Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düşüncə
Düşüncə — müqayisələr etmə, ayırma, birləşdirmə nəticəsində başa düşülən anlam. Aristotelə görə insanı heyvandan ayıran əsaslı fərq düşüncədir. Descarles "Düşünmək, var olmaqdır deyər". Kant'a görə "Düşünmək mühakimə etməkdir". Locke, düşünməyi ruhun öz üstünə yönələrək öz əməliyyatları haqqında məlumat əldə etməsi olaraq görər. Düşünmə müxtəlif şəkillərdə ortaya çıxar. Düşüncə tipik olmayan bir vəziyyəti dərhal qavrarsa buna zəka adı verilər. Düşüncə müəyyən problemləri hazırlayar, onu fikirlərlə ifadə edər, bunlar üzərində düşünməyə əsaslanan şərhlər etsə, buna da ağıl deyilir. Düşünmə-real obyektlərə yönəlsə konkret düşünmə, ideal obyektlərə yönəlsə mücərrəd düşünmə adını alır. Düşüncənin bəzi vəzifələri var.
Düşüncə (film, 1987)
== Məzmun == Bu film fəlsəfi pritçadır. Kinolent insanda mövcud olan iki başlanğıcın-xeyirlə şərin mübarizəsindən, xeyrin şər, təmiz mənəviyyatın xudbinlik üzərində qələbəsinin qanunauyğunluğundan danışır və tamaşaçını fəal həyat mövqeyi tutmağa, nikbin olmağa çağırır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nigar Nərimanbəyova Ssenari müəllifi: Ramazan Həsənov Quruluşçu rəssam: Nigar Nərimanbəyova Operator: Ziya Xəqani Cizgi rəssamı: Oleq Serebryannikov Musiqi redaktoru: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 320.
Çin otağı düşüncə eksperimenti
Çin otağı arqumenti — ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Sonrakı illərdə eksperiment geniş müzakirə edilmişdir. Arqumentin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir.
Düyün
Düyün - hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2.Düyün - nikah mənasında.
Düyünlü qırxbuğum
Düyünlü qırxbuğum (lat. Polygonum nodosum) - qırxbuğum cinsinə aid bitki növü.
Düyünlər (roman)
«Düyünlər» romanı – stalinizmin ədalətsiz represiyallarına məruz qalmış insan haqqında Süleyman Vəliyevin romanıdır. Roman stalinizmin ədalətsiz repressiyalarına məruz qalmış bir insanın qayıdışından sonra olan taleyini təsvir edir. == Yazılma tarixi == Roman 1966-ci ildə Süleyman Vəliyev tərəfindən Bakı şəhərində qələmə alınmışdır. Əsər stalinizmin ifşasından cəmi 10 il sonra ortaya gəlmişdi. Bakı şəhərində Azərneşr nəşriyyatında 1970-ci ildə ayrı kitab ilə çap olunmuşdu. Bu mövzu ilə əlaqədar Azərbaycan ədəbiyyatında ciddi əsərlərdən biridir. Bu əsər haqsız olaraq məhv edilmiş minlərlə həmvətənlərimizin xatirəsinə qoyulan söz abidəsi idi. == Süjeti == Əsərdə neft mexaniki Vasifə öz qohumu, xalaoğlusu Balaxan, şər atır və onun yazdığı məktub Vasifin taleyini sındırır. Çətinlikləri mərdliklə dəf edən Vasif adamlara inamını itirməmişdir. Lakin Vasifin doğma şəhər dönüşü ilə hər şey öz yoluna düşmür, qarşısında geniş yollar açılmır; o,I yenə də müxtəlif adamlarla qarşılaşır.
Düyünlü zob
Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır.Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər. == Simptomları == Çox vaxt qalxanabənzər vəzin toxumasının bu anormal böyümələri onun kənarında yerləşir və boğazda bir parça kimi hiss edilə bilər. Böyük olduqda, bəzən boynun ön hissəsində qabar kimi görünə bilərlər. Bəzən düyünlü zob tiroid kisti adlanan maye ilə dolu boşluq şəklində özünü göstərir. Çox vaxt bərk komponentlər maye ilə qarışır. Qalxanabənzər vəzin kistləri çox vaxt xoşxassəli olur və bəzən bədxassəli bərk komponentləri ehtiva edən degenerasiyalı tiroid adenomaları nəticəsində yaranır.
Dağ düyünü
Dağ düyünü- İki və ya bir neçə sıra dağların və ya dağ silsiləsinin birləşdiyi yerə deyilir.Adətən belə yerdə ən hündür zirvələr yüksəlir.Məsələn,Pamirdə Kommunizm piki (7495 m) Tyanşanda Qələbə piki (7439 m).
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Limfa düyünü
Limfa düyünləri – lat. nodi lymphatici s. lymphonoid (lymphoqlandulae – BNA) girdə vəya oval şəklində açıq çəhrayı rəngdə olub limfa damarları gedən yollarda, xüsusən boyük qan damarlarının və daxili üzvlərin ətrafında və bədəndə olan çuxurlarda yerləşmişdir. Bədəndə olan limfa düyünlərinin ümumi miqdarı beş yüzdən yeddi yüzə çatır. Limfa düyünləri özlərinə uyğun üzvlərdən və ya nahiyyələrdən limfanı qəbul etdikləri üçün nahiyə və ya regionar düyün adını alırlar. Hər bir üzvdən və ya nahiyyədən limfa gətirici damarlar – lat. vasa afferentia vasitəsilə limfa düyünlərinə axır; bu damarlar limfa düyününə çatarkən əvvəlcə bir çox şaxələrə bölünürlər və sonra onun çıxıq səthini dələrək, daxilində olan limfa cibləri ilə birləşirlər. Limfa həmin cibləri keçərkən zərərli maddələrdən və ya infeksiya amillərindən təmizlənir; beləliklə limfa düyünləri süzgəc kimi, limfada olan zərərli maddələri və ya mikrobları özündə saxlayaraq vücudü bir çox xəstəliklərdən mühafizə edirlər. Limfa düyünlərinin topoqrafiyasını bilmək cərrahlıqda artıq dərəcədə əhəmiyyət kəsb edir. Limfa düyünlərinə yığılan limfa, onların basıq səthindən aparıcı damarlar – lat.
Qarabağ düyünü
Qarabağ düyünü (film, 1993)
Qordi düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qordion düyünü
Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir. Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan kəs bütün Asiyaya sahib olacaqdır. Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır. Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq!
Qutunun dışında düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qutunun xaricində düşünmə
“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnersiyasız Düşünmə (1988)
== Məzmun == Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Primitiv düyün
Primitiv düyün (və ya primitiv buğum) — Onurğalıların rüşeyminin qastrula mərhələsinə meydana gələn qalınlaşma.
Əzazil: Düyün
Əzazil: Düyün rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 72.133 nəfər tərəfindən seyr edilib. == Hekayə == Sinem adında bir gənc ailesindən miras qalan evdə xalası ilə yaşayırdı. Bir gün universitetdə tanışıb sevgili olduğu Akınla avtomobildə gedərkən bir itin ölümünə səbəb olurlar. O gündən sonra Sinem üçün qorxu dolu saniyələr yavaş-yavaş axmağa başlayır.
Qarabağ düyünü (kitablar)
İnersiyasız düşünmə (film, 1988)
== Məzmun == Film həyatımızın inkişafında ixtiraçıların böyük rolu, bugünkü elmi-texniki tərəqqi haqqındadır.
Düyün (film, 2008)
Düyün — Rejissor Əli İsa Cabbarovun filmi. == Məzmun == Filmin qəhrəmanı 15 ildir atasını görmür. Ölüm ayağında olan atası ilə vidalaşmaq üçün ailəsini götürüb ucqar kəndlərinə tələsir. Uşaq ikən belə atası ilə ünsiyyəti az olan qəhrəman vidalaşmaq üçün yetişə bilmir, ancaq dəfnə çatır. Atasının vəfatından psixoloji şok keçirən qəhrəman bunun nəticəsində etiraflarını dilə gətirir, katarsis keçirir, mənəvi saflaşır. Beləcə, filmdə ümumbəşəri atalar və övladlar probleminə toxunulur. == Film haqqında == Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilmişdir. Film poetik ovqat filmidir. Sözdən çox təsvirə üstünlük verilib. Geniş – ümumi çəkiliş planları üstünlük təşkil edir.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Qarabağ düyünü (film, 1993)
Qarabağ düyünü — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağın tarixindən, keçmişdən ta bu günədək siyasi oyunlar burulğanında keçdiyi çətin və mürəkkəb yoldan bəhs edir. == Film haqqında == Film "Azərkinovideo" İstehsalat Birliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq İmirli Ssenari müəllifi: Həsən Quliyev, Tofiq İmirlinin iştirakı ilə Operator: Rövşən Quliyev Səs operatoru: Marat İsgəndərov == Sponsor == "Azərkinovideo" İstehsalat Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.