Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Limfa düyünləri
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat.
Düyünlər (roman)
«Düyünlər» romanı – stalinizmin ədalətsiz represiyallarına məruz qalmış insan haqqında Süleyman Vəliyevin romanıdır. Roman stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın qayıdışından sonra olan taleyini təsvir edir. == Yazılma tarixi == Roman 1966-ci ildə Süleyman Vəliyev tərəfindən Bakı şəhərində qələmə alınmışdır. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Bakı şəhərində Azərneşr nəşriyyatında 1970-ci ildə ayrı kitab ilə çap olunmuşdu. Bu mövzu ilə əlaqədar Azərbaycan ədəbiyyatında ciddi əsərlərdən biridir. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi. == Süjeti == Əsərdə neft mexaniki Vasifə öz qohumu, xalaoğlusu Balaxan, şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Çətinlikləri mərdliklə dəf edən Vasif adamlara inamını itirməmişdir. Lakin Vasifin doğma şəhər dönüşü ilə hər şey öz yoluna düşmür, qarşısında geniş yollar açılmır; o,I yenə də müxtəlif adamlarla qarşılaşır.