını dəyişən valideynlərindən miras aldı.
Niyə mən müsəlman deyiləm (kitab)
Niyə mən müsəlman deyiləm (ing.Why I Am Not a Muslim) İbn Varraq tərəfindən yazılmış İslam və quranın tənqidi mövzusunda bir kitabdır. İlk dəfə "Prometheus Books" nəşriyyatı tərəfindən 1995-ci ildəABŞ-da nəşr olundu. Kitabın adı Bertran Rassela essesinə bir hörmət əlaməti olaraq belə adlandırımışdı. Rassel də dini tənqid mövzusunda "Niyə mən xristiyan deyiləm" (ing.Why I Am Not a Christian) kitabı ilə dinə qarşı baş qaldırmışdı.
Dəlinamə
"Dəlinamə"— XVII əsr Azərbaycan ədəbi abidəsi; məsnəvi şəklində qələmə alınmış mənzum hekayə. Adından da göründüyü kimi, "dəli" türk sözü olub, "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi dastan abidələrində "igid", "qəhrəman" mənasında işlənmişdir. Şamil Cəmşidov "Dəlinamə" adlı məqaləsində əsərin elmi-paleoqrafik xüsusiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ictimaiyyəti məlumatlandırmışdır "Dəlinamə" həcmcə kiçik olub, didaktik məzmun daşıyır. Əsərdə Şərq, o cümlədən Azərbaycan xalq ədəbiyyatında ağıllı, müdrik və qorxmaz dəli (Bəhlul Danəndə və s.) obrazlarından olan Dəlinin ictimai bərabərsizliyə, fövqəladə qüvvələrə qarşı üsyankar mübarizəsi təsvir olunmuşdur. Hekayət uzun illər islam dini və dini görüşlərinin təbliğinə xidmət göstərmişdir. Nağılvari girişlə başlanan hekayətin məzmunu "Kitabi-Dədə Qorqud"un "Dəli Domrul" boyundakı kimi, maraqlı bir süjet üzərində qurulmuşdur. "Dəlinamə"nin qəhrəmanı çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən asi xarakterlidir, lakin hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olunsa da, o daim Tanrısını sevən, gözütox və təmənnasız insan kimi diqqəti cəlb edir. Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəli Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha "Yuxaruda nə durursən, en aşaqə", "Bənim qorkumdan oxşarsan uşaqə" deməsilə təhdidlər edir və özünün heç nədən qorxub çəkinmədiyini cəsarətlə bildirir.
Cessi Deminge
Cessi Deminge (7 yanvar 1998-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransalı futbolçudur. == Peşəkar karyerası == Deminge 2009-cu ildə Kann klubunun akademiyasına qəbul olmuşdur. Deminge 2017-ci ilin sentyabr ayında əsas komanda ilə məşqlərə başlamışdır. O, peşəkar karyerasında debütünü 5 noyabr 2017-ci ildə Liqa 1 görüşündə Olimpik Marsel klubuna qarşı etmiş və komandası 0-5 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Deminge Kann şəhərində anadan olmuşdur. Valideynləri isə Norman vətəndaşlarıdır. O, keçmiş futbolçu olan Yoelin 11 övladından biridir.
Dərincə Bələdiyəspor
Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Dəyirmi qurdlar tipi
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi - qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.