Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dumanlı Andromeda
Dumanlı Andromeda (rus. Туманность Андромеды) - Rus yazarı İvan Antonoviç Yefremov tərəfindən 1955-1956-cı illərdə yazılmış sosial-fəlsəfi elmi-fantastik romanı. Roman ilk dəfə 1957-ci ildə Texnika - Gənclik jurnalında dərc edilib. Kitab formasında isə Gənc Qvardiya nəşriyyatında 165 000 nüsxədə işıq üzü görür. Dünyanın bir çox dillərinə tərcümə olunan əsər Sovet ədəbiyyatının ən parlaq nümunələrindən, kosmik romantikanın etalon sayıla biləcək nümayəndələrindəndir. == Məzmun == Romandakı hadisələr vahid hakimiyyət altında kommunistik cəmiyyətin bərqərar olduğu, intellektin yüksək inkişaf etdiyi uzaq gələcəkdə baş verir. Bu era elmin və incəsənətin yüksək inkişaf etdiyi, kosmosun fəthi, Yer landşaftının və iqliminin süni olaraq yaxşılaşdırıldığı və insan psixologiyasının dəyişməsi ilə fəqrlənir. Oxuyucuya gələcəyin dünyasını müxtəlif yönlərdən göstərmək məqsədilə romanda bir neçə süjet xətti var.Birinci süjet xətti "Tantra" adlı kosmik gəmi və onun heyətinin uçuşları haqqındadır. Bütün tapşırıqları yerinə yetirən heyət Yerə qayıdarkən, Günəş Sisteminin yaxınlığında yerləşən və əvvəllər naməlum olan Dəmir Ulduzun qravitasiya sahəsinə düşürlər. Heyət faciədən can qurtarmağa çalışır.
Dumanlı Təbriz (roman)
Dumanlı Təbriz—Məmməd Səid Ordubadinin romanı. == Mövzu == Ədib "Dumanlı Təbriz"əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilк gözəl nümünəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna gеydirilmiş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən "Dumanlı Təbriz" romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas movzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Şuşanın dağları başı dumanlı
Şuşanın dağları başı dumanlı — xanəndə Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısı, əsərdə şəhər gözəl qızla müqayisə edilir. Tar və kamançanın müşayiəti ilə muğam üslubunda ifa olunur. == Tarixi == Mahnını XX əsrdə yaşamış azərbaycanlı xanəndə Xan Şuşinski yazıb. Mahnı qrammofon valına yazılarkən bildirilmişdi ki, mahnıda "duman" və "ölürəm" kimi çoxlu kədərli sözlər var, xanəndə cavabında Şuşanın dumanlı dağ zirvələrindən birinə işarə edərək, söylədi ki, dağların zirvələri elə dumanlı olmalıdır, "ölürəm" kəlməsi isə həqiqi ölmək mənasında deyilmir. Buna baxmayaraq, Şuşinskidən mahnı sözlərinin dəyişdirilməsini tələb edərək söylədilər ki, sovet Şuşa dağlarının başı "dumanlı" ola bilməz, Xanəndə ilk sətiri "Şuşanın dağları deyil dumanlı"ya dəyişdirərək mahnını yazdı. Lakin mahnı indiki günümüzdə də öz ilkin variantında ifa olunur. Sonradan bu mahnı şifahi ənənələrdə geniş yayılaraq, xalq mahnısına çevrildi. O, həmçinin "Azərbaycan xalq mahnıları" (1967) toplusunda yer almışdır.Mahnı muğam ifaçıların triosunun ifasında "Dərviş Parisi partladır" (1976) Azərbaycan sovet filminin epizodlarının birində səslənir, filmin süjeti elə Qarabağda baş verir. == Mətni == Müəllif Xan Şuşinskinin sözlərinə əsasən, mahnıda Şuşa şəhərinin təbiəti gözəl qızla müqayisə edilir. Şuşa dağlarının başı dumanla örtüldüyü kimi, qadın da yaylıqla örtülüb.
Dumanlıq
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. == Xarici keçidlər == Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Yengəcəbənzər dumanlıq
Xərçəng dumanlığı Messier cisimlərindən biridir. NGC 1952, Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Andromeda dumanlığı
Şimal yarımkürəsinin orta enliklərində yaşayanlar Andromeda dumanlığını müşahidə etmək imkanına malikdirlər. Aydın gecədə onu γ Andromeda ulduzunun yaxınlığında çox da böyük olmayan işıqlı bulud kimi adi gözlə görmək olar. Peqas bürcünün yaxınlığında yerləşir. Bu dumanlıq haqqında bizə gəlib çatan birinci yazılı məlumat X əsrin ərəb astronomu Əs-Sufiyə məxsusdur. Ulduz göyünün təsvir edən əlyazmasında , o, "kiçik bulud" və onun yaxşı istinad nöqtəsi olmasını bir neçə dəfə qeyd edir. Hətta onun şəklimi çəkmişdir. Teleskoplar icad olunduqdan sonra Andromeda dumanlığının yenidən kəşfi başlandı. 1618-ci ildə ilk dəfə teleskopla müşahidə aparmağa başlayan alman alimi Simon Mari onu qeydə aldı.XVII əsrin axırlarından başlayaraq dumanlıq müşahidə obyektinə çevrildi. XVII əsrdə böyük ingilis astronomu Vilyam Herşel ciddi şəkildə dumanlıqları tədqiq etməyə başladı. Müşahidə olunan dumanlı ləkələrin çoxunun kürəvi və ya dağınıq ulduz topaları olması aşkar olundu.
Pişik gözü dumanlığı
Pişik gözü dumanlığı və ya NGC 6543 — Yeni Baş Kataloqda qeydə alınmış planetar dumanlıqdır. Göy üzündə Əjdaha bürcü istiqamətində yerləşir. PN tipli dumanlıqdır. İngilis astronomu Uilyam Herşel tərəfindən 1786-cı ildə 47.5 sm (18.7 düymə) ölçülü reflektor vasitəsilə kəşf edilmişdir.
Xərçəng dumanlığı
Xərçəng dumanlığı Messier cisimlərindən biridir. NGC 1952, Yeni Baş Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Ruh dumanlığı
Ruh dumanlığı — Kassiopeya istiqamətində təqribən 7500 işıq ili məsafədə bir emissiya dumanlığı. Bir neçə kiçik ulduz, klasterlər toplusu mövcuddur: CR 34, 632 və 634 (yuxarı hissəsi) və IC1848 (orta hissəsi). Bu obyekt daha çox klaster adı altında IC 1848 kimi tanınır. Bu birləşmə şərq qonşusu IC1805 (Ürək bulanığı) ilə birlikdə "Ürək və Ruh" olaraq adlandırılır. Bulanıqlığın (dumanın) mərkəzində kiçik bir ulduz qrupunun yaydığı işıq.
Düşmanlı
Düşmanlı (fars. توشمانلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (34 ailə).
Divanlı
Divanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Divanlı Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Etnotoponimdir. Oykonim türkdilli duvanlı tayfasının adı ilə bağlıdır.
Dərmanlı
Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Haçakənd-i Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Fuğanlı
Fuğanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Fuqanlı oyk, düz. Cəbrayıl rayonunun şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Keçmiş adı İmambağı olmuşdur. Bəzən İmambaş variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini alməmmədli, alıkeyxalı, rüstəmlilər və şammədli nəsillərinə mənsub ailələr salmışlar. Belə ehtimal edilir ki, Naxçıvanda XV əsrdən məlum olan Fəqan qalasından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış bu kəndin adı "Fəqan qalasından gələnlər" mənasındadır.
Komanlı
Komanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Etimologiyası == Yaşayış məntəqəsi türk mənşəli koman/kuman tayfalarının Azərbaycanda məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2831 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Muğanlı
AzərbaycanMuğanlı (Ağdam)Muğanlı (Bağbanlar, Ağdam) — Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Muğanlı (Şıxbabalı, Ağdam) — Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsində kənd.Muğanlı (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Muğanlı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Muğanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Muğanlı (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Muğanlı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Muğanlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Muğanlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Muğanlı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Muğanlı (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Osmanlı
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Puşanlı
Puşanlı -Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonun) kənd adı. == Tarixi == 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XIX əsrdə Zəngəzurda yaşamış Puşanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.
Quzanlı
Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == Quzanlının tam adı Sarıcalı-Quzanlıdır. Kənd Qarabağda yaşamış böyük bir türk tayfasının adı ilə bu cür adlandırılmışdır. XX əsrin ikinci yarısında Sofulu, Sarıcalı (Cır Sarıcalı), Çaylı kəndləri Quzanlıya köçürülüb. Quzanlıda, Şahbəyli, Birinci Quzanlı, İkinci Quzanlı, Ana Quzanlı, Bala Quzanlı, Çaylı, Məmmədli və "Kommunist" adlanan məhəllələr mövcud olub. 1593-cü ilin məlumatına görə, Quzanlı tayfası Bərdə mahalının Sir nahiyəsində yaşayırdı. Mənşəcə VI əsrdə Altaydan Cənubi Avropaya qədər geniş bir ərazini əhatə etmiş, Türk xanlığının əsasını qoymuş və mənbələrdə adı Kuzan/Kuzen/ kimi qeyd olunmuş tayfa adı ilə bağlıdır. Ehtimal ki, XIII əsrdə Mil düzündə Beyləqan rayonu yaxınlığında adı çəkilən Kizan/Xizan/ qalasının adı da bu tayfanın adı ilə əlaqədardır. Kənddə Dəlləkoğlu, Məmmədlilər, Mollahüseynli, Kərbalayi Abdulla, Əmrahovlar, Çaylı, Allahverənli, Sudhallaclı və s. nəsillər yaşayırlar.
Sumaylı
Sumaylı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Tumaslı
Tumaslı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd Tumaslı (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Tumaslı (dağ) — Cəbrayıl rayonu ərazisində dağ.
Xumarlı
Xumarlı (Zəngilan) — Zəngilan rayonunda kənd. Xumarlı (Xudafərin) — Cənubi Azərbaycanın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanında şəhər.
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Çuxanlı
Çuxanlı (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Çuxanlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 213 nəfərdir. == Toponimiyası == Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, -10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur.
Cücanlı
Cücanlı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cücanlı oyk. Gədəbəy r-nunun İsalı i.ə.v.-də kənd. Axınca çayının sahilində Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Cucanbəyli olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Tovuz r-nundakı Əlibəyli kəndindən köçüb gəlmiş Cücənbəy adlı şəxs salmış və kənd də onun adı ilə adlandırılmışdır. 1917-ci ildə bu kənd Cüncübəy şəklində qeydə alınmışdır. Oykonim çaçanlı və ya cancanlı etnonimi ilə də bağlı ola bilər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 144 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ümranlı
Ümranlı (İmranlu, İmrənlu, İmranlı, Umranlu, Omranlu) (fars. عمرانلو‎)-Azərbaycan xalqının etnogenezində duran türk ellərindən biridir. Ümranlılar İranın Mazandaran və Gülüstan ostanlarında yaşayırlar. Ümranlılar Dağlıq Qarabağ və Cənubi Azərbaycanın Qaradağ vilayətindən bu məntəqələrə köçürülüblər.