Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda qeyri-dindarlıq
Azərbaycanda qeyri-dindarlıq müxtəlif sorğu və anketlərə görə müzakirəyə açıqdır. İslam dininin şiə məzhəbi Azərbaycanda əsas üstünlük təşkil etməsinə baxmayaraq, ölkədə dini ibadətlə məşğul olan insanların sayı çox azdır. Rəsmi ölkə siyahıyaalınmasında ateistlər və aqnostiklər sayılmadığı üçün Azərbaycandakı ateistlərin və aqnostiklərin sayını ölçmək çətindir. == Araşdırma və statistika == "Caucasus Research Resource Centers"-in 2010-cu ildə təxminən 2 min nəfər insanla apardığı araşdırmada iştirak edənlərin 28 faizi bildirmişdi ki, din onların həyatında çox mühüm yerə malikdir. İki il sonra bu araşdırma 1800 nəfər insanla yenidən həyata keçirilmiş, bu insanların 33 faizi din onların həyatında çox mühüm yerə malik olduğunu bildirmişdir. Bundan başqa, müsahibə götürülənlərin 44 faizi dinin onlar üçün "kifayət qədər vacib olduğunu" bildirmişdir. Yerdə qalan 23 faiz isə dinin onların həyatında nisbətən vacib və ya ümumiyyətlə əhəmiyyətsiz olduğunu demişdilər. Müsahibə götürülən insanların 77 faizinin dinin onların həyatı üçün həyati əhəmiyyətli və ya vacib olmasını bildirməsinə baxmayaraq, onların yalnız 2 faizi gündəlik dini ibadətləri yerinə yetirən şəxslər idi. Onların 3 faizində bu həftədə bir dəfə və ya çox, 20 faizi bəzən oruc tutur və təxminən yarısı heç vaxt buna əməl etmir.Yeni bir Gallup anketinə görə, Azərbaycan əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi ölkələr arasında qeyri-dindarlığın ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir və sorğuda iştirak edən insanların təxminən 53%-ü dinin həyatındakı əhəmiyyətini çox az və ya heç olmadığını bildirir. Ölkə üzrə həmin sorğuda iştirak edən insanların yalnız 20%-i dinin həyatlarında vacib olduğunu bildirmişdir.
Dondarlı
Dondarlı (Tikantəpə) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Dondarlı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Dondarlı (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Çinarlıq
Çinarlıq (fars. چنارلق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (133 ailə).
Dondarlı (Qubadlı)
Dondarlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il 25 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edilmişdir.. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Dondarlı kəndi Bərgüşad çayının (Bazarçay) sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır.
Dondarlı (Tikantəpə)
Dondarlı (fars. ‎تندرلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (11 ailə).
Dondarlı (Tovuz)
Dondarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır.Dondarlı kəndinin tarixi cox qədimdir. Bu kəndin tarixi haqqında alban tarixçilərinin və yunan tarixçilərinin əsərlərində rast gəlmək olar.
Dondarlı məscidi
Çöl məscidi və ya Dondarlı məscidi — Qubadlı rayonu, Dondarlı kəndi ərazisindı yerləşən Arran memarlıq məktəbi üslubunda tikilmiş məscid. Məscidin üzərində olan dörd yumru xanadakı yazılardan bəlli olur ki, dini ibadət yeri XIX əsrin ortalarında inşa edilib. Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli caamatıdır. Məscidin üzərində daha bir kitabədə isə binanın hicri 1081-ci ildə tikildiyi yazılıb. Bu da miladi tarixlə 1670-ci il hesab olunur. Bu yazılarda aydın olur ki, Dondarli kənd məscidi bir dəfə uçulduqdan sonra, yenidən tikilib. Məsciddə xidmət edən nəsl şəcərəsi 1916-cı ilə kimi həmin məscid də fəaliyyətini davam etdirmişdir. Sovet hökuməti tərəfindən rerpessiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir.