Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ues Kreyvenin yeni dəhşəti (film, 1994)
Ues Kreyvenin yeni qarabasması (ing. Wes Craven's New Nightmare) — 1994-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin digər adı "Qarağac küçəsində qarabasma 7: Ues Kreyvenin yeni qarabasması" (ing. A Nightmare on Elm Street 7: Wes Craven's New Nightmare) kimi səslənir. == Məzmun == "Qarağac küçəsində qarabasma" filmi çəkilən zaman qəribə hadisələr baş verir. Nensi rolunu ifa edən Hezer Lencenkempin oğlu gözlənilmədən yoxa çıxır. Freddinin əllərindəki iti uclu əlcək birdən-birə xüsusi effektlərlə məşğul olan film heyətlərindən birini öldürür və Hezerin ərini yaralayır. Zəlzələ səbəbindən Hezerin yuxudan oyanır və bunun bir yuxu olduğunu başa düşür. Onun əri iti bıçaqla barmağını kəsir.
Bəhmətli
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır. == Mədəniyyəti == Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır. Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır. == Coğrafiyası və iqlimi == Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir. Kəndin ərazisi 3697 hektardir. == Əhalisi == Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Cəhətli (Urmiya)
Cəhətli — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Rövzəçay kəndistanında, Urmiya şəhərindən 6 km şimal-qərbdədir.
Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. == Tarix == === Janrın mənbələri === Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o gədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir ogədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Freddinin dəhşətləri (serial)
Freddinin qarabasmaları (ing. Freddy's Nightmares) - 1988-ci ildə istehsal olunmuş ABŞ serialıdır. Filmin yaradıcısı Ues Kreyvendir. == Məzmun == Ohayo ştatının Sprinqvud şəhərciyində müxtəlif səviyyədə qəribə qətillər baş verir. Bu hadisələr, əsasən, kiçik yaşlılar arasında baş verir. Əslində isə əhali yatan zaman Freddi Krüger onları qorxudaraq yuxuda öldürür. Serialın ilk seriyasında Freddinin valideynləri göstərilir. Valideynləri onu öldürürlər ki, Freddi heç kəsə zərər yetirməsin. Lakin serialın mövzusu orijinal filmlərin mövzularından fərqlənir. Nensinin valideynləri mövzuya görə göstərilməyib.
Dəhşət evi (film, 2010)
Dəhşət Evi və ya ispan dilindəki adı ilə Secuestrados, 2010-cu ildə çəkilmiş İspan triller filmidir. Filmin rejissoru Miguel Ángel Vivas, ssenari müəllifləri isə Xavyer Qarsia ilə Migel Angel Vivas olmuşdur. Filmin baş rollarında Manuela Vellés, Dritan Biba və Ana Vagener oynamışdır. Film yeni evlərinə köçən bir ailənin yeni evlərindəki ilk günlərinin axşamında evlərinə zorla girmiş üç nəfərdən sonra başlarına gələn hadisələrdən bəhs edir.
Şəbib ibn Abdullah ən-Nəhşəli
Şəbib ibn Abdullah ən-Nəhşəli (ərəb. شَبیب بن عَبدِ الله النَّهشَلی‎) — Kərbəla döyüşündə şəhid. == Nəsil == Şəbib ibn Abdullah əl-Nəhşəli əl-Bəsri Bəni-Teymin bir qolu olan Bəni-Nəhşal qəbiləsindən olan bir ailədə anadan olmuşdur. Bəzi fars mənbələrində o, Seyf ibn əl-Haris əl-Həmdani və Malik ibn Abdullah ibn Sari ilə birlikdə Kərbəlaya gedən Haris ibn Sari əl-Həmədaninin qulu kimi qeyd edilmişdir. Lakin bu, onun Mədinədən Hüseyn ibn Əli ilə birlikdə olduğunu göstərən məlumatlarla uyğun gəlmir. Lakin Mamaqani onun Şəbib ibn Abdullah Haris ibn Sari əl-Kufidən başqa biri olduğuna inanırdı.Məhəmməd Mehdi Şəmsəddin Həbib ibn Abdullahın Kərbəla şəhidlərindən biri olduğunu qeyd etmişdir. Həmçinin Həbib ibn Əbd olaraq da xatırlanan Şəbib ibn Abdullah ən-Nəhşəli, Həbib ibn Abdullah və ya Əbu Əmr ən-Nəhşəli kimi olması ehtimalını da qeyd etmişdir. == Tərcümeyi-hal == Şəbib Peyğəmbərin ardıcıllarından və Əli ibn Əbu Talibin səhabələrindən idi və Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdi. Əlinin şəhadətindən sonra Həsənin səhabələrindən olmuş və onunla birlikdə qalmışdır. Hüseynin zamanında isə onun səhabələri arasında idi.
Qarağac küçəsində dəhşət (film, 2010)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Film eyni ssenari əsasında qurulub. Filmin ssenarisi əvvəlkinə nisbətən fərqlənir. == Məzmun == Sprinqvud şəhərində qəribə ölüm hadisələri baş verir. Əsasən, gənclər yuxuda olan zaman ölməyə başlayırlar. Nensi gənc qızdır. Ofisiantlıq edir. Amma gecələr qəribə qarabasmalar gördüyündən yata bilmir.
Qarağac küçəsində dəhşət (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Freddi ölüdür: Sonuncu dəhşət (film, 1991)
Freddi ölüdür: Sonuncu qarabasma (ing. Freddy's Dead: The Final Nightmare) — 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 1999-cu il. Son hadisələrdən on il keçmişdir. Elis və Ceykob artıq şəhəri tərk etmişlər. Şəhərdəki gənclərin hamısı ölmüşdür. Onlardan sağ qalanı Condur. Con Freddiyə müqavimət göstərə bilmədiyindən şəhərdən qaçmağa qərar verir, lakin yolda huşunu itirərək, xəstəxanaya düşür. Burada Con tibb bacısı Meqqi lə tanış olur. Meqqi Conun sağalmasından sonra qərara gəlir ki, onu Sprinqvud şəhərinə aparsın.
Qarağac küçəsində dəhşət 2: Freddinin qisası (film, 1985)
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (ing. A Nightmare on Elm Street 2: Freddy’s revance) – 1985-ci ildə Cek Şolder tərəfindən qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. == Şüarlar == «You Are All My Children Now!» (azərb. "İndi Siz Hamınız Mənim Uşaqlarımsınız!"‎) «Don’t Say We Didn’t Warn You!» (azərb. "Deməyin ki, biz sizi xəbərdar etmədik!"‎) «The Man Of Your Dreams Is Back!» (azərb. "Sizin yuxularınızın adamı qayıdır!"‎) «An Old Friend Is Coming To Town…» (azərb. "Köhnə dost şəhərə gəlir…"‎) «The First Name In Terror Returns…» (azərb. "Qarabasmada əsas ad qayıdır…"‎) «Someone Is Coming Back To Elm Street!» (azərb. "Kimsə qarağac küçəsinə geri qayıdır!‎) == Məzmun == Filmin baş qəhrəmanı olan Cessi Uolş filmin əvvəlində qarabasma yuxusu görür. Küçədən yavaş sürətlə məktəb avtobusu gedir.
Qarağac küçəsində dəhşət 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər... == Xarici keçidlər == Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi — Internet Movie Database saytında.
Məhsəti (Gəncə)
Məhsəti — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Məhsəti yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Məhsəti qəsəbəsi mərkəz olmaqla Məhsəti qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Qəsəbə Məhsəti Gəncəvinin adını dayışır. == Əhalisi == Məhsəti qəsəbəsində 4 minə yaxın yaşayış evi mövcuddur.
Məhsəti Gəncəvi
Məhsəti Gəncəvi (12 may 1089, Gəncə – təq. 1181, Gəncə) — XII əsrdə yaşamış Farsdilli ədəbiyyatın ən görkəmli qadın nümayəndəsi, sufi Əxi təriqətinin üzvü. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Məhsəti Gəncəvinin əsli Bəlx şəhərindən olub milliyətcə Şərq farslarından olmuşdur ( indiki terminologiya ilə Tacik ) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhsəti Gəncəvi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur orta əsr Fars şairəsi, ilk şahmatçı qadın və çox ehtimal ki, şərqdə ilk qadın bəstəkardır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir.
Məhsəti Gəncəvi Mərkəzi
Məhsəti Gəncəvi Mərkəzi — Gəncə şəhərində yerləşən mərkəz. Məhsəti Gəncəvi Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Mərkəzin açılışı 2014-cü il yanvarın 21-də baş tutub. == Mərkəz haqqında == Binanın inşasına 2013-cü ildən başlanılıb və 2014-cü il yanvarın 21-də açılış mərasimi baş tutub. Məhsəti Gəncəvi Mərkəzi 3 mərtəbə, 1 zirzəmidən ibarətdir. Mərkəzin qarşısında şairin heykəli, onun adını daşıyan bağ vardır. Məhsəti Gəncəvi Mərkəzində; Məhsəti otağı, Məhsəti muzeyi, qədim milli musiqi alətləri salonu, milli geyimlər salonu, şahmat fiqurları, elektron kitabxana və s. yerləşir. Mərkəzdə şairin portretləri olan xalçalar, nümayiş etdirilir.Mərkəzdəki elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Mərkəzin milli geyimlər sərgisində Məhsəti Gəncəvinin yaşadığı dövrdə, xüsusilə də İntibah dönəmində xanımlara xas milli geyim nümunələri sərgilənir.
Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983)
Məhsəti Gəncəvinin heykəli — heykəltəraşı Münəvvər Rzayeva olan və 1983-cü ildə Gəncə şəhərində qoyulmuş heykəl. Hündürlüyü 5 metr olan heykəlin memarı isə L.Rüstəmovdur. Münəvvər Rzayevanın dediyinə görə Məhsəti Gəncəvi obrazını yaratmaq üçün o ömrünün 20 ilini sərf edib. Şairənin dolğun obrazını yaratmaq üçün saysız-hesabsız variantlar işləmişdir. Heykəl hazırda Gəncədə Xan bağında yerləşir.