Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türklərdə dövlətçilik ənənəsi
Türklərdə dövlətçilik ənənəsi — Türklərdə dövlətçilik ənənəsi və ya türklərdə dövlət qurma ənənəsi müxtəlif tarixi mərhələlərdə türklərin müxtəlif coğrafiyalarda, müxtəlif zamanlarda və müxtəlif xüsusiyyətlərdə dövlət qurma ənənəsi kimi başa düşülür. Dünya tarixində 6000-ə qədər etnik birliyin olduğu və onların 200-ə yaxın olan dövlətlərin sərhədləri daxilində tarix səhnəsinə çıxmaları düşünülür. Bu birliklərdən çox azı dövlət qurmağa müvəffəq olmuşdur. Türk tarixinə ümümi olaraq yanaşdıqda türk birliklərinin etnik kökləri baxımından eyni olan dövlətlər ilə mövcudluqlarını davam etdirdikləri nəzərə çarpır. Bu davamlılıq bunu bir ənənə olaraq görməyə gətirib çıxarmış və ən ümumi anlamda türklərdəki azadlıq qavramına əsaslanmışdır. == Tarixi proses == Türk dövlətlərinin tarixi quruluşu və dövlətə qarşı düşüncələri Oğuz xan əfsanəsi ilə ilk təəssüratlarını ortaya qoymuşdur. Bu əfsanələrdə aydın şəkildə Dünya hakimliyi və Dünya dövləti qurma utopiyası yer almışdır. II Göytürklərdən qalan Orxon Yazıları da bu kontekstdə çox önəmli yer alır. Bu yazılara görə dövlət tanrının türk kağanlarına bir hədiyyəsidir və ümumi davamlılığın olması dövlətlə bağlıdır. Həmin yazılarda azadlıq şüuru vurğulanmış, türk kağanlarına nəsihətlər verilmiş, dövlətin paytaxtının Ötükən olmasının vacibliyi vurğulanmış və Çinin intriqalarından uzaq dayanmaq lazım olduğuna işarə edilmişdir.
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Milli məfkurə,dövlətçilik,müstəqillik yolu ilə kitabı — Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixini əks etdirən 1971-2006-cı illərdə dövri mətbuatda, bəzi elmi-nəzəri jurnallarda dərc olunmuş məqalələri, habelə müxtəlif tədbirlərdəki çıxışları, mətbuat nümayəndələrinə müsahibələri və digər materialları özündə cəmləşdirərək Azərbaycanlı dövlət və elm xadimi Ramiz Mehdiyevin qələmə aldığı II cildli kitabı. == Ümumi məlumat == Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə kitabının hər iki cildindəki materiallar müstəqillik dövrünə aiddir. Həmin materiallarda xalqımızın ümummmilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixinin elmi-nəzəri ümumiləşdirmələrlə təhlili xüsusi yer tutur. Müəllif qeyd edir ki, Azərbaycanın XX əsrdəki intibahı, SSRİ-nin süqutundan sonra isə həqiqətən müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, sosial-iqtisadi inkişaf yoluna çıxması, ölkənin uzunmüddətli tərəqqisinin əsasını qoyan neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi, hüquqi, dünyəvi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyev dühasının, müdrikliyinin, yenilməz iradəsinin nəticəsidir.Həm bir, həm də ikinci cilddəki materiallarda ulu öndərin siyasi varisi ve ideyalarının davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin nəticəsi olaraq müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsinə, ölkəmizin dinamik sosial-iqtisadiyyatının necə inkişaf etdiyi işıqlandırılmışdır.Professor Ramiz Mehdiyevin bu kitabı ictimai elmlər sahısində çalışan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, habelə ölkəmizin müasir tarixi ilə maraqlananlar üçün dəyərli mənbədir. == İstinadlar == == Xarici keçidlər == "Heydər Əliyevə həsr olunmuş kitabların elektron versiyaları" (PDF) (az.). https://files.preslib.az. 02.11.2022 tarixində arxivləşdirilib (PDF). "TÜRKİYƏ MİLLİ KİTABXANASI (www. mkutup.gov.tr)" (az.). http://anl.az.