Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oğurluq
Kleptomaniya və ya Oğurluq xəstəliyi — ehtiyacı olmadığı halda balaca, dəyərsiz əşyaları oğurlamaq istəyinə qarşı qoya bilməmək.​ Bir impuls kontrol pozuntusudur. Şəxsin əslində o malı satın ala biləcək maddi imkana sahib olduğu, ancaq buna baxmayaraq bu davranışı reallaşdırdığı müşahidə edilmişdir. Bu davranış daha əvvəldən düşünülməmiş və planlaşdırılmamış olub, birdən həyata keçirilir. Davranış birindən intiqam alma məqsədiylə edilmir. Fərd bu davranışın səhv və əlverişsiz olduğunun fərqindədir. Kleptomaniklər bu davranışı reallaşdırmaq üçün başqalarından kömək istəmirlər. Tarixdə Fransa kralı IV Henrix və Sardiniya kralı Viktorun bu xüsusiyyətlərə sahib olduğu bilinməkdədir. Narahatlığın uşaqlıq yaşlarında başladığı müşahidə edilir. Fərd bu davranışı reallaşdırmadan əvvəl sıx bir gərginlik hissi keçirir. Bu davranışdan dərhal sonra xoşbəxtlik, rahatlama və böyüklük hissi yaşayır.
Oğurluq (cinayət)
Oğurluq, yazılı qanunlar və ya sosial legitimlik səviyyəsində özünə aid olmayan daşınar bir əmlakı ələ keçirmək, ondan istifadə etmək, obyektdən fayda əldə etməkdir. Bütün dinlərin qadağan etdiyi bir hadisədir. İqtisadi dəyəri olan hər hansı bir enerji də daşına bilən sayılır və oğurluğa məruz qala bilər. Danışıq dilində dələduzluqla eyni şəkildə istifadə olunmasına baxmayaraq, saxtakarlıq və oğurluq cinayət qanunlarında ayrıca tənzimlənən cinayətlərdir. Aralarındakı ən vacib fərq, oğurluqda sahibinin özünün razılığı olmadan malın sahibindən götürülməsi, saxtakarlıqda isə mal sahibinin əli ilə və yaxud onun razılığı ilə malını itirməsidir. == Oğurluq == Oğurluq, yazılı qanun və ya sosial legitimlik səviyyəsində mülkiyyəti özünə aid olmayan bir obyektdən istifadə, ondan mənfəət əldə etməkdir. Bundan əlavə, iqtisadi dəyəri olan hər cür enerji də daşına bilən əmlak sayılır və oğurluğa məruz qala bilər. Çoxları tərəfindən fırıldaqçılıqla eyni mənada istifadə olunsa da, oğurluq həm meydana gəlməsi, həm də təsirləri ilə saxtakarlıqdan fərqləndirilməlidir. Hakimin müdaxiləsi ümumiyyətlə qəribə və ya qeyri-adi bir xarakter göstərən oğurluq hadisələri ilə məhdudlaşmalıdır; məsələn, uşaqların cinayətlərdə istifadə edilməsi və ya müəyyən formalara bürünən (məsələn, dükan oğurluğu, qadın keçidlərindən paltar oğurlamaq) və ya bəzi əşyaların bir neçə dəfə oğurlanması halları. Təcavüzkarlıq, ehtiras, qısqanclıq və pis niyyət oğurluqda müntəzəm surətdə müşahidə olunan ümumi emosional əsaslardır.
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. == Həyatı == Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi. İtalyansayağı oğurluq (videooyun, 2001) — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunu.
Kenan Doğulu 3
Kenan Doğulu 3 — Kənan Doğulunun 1996-cı ildə çıxartdığı albomu.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. == Süjet xətti == İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq — Rockstar Games tərəfindən buraxılan İtalyansayağı oğurluğun ilk oyunudur. 2001-ci ildə Sony PlayStation üçün buraxılan oyun 2002-ci ildə Windows platforması üçün uyğunlaşdırılıb.
İtalyansayağı oğurluq (video oyun, 2003)
İtalyansayağı oğurluq — 1 oktyabr 2002-ci ildə PlayStation 2, Xbox, GameCube və Mobile platformaları üçün bazara çıxarıldığı elan edilmişdir. PlayStation 2 və Xbox üçün 3 yanvar 2003-cü ildə, Mobile üçün 20 fevral 2003-cü ildə və GameCube üçün 29 aprel 2003-cü ildə buraxılmışdır.